Şənbə günü, 10 may 2025
     

Ermənistan yola gəldi - Cənubi Qafqazda üçtərəfli formata qoşulur...

Image

Azərbaycan Cənubi Qafqazın sabit, inkişaf etmiş məkan olmasını xarici siyasətində əsas istiqamətlərdən biri kimi müəyyən edib. Burada yerləşən ölkələrin əməkdaşlığında da Azərbaycan maraqlı tərəf qismində çıxş edir. Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə bəyan edib ki, Cənubi Qafqazda Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasının regionda tamamilə yeni vəziyyət yaradacağını, buradakı ölkələrin əməkdaşlığa üçtərəfli formatda başlaya biləcəklərini vurğulayıb.

ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda çıxışı zamanı prezident İlham Əliyev diqqəti ona da yönəldib ki, Azərbaycanla düşmənçilik Ermənistana heç nə qazandırmır: “Əfsuslar olsun ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı Cənubi Qafqaza nisbətən inteqrasiya olunmuş region kimi inkişaf etməyə imkan vermədi. Bizim hamımızın buna imkanı var idi. Lakin Azərbaycan xalqına qarşı təcavüz və onun iztirabı bunun reallaşmasına imkan vermədi. Beləliklə, Cənubi Qafqaz inteqrasiya olunmamışdı. Buna baxmayaraq, iqtisadi və nəqliyyat marşrutları və əlbəttə ki, enerji təhlükəsizliyi nöqteyi-nəzərindən bu, baş verə bilərdi. Azərbaycanla Gürcüstan arasındakı münasibətlərə baxsaq, indicə qeyd etdiyim enerji təhlükəsizliyi, daşımalar, siyasi dialoq, investisiyalar, iqtisadi üstünlüklər kimi bütün bu seqmentləri görə bilərik. Beləliklə, Ermənistan, əslində, özünü bütün bunlardan məhrum etdi, işğal və təcavüz nəticəsində özünü tranzit ölkəsi, Azərbaycanın enerji resursları və nəqliyyat marşrutları üçün önəmli tranzit ölkəsi olmaqdan məhrum etdi. Neft, qaz və ya yük daşımaları olmasından asılı olmayaraq, Azərbaycandan gələn bütün tranzit Gürcüstandan keçir. Beləliklə, Ermənistan bu prosesin bir hissəsi ola bilərdi. Gələcəkdə cərəyan edəcək hadisələrin düzgün hesablanılmaması və gələcək iqtisadiyyatını, “böyük Ermənistan” arzusu olan həqiqi müstəqilliyini qurban verməsi onların təqsiridir. Azərbaycan və Ermənistan arasında saziş imzalananda və imzalandığı təqdirdə əlbəttə ki, əməkdaşlığın başlanılmasına heç bir maneə qalmayacaq”. Mövzuya dövlət başçısı Gürcüstanın prezidenti Mixeil Kavelaşvili mətbuata bəyanatlarla çıxışı zamanı yenidən toxunub: “Cənubi Qafqazda sülhün, əmin-amanlığın bərqərar edilməsi də bizim birgə maraqlarımızda olan məsələdir və burada həm Gürcüstan, həm Azərbaycan öz töhfəsini verir. Əfsuslar olsun ki, uzun illər ərzində Cənubi Qafqaz münaqişə, müharibə arenasına çevrilmişdir. Ümid edirəm ki, bundan sonra Cənubi Qafqazın qara səhifələri bağlanacaq və tarixdə qalacaq”. Cənubi Qafqazda regional əməkdaşlıq üçün Ermənistanın da bu prosesdə iştirakı zəruridir.

