Çərşənbə günü, 7 may 2025
     

"Turana" baş qoyanlar, 12 milyarda satılanlar... Türk dünyasını bölənlər...

Image

Tofiq Abbasov: "Ümumiyyətlə, hazırda biz Avropa Birliyinin türk dünyasına yönəlik "parçala və hökm sür" prinsipinə əsaslanan siyasətinin şahidi oluruq"

Mərkəzi Asiyanın dörd türk dövləti Şimali Kiprin əleyhinə olaraq, BM TŞ-nin qətnaməsini bir daha yenidən təsdiqlədi. Səmərqənd samitinda ayrılan 12 milyard dollar muqabilində Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistan həm Şimali Kıbrıs Türk Cümhuriyyətini qeyri-qanuni - beynəlxalq hüquqa zidd bir qurum kimi tanıdı, həm də Türkiyənin Kipr adasının şimal hissəsini işğal etdiyini təsdiqlədi.

Əslində isə Türkiyə silahlı qüvvələri Kıbrıs türklərini yunanların zorakılığından qorumaq üçün adaya yeridilib. Yunan kiprliləri Yunanıstanın və Avropa Birliyinin dəstəyi ilə Kıbrıs türklərinə qarşı təcavüzkar-avanturist addimlar atırdılar. Türkiyə həmişə adanın bölünməsinin əleyhinə olub. Hətta adada referendum keçirilib (Kofi Annan planı), Kıbrıs türkləri birləşmənin lehinə, yunanlar isə əleyhinə səs verib. Bunun ardınca Avropa Birliyi müttəfiqlarinin dəstəyi ilə riyakarcasına yunan Kiprini müstəqil dövlət kimi BMT-yə və AB-yə üzv edib. Şimali Kipri isə bu günə qədər müstəqil dövlət kimi tanımırlar. Bu tamamilə İsrail-Fələstin formatına uyğun siyasətdir. Sadəcə olaraq, Türkiyənin dəstəyi üzündən Şimali Kiprə girə bilmirlər. Türkiyə qoşunlarını oradan çıxarsa, yunanlar adanı dərhal ələ keçirib, Kıbrıs türklərinə qarşı etnik təmizləmə həyata keçirərlər.

Məlumata görə, həmin ölkələr BMT Təhlükəsizlik Şurasının 541 və 550 saylı qətnamələrinə bağlılıqlarını vurğulayaraq, bütün adada yalnız Cənubi Kipr administrasiyasını "tək qanuni hökumət" olaraq tanıyacaqlarını öhdələrinə götürüblər.

Qeyd olunub ki, bu addımlar AB-nin Kipr siyasətində regional müttəfiqlər qazanmaq istiqamətində atdığı strateji addım kimi şərh edilir.

Sənəddə həmçinin Kiprin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün qorunmasının vacibliyinə vurğu edilib.

Dolayısı ilə bu, 1974-cü il hərəkatına və Türkiyənin Kipr türklərinin qətliamının qarşısını almaq üçün hərbi müdaxiləsinə qarşı bir addımdır.

Belə bir şəraitdə demək olarmı ki, sözügedən türk dövlətləri ŞKTC-ni və Türkiyəni Avropa Birliyinin 12 milyardına və BMT-nin iki il əvvəl icrasına başlanılan "Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatlarının İnkişafı üçün BMT-nin Xüsusi Proqramı"na qurban verdilər? Bu nə dərəcədə doğru yanaşmadır və buna başqa nələr səbəb ola bilər - bu dörd türk dövləti nəyə görə belə bir addım atdı?

