Şənbə günü, 10 may 2025
     

Zərərçəkmiş şəxs: "Xocalı soyqırımının təşkilatçıları və soyqırımına rəhbərlik edənlər zaman-zaman Ermənistanın siyasi-hərbi rəhbərliyində təmsil olunublar" - MƏHKƏMƏ +FOTO

Image

Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, David İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası aprelin 17-də davam etdirilib.

Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.

İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.

Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Əvvəlcə təqsirləndirilən şəxs Arkadi Qukasyan məhkəmənin ötən iclasında tədqiq edilmiş sənədlərlə bağlı dindirilib. O, dövlət ittihamını müdafiə edən prokurorların suallarını cavablandırarkən azərbaycanlıların Xankəndidən çıxmağa məcbur edildiklərini etiraf edib.

O, Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin suallarını cavablandıran zaman Robert Köçəryanla 1992-ci ildən, Samvel Babayanla 1993-cü ildən, Murad Petrosyanla 2000-ci ildən sonra tanış olduğunu bildirib.

Təqsirləndirilən şəxs Xəlfəliçay üzərindəki körpünün partladılması barədə suala cavabında bu hadisəni xatırladığını, habelə 1988-1993-cü illərdə Ermənistan tərəfindən vaxtilə işğal edilmiş Azərbaycan ərazilərində törədilən hadisələrin qəhrəmanlıq deyil, faciə olduğunu deyib.

Arkadi Qukasyan, həmçinin 1990-cı il martın 23-dən 24-nə keçən gecə erməni silahlılarının Qazaxın Bağanıs Ayrım kəndində qətliam törətmələri barədə deyib ki, bu hadisələrə müsbət yanaşmaq mümkün deyil. O əlavə edib: “Bu qəddarlığı kimin törətməsindən asılı olmayaraq, yaxşı qiymət vermək düzgün deyil. Buna qadir olan insanlar təbii ki, mühakimə olunmalıdır. Burada münasibət yalnız bir cür olmalıdır, başqa qiymətləndirmə ola bilməz”.

Sonra Baş Prokurorluğun Dövlət İttihamının Müdafiəsi üzrə İdarənin şöbə rəisi Nəsir Bayramov cinayət işinin Azərbaycanın Xocalı şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması və azərbaycanlılara qarşı törədilmiş soyqırımı üzrə toplanmış sübutların tədqiqini, zərərçəkmişlərin dindirilməsini təklif edib.

İclasda Xocalı soyqırımınadək rayonda ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş çoxsaylı cinayət hadisələri, həmçinin Meşəli kəndinə basqın edilərək sakinlərin qətlə yetirilməsi, evlərin, mağazaların, avtomobillərin, mal-qaranın talan edilib yandırılması üzrə toplanmış sənədlərin, sübutların, fotomaterialların bir hissəsi təqdim olunub.

Daha sonra Meşəli soyqırımı ilə bağlı sənədlər tədqiq edilib. Sənədlərə əsasən, 1991-ci il dekabrın 23-də saat 7 radələrində Ermənistan hərbçiləri Meşəli kəndinə hücum edərək 25 nəfəri qətlə yetirib, evləri yandırıb, kəndi talayıb, o cümlədən əhalinin mal-qarasını aparıblar. Hadisə ilə bağlı başlanmış cinayət işi üzrə axtarışa verilmiş Vaqif Xaçaturyan saxlanılıb. 2023-cü il noyabrın 7-də Bakı Hərbi Məhkəməsinin hökmü ilə o, 15 il müddətinə azadlıqdan məhrum edilib.

Bundan sonra zərərçəkmiş şəxslər ifadə verib və dövlət ittihamını müdafiə edən prokurorların, zərərçəkmiş şəxslərin nümayəndələrinin, eləcə də təqsirləndirilən şəxslərin müdafiəçilərinin ünvanladıqları sualları cavablandırıblar.

Zərərçəkmiş Elman Məmmədov bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə cəmi 8-9 saat ərzində Ermənistan hərbçiləri tərəfindən 613 dinc sakin, o cümlədən 106 qadın, 63 körpə qətlə yetirilib. Həmin gecə Xocalıda baş verənlər sülh və insanlıq, bəşəriyyət əleyhinə törədilən ən amansız cinayət idi.