Qeyd edək ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində şanlı Qələbəsi yeni reallıqlar yaratmaqla yanaşı, həm də bu Cənubi Qafqaz regionunun tarixində yeni bir səhifə və imkanlar açdı. Təbii ki, bu imkanlardan yararlanmaq üçün Ermənistanın işğalçı siyasətinə son qoyaraq, beynəlxalq əməkdaşlığa qoşulması vacibdir. Əks halda, bu ölkə bundan sonra da bütün regional layihələrdən kənarda qalacaq. Üçtərəfli əməkdaşlıq formatları həm də regional sabitliyə misilsiz töhfə olar. Azərbaycanın zəngin enerji resursları həm ölkəmizin iqtisadi potensialını gücləndirir, həm də regional əməkdaşlıqda çox mühüm rol oynayır. İstifadəyə verilmiş yeni qaz kəmərləri Azərbaycan qazını dünya və Avropa bazarlarına çıxarır. Tezliklə bura “yaşıl enerji” xətləri də əlavə ediləcək. İndilikdə Qafqazda Azərbaycanın böyük qaz hasilatçısına çevrilməsi yeni ixrac imkanlarının artmasına və buna uyğun olaraq regionda daha irimiqyaslı layihələri reallaşdırmağa imkan verir. Regional əməkdaşlıq müstəvisində həm nəqliyyat, həm də enerji sektorundakı təşəbbüslərin artırılması daha da böyük uğurlara gətirib çıxaracaq. Bir sözlə, Azərbaycanın Cənubi Qafqazdakı yeni əməkdaşlıq siyasəti ölkəmiz, xalqımız və region üçün böyük faydalar verir. Əgər Ermənistan ötən 30 ildə olduğu kimi, yenə də bütün regional əməkdaşlıqlardan kənarda qalmaq istəmirsə, Azərbaycanla sülh müqaviləsi imzalayıb qarşılıqlı əlaqələri dəyərləndirə bilər. Münaqişə dövründə özünü blokada şəraitində yaşamağa məhkum edən qarşı tərəf inkişafdan, dövrün bütün tələblərindən geri qalıb. Amma bunu düzəltmək şansı da var. Bu arada Tiflisdə Gürcüstan, Azərbaycan və Ermənistanın Xarici İşlər nazirliklərinin nümayəndələri arasında üçtərəfli görüş keçirilib. Görüşün məqsədi üç ölkənin baxışlarını və fikirlərini paylaşmaq, mümkün əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparmaq olub ki, bu da üçtərəfli əməkdaşlıq prosesinin əsasını qoya bilər. Danışıqlarda Gürcüstan tərəfini xarici işlər nazirinin birinci müavini Laşa Darsaliya, Azərbaycanı xarici işlər nazirinin müavini Elnur Məmmədov, Ermənistanı isə xarici işlər nazirinin müavini Vaqan Kostanyan təmsil edib. Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili qeyd edib ki, Cənubi Qafqaz strateji əhəmiyyətə malik bir regiondur: “Üçtərəfli əməkdaşlıq üzrə fikir mübadiləsi regionun inkişafı üçün vacibdir. Bu gün bizi bu masa ətrafında birləşdirən və görüşməyə sövq edən əsas səbəb Gürcüstanın regional əməkdaşlığın inkişafına və ortaq maraqların müəyyənləşdirilməsinə səmimi istək göstərməsidir. Cənubi Qafqaz strateji əhəmiyyətə malik bir regiondur – böyük potensiala sahibdir və bu potensialdan yalnız birgə şəkildə istifadə edə bilərik. Region haqqında baxışlarımızın bölüşülməsi və üçtərəfli əməkdaşlıq imkanlarının araşdırılması vaxtında atılmış və olduqca vacib bir addımdır”. Azərbaycan Cənubi Qafqazın problemlərinin region çərçivəsində həllinə tərəfdardır. Rəsmi Bakı Cənubi Qafqaz ölkələri arasında yeni əməkdaşlıq formatının yaradılmasını, bunun ümumilikdə bölgənin inkişafına xidmət edəcəyini bəyan edir. Bu, həm də regional əməkdaşlıq, təhlükəsizliyin təmin edilməsi, müttəfiqliyin yaranması deməkdir.

