Cümə günü, 9 may 2025
     

Şimal-Cənub dəhlizində Azərbaycanın hesabına yeni addımlar atılır...

Image

Rusiyalı mütəxəssislər artıq İrandadır və Rəşt-Astara dəmir yolu layihəsi üzərində iş aparırlar. Bu barədə jurnalistlərə Rusiya baş nazirinin müavini Aleksey Overçuk məlumat verib. İranın Moskvadakı səfiri Kazem Cəlalinin Rəşt-Astara dəmir yolu hissəsinin tikintisinin ən azı 3-4 il çəkə biləcəyi ilə bağlı sözlərinə münasibət bildirən Rusiya rəsmisi qeyd edib ki, iranlı diplomat bu proqnozu mütəxəssislərin hesablamaları əsasında verib.

Xatırladaq ki, 2023-cü ildə Rusiya ilə İran arasında Şimal-Cənub layihəsi çərçivəsində Azərbaycanla İran arasında Fars körfəzinin limanlarına dəmir yolu xəttinin çıxışını təmin edəcək 160 kilometrlik hissəsinin birgə tikintisinə dair saziş imzalanıb. Layihənin ümumi dəyəri 1,6 milyard avrodur. Sənədə əsasən, Moskva və Tehran tikinti və layihələndirmə işlərini, həmçinin malların tədarükü və xidmətləri birgə maliyyələşdirəcək. Artıq prosesə başlanıb və bu, Şimal-Cənub layihəsi üzrə Azərbaycan üzərindən daha çox yük daşınmasına imkan verir. Bu günlərdə İranın yol və şəhərsalma naziri Fərzanə Sadeqi Tehranda keçirilən Xəzər İqtisadi Forumunda Şimal-Cənub layihəsi üzrə mühüm açıqlamalar verib. O qeyd edib ki, Şimal-Cənub dəhlizinin əvvəli Bəndər-Abbas limanı, şimal nöqtəsi isə Astaradır. Rəşt-Astara dəmir yolu xəttinin çəkilişi bu məsafənin birləşməsini tamamlayacaq: “Bu yol tranzit yükdaşımalarının və ümumilikdə nəqliyyatın inkişafı üçün əhəmiyyətlidir. İran hökuməti Rəşt-Astara dəmir yolu xətini tamamlamaqda qərarlıdır. İran ilə Rusiyanın müvafiq qurumlarının nümayəndələri son bir ay ərzində 5 dəfə görüş keçiriblər. Rusiya yolun tamamlanması üçün 1 milyard 600 milyon avro kredit ayırıb. Bu kredit dəmir yolunun çəkilişi üçün texniki məsələlərin həll olunmasına imkan verəcək. İran hökuməti isə yolun üzərindən keçdiyi torpaqlar sahibləri ilə alqı-satqı işini sürətləndirəcək. Rusiya tərəfi ilə keçirilən görüşlərdə yolun çəkilişini davam etdirmək üçün görüləcək işlərin planı hazırlanıb və razılaşdırılıb”. Qeyd edək ki, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin dəmir yolu seqmentinin əsasını təşkil edən Qəzvin-Rəşt-Astara (İran) – Astara (Azərbaycan) dəmir yolu xəttinin Qəzvin-Rəşt hissəsi 2018-ci ildə istismara verilib. İrana qarşı tətbiq olunan iqtisadi sanksiyalar yolun Rəşt-Astara hissəsinin tikintisini çətinləşdirib. Bu yol vasitəsilə Asiyadan Rusiya və Avropaya daşınan yüklər İran və Azərbaycan ərazisindən tranzit olaraq daşınacaq. İranlı politoloq, beynəlxalq münasibətlər üzrə ekspert Əmir Məhəmmədi Çahaki diqqətə çatdırır ki, İran Xəzər regionunda iqtisadi əməkdaşlıqda mərkəzi yer tutur, çünki onun strateji mövqeyi Xəzər dənizini Körfəzi ilə birləşdirir: “Bu, ölkəni regiondaxili və regiondan kənar iqtisadi-ticarət əlaqələrin genişlənməsinə töhfə verən mühüm tranzit mərkəzinə çevirir. Tehran Xəzər hövzəsinin qlobal iqtisadiyyata inteqrasiyasını fəal şəkildə təşviq edir, nəqliyyat infrastrukturuna – dəmir yollarına, limanlara və logistika mərkəzlərinə investisiya yatırır. İranın strateji Bəndər-Abbas və Çabahar limanlarına nəzarəti Mərkəzi Asiya, Qafqaz və Cənubi Asiyanı birləşdirməyə imkan verir ki, bu da regional əməkdaşlığın möhkəmlənməsinə şərait yaradır. Bundan əlavə, İran enerji sektorunda da mühüm rol oynayır, neft və qazın nəqli üçün öz resurslarını və tranzit marşrutlarını təqdim edir. Qlobal dəyişikliklər fonunda onun regionda etibarlı tərəfdaş kimi əhəmiyyəti artır və bu da bütövlükdə Xəzər regionunun iqtisadi inkişafına və sabitliyinə töhfə verir”.

