Çərşənbə günü, 7 may 2025
     

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva “Sea Breeze” istirahət mərkəzinin ərazisində həyata keçirilən layihələrlə tanış olublar - FOTO\YENİLƏNDİ

Image

Aprelin 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakıda “Sea Breeze” istirahət mərkəzinin ərazisində həyata keçirilən və qarşıdakı dövrdə planlaşdırılan layihələrlə tanış olublar.

“Agalarov Development” şirkətinin təsisçisi Emin Ağalarov əvvəlcə dövlətimizin başçısına və birinci xanıma “Sea Breeze”də istismara verilmiş “Park Residences 2” layihəsi barədə məlumat verdi.

Bildirildi ki, bu layihə çərçivəsində 1260 mənzildən ibarət yeddimərtəbəli 10 bina tikilib. Sakinlərin rahatlığını təmin etmək üçün burada müasir infrastruktur - hovuzlar, istirahət zonaları nəzərdə tutulub, həmçinin ərazidə geniş yaşıllaşdırılma işləri həyata keçirilib. Ölkəmizdə keçirilən COP29 çərçivəsində “Sea Breeze” ümumilikdə 4 minə yaxın qonaq qəbul edib ki, onlardan da çoxu məhz “Park Residences 2” layihəsinin binalarında yerləşib.

Sonra Prezident İlham Əliyevə “Sea Breeze”in ümumi baş planı və həyata keçirilmiş layihələr barədə məlumat verildi. Qeyd olundu ki, kompleksin ərazisində indiyədək 500-dən artıq daşınmaz əmlak obyekti tikilib. İstirahət mərkəzində sakinlər və qonaqlar üçün yüksək səviyyədə rahat şərait yaratmaq, həmçinin onların asudə vaxtlarını səmərəli təşkil etmək məqsədilə açıq və qapalı hovuzlar, fitnes mərkəzləri, restoranlar, kafelər, uşaq və idman meydançaları, qaçış və velosiped yolları, fəvvarələr yaradılıb. Burada məktəb, uşaq bağçası və xəstəxana da var.

Abadlıq işlərinə xüsusi diqqət yetirilib, 10 milyona yaxın bitki və ağac əkilib, yaşıllıq zonalarının ümumi sahəsi 300 hektara çatdırılıb.

Daimi yaşayış və yüksəksəviyyəli istirahət infrastrukturunu özündə birləşdirən “Sea Breeze” gələcəyin şəhəri kimi inamla inkişaf edir. Sahə üzrə ekspertlərin fikrincə, bu, çoxlu sayda müxtəlif formatlı daşınmaz əmlak obyektlərini bir ərazidə birləşdirən qlobal miqyaslı nadir layihədir.

Xəzər dənizinin sahilində, Bakının mərkəzindən cəmi 30 dəqiqəlik məsafədə yerləşən “Sea Breeze” 500 hektar ərazini əhatə edir. Burada 1,5 milyon kvadratmetrdən çox yaşayış və kommersiya daşınmaz əmlak layihəsi həyata keçirilib və istifadəyə verilib. Rekreasiya zonaları, parklar və çimərliklər üçün 150 hektardan çox ərazi ayrılıb.

Əsas layihələri sahil zolağında yerləşən “Sea Breeze” gələcəkdə ölkəmizin turizm imkanlarını artıracaq və Azərbaycanı turizm baxımından daha cəlbedici edəcək.

Nəhəng 11 mərtəbəli layner formasında inşa edilən mənzillərdən və hotel nömrələrindən ibarət flaqman daşınmaz əmlak layihəsi olan “Caspian Dream Liner” süni adada tikiləcək. Burada apart-hotel, ticarət mərkəzi və hovuzlar yaradılacaq. Bu unikal memarlıq quruluşu sayəsində “Sea Breeze” qlobal turizm xəritəsində daha da cəlbedici məntəqəyə çevriləcək.

İrimiqyaslı layihə fondunun hazırlanmasında bir neçə yerli və xarici memarlıq bürosu işləyir, layihələndirmə işlərinə dünyaşöhrətli memarlar cəlb olunur.

