Bazar günü, 27 aprel 2025
     

Ursula Layen Orta Dəhlizə 10 milyard dolları Azərbaycansız necə xərcləyəcək?..

Image

Akif Nağı: "Avropanın bu siyasi maraqları içərisində türk dünyasının daxilinə bir ixtilaf salmaq planı da var"

Ursula fon der Layen Mərkəzi Asiya-Avropa sammitində dedi ki, Orta Dəhlizin inkişafı üçün 10 milyard dollar vəsait ayrılacaq. Avropa Birliyi-Mərkəzi Asiya arasında nəqliyyat əlaqələrinə dair Qlobal Tranzit İnvestorlar Forumunda Avropa Komissiyasının vitse-prezidenti Valdis Dombrovskis Avropa və beynəlxalq maliyyə qurumlarının Mərkəzi Asiyada dayanıqlı nəqliyyat əlaqələrinə dəstək və investisiya üçün 10 milyard avro ayıracaqlarını açıqlayıb.

İştirakçılar Trans-Xəzər Nəqliyyat Dəhlizinin Avropa və Mərkəzi Asiyanı birləşdirə bilən müasir, çoxsaylı və effektiv marşruta çevrilməsi üçün lazımi investisiyaları müzakirə edəcəklər.

Əslində Orta dəhlizə bu qədər investisiyanın qoyulması ideya baxımından çox faydalıdır. Amma bəllidir ki, Orta Dəhliz infrastrukturunun əsas hissəsini 2014-cu ildən bəri Azərbaycan qurur. Buna baxmayaraq, Avropa rəsmiləri bu investisiyanın qoyuluşunda Azərbaycan barədə bir kəlmə də danışmır, bütün diqqət Ermənistanda sərhədlərin açılmasına, kommunikasiyaların blokdan çıxarılmasına yönəldilib. Azərbaycan bu məsələdə sıxışdırılacaqsa, qoyulan investisiyanın Orta Dəhluzə hansı faydası ola bilər?

Baki-xeber.com saytına açıqlamasında politoloq Akif Nağı bildirdi ki, son illər Orta Dəhliz bir çox ölkələr, xüsusilə Avropa İttifaqı üçün iqtisadi cəhətdən cəlbediciliyini artırır: "Amma digər iri miqyaslı nəqliyyat layihələri kimi Orta Dəhlizin də ciddi siyasi çalarları mövcuddur. Bu dəhlizi inkişaf etdirməklə Avropa özünün Mərkəzi və Orta Asiya ölkələri ilə əlaqələrini Rusiyadan yan keçməklə qurmaq istəyir. Burada əsas məqsəd Rusiyanı dünyada gedən iqtisadi və geosiyasi proseslərdən uzaqlaşdırmaq, geosiyasi proseslərə onun təsirini azaltmaqdır. Amma bununla belə, Orta Dəhliz layihəsi öz cənub və şimal analoqlarına nisbətən iqtisadi cəhətdən də səmərəli və daha rentabelli nəqliyyat dəhlizidir.

Bu dəhluzdə Türkiyənin ciddi maraqları var və Azərbaycanla eyni mövqedən çıxış edirlər.

Orta Dəhlizin Azərbaycandan yan keçməsi barədə də müəyyən fikirlər var. Amma müasir mərhələdə bu nəqliyyat dəhlizini Azərbaycandan kənar təsəvvür etmək mümkun deyil. Cənubda İran, Şimalda isə Rusiya Avropa üçun arzuolunmaz ölkələrdir. Məhz bu ölkələrdən yan keçmək üçun Orta Dəhliz aktuallaşıb. Bunun isə həlledici və alternativsiz hissəsi Azərbaycan üzərindən keçir.

Eyni zamanda, Şimal-Çənub nəqliyyat dəhluzi İran və Rusiya üçün aktualdır. Onu bir ara Ermənistan üzərindən keçirməyi, İrəvanın qondarma “dünyanın kəsişməsi və sülh kəsişməsi” adlı layihələrinə həyat vermək istəyirdilər. Lakin gördülər ki, dəhlizin Ermənistandan keçməsi onun iflic olmasi, "ölü doğulması" deməkdir. Avropa istəyir ki, Ermənistan bu layihənin əsas operatoru kimi təqdim edilsin. Lakin Ermənistan bu layihədə iştirakçı ola bilər, amma layihənin əsas oyunçusu ola bilməz.

