Cümə günü, 9 may 2025
     

4 "Türk dövləti" Türkiyəni təcavüzkar kimi tanıdı - siyasi rəzalət...

Image

Zərdüşt Əlizadə: "Türk qoşunlarının Şimali Kiprdə yerləşməsinin səbəbini Avropa etiraf etmək istəmir – bu, Qərbin şərəfsizliyinin, alçaqlığının və ikiüzlülüyünün bariz nümunəsidir"

Qazaxıstan, Özbəkistan, Türkmənistan və Qırğızıstan Avropa İttifaqı (Aİ) ilə imzaladıqları və 12 milyard avro həcmində investisiya vədi aldıqları saziş çərçivəsində Şimali Kipr Türk Respublikasını tanımayacaqlarını bəyan ediblər.

Belə ki, sammitin yekununda qəbul edilən birgə bəyannamədə Kipr məsələsi birbaşa qeyd olunmasa da, dövlətlərin suverenliyi və ərazi bütövlüyü kontekstində tərəflər öz öhdəliklərini bir daha vurğulayıblar. Bəyannamədə istinad olunan sənədlər arasında BMT Təhlükəsizlik Şurasının Türkiyənin Kiprdəki hərəkətlərini pisləyən 541 (1983) və 550 (1984) saylı qətnamələri də yer alıb. Bu qətnamələrdə ŞKTR qeyri-qanuni bir qurum kimi tanınır, adada yeganə qanuni dövlət olaraq Kipr Respublikası göstərilir.

Qeyd olunub ki, bu addımlar Aİ-nin Kipr siyasətində regional müttəfiqlər qazanmaq istiqamətində strateji bir gedişat kimi şərh edilir.

Bu, açıq şəkildə Türkiyənin işğalçı dövlət kimi tanınması demək deyilmi? Türk Dövlətləri Təşkilatında birləşən dövlətlərin bu bəyanata imza atması nədən xəbər verir?

Baki-xeber.com saytının sualını cavablandıran politoloq Zərdüşt Əlizadə bildirdi ki, bu gün Türk Dövlətləri Təşkilatı (TDT) o qədər gücə malik deyil ki, ona üzvülük kimlərəsə dividend gətirsin: "Bu təşkilat hələ məşfərət məclisi səviyyəsindədir. TDT hələ beynəlxalq gücə çevrilməyib, bu, perspektivə hesablanmış bir təşkilatdır. Gələcəkdə bu təşkilatın perspektivləri ola bilər. Ona görə də bu təskilatda üzv olmaqla hansısa dövlətlərin imkanlarını məhdudlaşdırmaq, onlara hansısa qadağa qoymaq doğru yanaşma deyil.

Avropa İttifaqı isə dünya siyasətində böyük oyunçudur, iqtisadi cəhətdən nəhəng, siyasi cəhətdən "cırtdan"dır. Aİ böyük bazardır, 450 milyon əhalisi var. Böyük kapital sahibidir, avro dünyanın aparıcı valyutalarından biri sayılır.

İkincisi, Yunan Kiprində səfirlik açan ölkələr TDT və Turkiyə qarşısında belə bir hərəkətə yol verməyəcəkləri barədə heç bir öhdəliyə malik deyillər. Türkmənistan heç TDT-nin üzvu deyil. Ümumiyyətlə, TDT-də Turkiyənin Yunan Kipri istiqamətində siyasəti heç vaxt müzakirə mövzusu olmayıb. "Sən də türksən, mən də türkəm və buna görə bir-birimizə hörmət edirik" - bu nisyə söhbətdir, siyasətdə belə şey yoxdu. Siyasətdə maraq var və bu marağı belə elementlərlə maskalamaq var.

