Çərşənbə axşamı günü, 6 may 2025
     

"Kiçik, qalibiyyətli müharibə, hədəf Zəngəzurdur" - Ermənistan qorxur, sazişi isə imzalamır...

Image

Azərbaycan və Ermənistan arasında müharibə olmayacaq - bunun üçün heç bir əsas yoxdur, sülh olacaq. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan ölkə parlamentində bildirib. O əmindir ki, həm Ermənistan, həm də Azərbaycan xalqı sülh içində yaşamağa layiqdir.

Baş nazir həmçinin sülh gündəliyini təhlükə altına qoya biləcək bəyanatlar verməməyə çağırıb. Amma bunlar fonunda Azərbaycanın hərbi büdcəsinin artması Ermənistanda böyük qorxuya səbəb olub.

Maliyyə Nazirliyinin açıqladığı 2026-cı il və sonrakı üç il üçün dövlət və icmal büdcələrinin ortamüddətli proqnoz göstəricilərində qeyd olunur ki, gələn il dövlət büdcəsinin gəlirləri 39 milyard 251 milyon 300 min manat, xərcləri 42 milyard 230 milyon manat olacaq. Beləliklə, 2025-ci illə müqayisədə 2026-cı ildə dövlət büdcəsinin gəlirləri 895 milyon 300 min manat, yaxud 2,33 faiz, xərcləri 822 milyon 400 min manat, yaxud 1,98 faiz artacaq. Qeyd edək ki, Azərbaycanın 2025-ci il dövlət büdcəsinin gəlirləri 38 milyard 356 milyon manat, xərcləri 41 milyard 407 milyon 600 min manat məbləğində təsdiq edilib. Gələn il üçün proqnozlaşdırılan müdafiə və milli təhlükəsizlik xərcləri məlum olub. Gələn il bu sahəyə 8 milyard 110 milyon 642.2 min manat ayrılması proqnozlaşdırılır. Müdafiə və milli təhlükəsizlik xərcləri 2027-ci ildə 7 milyard 345 milyon 473.2 min manat, 2028-ci ildə 6 milyard 979 milyon 393.1 min manat, 2029-cu ildə 7 milyard 402 milyon 393.9 min manat olacaq. Gələn il üçün artan hərbi xərclər Ermənistanda böyük qorxu yaradıb. Bu xüsusda “armenianreport” portalı yazır: “Gələn il üçün Azərbaycanın müdafiə və milli təhlükəsizliyinə proqnozlaşdırılan xərclər məlum olub. Bu, ölkənin 2026-cı il və sonrakı üç il üzrə dövlət büdcəsi layihəsinin xərc göstəricilərində funksional təsnifat səviyyəsində öz əksini tapıb. Gələn il bu sahəyə 8 milyard 110 milyon 642,2 min manat vəsaitin ayrılması nəzərdə tutulur. Bu, indiki məzənnə ilə təxminən 4,8 milyard dollar dəyərindədir. Bu məbləğ çox böyükdür və Azərbaycan ordusunu gücləndirir. Bəs bu qədər böyük vəsaitlər ordunun gücləndirilməsinə nə vaxt xərclənir? Cavab bəllidir - müharibəyə hazırlıq gedəndə. Azərbaycan kiminlə döyüşəcək? Onun Rusiya ilə müharibə planı yoxdur. Bu iki ölkə arasında bir sıra çəkişmələrə baxmayaraq, münasibətlərdə hər şey çox yaxşıdır. Bakı mediasının Ermənistan-İran hərbi təlimlərinə əsəbi reaksiyasına baxmayaraq, İranla da Azərbaycan savaşmayacaq. İranın nümayəndə heyətləri Bakıya tez-tez gələn qonaqlara çevrilib və İran İslam Respublikasının prezidenti də yaxın vaxtlarda ora gəlmək niyyətindədir. Yeri gəlmişkən, o, etnik azərbaycanlıdır. Deməli, sərhədlərin bağlanması və çoxlu qarşılıqlı iddialar olsa belə, burada da müharibə ehtimalı yoxdur. Azərbaycan aydın şəkildə nəyəsə hazırlaşır. Amma tam olaraq nəyə? İsrailin baş naziri Netanyahunun planlarına zidd olaraq Trampın İrana qarşı hərbi kampaniyaya başlamayacağına inanmağa əsas var. Deməli, burada da Azərbaycanın hərbi potensialını artırmaq üçün heç bir əsası yoxdur. İsrail xatırlayırıqsa, Türkiyə ilə münaqişəsində Azərbaycanın vasitəçilik xidmətlərinə razılıq verib.