2028-ci ilədək burada daha 700 binanın tikilməsi, həmçinin ümumilikdə 50 hektar sahəni əhatə edən aypara şəklində nadir süni yarımadanın yaradılması nəzərdə tutulub. Bu layihədə dünyanın aparıcı mehmanxana şəbəkələrinin hotelləri, ticarət mərkəzləri, yaxtalar üçün dayanacaqlar, 40 mindən çox tamaşaçı tutumu olan konsert meydançası yer alacaq.

“Sea Breeze”də həyata keçirilən işlər həm də mühüm sosial rol oynayır, yeni iş yerlərinin açılmasına töhfə verir. Hazırda kompleksdə 6560 nəfər işlə təmin edilib və gələcəkdə bu rəqəmin xeyli artırılması nəzərdə tutulur. Burada yatırılan investisiyaların ümumi həcmi artıq 3 milyard dollar təşkil edir, yaxın beş ildə isə daha 5 milyard dollardan çox sərmayələrin cəlb edilməsi planlaşdırılır. 2024-cü ilin yekunlarına görə, “Sea Breeze” ölkə iqtisadiyyatına mühüm töhfə verərək Azərbaycan Respublikasının ən iri vergiödəyiciləri sırasında yer alıb.




DİGƏR XƏBƏRLƏR

VİDEO

SON XƏBƏRLƏR

08.05.2025 / 00:31
Pakistanın müdafiə nazirindən Hindistana sərt xəbərdarlıq - Nüvə müharibəsi hər an başlaya bilər...

08.05.2025 / 00:09
Şahbaz Şərif “pakistanlıların cəsur bir millət olduğunu unudublar” dedi və söz verdi – qisas alınacaq...

07.05.2025 / 22:04
Vyetnam Kommunist Partiyasının Baş katibi Birgə Bəyanatda əks olunan müddəaların icrası üçün beş məsələ təklif etdi

07.05.2025 / 21:43
Prezident İlham Əliyevin adından Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibinin şərəfinə dövlət ziyafəti verilib

07.05.2025 / 21:27
Trampın erməni mediasının pulunu kəsməsi Almaniyada suallar doğurdu...

07.05.2025 / 21:14
ABŞ Gürcüstanda 3 dövlətlə müharibəyə başlayır... MEGOBARİ qanunu Azərbaycana da təsir edə bilər...

07.05.2025 / 21:00
Tramp İranla "körfəzə adqoyma müharibəsinə" start verdi...

07.05.2025 / 20:56
Lukaşenko 8 min məhkuma amnistiya elan etdi, 42 nəfər siyasi məhbusu isə əfv etdi

07.05.2025 / 20:47
Ermənistan daha bir regional layihədən kənarda qaldı - təşəbbüs İrandan gəldi...

07.05.2025 / 20:35
Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və To Lam və xanımı No Fon Li Vyetnam rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar

07.05.2025 / 20:33
Pakistan ordusu Hindistana ciddi dərs verdi, hindlilər şokdadır...

07.05.2025 / 20:19
Qəzzanı tam tutmaq planı İsrailin özündə belə etirazlar doğurdu - “ədalətli Qərb” isə susur...

07.05.2025 / 20:06
ATƏT Qarabağ ermənilərini gündəmdən düşməyə qoymur - növbəti uğursuz cəhd...

07.05.2025 / 19:51
Vyetnamla münasibətlər tarixində ad qoymuş Cəlal Məmmədov kimdir?...

07.05.2025 / 19:37
2025-ci ili xarici ticarətdə mənfi saldo ilə başladıq... Ekspertlər necə izah edir..?

07.05.2025 / 19:24
Müxalifət Paşinyanı devirmək istədi, əvəzində Köçəryan və Sarkisyanın tərəfdarları arasında didişmə şiddətləndi...

07.05.2025 / 19:10
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı növbəti sıra baxışı keçirib - FOTO

07.05.2025 / 19:01
Bütün məktəblər liseyə çevrilsə, təhsil düzələcək?... Rəqəmlərdən mübahisəli nəticə çıxır...

07.05.2025 / 18:59
Prezident: "Azərbaycanla Vyetnam arasında müdafiə sənayesi sahəsində də çox böyük perspektivlər var"

07.05.2025 / 18:57
Mehriban Əliyevanın Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibinin xanımı ilə görüşü olub - FOTO

07.05.2025 / 18:47
BMT-nin 4 ofisi Bakıdan getdi - manipulyasiyaların əsası varmı?..

