Cümə günü, 9 may 2025
     

Avropanın Azərbaycanda “beyinyuma siyasətinə” qarşı cəmiyyət və dövlət eyni mövqedə...

Image

Azərbaycan milli ənənələrə sadiq qalmaqla yanaşı, dünyanın müsbət elementlərini dəyərləndirən bir ölkədir. Cənubi Qafqazda sülhün, əminamanlığın, dostluğun tərəfdarı olan Azərbaycan dövləti bunun üçün bütün lazımı addımları atır. Azərbaycan ictimaiyyəti də dövlətin bu yöndə siyasətini dəstəkləyir.

Məsələ burasındadır ki, Qərbi Avropa dövlətləri və Avropa təsisatları bölgəmizdə dincliyin, sülhün, əminamanlığın olmaması üçün əlindən gələni edir, Cənubi Qafqazda öz çirkin niyyətlərini həyata keçirməyə cəhd göstərir. Təbii ki, Azərbaycan dövləti və Azərbaycan ictimaiyyəti Avropa qurumlarının sərgilədiyi siyasətə qarşı mövqe tutur.

Aprelin 9-da ADA Universitetində təşkil olunan "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda çıxış edən Prezident İlham Əliyev Avropa təsisatlarının Cənubi Qafqazda həyata keçirmək istədiyi çirkin planları ifşa edib.

Prezident Əliyev bu barədə deyib: “...Azərbaycan olaraq biz Avropa təsisatları ilə yaxşı əlaqələrə malik olmaq istəyirik, xüsusilə də Avropa Komissiyası ilə. Ancaq bizim maraqlarımızın qurban verilməsi hesabına yox. Onların davamlı olaraq bizim daxili işlərimizə qarışması, cəmiyyətimizin müxtəlif seqmentlərinin maliyyələşdirilməsi, gənclərimizin beyinlərinin yuyulması, regionumuzda yaşayan xalqların zəhərlənməsi – bütün bunlar bizə lazım deyil...”

Prezident açıq bəyan etdi ki, Azərbaycan Avropa ilə yaxşı münasibətlərdə, əməkdaşlıq içində olmaq istəyir, ancaq Avropa bunu istəmir, Avropa ölkəmizdə müəyyən zümrənin gizli şəkildə maliyyələşdirir, gənclərin beynini yuyur, Azərbaycanda əhalinin arasında təfriqə salır və sair. Prezident bildirdi ki, bizə Avropa ilə belə əməkdaşlıq lazım deyil, biz Cənubi Qafqazı başqa cür görmək istəyirik. Prezidentin bu bəyanatı ictimaiyyət tərəfindən tamamilə dəstəkləndi.

Avropa təsisatlarının baş tutmayan çirkli oyunları...

Bəli, bu gün Avropa Birliyinin hazırda Azərbaycanla münasibətdə apardığı siyasət Azərbaycanın həm dövlət, həm də ictimai mənafelərinə eyni dərəcədə toxunur.

Prezidentin bu sözlərindən də görsənir ki, cəmiyyəti parçalamaq istəyirlər, gənclərin beynini yuyurlar, milli mənəvi dəyərlərimizə hücum edirlər və sair, biz isə buna qarşı barışmaz mövqe tutmalıyıq.

Ekspertlər bildirir ki, Qərb təsisatlarının Azərbaycanda pozuculuq niyyətlərinin qarşısı alınır. Onların planları zamanında ifşa olunur. Gizlin deyil ki, pozucu, təxribatçı mərkəzlər bir sıra hallarda o təxribatların təsiri altına bizim gənclərimizi də sala bilirlər, ya vəlvələdən, ya zəlzələdən bəzi gənclərimiz onların təbliğatının təsirinə düşürlər. Əlbəttə, gənclərin ideoloji təxribat, ideoloji təbliğat, pozuculuq mərkəzlərinin fəaliyyətlərinin təsiri altına düşməsi, zorakı aksiyalara meylləndirilməsi kimi hallar da baş verir ki, bununla da nə Azərbaycan dövləti, nə də Azərbaycan ictimaiyyəti razılaşır. Gənclərimizin beyinlərini yumaq istəyən Qərb təşkilatlarının əsas məqsədi gənc nəslin əli ilə nələrəsə nail olmaqdır, amma onların cəhdləri uğursuz alınır. Çünki Azərbaycan ictimaiyyəti onların əlində alət olmaq istəyən qüvvələrə qarşı dövlətlə birgə mübarizə aparırlar.