O, Xocalıya qarşı ilk hücumun təkcə silahlarla deyil, ideoloji hazırlıqla - mitinqlərlə başladığını bildirib. E.Məmmədovun sözlərinə görə, bəzi mənbələrdə Xocalı əleyhinə ilk mitinqin 1988-ci il fevralın 13-də keçirildiyi yazılsa da, hadisələr, əslində, fevralın 12-də Əsgəranda başlayıb.

1988-ci il sentyabrın 18-də Xankəndidə keçirilən mitinqdə isə artıq açıq şəkildə Xocalıya hücum qərarı qəbul olunub. Onun sözlərinə görə, 10 minə yaxın insan, - təkcə mitinq iştirakçıları deyil, silahlı və xüsusi vasitələrlə təchiz olunmuş şəxslər, - Xocalıya doğru yürüş ediblər.

Zərərçəkmiş şəxs həmin dövrə aid daha bir faktı açıqlayıb: “Xankəndidə fəaliyyət göstərən müəssisələrdən azərbaycanlılar sistemli şəkildə çıxarılırdı. Xocalıdan olan sürücülər, Qarabağ İpək Kombinatında çalışan qadınlar zorakılığa, işgəncəyə məruz qalırdılar. 70-dən çox xocalılı qadın həmin kombinatlarda ən zərərli sexlərdə çalışırdı. Onların üstünə qaynar su tökülür, əlləri-ayaqları əzilir, təhqir olunurdular”.

E.Məmmədov bildirib ki, Xocalı soyqırımına aparan yol bir neçə mərhələdən ibarət olub. Bunlardan biri də 1991-ci ilin sonlarında Meşəli kəndinin tamamilə yandırılması və 30-a yaxın kənd sakininin qətlə yetirilməsi olub.

Elman Məmmədov Meşəli ilə yanaşı, digər kəndlərin də ardıcıl şəkildə hədəfə alındığını qeyd edərək deyib: “Cəmilli, Malıbəyli, Quşçular və Qaradağlı kəndləri bir-birindən ayrı deyil, bir zəncirin halqalarıdır. Xocalı soyqırımına qədər hər addım dəqiq şəkildə planlaşdırılmışdı. Təşkilatçılar və prosesə rəhbərlik edənlər zaman-zaman Ermənistanın siyasi-hərbi rəhbərliyində təmsil olunublar”.

E.Məmmədov bildirib ki, bu dəhşətli hadisələrin hamısı Ermənistanın dövlət səviyyəsində apardığı planlı və sistemli etnik təmizləmə siyasətinin nəticəsidir.

Dövlət ittihamçıları Fuad Musayevin və Vüsal Abdullayevin də suallarını cavablandıran zərərçəkmiş şəxs deyib ki, soyqırımına qədər Xocalı təkcə hücumlara yox, həm də blokada şəraitində fiziki məhvə məruz qalmışdı. “1992-ci il yanvarın 28-də sonuncu mülki vertolyot Ağdamdan Şuşaya uçarkən Xankəndi üzərində ermənilər tərəfindən vuruldu, nəticədə təxminən 50 nəfər həyatını itirdi. Bu hadisədən sonra vertolyot uçuşları tamamilə dayandırıldı. Beləliklə, Xocalı tam blokadaya düşdü, hava yolu da qalmadı”, – deyə E.Məmmədov diqqətə çatdırıb.

Zərərçəkmişin sözlərinə görə, 1992-ci il fevralın 25-də axşam saatlarına yaxın artıq müxtəlif yerlərdən Ermənistan silahlı qüvvələrinin Xocalıya hücum etməsi barədə məlumatlar gəlməyə başlayıb. “Bu, sadəcə, bir hücum deyil, böyük hərbi əməliyyat idi. Onların texnikası və say üstünlüyü o qədər böyük idi ki, Xocalının azsaylı müdafiə qüvvəsi bu gücə qarşı tab gətirə bilməzdi. Mühasirə 3 saata yaxın davam etdi. Gecə saat 11-dən etibarən şəhər ağır artilleriya və zirehli texnika ilə atəşə tutuldu. Bütün Xocalı alova qərq oldu”, - deyə o qeyd edib.

E.Məmmədovun sözlərinə görə, müqavimət qeyri-mümkün idi. Nəticədə şəhərin boşaldılması qərarı verildi. Yeganə çıxış yolu Ağdam istiqaməti idi. Amma Əsgəran yolu erməni hərbçilərin nəzarətində idi. Ona görə də camaat meşə yolları ilə hərəkət etməyə məcbur oldu. Amma bu da əvvəlcədən planlaşdırılmış tələ idi.