Türkiyənin Şimali Kipri "işğal etməsi" məsələsinə gəlincə isə, orada türk qoşunlarının olmasi bir faktdır. Amma türk qoşunlarının Şimali Kiprdə yerləşməsinin səbəbini Avropa etiraf etmək istəmir, bu, Qərbin şərəfsizliyinin, alçaqlığının və ikiüzlülüyünün bariz nümunəsidir. Türkiyə ordusu Şimali Kiprə ona görə girmişdi ki, orada yunanlar türkləri qırırdı. Türkləri yunanlardan qorumaq ücün Türkiyə ordusu Şimali Kıbrısa girməli oldu. Bunun ardınca Türkiyə barış üçün xeyli addım atdı. O vaxt Turkiyənin də dəstəklədiyi, Kofi Annanın təklifi var idi ki, birləşmək barədə referendum keçirilsin və Avropa Birliyinə vahid Kipr daxil olsun. Belə bir referendum keçirildi və Kıbrıs türkləri yunanlarla birləşməyə səs verdi. Avropanın fitnəsi və Yunanıstanın alçaq siyasəti nəticəsində Kıbrıs yunanları birləşmənin əleyhinə səs verdilər. Bu səbəbdən də Kofi Annan planı rədd edildi. Buna rəğmən Aİ növbəti alçaqlığını edərək, türklərsiz yunan Kiprini tanıdı və onu Avropa Birliyinə qəbul etdi. Yəni bu adanın bölünməsi qərarını AB verdi. Burada Türkiyəni ittiham etmək ədalətsizlik olardı. Bu, mahiyyətcə sadə, amma diplomatik oyunlarla qəlizləşdirilmiş bir məsələdir. Burada AB ondan istifadə edir ki, beynəlxalq siyasi arenada Qərbin və Amerikanin sözü daha çox keçir, nəinki müsəlmanların və türklərin... Ona görə də yanlış mövqelərini dünya dövlətlərinə, o cümlədən də müsəlman və türk dövlətlərinə sırıyırlar, düz kimi qəbul etdirirlər. Müşahidə etdiyimiz bu mənzərə də onun bariz nümunəsidir.

Bu gün daha çox haqlı olan Şimali Kıbrıs Türk Cümhuriyyətini Türkiyədən başqa heç kim tanımır. Türkiyə və Azərbaycan çalışır ki, ŞKTC beynəlxalq səhnəyə çıxsın. TDT toplantılarında onlar qonaq sifətində iştirak edirlər. Amma Türkiyədən başqa heç bir türk dövləti, o cümlədən də Azərbaycan onu bir dövlət kimi tanımır. Biz çalışırıq ki, tanınsın, amma digər tərəfdən ŞKTC-nin tanınmasını istəməyən, dünyada söz sahibi, həm də qərazli mövqeyi olan Avropa var. Özləri eyni əməli ediblər. Məsələn, Kosovonun tanınmasında beynəlxalq hüquq normalarını pozublar. Rusiyaya, Qərbə, İsrailə və ABŞ-yə beynəlxalq hüququ pozmaq olar, amma Türkiyə Cümhuriyyətinə olmaz! Hazırda ABŞ Rusiyanın işğalçı-ilhaqçı siyasətini tanıyır. Tramp İsrailin Suriyada Colan təpəliklərini və şərqi Qütsi işğal etməsini tanıyır. Türk və müsəlman dövlətləri yuxarıda sadaladığımız dövlətlərin qoyduğu qaydalara əsasən hərəkət etməyə məhkum edilib. Özləri isə müstəqil dövlətlər olan İraqa, Livana, Sudana, Suriyaya və s.-ə hücum edib onların süveren ərazilərini bömbalaya bilər. Hətta onları şərləyə də bilərlər. Məsələn, yalandan dedilər ki, Səddam Hüseyn İraqda kütləvi qırğın silahı hazırlayib. Buna görə onu asdılar da, amma kütləvi qırğın silahları tapilmadı. Amma müsəlman dövlətlərinə "İsrail Qəzzada soyqırım törədib, 50 mindən çox dinc əhalini qırıb" demək olmaz! Bunu Qərb qəbul etmir. Deyir ki, sən antisemitistsən. Beləcə, bütün dünya ikili standartlarla yaşayır və bundan da zəif dövlətlər əziyyət çəkir. Mərkəzi Asiya dövlətləri də bu haqsızlığı və ikili standartları görür, müşahidə edir və bundan özünü qorumağa çalışır. Ona gorə də belə bir mənzərə alınır".

