Cümə axşamı günü, 8 may 2025
     

Macarıstan Avropa İttifaqının Ermənistana daha bir hərbi yardım paketinə veto qoydu...

Image

Macarıstan Avropa İttifaqının (Aİ) Ermənistana 10 milyon avro dəyərində əlavə qeyri-öldürücü hərbi yardım ayırmasına blok qoyub. Bu yardım Avropa Sülh Təşəbbüsü (EPF) çərçivəsində ayrılmalıydı. Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallas ilin əvvəlində bu yardımın ayrılmasını təklif edib. Təsdiqlənməsi üçün ona Aİ-nin 27 üzv ölkəsinin yekdil dəstəyi lazımdır.

Macarıstandan savayı, qalan üzvlər Kallasın təklifini dəstəkləyib. Bunu Brüsseldəki diplomatik mənbə deyib. O əlavə edib ki, Aİ-nin xarici işlər nazirlərinin aprelin 14-də Lüksemburqdakı görüşündə Budapeşt qərara veto qoyub. Ermənistan Aİ-dən ötən ilin iyulunda 10 milyon avroluq ilk hərbi yardımı alıb. Həmin vəsait növbəti iki il yarım ərzində bir batalyonluq hərbi hissə üçün səhra hospitalının və yardımçı obyektlərin quraşdırılmasına xərclənməlidir. Macarıstan həmin vəsaitin ayrılmasını da aylarla bloklayıb, oxşar yardımın Azərbaycana da verilməsini tələb edib. Bakı ilə sıx əlaqələri olan Budapeştin vetonu Aİ-nin Azərbaycanda minaların təmizlənməsini başqa mənbədən maliyyələşdirmək vədi qarşılığında qaldırdığı deyilir. Macarıstan Qarabağ münaqişəsində Azərbaycanı açıq dəstəkləyib. Azərbaycan ilə Macarıstan arasında siyasi əlaqələr yüksək səviyyədədir. Tərəflər arasında ali səviyyədə dialoq mövcuddur. İkitərəfli münasibətlər dostluq, əməkdaşlıq və strateji tərəfdaşlıq ruhunda inkişaf edir. Macarıstan ilə əlaqələrin hərtərəfli inkişaf etdirilməsi ölkəmizin xarici siyasətinin vacib istiqamətlərindəndir. Macarıstan Azərbaycanın strateji tərəfdaşıdır. İki dövlət arasında iqtisadi əlaqələrdə də davamlı inkişaf meyilləri müşahidə edilir. Azərbaycan və Macarıstan geniş iqtisadi potensiala malikdir. İki ölkə arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə, həmçinin iqtisadi sahəni əhatə edən bir sıra digər sənədlər iqtisadi əməkdaşlığın daha da genişlənməsində əhəmiyyətli baza rolunu oynayır. Macarıstan Azərbaycanın Avropa İttifaqı ilə münasibətlərinin inkişafına və ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı rolun daha da artmasına dəstək verən, həmçinin Avropanın mühüm nəqliyyat dəhlizlərinin keçdiyi dinamik iqtisadiyyata malik bir ölkədir. Avstriya, Sloveniya, Ukrayna, Rumıniya, Serbiya, Xorvatiya və Sloveniya kimi ölkələrlə həmsərhəd olması, Mərkəzi Avropada yerləşməsi Macarıstanın Şərqi Avropa ilə Qərbi Avropa arasında mühüm strateji mövqeyə sahib olmasına, iqtisadi-siyasi proseslərin mərkəzində dayanmasına imkan yaradır. Ölkənin logistik imkanları, geniş avtomobil və dəmir yolları şəbəkəsinə malik olması və bu şəbəkələrin qonşu dövlətlərin ərazisi ilə Avropanın ən böyük dəniz limanlarına əlverişli çıxış imkanları yaradır. Macarıstanın coğrafi mövqeyi, eyni zamanda, enerji dəhlizlərinin diversifikasiyası üçün də geniş imkanlar açır və bu amil, şübhəsiz ki, həm Azərbaycan, həm də Avropa İttifaqı üçün əhəmiyyətə malikdir. Azərbaycanla Macarıstan arasında yeni biznes təşəbbüslərinin reallaşdırılması üçün də imkanlar genişdir. Bu təşəbbüslər isə yaxın vaxtlarda energetika, sənaye, nəqliyyat, informasiya texnologiyaları, kənd təsərrüfatı, əczaçılıq və ticarət sahələrində əlaqələrin gücləndirilməsinə inamı artırır. Elə ölkəmizdə yaradılmış əlverişli infrastruktur və tətbiq olunan güzəştlər, eyni zamanda, Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizləri, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Ələt Azad İqtisadi Zonasının imkanları macar şirkətlərinin ölkəmizin əlverişli biznes mühitindən yararlanmasına imkan yaradır.