Avropa Mərkəzi Asiyanı öz tərəfinə cəkmək istəyir, onlarla ciddi münasibətlər qurur. ABŞ isə hələ ki, prosesləri kənardan müşahidə edir.

Səmərqənd sammiti Avropa ilə Mərkəzi Asiya ölkələri arasında əməkdaslığın təməlini qoydu. Orada böyuk investisiya vədləri verildi ki, burada Orta Dəhlizin də canlandirılması nəzərdə tutulur. Bu ölkələr əsasən türk dövlətləridir. Onları Avropa həm şirnikləndirir, həm də üzərlərinə bəzi öhdəliklər qoyur. Məsələn, Avropa Qırğızıstan, Özbəkistan və Qazaxıstan üzərinə öhdəlik qoyub ki, onlar Yunan Kipri ilə diplomatik əlaqə qursunlar. Onlar artıq bu istiqamətdə addımlar atırlar. Bu isə türk dünyasının maraqlarına zidd bir addımdır. Amma görünür, Avropa investisiya qoymaq üçün bunu əsas şərt kimi ortaya qoyub. Burada Avropanın siyasəti çoxsaxəlidir. Həm öz siyasi maraqlarını yerinə yetirmək, həm də bu ölkələrin imkanlarından istifadə etmək istəyirlər. Avropanın bu siyasi maraqları içərisində türk dünyasının daxilinə bir ixtilaf salmaq planı da var. Çünki onlar üçün türk dünyasının bütövləşməsi arzuolunan deyil.

Azərbaycan istənilən halda prosesdə iştirak edəcək. Təsadüfi deyil ki, Ursula fon der Layen Türkiyə, Ermənistan və Azərbaycan arasında sərhədlərin açılmasını xüsusi vurğuladı. Azərbaycan tərəfi də cavab verdi ki, sərhədlərin açılması üçün bizim şərtlərimiz ortadadır. Sülh müqaviləsi imzalanmalıdır, Ermənistan bəzi iddalarından geri çəkilməlidir və rəsmi Bakının haqlı mövqeyini qəbul etməlidir. Yəni sərhədlər bizim şərtlərimiz daxilində açıla bilər, hansısa Avropa liderinin bizə yol göstərməsinə ehtiyac yoxdur.

Avropanın Orta Dəhlizlə bağlı ciddi maraqları olsa da, bu məsələdə Avropa o qədər gücə malik deyil ki, hər şeyi diqtə etsin. Burada Cinin, Qazaxıstanın, Türkiyənin və ABŞ-nin maraqlarını var. Amerika özünun bəzi layihələrini Orta Dəhliz vasitəsi ilə həyata keçirmək fikrindədir. Burada həm də ABŞ-nin Çinlə bağlı planları var. Ona görə də ABŞ Orta Dəhlizin işə salınması prosesində hansısa firmada öz təsir imkankarını saxlayacaq.

Azərbaycanın istəkləri nəzərə alınmayacağı təqdirdə o bu prosesləri pozmaq gücünə malikdir. Ona görə də inanmıram ki, Azərbaycanın maraqları nəzərə alınmasın.

Avropa Ermənistanın bu layihədən daha cox bəhrələnməsini istəyir, amma Ermənistan bu layihədə sadəcə bir keçid rolunu oynaya və ya bir qol kimi ona qoşula bilər. Ona görə də Avropa liderləri nəqliyyat kommunikasiyalarının tezliklə blokdan çıxmasını istəyirlər. Bunun üçun isə Ermənistan şərtlərə əməl etməlidir. Yəqin ki, yaxın vaxtlarda məsələ aydınlaşacaq.

Zəngəzur dəhluzi açılmadan Orta Dəhlizin səmərəliliyi gözlənilən səviyyədə olmayacaq. Burada ABŞ, Avropa və Çinin maraqları üst-üstə düşürsə, deməli Zəngəzur dəhlizi tezliklə Azərbaycanın istəklərinə və şərtlərinə uyğun olaraq açılacaq.