Düzdür, bəzən ictimaiyyətin ürəyindən olmayan, onun maraqlarını təmin etməyən kiçik hadisələr baş verir. Amma bütün hallarda ictimaiyyətimiz ideoloji təxribat mərkəzlərinə qarşı barışmaz mövqe tuturlar.

Prezident də vurğuladı ki, Avropa təsisatları cəmiyyətimizin müxtəlif seqmentlərinin maliyyələşdiririr. Avropa təsisatlarının maliyyəsi ilə öz dövlətinə qarşı çıxanları, daxildə təxribatlar törətməyə cəhd edənləri təbii ki, hər kəs tanıyır və cəmiyyət onların müəyyən ödənişlər müqabilində xalqımıza qarşı xəyanətlərini də hiddətlə qarşılayır. Avropa istəyir ki, pulla ələ aldığı, müxtəlif şirnikləndirici təkliflərlə beynini yuduğu gənclərin hesabına daxilimizdə pozuculuqla, parçalanma ilə məşğul olsun, amma o bu hədəflərinə heç zaman çatmır, çata da bilməz. Çünki Azərbaycan xalqı öz dövlətinə, milli-mənəvi dəyərlərinə, ailə institutuna, böyüyünə, kiçiyinə sayğı duyan, sahib çıxan bir xalqdır. Bu xalqın dövlətimizin maraqları ilə paralellik təşkil edən, uzlaşan düşüncəsini, maraqlarını hansısa Avropa təsisatı pulla ala bilməz. Bunu Avropada oturanlar da çox yaxşı bilir. Onlar sadəcə zəif düşüncəli, ideoloji cəhətdən zəif, dövlət, xalq istəyi olmayan bir qrup ağılsız pulpərəstləri, mənsəbpərəstləri “ovlaya” bilirlər ki, o da onların maraqlarının bir faiz də olsun təmin olunduğu anlamına gəlmir.

Azərbaycan dövləti və ictimaiyyəti Avropanın “beyinyuma siyasətinə” qarşı...

Sosiologiya üzrə fəlsəfə doktoru, sosioloq Üzeyir Şəfiyev "Bakı-Xəbər"ə bildirdi ki, Azərbaycan xarici mərkəzlərin gənclərimizə yönəlik cəhdlərinin fərqindədir: “Çünki biz bilirik, Azərbaycan elə geosiyasi bir mövqedə yerləşir ki, belə ölkələrdə həmişə qlobal güc mərkəzlərinin marağı var. Bu mənada fərqli sosial üsullarla, o cümlədən də, daha çox gənclər vasitəsilə bölgəyə, ölkəyə təsir göstərmək istəyirlər. Biz bu imkanı, fürsəti həmin güc mərkəzlərinə tanımamalıyıq. Dövlətin, hökumətin gənclər siyasəti ilə bağlı aydın bir yol xəritəsi var. Gənclər haqqında qanun var, ölkəmizdə gənclər strategiyası fəaliyyət göstərir".

Ekspertin də fikrindən tam aydın olur ki, Avropa təsisatları Azərbaycan gənclərindən əl çəkmək istəmir, amma dövlət bunu bilir və bu halın qarşısını alamaq üçün addımlar atır.

