Rusiya Dumasının Komitə sədri: "Ermənistan konstitusiyasından Qarabağa aid müddəanı çıxarmalıdır"...

Rusiya Federasiyası Dövlət Dumasının beynəlxalq məsələlər komitəsinin sədri, LDPR lideri Leonid Slutski erməniləri “odsuz-ocaqsız yandırıb”.Bu barədə Ermənistanın news.am nəşri xəbər verir.Nəşr qeyd edib ki, Leonid Slutski azərbaycanlı jurnalistlərə müsahibəsində öncə Azərbaycanı mədh edib, daha sonra isə Ermənistan Konstitusiyasını müzakirə etməyə şərait yaradıb.
O,deyib ki,Rusiya-Azərbaycan münasibətləri heç nə ilə pozula bilməz. Biz tarix, coğrafi, mədəni baxımdan bir yerdə olmağa məhkumuq. Biz bəşər tarixinin ən qanlı müharibəsini birlikdə keçmişik və mayın 9-da da biz böyük qələbəni birlikdə qeyd edəcəyik. "Ümid edirəm ki, Azərbaycan Prezidenti qardaşım İlham Heydəroviç Əliyev bu gün Moskvada, Viktori Paradeskidə bizimlə olacaq". "Azərbaycan bir çox beynəlxalq forumların, platformaların və formatların mərkəzidir. Bu hadisələr qlobal miqyasda əlamətdar hadisələrə çevrilir. Mənə xoşdur ki, “İlham Heydəroviç atasının əsas vəsiyyətini layiqincə yerinə yetirdi, Azərbaycanı vətənə gətirdi, Qarabağı vətənə gətirdi”.Erməni nəşri qəzəblə yazır:- Bu gün Azərbaycan xalqının şanlı övladlarının, atalarının və babalarının son şücaətini xatırlayaraq: Qarabağ Azərbaycandır!” deyən LDPR lideri “işğal altındakı Şuşiyə” [daha daha doğrusu işğaldan azad edilmiş Şuşaya] səfəriylə öyünür. Rusiyalı siyasətçi Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması perspektivlərinə, prosesin irəliləməsinə nə mane olduğuna və bu prosesdə Rusiyanın roluna da toxunub: "İlk növbədə, Ermənistanın Konstitusiyasından Qarabağa aidiyyatı olan müddəanı çıxarmaq lazımdır. Bir sıra başqa məsələlər də gündəmdədir. Gec-tez sülh müqaviləsi imzalanacaq. Ona görə də, təbii ki, hər şey bizim gücümüzlə təmin ediləcək. yaxın gələcəkdə biz gecikməməliyik, biz Cənubi Qafqaz xalqlarının maraqları naminə dinc quruculuq yolu ilə irəliləməliyik”.
Surxay Əliyev