Nahid SALAYEV



VİDEO

SON XƏBƏRLƏR

09.05.2025 / 20:56
ABŞ və Rusiya Avropaya qaz nəqlini masaya yatırdı - rus qazını Avropaya Amerika şirkətləri satacaq…

09.05.2025 / 20:43
"Hindistanın Pakistana hücumu Hərbi Hava Qüvvələrinin bacarıqsızlığını üzə çıxardı"

09.05.2025 / 20:34
Azərbaycan-Vyetnam əməkdaşlığında yeni səhifə açılır

09.05.2025 / 19:27
Çin lideri Moskvada “əsas qonaq” statusu aldı - başqa dövlət başçıları aşağılarda...

09.05.2025 / 19:18
“Femin Art” Beynəlxalq Qadın Rəssamların sərgisi Bakıda – Mədəniyyət və sülhün birliyi

09.05.2025 / 18:43
ABŞ müdafiə naziri İsrailə səfərini ləğv etdi

09.05.2025 / 18:17
Trampın yeni niyyəti - Ərdoğanı Ukrayna bataqlığında batırmaq...

09.05.2025 / 18:02
İşğalçı Hindistan əsasən Rusiya və İsrail silahlarından istifadə edir

09.05.2025 / 17:44
Ermənistandan yeni tələb - terrorçu Monte Melkonyanı hər yerdən silin…

09.05.2025 / 17:20
Makronla Şolts bacarmadı, Merslə Makron bacaracaq?...

09.05.2025 / 16:53
Roma Papasının əsas vəzifəsi Trampı Avropaya yaxınlaşdırmaq olacaq...

09.05.2025 / 16:44
Heydər Əliyev: Əsrlərə sığmayan tarixi Lider

09.05.2025 / 16:10
Moskvada Qələbənin 80-ci ildönümü münasibətilə parad keçirildi

09.05.2025 / 16:02
Pakistan gecə ərzində Hindistanın 4 kəşfiyyat təyyarəsini vurub

09.05.2025 / 15:37
Pakistanın J-10c qırıcısı Hindistan qırıcılarını quş kimi ovlayır

09.05.2025 / 15:15
Prezident “Qoç Ət” Kəndli Fermer Təsərrüfatı MMC-nin Xocalının Xanabad kəndindəki heyvandarlıq kompleksinin açılışında iştirak edib - FOTO/YENİLƏNDİ

09.05.2025 / 14:43
“Azərişıq” ASC-nin "Xocalı" yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin açılışı oldu - FOTO/YENİLƏNDİ

09.05.2025 / 14:15
Tramp Ərdoğandan vasitəçilik xahişini məqsədli şəkildə etdi...

09.05.2025 / 14:07
Şuşada inşa ediləcək dördüncü yaşayış kompleksinin təməli qoyuldu - FOTO/YENİLƏNDİ

09.05.2025 / 14:03
Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışı oldu - FOTO/YENİLƏNDİ

09.05.2025 / 13:56
DİN əməkdaşları Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət etdi - FOTO

09.05.2025 / 13:52
Prezident və Birinci xanım Daşaltı kənd məscidinin açılışını etdi - FOTO/YENİLƏNDİ

09.05.2025 / 13:42
“Putin istəsə belə müharibəni dayandıra bilməz”

09.05.2025 / 13:20
Zatulin həddini aşdı: “Onu yerinə oturtmağın vaxtı deyilmi?”

09.05.2025 / 13:08
Ermənilər Şuşanın işğalını Qələbə günü kimi qeyd edə bilmədilər

09.05.2025 / 12:55
Ailə Konsepsiyası ilin sonuna qədər hazırlana bilər...