O, Ermənistan rəsmilərinin sonradan səsləndirdiyi “humanitar dəhliz” iddialarına da münasibət bildirib və deyib: “Robert Köçəryan, Serj Sarkisyan, Vitali Balasanyan, Seyran Ohanyan - bu hərbi canilər özləri sonradan deyiblər ki, guya “humanitar dəhliz” vermişdilər. Həmin dəhliz yox idi. Bu, əhalini tələyə salmaq üçün qurulmuş “ölüm zonası” idi. Əsgəranla Ağdam arasında təpələrdə texnika yerləşdirilmişdi. Məqsəd aydın idi – Xocalıdan sağ çıxan olmasın ki, bu vəhşiliklər barədə sonradan danışılmasın”.

Zərərçəkmiş Kübra Məmmədova bildirib ki, Xocalı işğal ediləndə o, iki yaş yarımlıq olub. Bacısının dediyinə görə, Xocalı hər tərəfdən atəşə tutulub. Evdən çıxarkən anası onu, atası isə bacısını kürəyinə bağlayıb. Həmin gecə atasına güllə dəyərək həlak olub. Atasının kürəyinə bağladığı bacısı Xəyalə durub qaçarkən ona da güllə dəyib və həyatını itirib. Ardınca isə güllə anasına dəyib. Anası yerə çökərək onu kürəyindən açıb yanına qoyub və bundan sonra yıxılıb. Bacısı Xatirə onu götürmək istəsə də, ona da güllə dəydiyindən və yaralandığından huşunu itirib. Zərərçəkmiş qeyd edib ki, təxminən 3 gün orada qaldıqdan sonra onu anasının qoynundan donmuş vəziyyətdə ölmüş bilərək götürüb və Ağdam rayonuna gətiriblər. Ağdam şəhər məscidində yuyarkən üzərinə su töküləndə ayılıb. Bundan sonra məsciddə olan tibb bacısı onu öz evlərinə apararaq bir müddət orada saxlayıb. Sonra anasının onun qoynuna yazıb qoyduğu kağız parçasına əsasən, onu axtaran qohumlarına verilib. Faciədən sonra bacısı Xəyalə, əmisi Elman, anası, 9 gün sonra isə atası Ağdam Şəhidlər xiyabanında dəfn olunub. Ermənilər atasının meyitini təhqir edərək başının dərisini soyublar.

Zərərçəkmiş şəxs Fitat Məmmədova deyib ki, həmin gecə Xocalı hər tərəfdən müxtəlif silahlardan atəşə tutulub. Onlar şəhərdən çıxaraq Qarqar çayını keçib Kətik meşəsinə gediblər. Meşəyə girərkən ermənilər onun olduğu dəstəni atəşə tutublar. Həmin vaxt yaxınlıqda mərminin partlaması nəticəsində oğlu Gündüzə qucağında qəlpə dəyib və o, həlak olub, özü isə yaralanıb.

Baş prokurorun xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimli və dövlət ittihamçısı Təranə Məmmədovanın suallarını cavablandıran zaman zərərçəkmiş qeyd edib ki, həyat yoldaşı Səlim Həşimov Xocalıdan çıxandan sonra Naxçıvanlı kəndi yaxınlığında yerləşən “Qara qaya” deyilən yerdə sağ əlindən yaralanıb. Digər sakinlərlə birgə Ermənistan hərbçiləri tərəfindən girov götürülərək Əsgərana aparılıb və orada milis şöbəsinin təcridxanasında saxlanılıb. Anası Tamaşa Məmmədova qardaşı Rasim Məmmədovla birlikdə digər Xocalı sakinləri ilə Kətik kəndi istiqamətində gələrkən Ermənistan hərbçiləri zirehli transportyorla onların qarşısını kəsib və qardaşını alnından güllə ilə vuraraq öldürüblər. Digər qardaşı Vasif Məmmədov isə girov götürülərək Əsgərana aparılıb. Ermənilər Əsgəran Milis Şöbəsinin təcridxanasında həyat yoldaşı Səlimə işgəncə verərək onun diri-diri ürəyini çıxarıblar.

Qardaşı Vasifə işgəncə verərək qollarını və ayaqlarını sındırıb, sonra güllələyərək öldürüblər. Qardaşı oğlu Zahiri də yaralı halda tutaraq sonradan güllələyiblər.