Baki-xeber.com saytının sualını cavablandıran politoloq Tofiq Abbasov bildirdi ki, bu dörd Mərkəzi Asiya ölkəsinin qərarı həm gözlənilməz, həm də anlaşılmaz oldu: "Ümumiyyətlə, hazırda biz Avropa Birliyinin türk dünyasına yönəlik "parçala və hökm sür" prinsipinə əsaslanan siyasətinin şahidi oluruq. Onlar istəyirlər ki, müsəlman-türk dövlətləri arasında nifaq salsınlar, onları bir-birinə qarşı qoysunlar. Bu işdə onlar şirnikləndirici metodlardan da istifadə edirlər. İndi bu dörd ölkəyə investisya paketləri təqdim ediblər və onlara səmərəli işbirliyi təklif edirlər. Əlbəttə, bu qeyri-sağlam yanaşmadır. Bir tərəfdən türk dövlətinin siyasətinə zidd hərəkət etdilər, digər tərəfdən seperatçılığa və təfriqəçiliyə dəstək verdilər. Həm də Kıbrıs türklərinə dönüklük nümayis etdirdilər. Fikrimizcə, bu bağışlanilmaz bir səhvdir.

Biz Kipr faciəsini 1974-cu ildən müşahidə edirik. Həmin il Kıbrıs türklərini müdafiə etmək üçün Türkiyə desant qüvvələri adaya daxil oldu. Bu, rəhmətlik Bülənd Ecevitin qərarı idi. O bütün mərkəzləri məlumatlandırmışdı və məqsəd adada yaşayan türkləri yunan təcavüzündən qorumaq idi. Həmin vaxt Afina istəyirdi ki, ada Yunanıstana birləşdirilsin. Onda isə adada türklərə qarşı zorakıliq, etnik təmizləmə aparılırdı. Ona görə də rəsmi Ankara adaya qoşun yeritdi.

Biz bu yaxınlarda gördük ki, Avropa adadaki münaqişəyə necə yanaşır. Avropa adada yunanlarla türklər arasında münaqişəni qidalandırır. Çunki orada adanın bütövləşməsi üçün referendum keçirildi, türklər birliyə "hə" dedilər. Yunanlar isə Afinanın və Avropa Birliyinin fitnəsi əsasında birliyin əleyhinə çıxdılar. Brüssel Şimali Kipri tanımadı, amma Cənubi Kipri tanıdi və AB-yə qəbul etdi. Cənubi Kipr həm də bir dövlət kimi BMT-nin üzvüdür, özünu müstəqil dövlət kimi qələmə verir.

Bununla da bəlli oldu ki, adada barışıq istəməyən ABŞ, Yunanıstan və AB-dir. Bu riakar bir yanaşmadır ki, adanı parçaladılar, türklərin birlik siyasətinə dönük çıxdılar, amma separatizmi dəstəkləyərək Cənubi Kipri həm BMT-də, həm də AB-də öz sıralarına qəbul etdilər.

Üstündən 50 il keçən qətnamənin yenidən gündəmə gətrilməsi o deməkdir ki, Avropa və onun müttəfiqləri müsəlman-turk toplumlarını sıxışdırmaq və parçalamaq istəyirlər. Bununla türk dünyasının parçalanacağına inanmıram, amma bu gediş türk bədxahlarının xeyrinə oldu. Bu dövlətlər çox lazımsız bir prosesə "hə" dedilər. Bununla 50 il əvvəl qəbul edilmiş BMT qətnamələri yeniləndi, bu sadə bir iş deyil. Ursula fon der Leyen Mərkəzi Asiyaya ona görə gəlməmiddi ki, regionda sabitliyi qoruyan, ona dəstək verən qüvvələri gündəmə gətirsin. Əksinə, onlar çalışdılar ki, TDT-nin birliyini sarsıtsınlar, müəyyan mənada da öz istəklərinə çatdılar. Amma inanmıram ki, bu gün AB-yə qucaq açan bu dörd dövlətin elitaları məmnunluq yaşasın. Biz dəfələrlə Qərbin öyunbazlığının şahidi olmuşuq. Onlar gəlişi gözəl sözlərlə, ibarələrlə elitaları öz təsiri altına salır və çalışirlar ki, özləri imtiyazlı mövqe tutsunlar, öz investisiyalarını yerləşdirsinlər, dəhlizlərin müqəddaratını oz əllərində saxlasınlar. Amma mən inanmıram ki, Türkiyə və Azərbaycan bu prosesdə Qərbin bütün tələblərinə dərhal "hə" desin. Bu ölkələrin mükəmməl xarici siyasəti var və bir-birinə dəstəkdirlər. Bir neçə ildən sonra bu dörd dövlət necə səhvə yol verdiklərini anlayacaq. Türk birliyinin pozulmasına isə Türkiyə və Azərbaycan yol verməyəcək".