09.05.2025 / 12:43
Bill Qeyts bütün sərvətini xeyriyyəçiliyə bağışlayacaq

09.05.2025 / 12:24
Tramp Kiyevin 30 günlük atəşkəs təklifini dəstəklədi

09.05.2025 / 11:51
İsrail Ordusu Radiosu: “Tramp Netanyahu ilə əlaqəni kəsdi”

09.05.2025 / 11:36
Kreml: ”Tramp Ukraynanın tələblərini anlamağa başlayıb, lakin bir nüans var”

09.05.2025 / 10:55
Prezident İlham Əliyev Fridrix Mertsi təbrik edib

09.05.2025 / 10:52
Prezident İlham Əliyev Ekvadorun Prezidentini təbrik edib

09.05.2025 / 10:48
Prezident İlham Əliyev Roma Papası XIV Leonu təbrik edib

09.05.2025 / 10:32
Bir gündə bank kartlarından 11 min manatdan çox pul oğurlandı...

09.05.2025 / 10:07
Mehriban xanım Əliyeva 9 May - Qələbə Günü münasibətilə paylaşım edib

09.05.2025 / 09:51
Prezident İlham Əliyev və Mehriban Əliyeva faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycan övladlarının xatirəsini ehtiramla anıblar - FOTO

09.05.2025 / 09:40
Prezident İlham Əliyev və Mehriban Əliyeva Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər - FOTO

09.05.2025 / 09:28
Vensdən yeni açıqlama: - "Ukraynanın parçalanmasını istəmirik"

09.05.2025 / 09:26
Bakı məktəblərində kütləvi narkoloji test... Geniş panika yaranıb…

09.05.2025 / 09:20
Papa Leo ilk çıxışında papalığı ilə bağlı əsas ipuçlarını verdi

09.05.2025 / 09:18
Konfrans Liqası: Finalın adı "Çelsi"-"Betis" olacaq!

09.05.2025 / 09:16
Papa XIV Leo niyə Vensi və Ağ Evin siyasətini tənqid etdi

09.05.2025 / 09:07
Anqola və Azərbaycan prezidentləri arasında telefon danışığı olub

09.05.2025 / 09:02
Zatulin yenə sərsəmlədi:” Azərbaycan Rusiyanın müttəfiqi deyil”

09.05.2025 / 08:41
Türkmənistan pomidorunun ümidinə qalanda axırımız elə belə olar...

09.05.2025 / 08:00
Faşizm üzərində Qələbədən 80 il keçir

09.05.2025 / 00:05
Prezident İlham Əliyev 9 May - Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım etdi - FOTO

08.05.2025 / 23:57
Ceyhun Bayramov pakistanlı həmkarı ilə danışdı - Pakistan xalqı ilə həmrəyik...

08.05.2025 / 23:57
Yeni Papa katoliklərə müraciət etdi

08.05.2025 / 22:46
Amerikalı kardinalın 267-ci Roma Papası seçilməsi təsadüfdür?...

08.05.2025 / 22:33
BƏƏ Prezidenti Prezident İlham Əliyevə zəng edib

08.05.2025 / 22:07
Məhkəmədə Ermənistan tərəfindən Kəlbəcərin işğalı zamanı əsir və girov götürülmüş azərbaycanlılara işgəncələr verilməsi ilə bağlı ifadələr dinlənilib - FOTO

08.05.2025 / 21:50
14-cü Leo 267-ci Roma Papası seçildi

08.05.2025 / 21:35
Pakistan: “Hindistandan fərqli olaraq mülki insanları hədəf almadıq”

08.05.2025 / 21:26
İraq Kürdüstanında Azərbaycan konsulluğu - Bakı-Ankara münasibətlərində həssas məsələ...

08.05.2025 / 21:09
Avtosalonlarda "qarantiyalı satış fırıldaqlarını" dilerlərin özləri açır - rəsmi servisə 200 manat veririk ki, müştəriyə bu sözləri desinlər...

08.05.2025 / 20:54
Bayden Trampa sərrast atəş açdı - “ay axmaq...”