Zərərçəkmiş Zöhrab Muradov diqqətə çatdırıb ki, Xocalının ilk şəhidi onun qardaşı Zahid Muradov olub. Ermənilər “Alazan” tipli raket atıblar, bir qardaşı şəhid olub, digəri yaralanıb.

Zərərçəkmiş ifadəsində bildirib ki, o, Əsgəranda qaz idarəsində işləyib. 1987-ci ildə ermənilər azərbaycanlı olduğu üçün onları işdən çıxarıblar, dördaylıq maaşlarını da verməyiblər. Xocalı faciəsi törədilən vaxt o, Ağdamda olub. Zərərçəkmiş Şelli kəndində Xocalıdan qaçmış sakinləri ayaqyalın, nazik geyimdə, yaralanmış, donmuş vəziyyətdə, suyun, palçığın içində görüb. Qardaşı Zahidin, babası Əzimin və iki övladının ermənilər tərəfindən amansızcasına öldürüldüyünü öyrənib.

Zərərçəkmiş Azər Cəbrayılov ifadəsində Xocalı soyqırımı zamanı 8 yaşının olduğunu deyərək bildirib: “Biz Şelliyə çatmağa az qalmış anam şəhid oldu, mən, atam və bacım yaralandıq”.

Məhkəmənin növbəti iclası aprelin 18-nə təyin olunub.

Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi üzrə erməniəsilli 15 təqsirləndirilən şəxs ittiham edilir.

Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan David Rubeni, Manukyan David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırım), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunurlar.

ZÜMRÜD



VİDEO

SON XƏBƏRLƏR

09.05.2025 / 20:56
ABŞ və Rusiya Avropaya qaz nəqlini masaya yatırdı - rus qazını Avropaya Amerika şirkətləri satacaq…

09.05.2025 / 20:43
"Hindistanın Pakistana hücumu Hərbi Hava Qüvvələrinin bacarıqsızlığını üzə çıxardı"

09.05.2025 / 20:34
Azərbaycan-Vyetnam əməkdaşlığında yeni səhifə açılır

09.05.2025 / 19:27
Çin lideri Moskvada “əsas qonaq” statusu aldı - başqa dövlət başçıları aşağılarda...

09.05.2025 / 19:18
“Femin Art” Beynəlxalq Qadın Rəssamların sərgisi Bakıda – Mədəniyyət və sülhün birliyi

09.05.2025 / 18:43
ABŞ müdafiə naziri İsrailə səfərini ləğv etdi

09.05.2025 / 18:17
Trampın yeni niyyəti - Ərdoğanı Ukrayna bataqlığında batırmaq...

09.05.2025 / 18:02
İşğalçı Hindistan əsasən Rusiya və İsrail silahlarından istifadə edir

09.05.2025 / 17:44
Ermənistandan yeni tələb - terrorçu Monte Melkonyanı hər yerdən silin…

09.05.2025 / 17:20
Makronla Şolts bacarmadı, Merslə Makron bacaracaq?...

09.05.2025 / 16:53
Roma Papasının əsas vəzifəsi Trampı Avropaya yaxınlaşdırmaq olacaq...

09.05.2025 / 16:44
Heydər Əliyev: Əsrlərə sığmayan tarixi Lider

09.05.2025 / 16:10
Moskvada Qələbənin 80-ci ildönümü münasibətilə parad keçirildi

09.05.2025 / 16:02
Pakistan gecə ərzində Hindistanın 4 kəşfiyyat təyyarəsini vurub

09.05.2025 / 15:37
Pakistanın J-10c qırıcısı Hindistan qırıcılarını quş kimi ovlayır

09.05.2025 / 15:15
Prezident “Qoç Ət” Kəndli Fermer Təsərrüfatı MMC-nin Xocalının Xanabad kəndindəki heyvandarlıq kompleksinin açılışında iştirak edib - FOTO/YENİLƏNDİ

09.05.2025 / 14:43
“Azərişıq” ASC-nin "Xocalı" yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin açılışı oldu - FOTO/YENİLƏNDİ

09.05.2025 / 14:15
Tramp Ərdoğandan vasitəçilik xahişini məqsədli şəkildə etdi...