Gürcüstana gəlincə, onun prezidenti Mixail Kavelaşvili ilk rəsmi səfəri ilə Bakıya gəlib. O, Azərbaycan prezidenti və baş naziri ilə görüşlərində birmənalı olaraq bir-biri ilə müharibədən deyil, geniş spektrli məsələlər üzrə strateji əməkdaşlığın genişləndirilməsini diqqət mərkəzinə götirirlər. Bir sözlə, bu istiqamətdə də Azərbaycanda hər şey əladır. Nə qalır? Cavab bəllidir - bizim ölkə. Azərbaycan yeni, “kiçik, qalibiyyətli müharibəyə” hazırlaşır. İstiqamət də aydındır – Zəngəzur. Baxın, “dəhlizin” işə salınması üçün bütün lazımi infrastrukturun tikintisi artıq finiş xəttinə çatıb. Türkiyə dünyada geosiyasi çəkisini artırır və bunu ABŞ prezidenti Donald Trampın özü də vurğulayır. Müvafiq olaraq, bütün bunlar Azərbaycanın həyata keçirmək istədiyi planlar üzrə artıq özünü xarici, geosiyasi örtüklə təmin etdiyini deməyə əsas var. O zaman kimə arxalanırıq? Rusiya istisna olunur, ABŞ da. Onlar indi tamam başqa işlə məşğuldurlar - Ukraynanı parçalamaq. Bundan əlavə, xatırlayırıq ki, Tramp əvvəlki prezidentlik dövründə Qarabağ savaşını dayandırmaq üçün heç nə etməmişdi.

Bəli, biz Avropa Sülh Fondunun Ermənistana göstərdiyi dəstəyə görə çox minnətdarıq. Ancaq düzünü desək, bu, sırf göstəricidir. Ayrılan 10 milyon avro Azərbaycanın ordusuna xərclədiyi milyardlarla dollarla müqayisədə sadəcə gülməli məbləğdir. Deməli, burada da özünü aldatmağın mənası yoxdur. Bu halda Fransaya ayrıca bel bağlamalıyıqmı? Çox şübhəlidir. Bəli, biz yenə də çoxlu dəstək sözləri, Azərbaycanın hərəkətlərinə qarşı çoxlu qınaqlar eşidəcəyik. Amma biz başa düşməliyik ki, Fransanın sosial-iqtisadi problemlərində artım var və bu, artıq Emmanuel Makronun reytinqinin yenidən düşməyə başlamasına təsir edir. Üstəlik, etiraf etmək nə qədər acı olsa da, biz dəfələrlə əmin olmuşuq ki, Azərbaycandan təcavüz olacağı təqdirdə Fransadan real hərbi yardım gözləməyə dəyməz. Amma Ermənistan daxilində hadisələrin bu cür dönüşünə sevinəcək qüvvələrin xalqın qarşısına çıxıb. Onların “Biz sizə xəbərdarlıq etdik!” deməsi problemi daha da dərinləşdirir. Onlar xalqdan oğurlanan milyardları məmnuniyyətlə xalqın narazılığını özlərinə lazım olan istiqamətə yönəldəcəklər. Bu faciəvi səhv olardı, amma hansı ölkə bunu etməyib?! Ukraynaya baxın. Orada həm keçmiş məhbusu, həm də keçmiş komediya ustasını prezident seçdilər. Ədalətli, demokratik seçkilərdə bunu etdilər. Bizdə onu da etiraf etməliyik ki, hakimiyyət özünə qarşı ittihamlar üçün çoxlu səbəblər göstərib. Bütün bunlar birlikdə götürüldükdə ən dəhşətli proqnozlara əsas verir. Bəli, hələlik bunlar yalnız proqnozlardır, reallıq deyil. Lakin bu anlayışlar arasındakı xətt sürətlə daralır”.