Akif NƏSİRLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

SON XƏBƏRLƏR

09.05.2025 / 10:07
Mehriban xanım Əliyeva 9 May - Qələbə Günü münasibətilə paylaşım edib

09.05.2025 / 09:28
Vensdən yeni açıqlama: - "Ukraynanın parçalanmasını istəmirik"

09.05.2025 / 09:26
Bakı məktəblərində kütləvi narkoloji test... Geniş panika yaranıb…

09.05.2025 / 09:20
Papa Leo ilk çıxışında papalığı ilə bağlı əsas ipuçlarını verdi

09.05.2025 / 09:18
Konfrans Liqası: Finalın adı "Çelsi"-"Betis" olacaq!

09.05.2025 / 09:16
Papa XIV Leo niyə Vensi və Ağ Evin siyasətini tənqid etdi

09.05.2025 / 09:07
Anqola və Azərbaycan prezidentləri arasında telefon danışığı olub

09.05.2025 / 09:02
Zatulin yenə sərsəmlədi:” Azərbaycan Rusiyanın müttəfiqi deyil”

09.05.2025 / 08:41
Türkmənistan pomidorunun ümidinə qalanda axırımız elə belə olar...

09.05.2025 / 08:00
Faşizm üzərində Qələbədən 80 il keçir

09.05.2025 / 00:05
Prezident İlham Əliyev 9 May - Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım etdi - FOTO

08.05.2025 / 23:57
Ceyhun Bayramov pakistanlı həmkarı ilə danışdı - Pakistan xalqı ilə həmrəyik...

08.05.2025 / 23:57
Yeni Papa katoliklərə müraciət etdi

08.05.2025 / 22:46
Amerikalı kardinalın 267-ci Roma Papası seçilməsi təsadüfdür?...

08.05.2025 / 22:33
BƏƏ Prezidenti Prezident İlham Əliyevə zəng edib

08.05.2025 / 22:07
Məhkəmədə Ermənistan tərəfindən Kəlbəcərin işğalı zamanı əsir və girov götürülmüş azərbaycanlılara işgəncələr verilməsi ilə bağlı ifadələr dinlənilib - FOTO

08.05.2025 / 21:50
14-cü Leo 267-ci Roma Papası seçildi

08.05.2025 / 21:35
Pakistan: “Hindistandan fərqli olaraq mülki insanları hədəf almadıq”

08.05.2025 / 21:26
İraq Kürdüstanında Azərbaycan konsulluğu - Bakı-Ankara münasibətlərində həssas məsələ...

08.05.2025 / 21:09
Avtosalonlarda "qarantiyalı satış fırıldaqlarını" dilerlərin özləri açır - rəsmi servisə 200 manat veririk ki, müştəriyə bu sözləri desinlər...

08.05.2025 / 20:54
Bayden Trampa sərrast atəş açdı - “ay axmaq...”

08.05.2025 / 20:40
Vatikan yeni papanı seçdi

08.05.2025 / 20:37
Ermənistan bu il də Azərbaycanla sülh imzalanmasının qarşısını aldı...

08.05.2025 / 20:24
Əliyevin və Paşinyanın Moskva paradına yanaşmaları müqayisəli təhlil edildi - üstünlük...

08.05.2025 / 20:11
Ermənistan hökumətinin "məxfi 2-ci bəndi" - Azərbaycanla delimitasiya prosesi pozula bilər...

08.05.2025 / 19:57
Hindistan-Pakistan müharibəsi Şimal-Cənub dəhlizinə təqribən bu qədər ziyan vura bilər...

08.05.2025 / 19:44
Pakistan Hindistanın 85 qırıcısının rabitə sistemini pozdu - düşmənin "güc mifi" yerlə bir oldu...