09.05.2025 / 14:07
Şuşada inşa ediləcək dördüncü yaşayış kompleksinin təməli qoyuldu - FOTO/YENİLƏNDİ

09.05.2025 / 14:03
Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışı oldu - FOTO/YENİLƏNDİ

09.05.2025 / 13:56
DİN əməkdaşları Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət etdi - FOTO

09.05.2025 / 13:52
Prezident və Birinci xanım Daşaltı kənd məscidinin açılışını etdi - FOTO/YENİLƏNDİ

09.05.2025 / 13:42
“Putin istəsə belə müharibəni dayandıra bilməz”

09.05.2025 / 13:20
Zatulin həddini aşdı: “Onu yerinə oturtmağın vaxtı deyilmi?”

09.05.2025 / 13:08
Ermənilər Şuşanın işğalını Qələbə günü kimi qeyd edə bilmədilər

09.05.2025 / 12:55
Ailə Konsepsiyası ilin sonuna qədər hazırlana bilər...

09.05.2025 / 12:43
Bill Qeyts bütün sərvətini xeyriyyəçiliyə bağışlayacaq

09.05.2025 / 12:24
Tramp Kiyevin 30 günlük atəşkəs təklifini dəstəklədi

09.05.2025 / 11:51
İsrail Ordusu Radiosu: “Tramp Netanyahu ilə əlaqəni kəsdi”

09.05.2025 / 11:36
Kreml: ”Tramp Ukraynanın tələblərini anlamağa başlayıb, lakin bir nüans var”

09.05.2025 / 10:55
Prezident İlham Əliyev Fridrix Mertsi təbrik edib

09.05.2025 / 10:52
Prezident İlham Əliyev Ekvadorun Prezidentini təbrik edib

09.05.2025 / 10:48
Prezident İlham Əliyev Roma Papası XIV Leonu təbrik edib

09.05.2025 / 10:32
Bir gündə bank kartlarından 11 min manatdan çox pul oğurlandı...

09.05.2025 / 10:07
Mehriban xanım Əliyeva 9 May - Qələbə Günü münasibətilə paylaşım edib

09.05.2025 / 09:51
Prezident İlham Əliyev və Mehriban Əliyeva faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycan övladlarının xatirəsini ehtiramla anıblar - FOTO

09.05.2025 / 09:40
Prezident İlham Əliyev və Mehriban Əliyeva Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər - FOTO

09.05.2025 / 09:28
Vensdən yeni açıqlama: - "Ukraynanın parçalanmasını istəmirik"

09.05.2025 / 09:26
Bakı məktəblərində kütləvi narkoloji test... Geniş panika yaranıb…

09.05.2025 / 09:20
Papa Leo ilk çıxışında papalığı ilə bağlı əsas ipuçlarını verdi

09.05.2025 / 09:18
Konfrans Liqası: Finalın adı "Çelsi"-"Betis" olacaq!

09.05.2025 / 09:16
Papa XIV Leo niyə Vensi və Ağ Evin siyasətini tənqid etdi

09.05.2025 / 09:07
Anqola və Azərbaycan prezidentləri arasında telefon danışığı olub

09.05.2025 / 09:02
Zatulin yenə sərsəmlədi:” Azərbaycan Rusiyanın müttəfiqi deyil”

09.05.2025 / 08:41
Türkmənistan pomidorunun ümidinə qalanda axırımız elə belə olar...

09.05.2025 / 08:00
Faşizm üzərində Qələbədən 80 il keçir

09.05.2025 / 00:05
Prezident İlham Əliyev 9 May - Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım etdi - FOTO

08.05.2025 / 23:57
Ceyhun Bayramov pakistanlı həmkarı ilə danışdı - Pakistan xalqı ilə həmrəyik...

08.05.2025 / 23:57
Yeni Papa katoliklərə müraciət etdi

08.05.2025 / 22:46
Amerikalı kardinalın 267-ci Roma Papası seçilməsi təsadüfdür?...

08.05.2025 / 22:33
BƏƏ Prezidenti Prezident İlham Əliyevə zəng edib

08.05.2025 / 22:07
Məhkəmədə Ermənistan tərəfindən Kəlbəcərin işğalı zamanı əsir və girov götürülmüş azərbaycanlılara işgəncələr verilməsi ilə bağlı ifadələr dinlənilib - FOTO

08.05.2025 / 21:50
14-cü Leo 267-ci Roma Papası seçildi

08.05.2025 / 21:35
Pakistan: “Hindistandan fərqli olaraq mülki insanları hədəf almadıq”

08.05.2025 / 21:26
İraq Kürdüstanında Azərbaycan konsulluğu - Bakı-Ankara münasibətlərində həssas məsələ...