Samirə SƏFƏROVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

SON XƏBƏRLƏR

06.05.2025 / 00:33
Keçmiş ABŞ məmurundan ŞOK ETİRAF – insan nəslinin yox olma ehtimalına qarşı okeanların altında gizli yeraltı şəhərlər tikmişik

05.05.2025 / 23:41
Krım yarımadası... 1942-1943-cü illər... Türk-Müsəlman və Yəhudi soyqırımı...

05.05.2025 / 23:08
İran: “Bizim təklifimiz Azərbaycanda “güclü dəstək” aldı”

05.05.2025 / 23:07
Ərdoğan və Tramp Suriya, Qəzza, Hərbi Əməkdaşlıq məsələlərini müzakirə etdi

05.05.2025 / 22:12
Laçın sakini olan zərərçəkmiş şəxs: "İşğala qədər bizim kənd mütəmadi olaraq Ermənistan tərəfindən atəşə tutulurdu" - MƏHKƏMƏ +FOTO

05.05.2025 / 21:55
"Ailə büdcəsi quraq, daha varlı olaq!" layihəsinə start verildi

05.05.2025 / 21:25
Netanyahu Bakıya gələ bilmədi - Suriyada İsrail-Türkiyə qarşıdurmasının yeni pilləsi başlanır...

05.05.2025 / 21:12
ABŞ-Ukrayna sazişinin cəmiyyətlərə açılmayan ilginc məqamları var...

05.05.2025 / 20:57
65 yaşdan yuxarı məhbuslar budəfəki əfvdə xüsusi nəzərə alınacaq(?)...

05.05.2025 / 20:43
Putin Əliyevə məktub yazdı, Kirilli göndərdi, ardınca Azər Badamov Moskvadan deport edildi - Kremli Azərbaycanla qarşıdurmaya kim çəkir?..

05.05.2025 / 20:30
Avropa komissarı Azərbaycanın məhkəmə sistemini heçə saydı - “dərhal azad edilsin” tələbi alt-üst edildi...

05.05.2025 / 20:19
Zəngəzurla bağlı İran fikrini kəskin dəyişə bilər - inanılmaz...

05.05.2025 / 20:17
AVCİYA-nın 15 il əvvəl böyük əks-səda doğuran təşəbbüsü

05.05.2025 / 20:05
Moskva İrəvanı hədələdi - Simonyan Kremlə "casusunu yığışdır" mesajı verdi...

05.05.2025 / 19:52
AZAL-ın Hindistana uçuşları artırması düzgün qərar sayılmır...

05.05.2025 / 19:38
Paşinyan onlara "yarıcanlar" dedi - Sarkisyanla Köçəryan qisas üçün ölür...

05.05.2025 / 19:36
“Azərbaycanlılar dəhlizdən əl çəkmədilər, eləmi? sualı Simonyanı əsəbiləşdirdi”

05.05.2025 / 19:25
Qarabağda və Zəngəzurda 5 ildə nələr olacaq?..

05.05.2025 / 19:13
K.Ambarsum: - “Rusiya bizim dəhşətli sonumuzu gətirəcək”

05.05.2025 / 19:12
Azərbaycan deputatları Rusiyanın addımlarında dostluq mahiyyəti görmürlər...

05.05.2025 / 19:05
Media nümayəndələri üçün “Data Jurnalistikası” mövzusunda təlimlərə başlanılıb - FOTO

05.05.2025 / 18:59
Tramp ABŞ-ı iki dünya müharibəsinin qalibi saydı - Bakıda tarixçilər buna nə deyir...

