Çərşənbə axşamı günü, 22 aprel 2025
     

"Regionda müxtəlif ölkələr və dairələr öz gizli planlarını həyata keçirməyə çalışır" - Sahibə Qafarova

Image

Regionda müxtəlif ölkələr və dairələr öz gizli planlarını həyata keçirməyə çalışır.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, bunu Milli Məclisin sədri Sahibə Qafarova aprelin 16-da ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) Milli Müdafiə Komitəsinin sədri Hulusi Akarla görüşündə deyib.

Bildirilib ki, görüşdə Azərbaycan-Türkiyə münasibətlərinin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamına uyğun olaraq uğurla inkişaf etdiyi qeyd olunaraq, qardaş ölkələrimizin bütün məsələlərdə bir yerdə olduğu və bir-birini dəstəklədiyi vurğulanıb. Bildirilib ki, dövlət başçılarımızın davamlı təmasları strateji müttəfiqliyimizin hər gün yeni amillərlə zənginləşdiyini göstərir. 2021-ci ilin iyununda imzalanmış Şuşa Bəyannaməsi ardıcıl şəkildə həyata keçirilir.

Görüşdə qeyd olunub ki, qardaş ölkələrimiz arasında yüksək səviyyəli münasibətlərin ruhuna uyğun olaraq, parlamentlərimiz arasında da əlaqələr uğurla inkişaf edir. Qanunverici orqanların rəhbərləri səviyyəsində qarşılıqlı səfərlər, beynəlxalq təşkilatlar çərçivəsində keçirilən görüşləri, deputatların davamlı təmasları və qarşılıqlı dəstəyi bunu bir daha sübut edir.

Türkiyə Böyük Millət Məclisinin Milli Müdafiə Komitəsinin sədri Hulusi Akar Şuşa və Xankəndiyə səfəri haqqında təəssüratlarını bölüşərək, həmin ərazilərdə böyük inkişaf və quruculuq işlərinin şahidi olduqlarını bildirib.

Azərbaycan torpaqlarının 30 ilə yaxın işğal altında qalmasının bölgədə çox ağır fəsadlar yaratdığını deyən Hulusi Akar ATƏT, Avropa İttifaqı kimi təşkilatların baxışlarının nə qədər zərərli olduğunu söyləyib. O, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunmasının regionda yeni reallıqlar yaratdığını söyləyərək, Ermənistanın sülh sazişini imzalamaq üçün lazımi iradə göstərməsini və Azərbaycanın və Türkiyənin uzatdığı sülh əlini tutmasını arzuladığını bildirib.

Hulusi Akar Azərbaycan Prezidenti İlham Əliyevin Şimali Kipr Türk Cümhuriyyəti ilə bağlı mövqeyini çox yüksək qiymətləndirdiklərini vurğulayaraq, bu məsələdə də Azərbaycanın dövlət başçısının qəti iradəsinin şahidi olduqlarını deyib.

Spiker Sahibə Qafarova TBMM-in komitə sədrinin Şuşa və Xankəndiyə səfəri zamanı səsləndirdiyi fikirləri məmnunluqla qeyd edərək, bildirib ki, Şuşa həqiqətən də təkcə Azərbaycan üçün deyil, bütün Türk dünyası üçün bir bayraq, simvoldur. Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi bütün Türk dünyasının qələbəsidir və qardaş ölkələrimizin birliyinin daha da gücləndirilməsində mühüm amildir.

Görüşdə Milli Məclisin sədri Sahibə Qafarova bu gün dünyada olduqca gərgin proseslərin baş verdiyini, ölkələrimizin müxtəlif təzyiqlərlə və ikili standartlarla üzləşdiyini xatırladaraq, regionda müxtəlif ölkələrin və dairələrin öz gizli planlarını həyata keçirməyə çalışdıqlarını bildirib. Bu baxımdan Azərbaycan-Türkiyə birliyinin regional sabitlik, təhlükəsizlik üçün olduqca mühüm amil olduğu qeyd edilib. Eyni zamanda, belə proseslərin qarşısının alınmasında da Türk dünyasının birliyinin, əməkdaşlığının vacibliyi ifadə edilib. Vurğulanıb ki, bu məsələlərdə müdafiə və təhlükəsizlik sahəsinin əhəmiyyəti böyükdür. Müntəzəm müzakirələr davam etdirilməli, bu sahədə ölkələrimizin əməkdaşlığının artırılmasına parlamentlərimizin birgə dəstəyi gücləndirilməlidir. Milli Məclisin sədri bu mənada, TÜRKPA üzv parlamentlərinin müdafiə və təhlükəsizlik üzrə komitələri sədrlərinin ikinci iclasının həm TÜRKPA-nın fəaliyyətinin daha da genişləndirilməsinə, həm də ölkələrimizin müdafiə və təhlükəsizlik sahəsində birgə fəaliyyətinin dərinləşdirilməsinə töhfə verəcəyinə inamını ifadə edib.

TBMM-in komitə sədri müdafiə, təhlükəsizlik, müdafiə sənayesinin inkişafında Azərbaycan və Türkiyənin böyük yol qət etdiklərini və ölkələrimizin bu istiqamətdə atdığı addımların heç bir üçüncü ölkəyə qarşı yönəlmədiyini bildirib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.



VİDEO

SON XƏBƏRLƏR

22.04.2025 / 20:35
Türk Dövlətləri Təşkilatının yeni Zirvəsi böyük problemlərlə üzləşir...

22.04.2025 / 20:22
Paşinyan və Ermənistan Konstitusiya Məhkəməsinin sədri bir-birinə geyişdilər... Yeni böhran...