Ekspert diqqətə çatdırır ki, Xəzər dənizi ilə Körfəz arasında nəqliyyat dəhlizinin həyata keçirilməsi regionun əsas infrastruktur layihələrindən biridir: “Bu marşrutun ideyası hələ sovet dövründən müzakirə olunsa da, son illərdə İran və Rusiyanın birgə səyləri sayəsində yeni təkan qazanıb. Layihə mərhələli şəkildə həyata keçirilir və əsas diqqət dəmiryol şəbəkəsinin inkişafına və liman infrastrukturunun modernləşdirilməsinə yönəldilib. Ən vacib mərhələlərdən biri Rəşt – Astara dəmiryol hissəsinin tikintisi olub ki, onun tamamlanması ilə bağlı razılaşma Rusiya və İran tərəfindən 2025-ci ilin fevralında imzalanıb. Bu magistral İranın Xəzər dənizindəki şimal limanlarını Körfəzdəki cənub limanları ilə birləşdirəcək və yüklərin daşınması üçün rahat marşrut təmin edəcək. Artıq Qəzvin–Rəşt dəmir yolu istismara verilib, eləcə də Rəşt – Xəzər arasındakı 37 kilometrlik hissə tamamlanıb ki, bu da regionun nəqliyyat sistemlərinin inteqrasiyası üçün mühüm addımdır. Gözlənilir ki, dəhlizin işə salınması Hindistandan Avropaya Rusiya vasitəsilə yük daşınma müddətini iki dəfə azaldacaq və bu da onu iqtisadi cəhətdən son dərəcə cəlbedici edəcək”. O da faktdır ki, Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı Xəzər regionunun və ona bitişik ərazilərin iqtisadi artımında mühüm rol oynayır. Bu marşrutlar təkcə qitələrarası əlaqələri gücləndirmir, həm də ticarət dövriyyəsinin artmasına, investisiyaların cəlb olunmasına və sənaye əməkdaşlığının inkişafına kömək edir. 7200 km uzunluğa malik Şimal-Cənub dəhlizi Hind okeanı və Körfəzi Xəzər dənizi vasitəsilə Avropa ilə birləşdirir. Onun inkişafı İran, Rusiya və Azərbaycan kimi region ölkələrinə Hindistan və Cənubi Asiyadan Avropaya yüklərin daşınması üçün öz tranzit potensiallarından istifadə etməyə imkan verir. Bu marşrut yüklərlə dolu olan dəniz yollarını, məsələn, Süveyş kanalını keçmədən daha qısa və səmərəli bir alternativ təqdim edir. Mütəxəssislərin hesablamalarına görə, bu dəhlizin tam fəaliyyəti 2030-cu ilə qədər ticarət dövriyyəsini üçqat artıra bilər və region ölkələrinə tranzitdən milyardlarla dollar gəlir qazandırar. Şərq-Qərb dəhlizi isə, o cümlədən Transxəzər marşrutu, Çini Mərkəzi Asiya və Qafqaz vasitəsilə Avropa ilə birləşdirir. O, Şimal-Cənub dəhlizini tamamlayaraq, regionun vahid nəqliyyat arteriyalar şəbəkəsinə çevrilməsinə şərait yaradır. Xəzəryanı dövlətlər üçün bu, xammal, kənd təsərrüfatı məhsulları və sənaye mallarının ixracı üçün yeni imkanlar, eləcə də qlobal bazarlara çıxışın genişlənməsi deməkdir. Nəqliyyat infrastrukturuna yatırılan investisiyalar regionun rəqabət qabiliyyətini artırmaqla yanaşı, onun beynəlxalq logistika mərkəzi kimi mövqeyini də gücləndirir. Burada Azərbaycanın mərkəzi rollardan birini oynaması isə ölkəmizə çoxsaylı üstünlüklər qazandırır. Mövcud vəziyyətində Fars körfəzinə də çıxış imkanları Azərbaycanın logistika üstünlüyünü daha da artırır.

