Bazar ertəsi günü, 12 may 2025
     

Paşinyanın gülünc təklifi - atəşkəsi pozan əsgərlərin silahlarının lüləsini yoxlayaq...

Image

Əli Orucov: "Ermənistanın silahlı qüvvələri Rusiya və Fransanın təsiri altında olduğundan Moskvanın və Parisin əmrlərinə tabedir"

Ermənistanın baş naziri Nikol Paşinyan aprelin 15-də parlamentin iclasında sərhəddə atəşkəsin pozulması ilə bağlı deyib ki, burada iki mümkün variant var: ya intizamsızlıq, ya da dinc əhalinin terrora yönəlik düşünülmüş hərəkətləri.

Hər iki halda Azərbaycan araşdırma aparmalı və onların qarşısını almaq üçün tədbirlər görməlidir: "Amma bunun birtərəfli səslənməməsi üçün deyirəm: biz hazırıq, gəlin hər şeyi yoluna qoyaq, bəs Azərbaycan niyə bundan imtina edir?"

"Təklif edirəm: gəlin birlikdə gündəlik araşdırma mexanizmi yaradaq. Siqnal aşkarlanıan kimi, gedək onu yerində yoxlayaq. Ola bilsin ki, ertəsi gün yoxlamaq səmərəsizdir, odlu silahın lüləsinin isti olub-olmamasına, atəş edilib-edilməməsinə qədər hər şeyi yerində yoxlamaq olar. Əgər onların günahı yoxdursa, mən niyə deyirəm ki, Ermənistanın daxilində kimlər var, kimləri sübut etməyə çalışırlar? İrəvan vəziyyəti gərginləşdirir, amma sübut yoxdursa, onlar çox tez birgə araşdırma mexanizmi ilə razılaşardılar, çünki bunun əksi çox tez aydınlaşacaq”, - deyə Paşinyan qeyd edib.

Nikol Paşinyan bu təklifini oxuyanda adamı gülmək tutur. Çunki bu cür araşdırmanın aparılması faktiki baxımdan mümkün deyil. Cəbhənin elə nöqtələri var ki, oraya heç iki sutkaya da gedib çatmaq mümkün deyil.

Digər tərəfdən, baş nazirin göstərdiyi səbəblərin heç biri Azərbaycan tərəfini şübhə altına almağa əsas vermir. Birincisi, sərhəd zonasinda Azərbaycan tərəfdə mülki əhali yoxdur, ikincisi, Azərbaycan Ordusunda nizamsızlıq müşahidə edilmir, əsgər əmrsiz bir güllə belə ata bilməz.

Əslində atəşkəsin pozulması problemin özü yox, təzahürüdur. Problem isə bu iki ölkə arasında olan gərgin münasibət, düşmənçilik və onun aradan qaldırılmasına qeyri-səmimi münasibətdir. 2020-ci ildə Azərbaycan Ordusundan aman diləyən, Putini Əliyevə minnətçi salan, atəşkəs üçün hər şeyə hazır olduğunu deyən Paşinyanın indi səbri genişlənib, Avropada özünə "etibarlı" tərəfdaşlar tapıb və özünü məğlub ölkənin rəhbəri kimi aparmır. O, sülh sazişinin imzalanmasına tələsmir. Tələsməməyinin də əlaməti Azərbaycanın irəli sürdüyu şərtlərə əməl etmək istəməməsidur. Koçaryan-Sarkisyan cütlüyü problemin sülh yolu ilə həllinə imkan vermədi - bu, 44 günluk müharibəyə və Ermənistanın biabırçı məğlubiyyətinə səbəb oldu. Paşinyanın sülh sazisini uzatmasının hansı faciəyə səbəb olacağı isə hələ bəlli deyil.

Paşinyan atəşkəsin pozulmasının araşdırılması üçün mexanizm təklif etməsinin altında nə yatır?

Baki-xeber.com saytının sualını cavablandıran politoloq Əli Orucov bildirdi ki, Paşinyan hər dəfə çıxıb ağılasığmaz, qeyri-ciddi təklif və iddialar irəli sürməklə problemin əsl mahiyyətindən yayınmağa çalışır: "Eləcə də o, Azərbaycan-Ermənistan şərti sərhəd xəttində erməni hərbçiləri tərəfindən müntəzəm təxribatların törədilməsindən və ərazilərimizin müxtəlif odlu silahlardan atəşə tutulmasından yayınmağa çalışır. Azərbaycan sülh gündəliyinə sadiq olduğundan və regionda təhlükəsizliyin təminatı ilə bağlı ciddi səylər göstərdiyindən, hələ ki, bu tipli təhrikedici hərəkətlərə təmkinlə yanaşır. Amma eyni zamanda İrəvana xəbərdarlığını da edib. Məsələ ondan ibarətdir ki, dəfələrlə təkzibedilməz faktlarla Ermənistanın Azərbaycanı atəşə tutması sübut olunsa da, İrəvan bunları təkzib etməyə çalışır. Faktiki olaraq Paşinyan orduya nəzarət edə bilmir və onu eşidən yoxdur. Ermənistanın silahlı qüvvələri Rusiya və Fransanın təsiri altında olduğundan, Moskvanın və Parisin əmrlərinə tabedir. Bunu Paşinyan etiraf etmək əvəzinə mücərrəd təkliflər irəli sürür. Birgə nəzarət və araşdırma mexanizmlərinin yaradılmasından dəm vurur.