Dəniz NƏSİRLİ



VİDEO

SON XƏBƏRLƏR

07.05.2025 / 21:27
Trampın erməni mediasının pulunu kəsməsi Almaniyada suallar doğurdu...

07.05.2025 / 21:14
ABŞ Gürcüstanda 3 dövlətlə müharibəyə başlayır... MEGOBARİ qanunu Azərbaycana da təsir edə bilər...

07.05.2025 / 21:00
Tramp İranla "körfəzə adqoyma müharibəsinə" start verdi...

07.05.2025 / 20:56
Lukaşenko 8 min məhkuma amnistiya elan etdi, 42 nəfər siyasi məhbusu isə əfv etdi

07.05.2025 / 20:47
Ermənistan daha bir regional layihədən kənarda qaldı - təşəbbüs İrandan gəldi...

07.05.2025 / 20:33
Pakistan ordusu Hindistana ciddi dərs verdi, hindlilər şokdadır...

07.05.2025 / 20:19
Qəzzanı tam tutmaq planı İsrailin özündə belə etirazlar doğurdu - “ədalətli Qərb” isə susur...

07.05.2025 / 20:06
ATƏT Qarabağ ermənilərini gündəmdən düşməyə qoymur - növbəti uğursuz cəhd...

07.05.2025 / 19:51
Vyetnamla münasibətlər tarixində ad qoymuş Cəlal Məmmədov kimdir?...

07.05.2025 / 19:37
2025-ci ili xarici ticarətdə mənfi saldo ilə başladıq... Ekspertlər necə izah edir..?

07.05.2025 / 19:24
Müxalifət Paşinyanı devirmək istədi, əvəzində Köçəryan və Sarkisyanın tərəfdarları arasında didişmə şiddətləndi...

07.05.2025 / 19:10
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı növbəti sıra baxışı keçirib - FOTO

07.05.2025 / 19:01
Bütün məktəblər liseyə çevrilsə, təhsil düzələcək?... Rəqəmlərdən mübahisəli nəticə çıxır...

07.05.2025 / 18:59
Prezident: "Azərbaycanla Vyetnam arasında müdafiə sənayesi sahəsində də çox böyük perspektivlər var"

07.05.2025 / 18:57
Mehriban Əliyevanın Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibinin xanımı ilə görüşü olub - FOTO

07.05.2025 / 18:47
BMT-nin 4 ofisi Bakıdan getdi - manipulyasiyaların əsası varmı?..

07.05.2025 / 18:46
"Qoşulmama Hərəkatının daha sanballı təsisat kimi fəaliyyəti Azərbaycanın və Vyetnamın marağındadır" - Prezident

07.05.2025 / 18:35
Prezident: "Azərbaycanla Vyetnam arasında müxtəlif istiqamətlər üzrə çox ciddi əməkdaşlıq potensialı var"

07.05.2025 / 18:32
Şəraa ilk Avropa dövləti kimi Fransanı seçdi - Suriya-Türkiyə münasibətlərinə fransız barmağı uzanır...

07.05.2025 / 18:30
"Bu səfər Vyetnam-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm əhəmiyyət daşıyır" - Prezident İlham Əliyev

07.05.2025 / 18:25
“Biz burda açıq-aydın Rusiya tərəfin qərəzini görürük” - Vüqar İsgəndərov

07.05.2025 / 18:20
Prezident İlham Əliyev və Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi mətbuata bəyanatlarla çıxış ediblər

07.05.2025 / 18:18
İdman təmayüllü məktəblərin nə faydaları dəyir?...