Azərbaycanda Avropanın təxribatlarının iflasa uğradığını açıq görürük. Çünki Avropanın ölkəmizdə “beyinyuma siyasətinə” qarşı cəmiyyət və dövlət eyni mövqedən çıxış edir, birgə addımlar atırlar. Azərbaycanda bütün məsələlərdə dövlətin və ictimaiyyətin maraqları bir-biri ilə uzlaşır, ictimaiyyət hər zaman dövlətin maraqlarının müdafiəsi keşiyində dayanır. Odur ki, Qərb təsisatlarının, Avropa qurumlarının “beyinyuma” siyasəti iflasa məhkumdur.

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.



VİDEO

SON XƏBƏRLƏR

09.05.2025 / 20:56
ABŞ və Rusiya Avropaya qaz nəqlini masaya yatırdı - rus qazını Avropaya Amerika şirkətləri satacaq…

09.05.2025 / 20:43
"Hindistanın Pakistana hücumu Hərbi Hava Qüvvələrinin bacarıqsızlığını üzə çıxardı"

09.05.2025 / 20:34
Azərbaycan-Vyetnam əməkdaşlığında yeni səhifə açılır

09.05.2025 / 19:27
Çin lideri Moskvada “əsas qonaq” statusu aldı - başqa dövlət başçıları aşağılarda...

09.05.2025 / 19:18
“Femin Art” Beynəlxalq Qadın Rəssamların sərgisi Bakıda – Mədəniyyət və sülhün birliyi

09.05.2025 / 18:43
ABŞ müdafiə naziri İsrailə səfərini ləğv etdi

09.05.2025 / 18:17
Trampın yeni niyyəti - Ərdoğanı Ukrayna bataqlığında batırmaq...

09.05.2025 / 18:02
İşğalçı Hindistan əsasən Rusiya və İsrail silahlarından istifadə edir

09.05.2025 / 17:44
Ermənistandan yeni tələb - terrorçu Monte Melkonyanı hər yerdən silin…

09.05.2025 / 17:20
Makronla Şolts bacarmadı, Merslə Makron bacaracaq?...

09.05.2025 / 16:53
Roma Papasının əsas vəzifəsi Trampı Avropaya yaxınlaşdırmaq olacaq...

09.05.2025 / 16:44
Heydər Əliyev: Əsrlərə sığmayan tarixi Lider

09.05.2025 / 16:10
Moskvada Qələbənin 80-ci ildönümü münasibətilə parad keçirildi

09.05.2025 / 16:02
Pakistan gecə ərzində Hindistanın 4 kəşfiyyat təyyarəsini vurub

09.05.2025 / 15:37
Pakistanın J-10c qırıcısı Hindistan qırıcılarını quş kimi ovlayır

09.05.2025 / 15:15
Prezident “Qoç Ət” Kəndli Fermer Təsərrüfatı MMC-nin Xocalının Xanabad kəndindəki heyvandarlıq kompleksinin açılışında iştirak edib - FOTO/YENİLƏNDİ

09.05.2025 / 14:43
“Azərişıq” ASC-nin "Xocalı" yarımstansiyasının və Rəqəmsal İdarəetmə Mərkəzinin açılışı oldu - FOTO/YENİLƏNDİ

09.05.2025 / 14:15
Tramp Ərdoğandan vasitəçilik xahişini məqsədli şəkildə etdi...

09.05.2025 / 14:07
Şuşada inşa ediləcək dördüncü yaşayış kompleksinin təməli qoyuldu - FOTO/YENİLƏNDİ

09.05.2025 / 14:03
Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışı oldu - FOTO/YENİLƏNDİ

09.05.2025 / 13:56
DİN əməkdaşları Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət etdi - FOTO

09.05.2025 / 13:52
Prezident və Birinci xanım Daşaltı kənd məscidinin açılışını etdi - FOTO/YENİLƏNDİ

09.05.2025 / 13:42
“Putin istəsə belə müharibəni dayandıra bilməz”

09.05.2025 / 13:20
Zatulin həddini aşdı: “Onu yerinə oturtmağın vaxtı deyilmi?”

09.05.2025 / 13:08
Ermənilər Şuşanın işğalını Qələbə günü kimi qeyd edə bilmədilər

09.05.2025 / 12:55
Ailə Konsepsiyası ilin sonuna qədər hazırlana bilər...