Tahir TAĞIYEV



VİDEO

SON XƏBƏRLƏR

09.05.2025 / 20:56
ABŞ və Rusiya Avropaya qaz nəqlini masaya yatırdı - rus qazını Avropaya Amerika şirkətləri satacaq…

09.05.2025 / 20:43
"Hindistanın Pakistana hücumu Hərbi Hava Qüvvələrinin bacarıqsızlığını üzə çıxardı"

09.05.2025 / 20:34
Azərbaycan-Vyetnam əməkdaşlığında yeni səhifə açılır

09.05.2025 / 19:27
Çin lideri Moskvada “əsas qonaq” statusu aldı - başqa dövlət başçıları aşağılarda...

09.05.2025 / 19:18
“Femin Art” Beynəlxalq Qadın Rəssamların sərgisi Bakıda – Mədəniyyət və sülhün birliyi

09.05.2025 / 18:43
ABŞ müdafiə naziri İsrailə səfərini ləğv etdi

09.05.2025 / 18:17
Trampın yeni niyyəti - Ərdoğanı Ukrayna bataqlığında batırmaq...

09.05.2025 / 18:02
İşğalçı Hindistan əsasən Rusiya və İsrail silahlarından istifadə edir

09.05.2025 / 17:44
Ermənistandan yeni tələb - terrorçu Monte Melkonyanı hər yerdən silin…

09.05.2025 / 17:20
Makronla Şolts bacarmadı, Merslə Makron bacaracaq?...

09.05.2025 / 16:53
Roma Papasının əsas vəzifəsi Trampı Avropaya yaxınlaşdırmaq olacaq...

09.05.2025 / 16:44
Heydər Əliyev: Əsrlərə sığmayan tarixi Lider

09.05.2025 / 16:10
Moskvada Qələbənin 80-ci ildönümü münasibətilə parad keçirildi

09.05.2025 / 16:02
Pakistan gecə ərzində Hindistanın 4 kəşfiyyat təyyarəsini vurub

09.05.2025 / 15:37
Pakistanın J-10c qırıcısı Hindistan qırıcılarını quş kimi ovlayır

09.05.2025 / 15:15
Prezident “Qoç Ət” Kəndli Fermer Təsərrüfatı MMC-nin Xocalının Xanabad kəndindəki heyvandarlıq kompleksinin açılışında iştirak edib - FOTO/YENİLƏNDİ

09.05.2025 / 14:43
“Azərişıq” ASC-nin "Xocalı" yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin açılışı oldu - FOTO/YENİLƏNDİ

09.05.2025 / 14:15
Tramp Ərdoğandan vasitəçilik xahişini məqsədli şəkildə etdi...

09.05.2025 / 14:07
Şuşada inşa ediləcək dördüncü yaşayış kompleksinin təməli qoyuldu - FOTO/YENİLƏNDİ

09.05.2025 / 14:03
Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışı oldu - FOTO/YENİLƏNDİ

09.05.2025 / 13:56
DİN əməkdaşları Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət etdi - FOTO

09.05.2025 / 13:52
Prezident və Birinci xanım Daşaltı kənd məscidinin açılışını etdi - FOTO/YENİLƏNDİ

09.05.2025 / 13:42
“Putin istəsə belə müharibəni dayandıra bilməz”

09.05.2025 / 13:20
Zatulin həddini aşdı: “Onu yerinə oturtmağın vaxtı deyilmi?”

