Avrokomissiya Avropa şirkətlərinin Rusiya ilə qaz müqavilələrini ləğv etməyə hazırlaşır...

Avropa Komissiyası Avropa şirkətlərinin Rusiya ilə uzunmüddətli qaz müqavilələrini yüksək cərimələr ödəmədən ləğv etmək üçün qanuni yollar axtarır.
“Financial Times”ın üç fərqli mənbəyə istinadən xəbər verir ki, Brüssel bu məqsədlə müqavilələri araşdırır və şirkətlərin “fors-major” elan edib müqavilələri necə ləğv edə biləcəyini dəyərləndirir.
Qeyd edilir ki, Aİ-nin məqsədi 2027-ci ilə qədər Rusiyanın qalıq yanacaqlarından tamamilə müstəqil olmaqdır. Lakin Rusiya qazından daha çox asılı olan Macarıstan və Slovakiyanın mümkün etirazlarına görə planın elan edilməsi təxirə salınıb. Avropa Komissiyasının sədri Ursula fon der Leyen isə planın 3-4 həftə ərzində elan ediləcəyini bildirib.
TAHİR