07.05.2025 / 18:17
Prezident İlham Əliyev və To Lam Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanatı qəbul ediblər

07.05.2025 / 18:16
Azərbaycanla Vyetnam arasında imzalanmış sənədlər mübadilə edilib

07.05.2025 / 18:11
Bahalı əşyaları sərnişinlərə paylayıb aeroportun dayanacağında topladılar - Gömrükçülər fırıldağın üstünü belə açdılar...

07.05.2025 / 18:04
“Super azad erməni mediası” barədə fransız səfirin yalanını ermənilər özləri tutdular...

07.05.2025 / 17:51
İlham Əliyevin Pakistanla bəzi sazişləri məhz indi təsdiqləməsi təsadüf deyil...

07.05.2025 / 17:43
Xalqımızın qəhrəmanlıq ənənələri bu gün də uğurla davam etdirilir - FOTO

07.05.2025 / 17:38
İranın Pakistan və Hindistanı barışdırmaq cəhdi alınmadı...

07.05.2025 / 17:26
Müəllimlərin "bəxti açıldı" - pedaqoji işi olanlar bundan sonra...

07.05.2025 / 17:20
Tramp Fars körfəzini Ərəb körfəzi adlandırdı

07.05.2025 / 17:12
Naxçıvanda nazir müavini vəzifəsindən azad olundu

07.05.2025 / 17:06
Vüqar Rəhimzadə: Azərbaycan-Vyetnam əlaqələrinin inkişafı üçün böyük potensial var

07.05.2025 / 16:47
ABŞ bir həftə ərzində iki qırıcını suya axıtdı

07.05.2025 / 16:45
Prezident İlham Əliyevin Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi ilə məhdud tərkibdə görüşü olub - FOTO

07.05.2025 / 16:35
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibinin rəsmi qarşılanma mərasimi olub - FOTO

07.05.2025 / 16:30
Ceyhun Bayramov İraq Prezidenti ilə görüşdü... - FOTO

07.05.2025 / 16:12
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Bakıya gəldi - FOTO

07.05.2025 / 16:09
Binədə 155 minlik dələduzluq - sənədsiz torpağı bu qiymətə satdılar, üstəlik də vəd verdilər ki...

07.05.2025 / 15:56
Pakistan ordusuna Hindistana cavab vermək üçün tam səlahiyyət verildi

07.05.2025 / 15:47
Sənaye parkları bərpa olunan enerji mənbələrində istehsal edilmiş elektrik enerjisi ilə təchiz olunacaq - FƏRMAN

07.05.2025 / 15:44
Azərbaycanda yeni dövlət rüsumları müəyyənləşdi

07.05.2025 / 15:25
Trampdan "Kanada satılmır" deyən baş nazirə cavab - Heç vaxt olmayacaq demə, bunu zaman göstərəcək...

07.05.2025 / 14:22
Pakistan Hindistanın terror düşərgələri iddialarını qəti şəkildə rədd etdi

07.05.2025 / 14:14
Çin Hindistan və Pakistanı təmkinli olmağa çağırdı

07.05.2025 / 14:13
Dünyanın ən gizli səsverməsi:- “Papa seçkiləri zamanı məxfilik necə təmin edilir”

07.05.2025 / 14:11
Misir Mərdanov elmi sessiyada Kaşğari Fondunun fəaliyyətindən danışdı

07.05.2025 / 14:10
Ermənistanın hər dördüncü sakini yoxsuldur

07.05.2025 / 13:42
Naxçıvanda şəhid atası adı altında dələduzluq edən şəxs saxlanılıb

07.05.2025 / 13:25
Paytaxtda oğurluq edən şəxslər saxlanılıblar

07.05.2025 / 13:08
Почему Россия не хочет мира ни с кем? - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

07.05.2025 / 12:43
"Suriyadan videolar göndərərək pul lazım olduğunu deyirdi" - Terroru maliyyələşdirmədə təqsirləndirilənlərin məhkəməsi

07.05.2025 / 12:20
Ağdaşda yaşlı kişi toy sifarişinə getməyən musiqiçi həmkarını bıçaqladı

07.05.2025 / 12:05
Putin İrəvandakı "kartlarını" işə salır...