Yeri gəlmişkən, sərhəd xəttində yerləşdirilən Aİ-nin müşahidə missiyasının Ermənistanın pozuculuq əməllərinə göz yumması suallar doğurur. Necə olur ki, belə insidentləri binokl diplomatları görə və müşahidə edə bilməsinlər, araşdırmalar aparmasınlar?

Görünür, bölgədə gərginliyin körüklənməsində onların da bu və ya digər şəkildə iştirakı var və sülhün, sabitliyin əldə olunması onların maraqlarında deyil. Ermənistan da məhz eyni mövqedən çıxış edir. Azərbaycan öz istəyinə nail olub, qarşısına qoyduğu məqsədlərini həyata keçirər. 30 illik işğal faktorunu öz gücü ilə aradan qaldırıb və suverenliyini tam bərpa edib. Hazırda da azad olunmuş ərazilərdə tikinti-quruculuq və məskunlaşma işlərini reallaşdırır. Azərbaycan sülhə can atır və bunun tez olmasını istəyir. Ancaq Ermənistan özünü sülhpərvər kimi göstərməyə çalışsa da, revanşist və işğalçı niyyətlərini gerçəkləşdirə bilmək üçün əlverişli fürsət gözləyir. Gərginliyi saxlayır və Azərbaycanı sərt və adekvat tədbirlər görməyə sövq etməklə ümumi prosesdən çəkilmək məqsədi güdür. Paşinyan sərhəddə dövlətinin pozuculuq əməllərini və təxribatlarını araşdırmaq üçün birgə mexanizmlər deyil, orduya nəzarət mexanizmləri üzərində işləməlidir ki, belə insidentlər baş verməsin və özü də oyuncaq olma durumundan çıxa bilsin".

Dəniz NƏSİRLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

SON XƏBƏRLƏR

12.05.2025 / 10:14
“Barselona”- “Real” derbisində tarixi rekord

12.05.2025 / 10:05
Həm Çin, həm də ABŞ yumşalır - yeni ticarət razılaşması hazırlanır...

12.05.2025 / 10:00
İsrail Qəzzada məktəb binasını bombalayıb, 15 nəfər ölüb

12.05.2025 / 09:30
“Qətər Tramp üçün ABŞ tarixində ən qiymətli hədiyyə - "Uçan saray" hazırlayır”

12.05.2025 / 09:20
Xırdalanda motosiklet yanıb

12.05.2025 / 09:17
Moskvada 9 may paradına rəsmi Antihitler koalisiyasından bircə üzv dövlət də qatılmadı....

12.05.2025 / 09:13
İngiltərə nəhəngləri üçün "qara gecə" - hər üçü uduzudu..

12.05.2025 / 09:08
Göyçayda güclü yanğın - tövlə, avtomobil və ot bağlamaları kül oldu...

12.05.2025 / 09:03
Ceyhun Bayramov Bəhreyn Krallığına səfərə gedib

12.05.2025 / 08:58
Zelenski cümə axşamı Putini Türkiyədə “duelə” çağırdı

11.05.2025 / 22:06
Putin saxtalaşdırdı, Ermənistana "qəhrəman" dedi... - VİDEO

11.05.2025 / 20:33
Üç günlük döyüş tarixə Pakistanın qəhrəmanlıq salnaməsi kimi düşdü

11.05.2025 / 20:15
Tramp Hindistan və Pakistana Kəşmir məsələsinin həll yolunu tapmağı təklif etdi

11.05.2025 / 15:28
Peyk görüntüləri Hindistanın iddialarını təkzib etdi

11.05.2025 / 15:16
Xudafərin körpüsünün sütun hissəsində qazıntı aparan 3 iranlı saxlandı, biri özünü çaya atdı...

11.05.2025 / 15:11
Pakistan Hindistan üzərində qələbəsini elan etdi

11.05.2025 / 14:55
Kamal Kılıçdaroğlunun paylaşımını iqtidaryönlülər dəstəklədi, müxaliflər qınadı

11.05.2025 / 14:35
Ağdamın Kəngərli kəndinə birinci mərhələdə 292 ailə köçürüləcək...