08.05.2025 / 19:31
Əhmədiyyə Cəbrayılovun ruhu Makrona qənim olsun - Milli Qəhrəmana qarşı unutqanlıq...

08.05.2025 / 19:17
Oxucularımızdan xalq artisti Samir Cəfərova mesaj...

08.05.2025 / 19:04
Rusiya nefti büdcə qiymətinin 40 faizindən də aşağı düşdü - əsl fəlakət indi başlana bilər?..

08.05.2025 / 18:50
DİM qabiliyyət müsabiqəsinə keçidi 10 bal artırdı... Narazılıqlar var

08.05.2025 / 18:36
Son 70-80 ildə Azərbaycan-Vyetnam mədəni əlaqələrində unudulmuş şedevrlər...

08.05.2025 / 18:30
Bir vaxtlar "nazirlər vətəni" deyilən Naxçıvan indi "bir nazirin əlində qalıb"...

08.05.2025 / 18:26
Konyada “Anadolu Ankası – 2025” təlimində iştirak edəcək heyətə sıra baxışı keçirildi

08.05.2025 / 18:22
Hüquqi dövlət quruculuğunda əsas mərhələ 1996-cı ildə bu qərardan başladı...

08.05.2025 / 18:16
DTX və DSX birgə əməliyyat keçirdi - saxlanan var...

08.05.2025 / 18:09
Azərbaycanda bütün partiyaların pulu 1 illiyə kəsildi...(?)

08.05.2025 / 18:01
Müstəqil Azərbaycan səhiyyəsinin memarı - Əhliman ƏMİRASLANOV yazır...

08.05.2025 / 17:56
Ədliyyə naziri konstitusiya ilə bağlı suala birbaşa cavabdan qaçdı - erməni elitası hələ oynayır...

08.05.2025 / 17:43
Valideynlərin məktəb və müəllim seçimində böyük problem var - şəxsi məlumatlar açıq olsa nə olar?!...

08.05.2025 / 17:33
Narendra Modinin faşizmə, müharibə dəliliyinə söykənən siyasi maraqları

08.05.2025 / 17:30
Vyetnam-Azərbaycan əlaqələrinin yeni Yol xəritəsi ortadadır...

08.05.2025 / 17:17
Qobustan Qoruğuna giriş bahalaşır - YENİ QİYMƏTLƏR açıqlandı...

08.05.2025 / 17:08
"Ermənistan ordusunun hərbçiləri 23 nəfəri gözümün qarşısında diri-diri basdırdılar" - Kəlbəcərdə girov götürülən zərərçəkmiş

08.05.2025 / 16:55
Avropa Birliyi Türkiyə xalqına qarşı növbəti tarixi ədalətsizlik etdi...

08.05.2025 / 16:37
Yəhudilərin və fələstinlilərin tək çıxış yolu var - bunu anlayana qədər heç biri azad və təhlükəsiz yaşaya bilməyəcək...

08.05.2025 / 16:30
Balakəndə yeni kanat yolunun tikintisinə beş milyon manat ayrıldı

08.05.2025 / 16:28
Fikrət Qocanın 90 illiyi qeyd ediləcək - SƏRƏNCAM

08.05.2025 / 16:26
Bir qrup incəsənət xadiminə Prezident mükafatları veriləcək - SƏRƏNCAM

08.05.2025 / 16:22
Polşada prezidentliyə namizəd Avropa İttifaqı bayrağını tapdaladı, sonra isə od vurub yandırdı - VİDEO

08.05.2025 / 16:21
Bir sıra mədəniyyət və elm xadimlərinə Prezidentin fərdi təqaüdü veriləcək - SİYAHI

08.05.2025 / 16:10
“Polisə Dəstək” İctimai Birliyi ATMU-da “Hüquqlarımız” adlı məlumatlandırıcı sessiya keçirib - FOTO

08.05.2025 / 16:04
Məhkəmədə Kəlbəcərin Ermənistan tərəfindən işğal olunmasını əks etdirən videomaterial nümayiş etdirilib

