İtaliya, Slovakiya, İsrail, Pakistan, Türkiyə Azərbaycanın müttəfiqləri - Ermənistanda böyük şok...

Ermənistan və Azərbaycan sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında saziş layihəsi üzrə razılığa gəliblər və onun imzalanmasına heç bir maneə yoxdur. Bunu Ermənistan baş naziri Nikol Paşinyan deyib. O, Ermənistandakı revanşist qüvvələrin müharibə çağırışları etdiklərini etiraf edib:
“Ermənistan-Azərbaycan eskalasiyasını və müharibəsini unudun. Biz birlikdə Cənubi Qafqazın tarixində yeni səhifə açmalıyıq və eyni vaxtda sülh sazişi və Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-ə Ermənistan-Azərbaycan birgə müraciətini imzalamağa hazırıq”.
Maarqlıdır ki, bunların fonunda erməni mediası və ekspert dairələri cəmiyyətə başqa fikir təqlin etməyə can atır. Məsələn, “armenianreport”portalı yazır: “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə İtaliya Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı arasında 2024-2025-ci illər üçün ikitərəfli hərbi əməkdaşlıq Planı”na uyğun olaraq, iki ölkənin Hərbi Hava Qüvvələri arasında əməkdaşlığa dair ekspert görüşü keçirilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Tərəflər Azərbaycan və İtaliya Hərbi Hava Qüvvələri arasında hərbi əməkdaşlıq məsələlərini müzakirə edib, qarşılıqlı maraq doğuran bir sıra mövzular ətrafında ətraflı fikir mübadiləsi aparılıb. Bununla əlaqədar olaraq, İtaliya Hərbi Hava Qüvvələrinin nə ilə fəxr etdiyini xatırlatmaq istərdik. Məsələn, “Eurofighter Typhoon” qırıcı təyyarələri bu ölkənin hava qüvvələrinin əsasını təşkil edir. O, Avropanın ən müasir çoxməqsədli qırıcılarından biridir. Bundan başqa, “F-35 Lightning II” (A və B versiyaları) də var - İtaliya bu təyyarələri öz ərazisində istehsal edən və onlardan fəal istifadə edən azsaylı ölkələrdən biridir. Bunların hansısa birinin Azərbaycana satılacağı ehtimalı azdır. Əks halda bu xüsusda qalmaqal çox səs-küylü olardı. Ancaq eyni zamanda, heç vaxt heç vaxt deməyin. Hər şey ola bilər. Xüsusən də İtaliya-Azərbaycan münasibətlərinin xüsusiyyətləri nəzərə alınmaqla hər şey mümkündür.
Bu arada “MB-339” təyyarələrindən ibarət əfsanəvi təyyarələr komandası da var. Onlar dünyanın ən yaxşılarından sayılır və İtaliya Hərbi Hava Qüvvələrinin mühüm göstəricidir. Biz də heç nəyi təsdiq etmirik, amma sizə xatırladırıq. Bu arada, İtaliya Hərbi Hava Qüvvələrinin yaxşı balanslaşdırılmış olduğunu xatırlatmaq mənasızdır: döyüş aviasiyasına əlavə olaraq, nəqliyyat, xilasetmə və kəşfiyyat bölmələri fəal şəkildə inkişaf etdirilir. Məsələn, “C-130J Super Hercules” və “C-27J Spartan” nəqliyyat təyyarələri bunun əyani sübutudur. Yeri gəlmişkən, sonuncunu artıq italyanlar Azərbaycana satıblar. Bu, Azərbaycana müharibəyə hazırlaşmaq imkanı verir. Ancaq bu, belə xarakterli yeganə xəbər deyii. Bakı mətbuatının verdiyi məlumata görə, Slovakiyaya rəsmi səfəri çərçivəsində müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi, general-polkovnik Kərim Vəliyev və rəhbərlik etdiyi nümayəndə heyəti bu ölkədəki müdafiə sənayesi şirkətində olub. Azərbaycan nümayəndə heyətinə şirkətin fəaliyyəti, istehsal etdiyi silahlar və hərbi təyinatlı məhsullar barədə brifinq verildikdən sonra Azərbaycan ilə Slovakiya arasında hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Həmin gün Azərbaycan nümayəndə heyəti Zaqorye Hərbi Texniki Sınaq İnstitutunda və Slovakiya Silahlı Qüvvələrinin Təlim Mərkəzində olub. Bu ölkə hərbi sənaye kompleksi məhsullarını xaricə, xüsusilə NATO ölkələrinə, Yaxın Şərqə, 2022-ci ildən isə Ukraynaya aktiv şəkildə satır. Ukraynaya hərbi yardım kimi çoxlu texnika, o cümlədən “Zuzana 2” özüyeriyən silahlar və helikopterlər göndərilib.
Bundan əlavə, Slovakiya 20 mm və daha yüksək çaplı döyüş sursatları, artilleriya mərmiləri və minalar istehsal edir. Bir sözlə, burada həm məhsul, həm də satış var. Sonuncu hər kəsin bildiyi xəsisliyə öyrəşməyib. Bundan başqa İsraildən hərbi nəqliyyat təyyarələri mütəmadi olaraq Azərbaycana uçur. Bundan əlavə, daha əvvəl xəbər verdiyimiz kimi, Azərbaycan Pakistanla da hərbi əməkdaşlığı genişləndirir. Düzdür, Türkiyə haqqında danışmağa belə dəyməz – bu ölkələrin birləşməsi demək olar ki, tamamlanıb. İndi isə düşmənin bütün bu addımları fonunda biz yenidən Ermənistanın suveren ərazilərinin bir hissəsinin itirilməsində günahkar olan birinin ağzından açıq cəfəngiyyatlar eşidirik. Baş nazir Nikol Paşinyandan söhbət gedir. Parlamentdə çıxışı zamanı o, Ermənistanda yeni - sosial-psixoloji inqilabın başlandığını, onu 2018-ci ilin “məxməri inqilabından” heç də az əhəmiyyət kəsb etmədiyini bildirib. Onun sözlərinə görə, söhbət “əsl Ermənistanın inqilabı”ndan gedir. O, sülh müqaviləsinin mətninin razılaşdırıldığını bir daha bəyan edərək, Ermənistan və Azərbaycan arasında gərginliyin və müharibənin unudulmasına çağırıb. Onun sözlərinə görə, Ermənistan hökuməti bu məntiqə zidd addımlar atmayacaq və bəyanatlar verməyəcək və Azərbaycan hakimiyyətini də sülh ideyasına zidd hərəkətlərdən çəkinməyə çağırıb. Onun çağırışına Azərbaycanın necə reaksiya verdiyini hamımız görürük. Onlar konstitusiyamıza dəyişiklik tələb edərək ölkəmizə təzyiqlərini davam etdirirlər. Və eyni zamanda fəal şəkildə silahlanırlar. Düşmənə güzəşt siyasətinə son qoyulmasa, “əsl Ermənistan”dan nə qalacağını təsəvvür etmək belə qorxuludur”.
Samirə SƏFƏROVA