11.05.2025 / 14:26
Zelenski Putinin İstanbulda görüş təklifinə cavab verdi – öncə 30 günlük atəşkəs, sonra...

11.05.2025 / 13:30
Putin Ermənistanı faşizm üzərində Qələbənin "əsas qəhrəmanı" adlandırdı... Azərbaycanın adını çəkmədi - İlham Əliyev düz etdi...

11.05.2025 / 13:12
Sosial-İqtisadi Kollecdə “Ulu Öndər Heydər Əliyev Konstitusiyamızın memarıdır” adlı tədbir keçirilib

11.05.2025 / 12:57
Öcalan video zəng vasitəsilə konqresə qatıldı

11.05.2025 / 12:34
Pakistan və Hindistan bir-birlərini atəşkəsi pozmaqda ittiham etdi

11.05.2025 / 11:42
Baş Dövlət Yol Polisi İdarəsi piyadalara çağırış etdi

11.05.2025 / 10:16
Putin Ukraynaya mayın 15-də İstanbulda danışıqlara başlamağı təklif etdi...

11.05.2025 / 09:50
Tramp Putinlə görüşün çox çətin olduğunu açıqladı – O, hər şeyi istəyir…

10.05.2025 / 23:32
Sovet kosmik gəmisi yerə çırpıldı: “Dünya rahat nəfəs aldı”

10.05.2025 / 23:25
Mehriban Əliyeva Prezident İlham Əliyevlə Ağdama səfərdən görüntülər paylaşdı - VİDEO

10.05.2025 / 23:11
Türkiyə Ukraynada atəşkəsə nəzarət etməyə hazır olduğunu bildirdi

10.05.2025 / 20:27
Azərbaycan Hindistanla Pakistan arasında atəşkəsi alqışladı...

10.05.2025 / 20:15
“Qarabağ, can Qarabağ, ana yurdum!” - Prezidentin Ağdama səfərindən səmimi görüntülər - VİDEO

10.05.2025 / 18:45
Prezident: "Biz Şuşanı Xankəndi ilə birləşdirən “Kanat yolu” layihəsi üzərində işləyirik"

10.05.2025 / 18:39
"Ən azı yaşadığımız bölgədə bizimlə bu gün hesablaşmayan sabah peşman olur" - Prezident İlham Əliyevdən mühüm mesaj

10.05.2025 / 18:20
Prezident: "Azad olunmuş bölgələrə səfər edən xarici qonaqlar öz təəccübünü gizlədə bilmirlər"

10.05.2025 / 18:12
"Ulu Öndərin bütün həyatı, bütün fəaliyyəti Azərbaycan xalqına, dövlətinə həsr edilmişdir" - Prezident

10.05.2025 / 17:48
Pakistan və Hindistan atəşkəs barədə razılığa gəldi

10.05.2025 / 17:11
Medianın İnkişafı Agentliyinin kollektivi Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad edib - FOTO

10.05.2025 / 16:21
Prezident İlham Əliyev: "İkinci mərhələdə Kəngərlidə daha çox ev tikiləcək"

10.05.2025 / 16:10
"Bu gün Kəngərlinin timsalında yeniləşən Azərbaycanı görürük, bərpa olunan Qarabağı görürük" - Prezident

10.05.2025 / 16:07
Ukraynaya genişmiqyaslı hava hücumu gözlənilir - ABŞ səfirliyi xəbərdarlıq etdi…

10.05.2025 / 15:53
Prezident Kəngərli kəndinə köçən sakinlərlə görüşüb, onlara evlərin açarlarını təqdim edib - FOTO

10.05.2025 / 15:45
ABŞ İsrailin iştirakı olmadan Qəzzaya humanitar yardım çatdıracaq

10.05.2025 / 15:34
Prezident Kəngərli kəndində yeni inşa edilmiş fərdi evlərdə yaradılan şəraitlə tanış olub - FOTO

10.05.2025 / 15:31
Prezident Kəngərli kənd körpələr evi-uşaq bağçasının açılışında iştirak edib - FOTO

10.05.2025 / 15:25
Ağdamda Kəngərli kənd tam orta məktəbinin binasının açılışı oldu - FOTO

10.05.2025 / 15:20
Prezident İlham Əliyev Kəngərli kəndində klub-icma mərkəzində yaradılan şəraitlə də tanış olub - FOTO

10.05.2025 / 15:15
Prezident Kəngərli kəndində yerli icra strukturları üçün inşa edilmiş çoxfunksiyalı inzibati binada yaradılan şəraitlə tanış olub

10.05.2025 / 14:42
Ceyhun Bayramovdan Rusiyanın vurduğu AZAL təyyarəsilə bağlı açıqlama - istintaqın başa çatmasını gözləyirik

10.05.2025 / 14:27
Gərginlik artır... Pakistan Hindistanın təcəvüzünə darmadağınla cavab verir!

