Türkiyə və Azərbaycan vahid ordu yaradır - Hulusi Akar açıqladı...

Türkiyə və Azərbaycan vahid ordunun yaradılması üzərində işləyir. Bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) Milli müdafiə komitəsinin sədri, sabiq müdafiə naziri Hulusi Akar Azərbaycana səfəri zamanı deyib.
Hulusi Akar qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev Şimali Kipr Türk Respublikasının müstəqilliyini dəstəkləyir.
“Biz artıq bir millət, iki dövlət deyil, bir millət, üç dövlətik. Bir millət olmaqla yanaşı, həm də bir orduyuq. Hazırda vahid orduya doğru proses gedir. Azərbaycan və Türkiyə müdafiə sahəsində birgə fəaliyyət göstərməlidir. Bunun üçün birgə hərbi təlimlər ilkin şərtdir”, – deyə H.Akar qeyd edib.