Trampdan Putin və Zelenskiyə sərt xəbərdarlıq – “...deyəcəyik ki, siz axmaqsınız...”

ABŞ Prezidenti Donald Tramp Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün hələ də atəşkəs razılaşmasına nail olmayan Rusiya prezidenti Putin və Ukrayna prezidenti Zelenskini hədəfə alıb.
“Əgər iki tərəfdən biri bir şəkildə işləri çox çətinləşdirsə, biz onlara deyəcəyik ki, siz axmaqsınız, qorxunc insanlarsınız və biz də bu işdən imtina edirik”, - deyən Tramp bildirib ki, hər iki tərəf razılığa gəlmək üçün addımlar atmalıdır.
ABŞ dövlət katibi Rubionun Rusiya-Ukrayna razılaşmasının bir neçə gün ərzində tamamlanmalı, əks halda ABŞ bu işdən əl çəkəcək sözlərini şərh edən Tramp deyib ki, bunu tez bir zamanda həll etmək istəyirik: “Konkret bir gün yoxdur, lakin bu müharibənin dərhal bitməsini görmək istəyirik. Rusiya-Ukrayna danışıqları hazırda yekunlaşmaq üzrədir. Razılaşma əldə etmək üçün həqiqətən yaxşı şansımız var".
“Rusiya-Ukrayna danışıqlarında nə baş versə, vasitəçilikdən tamamilə çıxa biləcəklərinə” dair sualı cavablandıran Tramp, "hazırda bunu demək istəməzdim. Biz bu müharibənin bitməsini istəyirik" deyib.
ABŞ prezidenti "Rusiya sizinlə oynayır?" sualına isə "xeyr. Rusiya mənimlə oyun oynamır. Heç kim oynamır" deyə cavab verib.
TAHİR