Rusiyadan Qərbə təhdid kimi xəbərdarlıq - Ukrayna NATO-ya qəbul edilsə, bu 4 ölkə ilk hədəfimiz olacaq...

ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff Rusiya prezidenti Vladimir Putinin Ukraynanın NATO üzvlüyündən imtina etməsi tələbini çatdırıb. Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin (SVR) bildirib ki, bu tələb yerinə yetirilməsə, bundan ilk olaraq Polşa və Baltikyanı ölkələr (Estoniya, Latviya və Litva) zərər çəkəcək.
Narışkin bildirib ki, Rusiya və Belarus öz sərhədləri yaxınlığında NATO-nun hərbi fəallığının artmasını müşahidə edir. Ukrayna ilə bağlı Avropa ölkələri ilə Rusiya arasında gərginliyin artdığını deyən Narışkin bildirib ki, NATO İttifaq dövlətinə (Rusiya və Belarus) hücum edəcəyi halda bütün NATO zərər görəcək, lakin daha böyük ölçüdə ilk olaraq Polşa və Baltikyanı ölkələr zərər çəkəcək: “Onlar bunu başa düşməlidirlər".
Narışkin bildirib ki, Ukrayna ilə bağlı Avropada gərginliyin artması fonunda Rusiya və Belarus təhlükəsizlik qüvvələri fəal şəkildə hərəkətə keçməyə hazırdır.
Narışkin bildirib ki, Ukrayna münaqişəsinin həlli üçün ölkənin nüvə silahından imtinası və neytral statusu, ayrı-seçkilik yaradan qanunların ləğvi və Rusiyanın hazırkı sərhədləri üzərində suverenliyinin tanınması lazımdır.
"Münaqişə başa çatdıqdan sonra Rusiyanın strateji hədəflərinə gəlincə, onlar dəyişməz olaraq qalacaq. Sülh müqaviləsinin şərtləri, əlbəttə ki, Ukraynanın nüvəsiz, neytral statusunu, Ukrayna dövlətinin tərksilahını və de-nasifikasiyasını, 2014-cü il çevrilişindən sonra qəbul edilmiş bütün ayrı-seçkilik qanunlarının ləğvini təmin etməlidir ", - Narşkin bildirib.
Narışkin Rusiya ilə ABŞ arasında intensiv dialoqun olduğunu da qeyd edib.
TAHİR