09.05.2025 / 13:08
Ermənilər Şuşanın işğalını Qələbə günü kimi qeyd edə bilmədilər

09.05.2025 / 12:55
Ailə Konsepsiyası ilin sonuna qədər hazırlana bilər...

09.05.2025 / 12:43
Bill Qeyts bütün sərvətini xeyriyyəçiliyə bağışlayacaq

09.05.2025 / 12:24
Tramp Kiyevin 30 günlük atəşkəs təklifini dəstəklədi

09.05.2025 / 11:51
İsrail Ordusu Radiosu: “Tramp Netanyahu ilə əlaqəni kəsdi”

09.05.2025 / 11:36
Kreml: ”Tramp Ukraynanın tələblərini anlamağa başlayıb, lakin bir nüans var”

09.05.2025 / 10:55
Prezident İlham Əliyev Fridrix Mertsi təbrik edib

09.05.2025 / 10:52
Prezident İlham Əliyev Ekvadorun Prezidentini təbrik edib

09.05.2025 / 10:48
Prezident İlham Əliyev Roma Papası XIV Leonu təbrik edib

09.05.2025 / 10:32
Bir gündə bank kartlarından 11 min manatdan çox pul oğurlandı...

09.05.2025 / 10:07
Mehriban xanım Əliyeva 9 May - Qələbə Günü münasibətilə paylaşım edib

09.05.2025 / 09:51
Prezident İlham Əliyev və Mehriban Əliyeva faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycan övladlarının xatirəsini ehtiramla anıblar - FOTO

09.05.2025 / 09:40
Prezident İlham Əliyev və Mehriban Əliyeva Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər - FOTO

09.05.2025 / 09:28
Vensdən yeni açıqlama: - "Ukraynanın parçalanmasını istəmirik"

09.05.2025 / 09:26
Bakı məktəblərində kütləvi narkoloji test... Geniş panika yaranıb…

09.05.2025 / 09:20
Papa Leo ilk çıxışında papalığı ilə bağlı əsas ipuçlarını verdi

09.05.2025 / 09:18
Konfrans Liqası: Finalın adı "Çelsi"-"Betis" olacaq!

09.05.2025 / 09:16
Papa XIV Leo niyə Vensi və Ağ Evin siyasətini tənqid etdi

09.05.2025 / 09:07
Anqola və Azərbaycan prezidentləri arasında telefon danışığı olub

09.05.2025 / 09:02
Zatulin yenə sərsəmlədi:” Azərbaycan Rusiyanın müttəfiqi deyil”

09.05.2025 / 08:41
Türkmənistan pomidorunun ümidinə qalanda axırımız elə belə olar...

09.05.2025 / 08:00
Faşizm üzərində Qələbədən 80 il keçir

09.05.2025 / 00:05
Prezident İlham Əliyev 9 May - Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım etdi - FOTO

08.05.2025 / 23:57
Ceyhun Bayramov pakistanlı həmkarı ilə danışdı - Pakistan xalqı ilə həmrəyik...

08.05.2025 / 23:57
Yeni Papa katoliklərə müraciət etdi

08.05.2025 / 22:46
Amerikalı kardinalın 267-ci Roma Papası seçilməsi təsadüfdür?...

08.05.2025 / 22:33
BƏƏ Prezidenti Prezident İlham Əliyevə zəng edib

08.05.2025 / 22:07
Məhkəmədə Ermənistan tərəfindən Kəlbəcərin işğalı zamanı əsir və girov götürülmüş azərbaycanlılara işgəncələr verilməsi ilə bağlı ifadələr dinlənilib - FOTO

08.05.2025 / 21:50
14-cü Leo 267-ci Roma Papası seçildi

08.05.2025 / 21:35
Pakistan: “Hindistandan fərqli olaraq mülki insanları hədəf almadıq”

08.05.2025 / 21:26
İraq Kürdüstanında Azərbaycan konsulluğu - Bakı-Ankara münasibətlərində həssas məsələ...