Azərbaycan, eyni zamanda, ehtiyat variyantı kimi İran üzərindən də Naxçıvana yol çəkir - Araz dəhluzi. Bu, Azərbaycanın əlini gücləndirir və Zəngəzur dəhlizinin əhəmiyyətini azaldır. Əgər Zəngəzur dəhlizi geçikərsə, Azərbaycan Araz dəhlizindən yararlanacaq. İnvestisiyalara gəldikdə, o məsələdə də Azərbaycanın maraqlarının nəzərə alınması qaçılmazdır".

Akif NƏSİRLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

SON XƏBƏRLƏR

26.04.2025 / 20:30
Ədalət Partiyasındakı qalmaqalda adı hallanan Meydan Babayev və Mütəllim Rəhimli kimdir?

26.04.2025 / 19:30
Şərurlu İsfəndiyarın deputatlar və alimlərlə döyüşü... - VİDEO

26.04.2025 / 18:55
Kliçko Trampın təzyiqi ilə Zelenskinin ərazi güzəştinə gedə biləcəyini açıqladı – Ukrayna xalqı bunu qəbul etməyəcək

26.04.2025 / 18:12
Ukrayna Kurskda Putinin qələbəsini təkzib edir - vəziyyət ağırdır, ancaq döyüşlər davam edir…

26.04.2025 / 17:38
ATƏT-in baş katibi Minsk Qrupu barədə hələlik konkret söz demədi...

26.04.2025 / 17:26
Gerasimov Putinə raport verdi - Kursk Ukrayna ordusundan tamamilə geri alındı…

26.04.2025 / 17:10
Həccə maraq azalır, kvota dolmur, qiymət isə 6 min dollara qalxır - bunu necə başa düşək...

26.04.2025 / 16:47
Avropa İttifaqı Azərbaycanla yarımçıq buraxdığı prosesi yenidən başlayır...

26.04.2025 / 16:14
İri bankların "pensiya monopoliyasına" son qoyulur...

26.04.2025 / 15:22
İranın Bəndər Abbas limanında güclü partlayış – 300-ə yaxın yaralı var...

26.04.2025 / 15:08
Hindistanla Pakistan arasında toqquşmalar başladı...

26.04.2025 / 14:34
Vüqar Rəhimzadə Culfada seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

26.04.2025 / 14:21
Qondarma “erməni soyqırımı” “qurbanlarının” sayını 3 milyona çatdırmaq istəyirlər

26.04.2025 / 14:05
Fransalı deputat Bakıda mühakimə olunan caniləri siyasi məhbus adlandırdı

26.04.2025 / 13:21
Prezident İlham Əliyev: "Xarici siyasət prioritetlərimiz sırasında Çin xüsusi yer tutur"

26.04.2025 / 13:20
"Azərbaycan ilə Çinin bərpaolunan enerji resursları ilə bağlı ikitərəfli əlaqələr istiqamətində işləmək üçün həqiqətən də nadir fürsəti var" - Prezident

26.04.2025 / 13:12
Prezident İlham Əliyev: "Azərbaycandan daha çox sayda tələbənin Çinə gəlməsi üçün böyük imkan var"

26.04.2025 / 13:06
"Azərbaycan və Çin bir-birinin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir" - Prezident

26.04.2025 / 13:04
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə zəng edib

26.04.2025 / 12:57
Prezident İlham Əliyev Pekində Çinin CGTN telekanalına müsahibə verib - FOTO/YENİLƏNDİ

26.04.2025 / 12:25
BAMF Kanadanın Baş nazirinin qərəzli fikirləri ilə bağlı bəyanat yayımladı

26.04.2025 / 12:22
Kuklaçıların Ankara səfəri uğurla başa çatdı

26.04.2025 / 11:03
Beynəlxalq Məhkəmə Vardanyan və 15 erməni əsilli şəxslə bağlı Ermənistanın iddialarını rədd etdi...