07.05.2025 / 18:46
"Qoşulmama Hərəkatının daha sanballı təsisat kimi fəaliyyəti Azərbaycanın və Vyetnamın marağındadır" - Prezident

07.05.2025 / 18:35
Prezident: "Azərbaycanla Vyetnam arasında müxtəlif istiqamətlər üzrə çox ciddi əməkdaşlıq potensialı var"

07.05.2025 / 18:32
Şəraa ilk Avropa dövləti kimi Fransanı seçdi - Suriya-Türkiyə münasibətlərinə fransız barmağı uzanır...

07.05.2025 / 18:30
"Bu səfər Vyetnam-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm əhəmiyyət daşıyır" - Prezident İlham Əliyev

07.05.2025 / 18:25
“Biz burda açıq-aydın Rusiya tərəfin qərəzini görürük” - Vüqar İsgəndərov

07.05.2025 / 18:20
Prezident İlham Əliyev və Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/YENİLƏNDİ

07.05.2025 / 18:18
İdman təmayüllü məktəblərin nə faydaları dəyir?...

07.05.2025 / 18:17
Prezident İlham Əliyev və To Lam Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanatı qəbul ediblər

07.05.2025 / 18:16
Azərbaycan ilə Vyetnam arasında imzalanmış sənədlər mübadilə edilib - FOTO/YENİLƏNDİ

07.05.2025 / 18:11
Bahalı əşyaları sərnişinlərə paylayıb aeroportun dayanacağında topladılar - Gömrükçülər fırıldağın üstünü belə açdılar...

07.05.2025 / 18:04
“Super azad erməni mediası” barədə fransız səfirin yalanını ermənilər özləri tutdular...

07.05.2025 / 17:51
İlham Əliyevin Pakistanla bəzi sazişləri məhz indi təsdiqləməsi təsadüf deyil...

07.05.2025 / 17:43
Xalqımızın qəhrəmanlıq ənənələri bu gün də uğurla davam etdirilir - FOTO

07.05.2025 / 17:38
İranın Pakistan və Hindistanı barışdırmaq cəhdi alınmadı...

07.05.2025 / 17:26
Müəllimlərin "bəxti açıldı" - pedaqoji işi olanlar bundan sonra...

07.05.2025 / 17:23
Prezident İlham Əliyevin Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi ilə geniş tərkibdə görüşü keçirilib - FOTO/YENİLƏNDİ

07.05.2025 / 17:20
Tramp Fars körfəzini Ərəb körfəzi adlandırdı

07.05.2025 / 17:12
Naxçıvanda nazir müavini vəzifəsindən azad olundu

07.05.2025 / 17:06
Vüqar Rəhimzadə: Azərbaycan-Vyetnam əlaqələrinin inkişafı üçün böyük potensial var

07.05.2025 / 16:47
ABŞ bir həftə ərzində iki qırıcını suya axıtdı

07.05.2025 / 16:45
Prezident İlham Əliyevin Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi ilə məhdud tərkibdə görüşü olub - FOTO

07.05.2025 / 16:35
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibinin rəsmi qarşılanma mərasimi olub - FOTO

07.05.2025 / 16:30
Ceyhun Bayramov İraq Prezidenti ilə görüşdü... - FOTO

07.05.2025 / 16:12
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Bakıya gəldi - FOTO

07.05.2025 / 16:09
Binədə 155 minlik dələduzluq - sənədsiz torpağı bu qiymətə satdılar, üstəlik də vəd verdilər ki...

07.05.2025 / 15:56
Pakistan ordusuna Hindistana cavab vermək üçün tam səlahiyyət verildi

07.05.2025 / 15:47
Sənaye parkları bərpa olunan enerji mənbələrində istehsal edilmiş elektrik enerjisi ilə təchiz olunacaq - FƏRMAN

07.05.2025 / 15:44
Azərbaycanda yeni dövlət rüsumları müəyyənləşdi

07.05.2025 / 15:25
Trampdan "Kanada satılmır" deyən baş nazirə cavab - Heç vaxt olmayacaq demə, bunu zaman göstərəcək...