08.05.2025 / 20:40
Vatikan yeni papanı seçdi

08.05.2025 / 20:37
Ermənistan bu il də Azərbaycanla sülh imzalanmasının qarşısını aldı...

08.05.2025 / 20:24
Əliyevin və Paşinyanın Moskva paradına yanaşmaları müqayisəli təhlil edildi - üstünlük...

08.05.2025 / 20:11
Ermənistan hökumətinin "məxfi 2-ci bəndi" - Azərbaycanla delimitasiya prosesi pozula bilər...

08.05.2025 / 19:57
Hindistan-Pakistan müharibəsi Şimal-Cənub dəhlizinə təqribən bu qədər ziyan vura bilər...

08.05.2025 / 19:44
Pakistan Hindistanın 85 qırıcısının rabitə sistemini pozdu - düşmənin "güc mifi" yerlə bir oldu...

08.05.2025 / 19:31
Əhmədiyyə Cəbrayılovun ruhu Makrona qənim olsun - Milli Qəhrəmana qarşı unutqanlıq...

08.05.2025 / 19:17
Oxucularımızdan xalq artisti Samir Cəfərova mesaj...

08.05.2025 / 19:04
Rusiya nefti büdcə qiymətinin 40 faizindən də aşağı düşdü - əsl fəlakət indi başlana bilər?..

08.05.2025 / 18:50
DİM qabiliyyət müsabiqəsinə keçidi 10 bal artırdı... Narazılıqlar var

08.05.2025 / 18:36
Son 70-80 ildə Azərbaycan-Vyetnam mədəni əlaqələrində unudulmuş şedevrlər...

08.05.2025 / 18:30
Bir vaxtlar "nazirlər vətəni" deyilən Naxçıvan indi "bir nazirin əlində qalıb"...

08.05.2025 / 18:26
Konyada “Anadolu Ankası – 2025” təlimində iştirak edəcək heyətə sıra baxışı keçirildi

08.05.2025 / 18:22
Hüquqi dövlət quruculuğunda əsas mərhələ 1996-cı ildə bu qərardan başladı...

08.05.2025 / 18:16
DTX və DSX birgə əməliyyat keçirdi - saxlanan var...

08.05.2025 / 18:09
Azərbaycanda bütün partiyaların pulu 1 illiyə kəsildi...(?)

08.05.2025 / 18:01
Müstəqil Azərbaycan səhiyyəsinin memarı - Əhliman ƏMİRASLANOV yazır...

08.05.2025 / 17:56
Ədliyyə naziri konstitusiya ilə bağlı suala birbaşa cavabdan qaçdı - erməni elitası hələ oynayır...

08.05.2025 / 17:43
Valideynlərin məktəb və müəllim seçimində böyük problem var - şəxsi məlumatlar açıq olsa nə olar?!...

08.05.2025 / 17:33
Narendra Modinin faşizmə, müharibə dəliliyinə söykənən siyasi maraqları

08.05.2025 / 17:30
Vyetnam-Azərbaycan əlaqələrinin yeni Yol xəritəsi ortadadır...

08.05.2025 / 17:17
Qobustan Qoruğuna giriş bahalaşır - YENİ QİYMƏTLƏR açıqlandı...

08.05.2025 / 17:08
"Ermənistan ordusunun hərbçiləri 23 nəfəri gözümün qarşısında diri-diri basdırdılar" - Kəlbəcərdə girov götürülən zərərçəkmiş

08.05.2025 / 16:55
Avropa Birliyi Türkiyə xalqına qarşı növbəti tarixi ədalətsizlik etdi...

Hüquqi dövlət quruculuğunda əsas mərhələ 1996-cı ildə bu qərardan başladı...

XƏBƏR ARXİVİ

May
B.eÇ.aÇC.aCŞB
2829301234567891011121314151617181920212223242526272829303112345678