Siyasi müstəvidə də əıaqələr dinamik inkişaf edir. Yuxarıda qeyd olunduğu kimi Avropa Sülh Fondunun Ermənistan ordusuna yardımı barədə qərar Avropa İttifaqına üzv olan 27 ölkənin hamısı tərəfindən bəyəniləcəyi təqdirdə qüvvəyə minəcək. Ermənistan fonddan ilk dəfə 2024-cü ildə 10 milyon avro yardım alıb. Macarıstan həmin yardımın verilməsinə ilk vaxtda veto qoyub və Azərbaycana da analoji dəstəyin göstərilməsini tələb edib. Lakin bir neçə həftəlik qapalı danışıqlardan sonra Budapeşt vetosunu ləğv edib. Hərbi ekspert Leonid Nersisyanın sözlərinə görə, Ermənistan çox istərdi ki, yardım çərçivəsində daha çox aviasiya, tanklar, haubitsalar alsın. Amma o qeyd edir ki, indiki yardım da az əhəmiyyət kəsb etmir. O xatırladır ki, keçən il Aİ-nin Xarici Əlaqələr Şurası Ermənistanı dəstəkləmək qərarına gələndə əsasən tibbi avadanlıqların verilməsini həyata keçirib: “Əlbəttə, bunlar da müsbətdir. Amma biz başa düşməliyik ki, söhbət məhdud resurslardan gedir. Bu yardımın Ermənistan ordusunda hər hansı ciddi transformasiyaya səbəb ola biləcəyini indilikdə düşünmək olmaz”. Nersisyan istisna etmir ki, Ermənistan Macarıstanı qərara müdaxilə etməməyə məcbur edə bilməz, amma Fransa və Almaniya edə bilər. Ermənistan ordusundakı vəziyyəti şərh edən Leonid Nersisyan bildirib ki, hətta açıq mənbələrdən gələn məlumatlar da Ermənistanın hərbi strukturlarının fəallığından xəbər verir: “Bu, həm silah tədarükü, həm də orduda islahatlar baxımından özünü göstərir. Artilleriya və bəzi digər qoşun növlərinin hazırlığında müsbət dəyişikliklər qeydə alınır. Ancaq hələ də problemlərimiz var. Biz görürük ki, islahatlar aparılır. Lakin onların heç də hamısı eyni sürətlə və eyni məhsuldarlıqla nəticə vermir”.

Ramil QULİYEV




DİGƏR XƏBƏRLƏR

VİDEO

SON XƏBƏRLƏR

08.05.2025 / 23:57
Yeni Papa katoliklərə müraciət etdi

08.05.2025 / 22:46
Amerikalı kardinalın 267-ci Roma Papası seçilməsi təsadüfdür?...

08.05.2025 / 22:33
BƏƏ Prezidenti Prezident İlham Əliyevə zəng edib

08.05.2025 / 22:07
Məhkəmədə Ermənistan tərəfindən Kəlbəcərin işğalı zamanı əsir və girov götürülmüş azərbaycanlılara işgəncələr verilməsi ilə bağlı ifadələr dinlənilib - FOTO

08.05.2025 / 21:50
14-cü Leo 267-ci Roma Papası seçildi

08.05.2025 / 21:35
Pakistan: “Hindistandan fərqli olaraq mülki insanları hədəf almadıq”

08.05.2025 / 21:26
İraq Kürdüstanında Azərbaycan konsulluğu - Bakı-Ankara münasibətlərində həssas məsələ...

08.05.2025 / 21:09
Avtosalonlarda "qarantiyalı satış fırıldaqlarını" dilerlərin özləri açır - rəsmi servisə 200 manat veririk ki, müştəriyə bu sözləri desinlər...

08.05.2025 / 20:54
Bayden Trampa sərrast atəş açdı - “ay axmaq...”

08.05.2025 / 20:40
Vatikan yeni papanı seçdi

08.05.2025 / 20:37
Ermənistan bu il də Azərbaycanla sülh imzalanmasının qarşısını aldı...

08.05.2025 / 20:24
Əliyevin və Paşinyanın Moskva paradına yanaşmaları müqayisəli təhlil edildi - üstünlük...

08.05.2025 / 20:11
Ermənistan hökumətinin "məxfi 2-ci bəndi" - Azərbaycanla delimitasiya prosesi pozula bilər...

08.05.2025 / 19:57
Hindistan-Pakistan müharibəsi Şimal-Cənub dəhlizinə təqribən bu qədər ziyan vura bilər...

08.05.2025 / 19:44
Pakistan Hindistanın 85 qırıcısının rabitə sistemini pozdu - düşmənin "güc mifi" yerlə bir oldu...