07.05.2025 / 12:00
Naxçıvanda həmkəndlisini qəsdən öldürən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

07.05.2025 / 11:44
Xocalı və Ağdərənin kəndlərində fərdi yaşayış evlərinin təmirinə başlanır

07.05.2025 / 11:31
Bakıdan Mumbay şəhərinə olan reys təxirə salındı - TƏCİLİ

07.05.2025 / 11:30
"Barselona"nın bəxtsizliyi - ardıcıl 10 ildir ki, finala həsrət qalıb

07.05.2025 / 11:21
İstanbul Polis İdarəsinin “İmamoğlu sui-qəsdi”ilə bağlı açıqlaması

07.05.2025 / 11:16
"Pakistan xalqı ilə həmrəyik" - Azərbaycan XİN

07.05.2025 / 11:14
Roma Papası olmağa kim daha şanslıdır? - bukmekerlər filippinli Luis Taqleni işarə edir...

07.05.2025 / 11:08
Pakistan münaqişəyə son qoymağa hazır olduğunu bildirdi

07.05.2025 / 11:03
Pakistan Hindistanı sərt cəzalandırdı - CANLI

07.05.2025 / 11:00
17 azərbaycanlı Almaniyadan geri qəbul edilib - Dövlət Xidməti məlumat yaydı

07.05.2025 / 10:30
Çin və ABŞ İsveçrədə danışıq masasına otururlar

07.05.2025 / 10:22
Milli Məclis sabah xüsusi iclas keçirəcək

07.05.2025 / 10:15
Yevlaxda çətənə kolu əkənlər yaxalanıb

07.05.2025 / 10:13
Bazar günü 20 min 549 bakalavr magistraturaya imtahan verəcək

07.05.2025 / 10:06
“Bu biabırçılıqdır'”: - Tramp Hindistanın Pakistana endirdiyi zərbələrə reaksiya verdi

07.05.2025 / 10:00
Rusiya Kiyevə dronlarla hücum edib, ölənlər var

07.05.2025 / 09:38
Moskvadakı Qələbə paradına 29 ölkə lideri qatılacaq - Putinin köməkçisi

07.05.2025 / 09:30
26 mülki şəxs ölüb, 47 nəfər yaralanıb - Pakistandan açıqlama

07.05.2025 / 09:23
"İnter" "Barselona"nı Çempionlar Liqasından kənarlaşdırdı!

07.05.2025 / 09:23
Yaşayış olan binada söküntü aparılmasına icazə verən qanun "ixtira olunub"?...

07.05.2025 / 09:18
Moskva Məhkəməsindən özbəkləri məyus edən QƏRAR

07.05.2025 / 09:11
Ceyhun Bayramov Bağdada yola düşüb

07.05.2025 / 09:05
"Hindistanın hərbi təcavüzünə qarşı Pakistanla həmrəyik" - Hakan Fidan

07.05.2025 / 09:02
Hindistan ordusu Pakistan qarşısında ağ bayraq qaldırdı!

07.05.2025 / 08:38
Banklar sizdən xəbərsiz maaş kartınızdan da pul çəkir - bank özbaşınalığı artır...

07.05.2025 / 01:46
İki nüvə dövləti arasında savaş başladı - Hindistan Pakistana hücum etdi +VİDEO

İdman təmayüllü məktəblərin nə faydaları dəyir?...

XƏBƏR ARXİVİ

May
B.eÇ.aÇC.aCŞB
2829301234567891011121314151617181920212223242526272829303112345678