26.04.2025 / 10:15
Bir gündə bank kartlarından 20 min manatdan çox pul oğurlanıb

26.04.2025 / 10:06
Serenay Sarıkayanın yeni serialı bu tarixdə yayımlanacaq

26.04.2025 / 10:00
Ağdaşda "Opel" və VAZ toqquşub, bir nəfər ölüb

26.04.2025 / 09:31
“Beşiktaş” darmadağınla üçüncü pilləyə yüksəldi

26.04.2025 / 09:25
Deputat Rövşən Muradovun kombilərə qarşı kampaniyası uğursuz başladı - dəstəkləyən yoxdur....

26.04.2025 / 09:16
Orbandan Ukrayna AÇIQLAMASI: - "bu, yaxın gələcəkdə baş verməyəcək"

26.04.2025 / 09:09
Ərəbistan nəşri İlham Əliyevin Çin səfərindən yazdı

26.04.2025 / 08:43
"Azparkinq"in fəaliyyətindən narazılıqlar böyüyür...

26.04.2025 / 00:21
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək

25.04.2025 / 23:37
İsfəndiyar Axundov alimlərə qarşı danışanda deputatlar, deputatlar barədə danışanda isə alimlər dillənir... Niyə?..

25.04.2025 / 23:34
Əkrəm İmamoğlu həbsxanadan “bayraq çağırışı”etdi

25.04.2025 / 21:27
Ermənistan 8 dekabr 2023-cü il sazişi ilə rəsmən Avropadan idarə olunur...

25.04.2025 / 21:11
Gah deyir "genosid"i Stalin uydurub, gah da özü saxta genosid sərgisinə gedir - Paşinyan nə istəyir...

25.04.2025 / 21:05
Zərərçəkmiş şəxs: "Ermənistan ordusu yaşayış məntəqələrini atəşə tutur, kəndlərə hücum edir, insanları öldürür, girov götürür, onlara işgəncə verirdilər" - MƏHKƏMƏ +FOTO

25.04.2025 / 20:56
18-ci əsrdə erməni pul sikkələri? - Bu qədər yalan?

25.04.2025 / 20:44
Tramp:-“Rusiya bütün Ukraynanı ələ keçirməməklə “böyük güzəştə gedib”

25.04.2025 / 20:42
Avropa İttifaqı Azərbaycana münasibətdə səhvlərini düzəldir...

25.04.2025 / 20:32
Türk dövlətləri pavilyonlarının açılış mərasimi keçirilib

25.04.2025 / 20:27
Fransa və Ermənistan Cənubi Qafqazda 2 müharibə variantının ortasındadır...

25.04.2025 / 20:14
AYNA taksi sürücülərinə öyrətmir ki, uzaq məsafələrə də sürmək lazımdır?...

25.04.2025 / 20:00
Məxfi Çin-Avropa danışıqları gedir, Azərbaycan xüsusi rol oynaya bilər...

25.04.2025 / 19:54
Ədalət Partiyasında "veto" qalmaqalı...

25.04.2025 / 19:47
Oljas Süleymenov Azərbaycana mesaj göndərdi - “gec tez Turan olacaq”...

25.04.2025 / 19:41
“Minsk qrupunu saxlamağın heç bir məntiqi yoxdur” - Ceyhun Bayramov

25.04.2025 / 19:34
Tramp ermənilərin "genosid gözləntisinə" od qoydu...

25.04.2025 / 19:22
Mətbuat Şurasında “Olaylar” qəzetinin 30 illiyi qeyd edilib - FOTO

25.04.2025 / 19:19
Regional infrastrukturların əsas hədəfi məşğulluğu gücləndirməkdir...

25.04.2025 / 19:06
"Vətən marşı" şeirinin ...məni suçlayanlar yanılırlar" - Asif Rüstəmli

25.04.2025 / 19:03
DİN-in Kollegiya iclasından mühüm fakt - Azalma var.. - FOTO

25.04.2025 / 18:57
Banklarda müştəri böhranı var - Taleh Kazımov iqtisadçılarla müzakirə apardı…

25.04.2025 / 18:45
İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirildi - FOTO

25.04.2025 / 18:43
Əliyev-Netanyahu görüşündə bütün Şərqin taleyi həll oluna bilər - işdə ABŞ və Türkiyə də var...