08.05.2025 / 19:31
Əhmədiyyə Cəbrayılovun ruhu Makrona qənim olsun - Milli Qəhrəmana qarşı unutqanlıq...

08.05.2025 / 19:17
Oxucularımızdan xalq artisti Samir Cəfərova mesaj...

08.05.2025 / 19:04
Rusiya nefti büdcə qiymətinin 40 faizindən də aşağı düşdü - əsl fəlakət indi başlana bilər?..

08.05.2025 / 18:50
DİM qabiliyyət müsabiqəsinə keçidi 10 bal artırdı... Narazılıqlar var

08.05.2025 / 18:36
Son 70-80 ildə Azərbaycan-Vyetnam mədəni əlaqələrində unudulmuş şedevrlər...

08.05.2025 / 18:30
Bir vaxtlar "nazirlər vətəni" deyilən Naxçıvan indi "bir nazirin əlində qalıb"...

08.05.2025 / 18:26
Konyada “Anadolu Ankası – 2025” təlimində iştirak edəcək heyətə sıra baxışı keçirildi

08.05.2025 / 18:22
Hüquqi dövlət quruculuğunda əsas mərhələ 1996-cı ildə bu qərardan başladı...

08.05.2025 / 18:16
DTX və DSX birgə əməliyyat keçirdi - saxlanan var...

08.05.2025 / 18:09
Azərbaycanda bütün partiyaların pulu 1 illiyə kəsildi...(?)

08.05.2025 / 18:01
Müstəqil Azərbaycan səhiyyəsinin memarı - Əhliman ƏMİRASLANOV yazır...

08.05.2025 / 17:56
Ədliyyə naziri konstitusiya ilə bağlı suala birbaşa cavabdan qaçdı - erməni elitası hələ oynayır...

08.05.2025 / 17:43
Valideynlərin məktəb və müəllim seçimində böyük problem var - şəxsi məlumatlar açıq olsa nə olar?!...

08.05.2025 / 17:33
Narendra Modinin faşizmə, müharibə dəliliyinə söykənən siyasi maraqları

08.05.2025 / 17:30
Vyetnam-Azərbaycan əlaqələrinin yeni Yol xəritəsi ortadadır...

08.05.2025 / 17:17
Qobustan Qoruğuna giriş bahalaşır - YENİ QİYMƏTLƏR açıqlandı...

08.05.2025 / 17:08
"Ermənistan ordusunun hərbçiləri 23 nəfəri gözümün qarşısında diri-diri basdırdılar" - Kəlbəcərdə girov götürülən zərərçəkmiş

08.05.2025 / 16:55
Avropa Birliyi Türkiyə xalqına qarşı növbəti tarixi ədalətsizlik etdi...

08.05.2025 / 16:37
Yəhudilərin və fələstinlilərin tək çıxış yolu var - bunu anlayana qədər heç biri azad və təhlükəsiz yaşaya bilməyəcək...

08.05.2025 / 16:30
Balakəndə yeni kanat yolunun tikintisinə beş milyon manat ayrıldı

08.05.2025 / 16:28
Fikrət Qocanın 90 illiyi qeyd ediləcək - SƏRƏNCAM

08.05.2025 / 16:26
Bir qrup incəsənət xadiminə Prezident mükafatları veriləcək - SƏRƏNCAM

08.05.2025 / 16:22
Polşada prezidentliyə namizəd Avropa İttifaqı bayrağını tapdaladı, sonra isə od vurub yandırdı - VİDEO

08.05.2025 / 16:21
Bir sıra mədəniyyət və elm xadimlərinə Prezidentin fərdi təqaüdü veriləcək - SİYAHI

08.05.2025 / 16:10
“Polisə Dəstək” İctimai Birliyi ATMU-da “Hüquqlarımız” adlı məlumatlandırıcı sessiya keçirib - FOTO

08.05.2025 / 16:04
Məhkəmədə Kəlbəcərin Ermənistan tərəfindən işğal olunmasını əks etdirən videomaterial nümayiş etdirilib

08.05.2025 / 15:51
"Azərbaycan ilə Türkiyə arasındakı həmrəylik Türk dünyası üçün böyük töhfədir" - Prezident İlham Əliyev

08.05.2025 / 15:51
Aİ Rusiyanı rəsmi şəkildə Ukraynada kimyəvi silahdan istifadə etməkdə ittiham etdi

08.05.2025 / 15:50
Müasir müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanətidir

08.05.2025 / 15:45
Məşhur hüquq müdafiəçisi 65-dən yuxarı yaşlı məhkumların əfvinə xüsusi önəm verdi...

