ABŞ rəsmisi Rusiya ilə Ukrayna danışıqlarında əsas fikir ayrılığını açıqladı – 5 bölgənin status…

ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Vitkoff Rusiya prezidenti Vladimir Putinlə son görüşündən sonra Ukrayna böhranı ilə bağlı razılaşmaya yaxın olduqlarını deyib. “Fox News”da danışan Vitkoff, Putinin "davamlı sülh istədiyini" bildirib.
Onun sözlərinə görə, danışıqlarda əsas fikir ayrılığının Krım, Donetsk, Luqansk, Zaporojye və Xerson bölgələrinin statusu ilə bağlıdır: "Ancaq bu, yalnız başlanğıcdır. Həmçinin təhlükəsizlik protokolları, NATO-nun beşinci maddəsi və bir çox başqa detallar da var. Bu, mürəkkəb bir məslədir...
Düşünürəm ki, biz bütün dünya üçün çox vacib dönüş nöqtəsinə yaxınlaşırıq".
Kreml aprelin 11-də Sankt-Peterburqda keçirilən görüşdə Putinlə müzakirə olunan məsələlərin Ukraynadakı həll prosesi ilə bağlı olduğunu bildirib və danışıqların çətinliyinə diqqət çəkib.
Reuters-ə danışan mənbələrə görə, Vitkoff Trampa “Rusiyaya bu bölgələr üzərində mülkiyyət hüququnun verilməsinin sülhə aparan ən qısa yol ola biləcəyi” ilə bağlı strategiya təqdim etməyi təklif edib. Amma Trampın Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq bu təklifə qarşı çıxıb və bildirib ki, Kiyev heç vaxt belə bir şərti qəbul etməyəcək.
TAHİR