09.05.2025 / 12:43
Bill Qeyts bütün sərvətini xeyriyyəçiliyə bağışlayacaq

09.05.2025 / 12:24
Tramp Kiyevin 30 günlük atəşkəs təklifini dəstəklədi

09.05.2025 / 11:51
İsrail Ordusu Radiosu: “Tramp Netanyahu ilə əlaqəni kəsdi”

09.05.2025 / 11:36
Kreml: ”Tramp Ukraynanın tələblərini anlamağa başlayıb, lakin bir nüans var”

09.05.2025 / 10:55
Prezident İlham Əliyev Fridrix Mertsi təbrik edib

09.05.2025 / 10:52
Prezident İlham Əliyev Ekvadorun Prezidentini təbrik edib

09.05.2025 / 10:48
Prezident İlham Əliyev Roma Papası XIV Leonu təbrik edib

09.05.2025 / 10:32
Bir gündə bank kartlarından 11 min manatdan çox pul oğurlandı...

09.05.2025 / 10:07
Mehriban xanım Əliyeva 9 May - Qələbə Günü münasibətilə paylaşım edib

09.05.2025 / 09:51
Prezident İlham Əliyev və Mehriban Əliyeva faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycan övladlarının xatirəsini ehtiramla anıblar - FOTO

09.05.2025 / 09:40
Prezident İlham Əliyev və Mehriban Əliyeva Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər - FOTO

09.05.2025 / 09:28
Vensdən yeni açıqlama: - "Ukraynanın parçalanmasını istəmirik"

09.05.2025 / 09:26
Bakı məktəblərində kütləvi narkoloji test... Geniş panika yaranıb…

09.05.2025 / 09:20
Papa Leo ilk çıxışında papalığı ilə bağlı əsas ipuçlarını verdi

09.05.2025 / 09:18
Konfrans Liqası: Finalın adı "Çelsi"-"Betis" olacaq!

09.05.2025 / 09:16
Papa XIV Leo niyə Vensi və Ağ Evin siyasətini tənqid etdi

09.05.2025 / 09:07
Anqola və Azərbaycan prezidentləri arasında telefon danışığı olub

09.05.2025 / 09:02
Zatulin yenə sərsəmlədi:” Azərbaycan Rusiyanın müttəfiqi deyil”

09.05.2025 / 08:41
Türkmənistan pomidorunun ümidinə qalanda axırımız elə belə olar...

09.05.2025 / 08:00
Faşizm üzərində Qələbədən 80 il keçir

09.05.2025 / 00:05
Prezident İlham Əliyev 9 May - Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım etdi - FOTO

08.05.2025 / 23:57
Ceyhun Bayramov pakistanlı həmkarı ilə danışdı - Pakistan xalqı ilə həmrəyik...

08.05.2025 / 23:57
Yeni Papa katoliklərə müraciət etdi

08.05.2025 / 22:46
Amerikalı kardinalın 267-ci Roma Papası seçilməsi təsadüfdür?...

08.05.2025 / 22:33
BƏƏ Prezidenti Prezident İlham Əliyevə zəng edib

08.05.2025 / 22:07
Məhkəmədə Ermənistan tərəfindən Kəlbəcərin işğalı zamanı əsir və girov götürülmüş azərbaycanlılara işgəncələr verilməsi ilə bağlı ifadələr dinlənilib - FOTO

08.05.2025 / 21:50
14-cü Leo 267-ci Roma Papası seçildi

08.05.2025 / 21:35
Pakistan: “Hindistandan fərqli olaraq mülki insanları hədəf almadıq”

08.05.2025 / 21:26
İraq Kürdüstanında Azərbaycan konsulluğu - Bakı-Ankara münasibətlərində həssas məsələ...

08.05.2025 / 21:09
Avtosalonlarda "qarantiyalı satış fırıldaqlarını" dilerlərin özləri açır - rəsmi servisə 200 manat veririk ki, müştəriyə bu sözləri desinlər...