08.05.2025 / 15:51
"Azərbaycan ilə Türkiyə arasındakı həmrəylik Türk dünyası üçün böyük töhfədir" - Prezident İlham Əliyev

08.05.2025 / 15:51
Aİ Rusiyanı rəsmi şəkildə Ukraynada kimyəvi silahdan istifadə etməkdə ittiham etdi

08.05.2025 / 15:50
Müasir müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanətidir

08.05.2025 / 15:45
Məşhur hüquq müdafiəçisi 65-dən yuxarı yaşlı məhkumların əfvinə xüsusi önəm verdi...

08.05.2025 / 15:32
Pakistan Fransanın Hindistana satdığı qırıcıları Çin istehsalı qırıcılarla havada vurdu – Paris şokda...

08.05.2025 / 15:19
“Nar”ın baş icraçı direktoru Gəncədə keçirilən konfransda çıxış etdi - FOTO

08.05.2025 / 15:10
Prezident İlham Əliyev XXVIII Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına müraciət ünvanlayıb

08.05.2025 / 15:02
Əli Əsədov Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam ilə görüşdü - FOTO

08.05.2025 / 14:53
BMU-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü qeyd edilib

08.05.2025 / 14:48
Milli Məclis “Konstitusiya və Suverenlik İli” ilə bağlı bəyanat qəbul etdi

08.05.2025 / 14:32
Azərbaycan və Türkmənistan XİN başçıları arasında telefon danışığı olub

08.05.2025 / 14:26
Pakistan Hindistanın göndərdiyi 12 dronu vurdu

08.05.2025 / 14:10
Abşeronda saxlanan şəxsin avtomobilindən 19 kq narkotik çıxdı...

08.05.2025 / 13:57
“Türk” etnonimi və törələri - Yunus OĞUZ yazır

08.05.2025 / 13:44
MM-də SSRİ-nin qərarı ilə Zəngəzurun Ermənistana verilməsi faktını pisləyən qərarın qəbul edilməsi təklif edildi

08.05.2025 / 13:27
Bank kartlarından 36 min manat oğurlandı... DİN xəbərdarlıq edir - Kiberdələduzlara aldanmayın!

08.05.2025 / 13:23
"Yaşayış məntəqələri olan məkanlarda sakitlik təmin edilməlidir" - BDYPİ sürücülərə çağırış etdi

08.05.2025 / 13:10
А.Мирзоян разгромил Кочаряна и Саргсяна - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

08.05.2025 / 13:04
Prezident Arif Babayevə Heydər Əliyev Mükafatı verilməsi haqqında Sərəncam imzaladı

08.05.2025 / 12:55
Şirvanda avtoxuliqanlıq edən sürücü həbs edildi

08.05.2025 / 12:35
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib - FOTO

08.05.2025 / 12:16
İranda xanım teleaparıcı çəkiclə öldürüldü

08.05.2025 / 12:12
Azərbaycanın müvəqqəti işlər vəkili suriyalı nazirlə görüşüb

08.05.2025 / 12:04
“Zelenski və Putin bir-birlərini Trampın qəzəbinə tuş gətirmək üçün yarışırlar”

08.05.2025 / 12:00
Tramp: ”Rusiya milyonlarla insan itirdi, amma İkinci Dünya Müharibəsində ABŞ qalib gəldi”

08.05.2025 / 11:41
Husilər Ramon hava limanını darmadağın etdilər

08.05.2025 / 11:31
Kardinallar konklavın ilk günündə yeni papanı seçə bilmədilər

08.05.2025 / 11:27
Milyarder qızının brilyant boyunbağısı hər kəsi şoka saldı!

Hüquqi dövlət quruculuğunda əsas mərhələ 1996-cı ildə bu qərardan başladı...

XƏBƏR ARXİVİ

May
B.eÇ.aÇC.aCŞB
2829301234567891011121314151617181920212223242526272829303112345678