08.05.2025 / 21:09
Avtosalonlarda "qarantiyalı satış fırıldaqlarını" dilerlərin özləri açır - rəsmi servisə 200 manat veririk ki, müştəriyə bu sözləri desinlər...

08.05.2025 / 20:54
Bayden Trampa sərrast atəş açdı - “ay axmaq...”

08.05.2025 / 20:40
Vatikan yeni papanı seçdi

08.05.2025 / 20:37
Ermənistan bu il də Azərbaycanla sülh imzalanmasının qarşısını aldı...

08.05.2025 / 20:24
Əliyevin və Paşinyanın Moskva paradına yanaşmaları müqayisəli təhlil edildi - üstünlük...

08.05.2025 / 20:11
Ermənistan hökumətinin "məxfi 2-ci bəndi" - Azərbaycanla delimitasiya prosesi pozula bilər...

08.05.2025 / 19:57
Hindistan-Pakistan müharibəsi Şimal-Cənub dəhlizinə təqribən bu qədər ziyan vura bilər...

08.05.2025 / 19:44
Pakistan Hindistanın 85 qırıcısının rabitə sistemini pozdu - düşmənin "güc mifi" yerlə bir oldu...

08.05.2025 / 19:31
Əhmədiyyə Cəbrayılovun ruhu Makrona qənim olsun - Milli Qəhrəmana qarşı unutqanlıq...

08.05.2025 / 19:17
Oxucularımızdan xalq artisti Samir Cəfərova mesaj...

08.05.2025 / 19:04
Rusiya nefti büdcə qiymətinin 40 faizindən də aşağı düşdü - əsl fəlakət indi başlana bilər?..

08.05.2025 / 18:50
DİM qabiliyyət müsabiqəsinə keçidi 10 bal artırdı... Narazılıqlar var

08.05.2025 / 18:36
Son 70-80 ildə Azərbaycan-Vyetnam mədəni əlaqələrində unudulmuş şedevrlər...

08.05.2025 / 18:30
Bir vaxtlar "nazirlər vətəni" deyilən Naxçıvan indi "bir nazirin əlində qalıb"...

08.05.2025 / 18:26
Konyada “Anadolu Ankası – 2025” təlimində iştirak edəcək heyətə sıra baxışı keçirildi

08.05.2025 / 18:22
Hüquqi dövlət quruculuğunda əsas mərhələ 1996-cı ildə bu qərardan başladı...

08.05.2025 / 18:16
DTX və DSX birgə əməliyyat keçirdi - saxlanan var...

08.05.2025 / 18:09
Azərbaycanda bütün partiyaların pulu 1 illiyə kəsildi...(?)

08.05.2025 / 18:01
Müstəqil Azərbaycan səhiyyəsinin memarı - Əhliman ƏMİRASLANOV yazır...

08.05.2025 / 17:56
Ədliyyə naziri konstitusiya ilə bağlı suala birbaşa cavabdan qaçdı - erməni elitası hələ oynayır...

08.05.2025 / 17:43
Valideynlərin məktəb və müəllim seçimində böyük problem var - şəxsi məlumatlar açıq olsa nə olar?!...

08.05.2025 / 17:33
Narendra Modinin faşizmə, müharibə dəliliyinə söykənən siyasi maraqları

08.05.2025 / 17:30
Vyetnam-Azərbaycan əlaqələrinin yeni Yol xəritəsi ortadadır...

08.05.2025 / 17:17
Qobustan Qoruğuna giriş bahalaşır - YENİ QİYMƏTLƏR açıqlandı...

08.05.2025 / 17:08
"Ermənistan ordusunun hərbçiləri 23 nəfəri gözümün qarşısında diri-diri basdırdılar" - Kəlbəcərdə girov götürülən zərərçəkmiş

08.05.2025 / 16:55
Avropa Birliyi Türkiyə xalqına qarşı növbəti tarixi ədalətsizlik etdi...

Hüquqi dövlət quruculuğunda əsas mərhələ 1996-cı ildə bu qərardan başladı...

XƏBƏR ARXİVİ

May
B.eÇ.aÇC.aCŞB
2829301234567891011121314151617181920212223242526272829303112345678