08.05.2025 / 15:32
Pakistan Fransanın Hindistana satdığı qırıcıları Çin istehsalı qırıcılarla havada vurdu – Paris şokda...

08.05.2025 / 15:19
“Nar”ın baş icraçı direktoru Gəncədə keçirilən konfransda çıxış etdi - FOTO

08.05.2025 / 15:10
Prezident İlham Əliyev XXVIII Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına müraciət ünvanlayıb

08.05.2025 / 15:02
Əli Əsədov Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lam ilə görüşdü - FOTO

08.05.2025 / 14:53
BMU-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü qeyd edilib

08.05.2025 / 14:48
Milli Məclis “Konstitusiya və Suverenlik İli” ilə bağlı bəyanat qəbul etdi

08.05.2025 / 14:32
Azərbaycan və Türkmənistan XİN başçıları arasında telefon danışığı olub

08.05.2025 / 14:26
Pakistan Hindistanın göndərdiyi 12 dronu vurdu

08.05.2025 / 14:10
Abşeronda saxlanan şəxsin avtomobilindən 19 kq narkotik çıxdı...

08.05.2025 / 13:57
“Türk” etnonimi və törələri - Yunus OĞUZ yazır

08.05.2025 / 13:44
MM-də SSRİ-nin qərarı ilə Zəngəzurun Ermənistana verilməsi faktını pisləyən qərarın qəbul edilməsi təklif edildi

08.05.2025 / 13:27
Bank kartlarından 36 min manat oğurlandı... DİN xəbərdarlıq edir - Kiberdələduzlara aldanmayın!

08.05.2025 / 13:23
"Yaşayış məntəqələri olan məkanlarda sakitlik təmin edilməlidir" - BDYPİ sürücülərə çağırış etdi

08.05.2025 / 13:10
А.Мирзоян разгромил Кочаряна и Саргсяна - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

08.05.2025 / 13:04
Prezident Arif Babayevə Heydər Əliyev Mükafatı verilməsi haqqında Sərəncam imzaladı

08.05.2025 / 12:55
Şirvanda avtoxuliqanlıq edən sürücü həbs edildi

08.05.2025 / 12:35
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib - FOTO

08.05.2025 / 12:16
İranda xanım teleaparıcı çəkiclə öldürüldü

08.05.2025 / 12:12
Azərbaycanın müvəqqəti işlər vəkili suriyalı nazirlə görüşüb

08.05.2025 / 12:04
“Zelenski və Putin bir-birlərini Trampın qəzəbinə tuş gətirmək üçün yarışırlar”

08.05.2025 / 12:00
Tramp: ”Rusiya milyonlarla insan itirdi, amma İkinci Dünya Müharibəsində ABŞ qalib gəldi”

08.05.2025 / 11:41
Husilər Ramon hava limanını darmadağın etdilər

08.05.2025 / 11:31
Kardinallar konklavın ilk günündə yeni papanı seçə bilmədilər

08.05.2025 / 11:27
Milyarder qızının brilyant boyunbağısı hər kəsi şoka saldı!

08.05.2025 / 11:21
Bakı Şəhər Prokurorluğunun yeni korpusunun açılışı olub

08.05.2025 / 11:18
"Heydər Əliyev şəxsiyyəti hər bir azərbaycanlı üçün müdriklik, vətənə sədaqət rəmzidir" - spiker

08.05.2025 / 11:06
Milli Məclisin xüsusi iclası başlayıb

08.05.2025 / 11:03
Azərbaycan Rusiyaya sərt üzünü göstərdi - CANLI

08.05.2025 / 11:03
Ceyhun Bayramov vyetnamlı həmkarı ilə görüşüb

08.05.2025 / 10:31
Konfrans Liqasında yarımfinal oyunları keçiriləcək

08.05.2025 / 10:15
Sumqayıtda 3 "Kalaşnikov" tapılıb

08.05.2025 / 10:07
"Bu sənədin hazırlanmasında Ulu Öndərin müstəsna xidmətləri olub" - Baş prokuror

08.05.2025 / 10:00
Hindistanda helikopter qəzası olub, 6 nəfər ölüb

08.05.2025 / 09:50
Ukrayna dolları avro ilə əvəz edəcək - Kiyevdən rəsmi açıqlama

08.05.2025 / 09:40
Pakistanın hava limanı yaxınlığında partlayışlar olub

08.05.2025 / 09:25
İnsanların ziyafətlərdə kütləvi zəhərləndiyi restoran sahibləri böyük kompensasiya ödəməlidir...

Hüquqi dövlət quruculuğunda əsas mərhələ 1996-cı ildə bu qərardan başladı...

XƏBƏR ARXİVİ

May
B.eÇ.aÇC.aCŞB
2829301234567891011121314151617181920212223242526272829303112345678