08.05.2025 / 21:09
Avtosalonlarda "qarantiyalı satış fırıldaqlarını" dilerlərin özləri açır - rəsmi servisə 200 manat veririk ki, müştəriyə bu sözləri desinlər...

08.05.2025 / 20:54
Bayden Trampa sərrast atəş açdı - “ay axmaq...”

08.05.2025 / 20:40
Vatikan yeni papanı seçdi

08.05.2025 / 20:37
Ermənistan bu il də Azərbaycanla sülh imzalanmasının qarşısını aldı...

08.05.2025 / 20:24
Əliyevin və Paşinyanın Moskva paradına yanaşmaları müqayisəli təhlil edildi - üstünlük...

08.05.2025 / 20:11
Ermənistan hökumətinin "məxfi 2-ci bəndi" - Azərbaycanla delimitasiya prosesi pozula bilər...

08.05.2025 / 19:57
Hindistan-Pakistan müharibəsi Şimal-Cənub dəhlizinə təqribən bu qədər ziyan vura bilər...

08.05.2025 / 19:44
Pakistan Hindistanın 85 qırıcısının rabitə sistemini pozdu - düşmənin "güc mifi" yerlə bir oldu...

08.05.2025 / 19:31
Əhmədiyyə Cəbrayılovun ruhu Makrona qənim olsun - Milli Qəhrəmana qarşı unutqanlıq...

08.05.2025 / 19:17
Oxucularımızdan xalq artisti Samir Cəfərova mesaj...

08.05.2025 / 19:04
Rusiya nefti büdcə qiymətinin 40 faizindən də aşağı düşdü - əsl fəlakət indi başlana bilər?..

08.05.2025 / 18:50
DİM qabiliyyət müsabiqəsinə keçidi 10 bal artırdı... Narazılıqlar var

08.05.2025 / 18:36
Son 70-80 ildə Azərbaycan-Vyetnam mədəni əlaqələrində unudulmuş şedevrlər...

08.05.2025 / 18:30
Bir vaxtlar "nazirlər vətəni" deyilən Naxçıvan indi "bir nazirin əlində qalıb"...

08.05.2025 / 18:26
Konyada “Anadolu Ankası – 2025” təlimində iştirak edəcək heyətə sıra baxışı keçirildi

08.05.2025 / 18:22
Hüquqi dövlət quruculuğunda əsas mərhələ 1996-cı ildə bu qərardan başladı...

08.05.2025 / 18:16
DTX və DSX birgə əməliyyat keçirdi - saxlanan var...

08.05.2025 / 18:09
Azərbaycanda bütün partiyaların pulu 1 illiyə kəsildi...(?)

08.05.2025 / 18:01
Müstəqil Azərbaycan səhiyyəsinin memarı - Əhliman ƏMİRASLANOV yazır...

08.05.2025 / 17:56
Ədliyyə naziri konstitusiya ilə bağlı suala birbaşa cavabdan qaçdı - erməni elitası hələ oynayır...

08.05.2025 / 17:43
Valideynlərin məktəb və müəllim seçimində böyük problem var - şəxsi məlumatlar açıq olsa nə olar?!...

08.05.2025 / 17:33
Narendra Modinin faşizmə, müharibə dəliliyinə söykənən siyasi maraqları

08.05.2025 / 17:30
Vyetnam-Azərbaycan əlaqələrinin yeni Yol xəritəsi ortadadır...

08.05.2025 / 17:17
Qobustan Qoruğuna giriş bahalaşır - YENİ QİYMƏTLƏR açıqlandı...

08.05.2025 / 17:08
"Ermənistan ordusunun hərbçiləri 23 nəfəri gözümün qarşısında diri-diri basdırdılar" - Kəlbəcərdə girov götürülən zərərçəkmiş

08.05.2025 / 16:55
Avropa Birliyi Türkiyə xalqına qarşı növbəti tarixi ədalətsizlik etdi...

Hüquqi dövlət quruculuğunda əsas mərhələ 1996-cı ildə bu qərardan başladı...

XƏBƏR ARXİVİ

May
B.eÇ.aÇC.aCŞB
2829301234567891011121314151617181920212223242526272829303112345678