ABŞ G7-nin Rusiyanı pisləyən birgə bəyanatını imzalamaqdan imtina etdi...

Donald Tramp administrasiyası G7-nin Rusiyanın Sumiyə hücumunu pisləyən birgə bəyanatını imzalamayacaq. “Bloomberg” mənbələrə istinadən xəbər verir ki, ABŞ bununla bağlı artıq müttəfiqlərinə məlumat verib.
Vaşinqton bu qərarı "sülh danışıqlarını qorumaq səyləri" ilə əsaslandırıb. Bu il G7-yə sədrlik edən Kanada digər üzv ölkələrə ABŞ-ın dəstəyi olmadan belə bir bəyanatın verilə bilməyəcəyini çatdırıb.
TAHİR