25.04.2025 / 18:29
Azərbaycan Ermənistanın Avropa ilə "Ümumi təhlükəsizlik" sazişini ifşa etdi...

25.04.2025 / 18:23
Daxili işlər nazirinin vətəndaşlarla görüşünün tarixi dəyişdi

25.04.2025 / 18:15
Avroparlamentin yunan deputatı Kallasın Bakı səfərinə qarşı çıxdı - Yunanıstanın "qazı azaldılmalıdır"...

25.04.2025 / 18:02
Bakı-Tbilisi-Qars dəmiryolu ilə neft məhsulları daşınacaq...

25.04.2025 / 17:53
Milli Məclisin Səhiyyə komitəsinin iclası keçirildi

25.04.2025 / 17:48
Tramp Zelenskini təkləmək istəyir - kəskin reaksiya: “Krım verilməyəcək”...

25.04.2025 / 17:35
Erməni məsələsi yenidən Rusiya-Türkiyə münasibətlərini poza bilər - Zaxarovadan “350 min erməni” təxribatı...

25.04.2025 / 17:30
Narışkin Bakıda Suriyanın xüsusi xidmət orqanlarının nümayəndəsi ilə görüşdü

25.04.2025 / 17:28
Azərbaycanda milli mətbuatın 150 illiyi geniş şəkildə qeyd olunacaq

25.04.2025 / 17:25
Anar Quliyev Bakıda keçiriləcək WUF13-ün milli koordinatoru təyin edildi

25.04.2025 / 17:22
Əqli Mülkiyyət Agentliyinə yeni səlahiyyət verildi

25.04.2025 / 17:18
Banklarda Elman Rüstəmovdan qalmış süni problemlərin kökü kəsilmir - "marja nədir"?

25.04.2025 / 17:15
“Nəqliyyat haqqında” qanuna dəyişiklik edildi

25.04.2025 / 17:12
Hərbi xidmətdən ehtiyata buraxılanların geyim formalarını daşıya biləcəyi günlər müəyyən edildi

25.04.2025 / 17:10
"Bakcell" ölkəmiqyaslı rebrendinqinin ilk ildönümünü qeyd edir

25.04.2025 / 16:56
İmamoğlunun həbsdə olan vəkilinin vəkili də həbs edildi

25.04.2025 / 16:41
Trampdan Ukraynaya açıq mesaj - Krım Rusiyada qalacaq...

25.04.2025 / 16:33
"Ermənistandan Qarabağa adam və silah daşınırdı" - Zərərçəkmiş şəxs

25.04.2025 / 16:17
"Ermənistan və Fransa hökuməti Azərbaycan bayrağını yandıranları məsuliyyətə cəlb etməlidir" - XİN

25.04.2025 / 16:08
Trampdan İrana sərt mesaj - masadakı iki variantdan biri heç də yaxşı variant deyil…

25.04.2025 / 16:06
Vətəni canından artıq sevən Vüsal

25.04.2025 / 15:34
Aİ və Azərbaycan yeni tərəfdaşlıq və əməkdaşlıq sazişi üzrə danışıqları bərpa etmək barədə razılığa gəliblər

25.04.2025 / 15:19
ABŞ-ın xarici siyasətinə “daşınmaz əmlak istehsalçısı” rəhbərlik edir

25.04.2025 / 15:14
Həcc ziyarətinə sənəd qəbulunun müddəti yenidən uzadıldı

25.04.2025 / 15:05
"ATƏT-in Minsk qrupunun və onunla əlaqədar olan bütün təsisatların ləğv edilməsinin vaxtı artıq çoxdan çatıb" - Prezident

25.04.2025 / 15:03
Nazir: "Azərbaycanın mina problemi bütövlükdə region üçün ciddi təhlükə mənbəyidir"

Regional infrastrukturların əsas hədəfi məşğulluğu gücləndirməkdir...

XƏBƏR ARXİVİ

Aprel
B.eÇ.aÇC.aCŞB
311234567891011121314151617181920212223242526272829301234567891011