10.05.2025 / 14:15
Pakistan "nüvə həddinin pozulmasının" qarşısını almağa çağırdı

10.05.2025 / 13:59
“Boradigah tarixi qaynaqlarda” kitabı çap olunub

10.05.2025 / 13:37
Əbədiyaşar lider!

10.05.2025 / 13:25
Pakistan Hindistanın elektrik şəbəkəsini sıradan çıxardı, bir aerodromunu isə məhv etdi

10.05.2025 / 13:12
Pakistan Hindistana qarşı irimiqyaslı hücum həyata keçirdiyini bildirdi

10.05.2025 / 12:45
Ağdam Muğam Mərkəzinin açılışı oldu - FOTO/YENİLƏNDİ

10.05.2025 / 12:41
"Ermənistan 2020-ci ildən sonra üç il Qarabağa mina daşıyıb" - Nazir

10.05.2025 / 12:32
XİN rəhbəri Bakıda Türkiyə-İsrail danışıqlarının keçiriləcəyi xəbərlərinə münasibət bildirdi...

10.05.2025 / 12:26
Nazir: "Ermənistanın üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməsini gözləyirik"

10.05.2025 / 12:10
"Azərbaycanın Hindistan-Pakistan münaqişəsindəki mövqeyi tamamilə beynəlxalq hüquqa əsaslanır" - XİN rəhbəri

10.05.2025 / 11:58
"Delimitasiya prosesi ilə bağlı təmaslar davam edəcək" - Ceyhun Bayramov

10.05.2025 / 11:40
Çəmbərək istiqamətindən mövqelərimiz atəşə tutuldu

10.05.2025 / 10:56
Dövlət və hökumət rəsmiləri Fəxri xiyabanda Ulu Öndərin xatirəsini anıblar - FOTO

10.05.2025 / 10:23
Leyla Əliyeva və Arzu Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib - FOTO

10.05.2025 / 10:10
Romada MAMA “Ana təbiət” sərgisinin təqdimatı olub

10.05.2025 / 10:06
"Ermənistanda marixuananı leqallaşdıraq" - erməni spikerdən ŞOK ÇAĞIRIŞ!

10.05.2025 / 10:01
Prezident İlham Əliyev Ağdamın Kəngərli kəndinin birinci mərhələsinin açılışında iştirak edib - FOTO

10.05.2025 / 09:50
AZƏRBAYCANÇILIQ HƏR ŞEYİN FÖVQÜNDƏDİR

10.05.2025 / 09:48
Konstitusiya və suverenlik: Heydər Əliyev siyasi irsinin təməl sütunları - FOTO

10.05.2025 / 09:33
Prezident Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksinin açılışında iştirak edib - FOTO

10.05.2025 / 09:15
Prezident Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə bağlı videoçarx paylaşıb - VİDEO

10.05.2025 / 08:53
Mehriban Əliyeva Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə bağlı paylaşım edib - FOTO

10.05.2025 / 06:37
Hindistan Pakistanı ballistik raketlərlə vurdu, Pakistan genişmiqyaslı hərbi əməliyyata başladı - düşmənin 4 hərbi bazası bombalandı… - VİDEO

10.05.2025 / 00:25
Hindistan qorxu içində - ümumi hərbi səfərbərlik elan olundu...

10.05.2025 / 00:16
Mehriban Əliyeva Prezident İlham Əliyevlə Şuşanın Daşaltı kəndinə səfərdən görüntülər paylaşıb - FOTO

10.05.2025 / 00:10
Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar paylaşım edib - FOTO

09.05.2025 / 23:53
“ABŞ-ın Raketdən Müdafiə Sistemi Husilərin raketini vura bilmədi”

09.05.2025 / 20:56
ABŞ və Rusiya Avropaya qaz nəqlini masaya yatırdı - rus qazını Avropaya Amerika şirkətləri satacaq…

09.05.2025 / 20:43
"Hindistanın Pakistana hücumu Hərbi Hava Qüvvələrinin bacarıqsızlığını üzə çıxardı"

09.05.2025 / 20:34
Azərbaycan-Vyetnam əməkdaşlığında yeni səhifə açılır

09.05.2025 / 19:27
Çin lideri Moskvada “əsas qonaq” statusu aldı - başqa dövlət başçıları aşağılarda...

09.05.2025 / 19:18
“Femin Art” Beynəlxalq Qadın Rəssamların sərgisi Bakıda – Mədəniyyət və sülhün birliyi

Hüquqi dövlət quruculuğunda əsas mərhələ 1996-cı ildə bu qərardan başladı...

XƏBƏR ARXİVİ

May
B.eÇ.aÇC.aCŞB
2829301234567891011121314151617181920212223242526272829303112345678