05.05.2025 / 18:53
Ermənistanın Ballıqayada törətdiyi qətliamla bağlı protokollar məhkəmədə tədqiq edildi

05.05.2025 / 18:45
Bakı məhkəməsi qondarma "Artsax" seçkilərini demokratik sayanları ifşa etdi

05.05.2025 / 18:42
10-cu - Uluslararası Türk Dünyası Şeir və Muzik Festivalı başa çatdı - FOTO

05.05.2025 / 18:32
Tramp hansı əsasla 9 Mayı yox, 8 mayı qələbə günü sayır...

05.05.2025 / 18:18
Xarici turistlər hələ də Bakıdan regionlara çıxmaq istəmir... Az qala 80 faiz...

05.05.2025 / 18:04
Rus səfir "müdrik" sözü altında erməni cəmiyyətini hakimiyyətə "təzyiqlərə" çağırdı...

05.05.2025 / 17:51
Mühacirətdə “Arsax hökuməti” qurulur - biz niyə Qərbi Azərbaycan hökuməti qurmayaq?!..

05.05.2025 / 17:43
Azər Badamovun Moskvadan deportasiya edilməsi həm də Heydər Əliyevin anım tədbirlərinə qarşı təxribatdır…

05.05.2025 / 17:33
Bu ölkələri hara aparırlar? - Aydın Quliyev yazır

05.05.2025 / 17:20
Sosial Strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Biriyi yeni layihənin icrasına başladı

05.05.2025 / 17:18
Ermənistan ABŞ-da uduzduğunu anladı - ili 50 min dollara lobbi təşkilatı tutdular...

05.05.2025 / 17:11
Mehriban Əliyeva Mərakeşin xanım Şahzadəsi Lalla Hasnaa ilə görüşüb - FOTO

05.05.2025 / 17:04
Bu faktlar olmasaydı, azərbaycanlı deputatın Moskvadan deportasiyası təsadüf sayılardı...

05.05.2025 / 16:50
Tramp Aİ liderlərini biabır etdi – “Putin telefonlarına cavab vermir, mənə yalvarırlar ki…"

05.05.2025 / 16:41
Sosial şəbəkələrdə vətəndaşları aldadıb 51 min manatını ələ keçirən dələduzlar yaxalandı

05.05.2025 / 16:35
Xarici İşlər Nazirliyinin vəzifələri müəyyən edildi

05.05.2025 / 16:34
İtaliyada qalmaqal: “Uşaq qatilləri” adlandırılan israilli cütlük restorandan qovuldu

05.05.2025 / 16:30
Bakıda işıqforlara LED işıqlandırma ilə təchiz olunan velosiped bölmələri quraşdırıldı

05.05.2025 / 16:26
Xarici İşlər Nazirliyinin əsasnaməsi təsdiqləndi

05.05.2025 / 16:20
Mirnağının şəhidlik zirvəsi

05.05.2025 / 16:04
Naxçıvanda Azərbaycan XİN Aparatının müvafiq idarəsi yaradılır

05.05.2025 / 15:55
Prezident İlham Əliyev “Sosial xidmət haqqında” qanunda dəyişikliyi təsdiqlədi

05.05.2025 / 15:55
Hindistan Pakistana qarşı iki ölkə arasındakı münaqişəni körükləyən təxribatcı addım atdı

05.05.2025 / 15:50
“Feldyeger rabitəsi haqqında” qanunda dəyişiklik edilib

05.05.2025 / 15:36
Sumqayıtda səsboğuculara qəsdən müdaxilə edən moped və motosiklet sürücüləri saxlandı

05.05.2025 / 15:23
Məhkəmədə Laçının Ermənistan silahlı qüvvələri tərəfindən işğalı ilə bağlı vidematerial nümayiş etdirildi

05.05.2025 / 15:10
“Bakcell” “Ən uğurlu rebrendinq layihəsi” mükafatı ilə təltif olundu

05.05.2025 / 14:55
Tramp prezidentliyə varisini göstərdi...