08.05.2025 / 20:54
Bayden Trampa sərrast atəş açdı - “ay axmaq...”

08.05.2025 / 20:40
Vatikan yeni papanı seçdi

08.05.2025 / 20:37
Ermənistan bu il də Azərbaycanla sülh imzalanmasının qarşısını aldı...

08.05.2025 / 20:24
Əliyevin və Paşinyanın Moskva paradına yanaşmaları müqayisəli təhlil edildi - üstünlük...

08.05.2025 / 20:11
Ermənistan hökumətinin "məxfi 2-ci bəndi" - Azərbaycanla delimitasiya prosesi pozula bilər...

08.05.2025 / 19:57
Hindistan-Pakistan müharibəsi Şimal-Cənub dəhlizinə təqribən bu qədər ziyan vura bilər...

08.05.2025 / 19:44
Pakistan Hindistanın 85 qırıcısının rabitə sistemini pozdu - düşmənin "güc mifi" yerlə bir oldu...

08.05.2025 / 19:31
Əhmədiyyə Cəbrayılovun ruhu Makrona qənim olsun - Milli Qəhrəmana qarşı unutqanlıq...

08.05.2025 / 19:17
Oxucularımızdan xalq artisti Samir Cəfərova mesaj...

08.05.2025 / 19:04
Rusiya nefti büdcə qiymətinin 40 faizindən də aşağı düşdü - əsl fəlakət indi başlana bilər?..

08.05.2025 / 18:50
DİM qabiliyyət müsabiqəsinə keçidi 10 bal artırdı... Narazılıqlar var

08.05.2025 / 18:36
Son 70-80 ildə Azərbaycan-Vyetnam mədəni əlaqələrində unudulmuş şedevrlər...

08.05.2025 / 18:30
Bir vaxtlar "nazirlər vətəni" deyilən Naxçıvan indi "bir nazirin əlində qalıb"...

08.05.2025 / 18:26
Konyada “Anadolu Ankası – 2025” təlimində iştirak edəcək heyətə sıra baxışı keçirildi

08.05.2025 / 18:22
Hüquqi dövlət quruculuğunda əsas mərhələ 1996-cı ildə bu qərardan başladı...

08.05.2025 / 18:16
DTX və DSX birgə əməliyyat keçirdi - saxlanan var...

08.05.2025 / 18:09
Azərbaycanda bütün partiyaların pulu 1 illiyə kəsildi...(?)

08.05.2025 / 18:01
Müstəqil Azərbaycan səhiyyəsinin memarı - Əhliman ƏMİRASLANOV yazır...

08.05.2025 / 17:56
Ədliyyə naziri konstitusiya ilə bağlı suala birbaşa cavabdan qaçdı - erməni elitası hələ oynayır...

08.05.2025 / 17:43
Valideynlərin məktəb və müəllim seçimində böyük problem var - şəxsi məlumatlar açıq olsa nə olar?!...

08.05.2025 / 17:33
Narendra Modinin faşizmə, müharibə dəliliyinə söykənən siyasi maraqları

08.05.2025 / 17:30
Vyetnam-Azərbaycan əlaqələrinin yeni Yol xəritəsi ortadadır...

08.05.2025 / 17:17
Qobustan Qoruğuna giriş bahalaşır - YENİ QİYMƏTLƏR açıqlandı...

08.05.2025 / 17:08
"Ermənistan ordusunun hərbçiləri 23 nəfəri gözümün qarşısında diri-diri basdırdılar" - Kəlbəcərdə girov götürülən zərərçəkmiş

08.05.2025 / 16:55
Avropa Birliyi Türkiyə xalqına qarşı növbəti tarixi ədalətsizlik etdi...

Hüquqi dövlət quruculuğunda əsas mərhələ 1996-cı ildə bu qərardan başladı...

XƏBƏR ARXİVİ

May
B.eÇ.aÇC.aCŞB
2829301234567891011121314151617181920212223242526272829303112345678