Blogerlərin xaricdən gətirilməsi üçün yeni hüquqi addımlar atılacaq - prokurorluğun vaxtı bitdi...

Şəmsəddin Əliyev: “Təqsirləndirilən şəxslər üzrlü səbəblərdən ölkəyə gələ bilmirsə, öz istəyi ilə gəlməkdəm imtina edirsə, o məcburi qaydada ölkəyə gətizdirilir”
Baş Prokurorluq bir müddət öncə Qabil Əmrah oğlu Məmmədov barəsində Azərbaycan Cinayət-Prosessual Məcəlləsinin 467-13.4 maddəsinin tələbinə əsasən rəsmi xəbərdarlıq edib və o, (bu gün) 17 aprel 2025-ci il tarixində Baş Prokurorluğun İstintaq İdarəsinin İnzibati binasına çağırılıb.
Artıq verilən vaxt tamam olub. Onu da bildirək ki, xaricdə yaşayan bloger İmaməddin Əhlimanov da 05 may 2025-ci il tarixdə Baş Prokurorluğun İstintaq idarəsinin inzibati binasında olmalı idi. Ancaq gəlməyib. Maraqlıdır, Qabil Məmmədov və digər blogerlər Azərbaycana gəlməsə hüquq müstəvisində onlar haqqında hansı işlər görüləcək? Onları hansı cəza gözləyir?
“Qabil Məmmədov və digər şəxslər prosessual qanunvericiliyin tələbinə uyğun istintaqa cəlb olunduğu halda gəlməkdən imtina edərsə, onların məcburi gətirilməsi mümkündür”
Hüquqşünas Şəmsəddin Əliyev “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Qabil Məmmədov və digər şəxslər prosesual qanunvericiliyin tələbinə uyğun istintaqa cəlb olunduğu halda gəlməkdən imtina edərsə onların məcburi gətirilməsi mümkündür: “Bütün hallarda o şəxslərin ekstradisiyası mümkündür. Azərbaycan Respublikasının hansısa ölkə ilə tərəfdaşlıq müqaviləsi varsa, şəxs cinayətkar olduğu üçün onun ölkəyə göndərilməsinə dair göndəriş göndəriləcək. Bu, beynəlxalq qanunvericilikdə qeyd edilib. Təqsirləndirilən şəxslər üzrlü səbəblərdən ölkəyə gələ bilmirsə, öz istəyi ilə gəlməkdəm imtina edirsə, o məcburi qaydada ölkəyə gətizdirilir. Ölkəyə gələndən sonra qanunvericiliyin tələbinə uyğun olaraq o şəxslər məsuliyyətə cəlb olunur. Mütləq onlar ölkəyə gətiriləcəklər, sadəcə söhbət zamandan gedir. Yəqin ki, uzun vaxt almayacaq. Azərbaycanın hüquq-mühafizə orqanları bu istiqamətdə işləyir. Məlumdur ki, Qabil Məmmədovu 24 cinayət işi üzrə məsuliyyət gözləyir. Dələduzluq və bu kimi əməlləri öz yerində. Xüsusilə, ona qarşı terrorçuluğa dəstək, terrora çağırış kimi konkret cinayət maddələri üzrə iş açılıb. Bu, Avropanın özündə də çox təhlükəli cinayət növü hesab edilir”.
Günel CƏLİLOVA