05.05.2025 / 14:47
Məhkəmədə Serj Sarkisyanın və Movses Akopyanın Azərbaycan ərazilərinin işğalında iştirakını ifşa edən material nümayiş olundu

05.05.2025 / 14:34
"Azərbaycan Belarus ilə qarşılıqlı faydalı əməkdaşlığı daha da dərinləşdirmək niyyətindədir" - Əli Əsədov

05.05.2025 / 14:28
ABŞ mediası: “Vaşinqton ABŞ-ın Yəməndəki itkilərini ört-basdır etdi”

05.05.2025 / 14:26
Daşkənd Rusiyada vətəndaşlarının hüquqlarının pozulmasından narahatlığını bildirdi

05.05.2025 / 14:25
Putinin müharibəsinin dəhşətləri: "Son üç il boğazımıza keçirilmiş ilgək kimi oldu"

05.05.2025 / 14:24
Trampın etirafı: “Rusiya bütün Ukraynanı almaq istəyir”

05.05.2025 / 14:16
Simonyan Rusiyanı Ermənistana qarşı hibrid müharibə aparmaqda ittiham etdi...

05.05.2025 / 14:15
Hindistan Bağlıhar bəndi vasitəsilə Pakistana su təchizatını kəsdi

05.05.2025 / 14:02
Şirvanda üzərində narkotik aşkarlanan şəxs həbs edildi

05.05.2025 / 14:00
Husilər İsraili hava blokadasına alır

05.05.2025 / 13:48
Bu dərmanlar pulsuz olacaq - hazırlıq gedir...

05.05.2025 / 13:22
Polis Ağdamda əməliyyat keçirdi - iki qardaş həbs edildi

05.05.2025 / 13:10
Tramp Səudiyyədə Putinlə görüşə bilər...

05.05.2025 / 12:35
Prezident Əmircan qəsəbəsində yerləşən İmam məscidində təmir-bərpa işlərinin həyata keçirilməsi üçün vəsait ayırıb

05.05.2025 / 12:26
Bir həftədə 1 400 hektardan çox ərazi minalardan təmizlənib

05.05.2025 / 12:10
Bu hava limanından sərnişindaşıma üçün də istifadə olunacaq- AÇIQLAMA

05.05.2025 / 12:00
Xətai rayonunun bu əraziləri işıqsız qalacaq - XƏBƏRDARLIQ

05.05.2025 / 11:23
Putin –Tramp ittifaqı dağılır...

05.05.2025 / 11:19
Ermənistanın müdafiə naziri Afinaya gedib

05.05.2025 / 11:12
Sumqayıtda dönərxanada nöqsanlar aşkarlandı - AQTA məlumat yaydı

05.05.2025 / 11:06
Kiberdələduzlar iş başında - bank kartlarından 46 min manat oğurlanıb

05.05.2025 / 11:00
"Avroviziya 2025"-in Azərbaycandan olan şərhçiləri açıqlandı

05.05.2025 / 10:30
Ukraynadan Moskvaya PUA hücumu - 26 PUA məhv edildi

05.05.2025 / 10:23
Bu tədbirlərin icrası istiqamətində işlər aparılır - nazir

05.05.2025 / 10:20
Şəhid atası meşədə itkin düşüb

05.05.2025 / 10:14
Abşeronda "Mercedes" yanıb

05.05.2025 / 10:07
"Qarabağ"ın 15 yaşlı futbolçusundan mövsümün rekordu!

05.05.2025 / 10:00
Bu həbsxana 62 ildən sonra bərpa edilir - Tramp GÖSTƏRİŞ VERDİ

05.05.2025 / 09:42
"Kurtlar Vadisi Pusu"nun aktyoru vəfat edib

05.05.2025 / 09:31
Belarusun Baş naziri Bakıya yola düşüb

05.05.2025 / 09:26
Gədəbəy sakini dəm qazından ölüb

Qarabağda və Zəngəzurda 5 ildə nələr olacaq?..

XƏBƏR ARXİVİ

May
B.eÇ.aÇC.aCŞB
2829301234567891011121314151617181920212223242526272829303112345678