07.05.2025 / 14:22
Pakistan Hindistanın terror düşərgələri iddialarını qəti şəkildə rədd etdi

07.05.2025 / 14:14
Çin Hindistan və Pakistanı təmkinli olmağa çağırdı

07.05.2025 / 14:13
Dünyanın ən gizli səsverməsi:- “Papa seçkiləri zamanı məxfilik necə təmin edilir”

07.05.2025 / 14:11
Misir Mərdanov elmi sessiyada Kaşğari Fondunun fəaliyyətindən danışdı

07.05.2025 / 14:10
Ermənistanın hər dördüncü sakini yoxsuldur

07.05.2025 / 13:42
Naxçıvanda şəhid atası adı altında dələduzluq edən şəxs saxlanılıb

07.05.2025 / 13:25
Paytaxtda oğurluq edən şəxslər saxlanılıblar

07.05.2025 / 13:08
Почему Россия не хочет мира ни с кем? - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

07.05.2025 / 12:43
"Suriyadan videolar göndərərək pul lazım olduğunu deyirdi" - Terroru maliyyələşdirmədə təqsirləndirilənlərin məhkəməsi

07.05.2025 / 12:20
Ağdaşda yaşlı kişi toy sifarişinə getməyən musiqiçi həmkarını bıçaqladı

07.05.2025 / 12:05
Putin İrəvandakı "kartlarını" işə salır...

07.05.2025 / 12:00
Naxçıvanda həmkəndlisini qəsdən öldürən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

07.05.2025 / 11:44
Xocalı və Ağdərənin kəndlərində fərdi yaşayış evlərinin təmirinə başlanır

07.05.2025 / 11:31
Bakıdan Mumbay şəhərinə olan reys təxirə salındı - TƏCİLİ

07.05.2025 / 11:30
"Barselona"nın bəxtsizliyi - ardıcıl 10 ildir ki, finala həsrət qalıb

07.05.2025 / 11:21
İstanbul Polis İdarəsinin “İmamoğlu sui-qəsdi”ilə bağlı açıqlaması

07.05.2025 / 11:16
"Pakistan xalqı ilə həmrəyik" - Azərbaycan XİN

07.05.2025 / 11:14
Roma Papası olmağa kim daha şanslıdır? - bukmekerlər filippinli Luis Taqleni işarə edir...

07.05.2025 / 11:08
Pakistan münaqişəyə son qoymağa hazır olduğunu bildirdi

07.05.2025 / 11:03
Pakistan Hindistanı sərt cəzalandırdı - CANLI

07.05.2025 / 11:00
17 azərbaycanlı Almaniyadan geri qəbul edilib - Dövlət Xidməti məlumat yaydı

07.05.2025 / 10:30
Çin və ABŞ İsveçrədə danışıq masasına otururlar

07.05.2025 / 10:22
Milli Məclis sabah xüsusi iclas keçirəcək

07.05.2025 / 10:15
Yevlaxda çətənə kolu əkənlər yaxalanıb

07.05.2025 / 10:13
Bazar günü 20 min 549 bakalavr magistraturaya imtahan verəcək

07.05.2025 / 10:06
“Bu biabırçılıqdır'”: - Tramp Hindistanın Pakistana endirdiyi zərbələrə reaksiya verdi

07.05.2025 / 10:00
Rusiya Kiyevə dronlarla hücum edib, ölənlər var

07.05.2025 / 09:38
Moskvadakı Qələbə paradına 29 ölkə lideri qatılacaq - Putinin köməkçisi

07.05.2025 / 09:30
26 mülki şəxs ölüb, 47 nəfər yaralanıb - Pakistandan açıqlama

07.05.2025 / 09:23
"İnter" "Barselona"nı Çempionlar Liqasından kənarlaşdırdı!

07.05.2025 / 09:23
Yaşayış olan binada söküntü aparılmasına icazə verən qanun "ixtira olunub"?...

İdman təmayüllü məktəblərin nə faydaları dəyir?...

XƏBƏR ARXİVİ

May
B.eÇ.aÇC.aCŞB
2829301234567891011121314151617181920212223242526272829303112345678