22.04.2025 / 20:09
Yunan Kiprinin şovinist EOKA-çıları yeni “türk qırğınlarına” çağırır...

22.04.2025 / 19:55
MD Fondu məscidlərə paylanan kitabları hansı prinsiplərlə seçir?

22.04.2025 / 19:42
Azərbaycana düşmənçilik etmiş Baydenin özünü demokratlar siyahıdan sildilər... Bayden qayıtmaq istəyir…

22.04.2025 / 19:29
“Dağlıq Qarabağdan 41-45 müharibəsinə 90 min erməni gedib? DQ-yə” Sovet ittifaqı qəhrəmanı?”...

22.04.2025 / 19:15
Dövlət müstəqilliyimizlə həmyaşıd nadir media orqanlarından biri - "Olaylar" 30 ildir yanılmadan gəlir...

22.04.2025 / 19:02
Eldar Əzizov yağışlara qarşı üsul təklif etdi, əksəriyyət bəyənmədi...

22.04.2025 / 18:47
Britaniya səfiri Azərbaycan sərhədində pozucu bəyanat yaydı...

22.04.2025 / 18:33
FB şəbəkəsinin erməni təsirində olduğu təsdiqləndi - terrorçulara açıq himayəçilik başladı...

22.04.2025 / 18:19
İran vurulsa, Türkiyə neytral qalacaq - ABŞ-ın istəyi baş tuta bilər?

22.04.2025 / 18:06
Ədalət Partiyası İlyas İsmayılovsuz ilk qurultaya qərar verdi... - MÜSAHİBƏ

22.04.2025 / 17:52
Marqarita Simonyan da “Erməni soyqırımı” nağılından danışdı

22.04.2025 / 17:52
İranın BMT-dəki daimi nümayəndəsi ABŞ və İsraili sərt şəkildə tənqid etdi

22.04.2025 / 17:38
Paşinyan sülhdən, erməni kilsəsi qisasdan danışır - Qaregin "qan-qan” deyir...

22.04.2025 / 17:24
Nisyə mal satanlara qarşı yeni qayda tətbiq olundu....

22.04.2025 / 17:11
Milli adət-ənənələrə bağlılıq dövlətçilik uğurlarının mühüm şərtidir...

22.04.2025 / 17:05
Vüqar Rəhimzadə: Azərbaycan və Çin müstəqil xarici siyasət yürüdən etibarlı tərəfdaşlardır

22.04.2025 / 16:55
Komitə sədri vətəndaşların qəbulunu keçirdi

22.04.2025 / 16:51
Saxta kredit elanı verərək bank kartlarını talayan şəxs Abşeronda yaxalandı

22.04.2025 / 16:37
ABŞ Krımı Rusiya ərazisi kimi tanıyacaq? - Tramp qərarını yaxın günlərdə açıqlayacaq...

22.04.2025 / 16:35
Poeziyamızın Zeynəb gülü...

22.04.2025 / 16:22
Vətənə şöhrət olan Vüqar...

22.04.2025 / 16:05
Putin Ukraynaya mülki hədəflərə hücumların qarşılıqlı dayandırılmasını təklif etdi...

22.04.2025 / 15:55
Prezident İlham Əliyev Çin Xalq Respublikasına səfər edib

22.04.2025 / 15:25
Yasamalda ağaclara qənim kəsilən "Avant Group" tikinti şirkətinə cinayət işi açıldı...

22.04.2025 / 15:20
Mingəçevirdə vətəndaşa hədə-qorxu gəlib soyan şəxslər həbs edildi

22.04.2025 / 14:55
Sabiq senator Menendezin erməniəsilli arvadı da rüşvətə vasitəçilikdə təqsirli bilindi

22.04.2025 / 14:30
Mina partlayışı zamanı xəsarət almış şəxslər Vardanyanın məhkəməsində ifadə verirlər...

22.04.2025 / 14:13
Müxalifət “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyəti təklif edir

22.04.2025 / 14:11
Suriyada İslami Cihad liderləri həbs edildi

22.04.2025 / 14:05
Kimlər Sülh Müqaviləsinə qarşıdır?

22.04.2025 / 13:49
Səyyad Salahlı tarixi və mədəni abidələrin bərpası ilə bağlı təklif verdi, spiker etiraz etdi - siz nə danışırsınız?

22.04.2025 / 13:36
Binəqədi məhkəməsi Şərurlu İsfəndiyar barəsində qərar verdi - təqsirləndirilən şəxs...

22.04.2025 / 13:21
"Bəzi tibb mərkəzlərində bir-birini təkrarlayan pozuntular aşkarlanıb" – Millət vəkili

22.04.2025 / 13:10
Маргарита Симоньян! Я не знал, что Дьявол плачет - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

22.04.2025 / 12:51
Leyla Əliyeva Vyetnamın vitse-prezidenti ilə görüşüb - FOTO

22.04.2025 / 12:37
"Ermənilər regionla bağlı bütün faktları saxtalaşdırıblar" - Əziz Ələkbərli

22.04.2025 / 12:14
Kamran İmanov erməni saxtakarlıqlarının və plagiatçılığının ifşasına dair faktlar açıqladı

22.04.2025 / 12:03
Ədliyyə Nazirliyi yanında İctimai şuraya yeni tərkib seçilib

22.04.2025 / 11:47
Daha 20 ailə Ağdərənin Həsənriz kəndinə yola salınıb

22.04.2025 / 11:37
“Qarabağ” və “Neftçi”nin oyunlarını bu hakimlər idarə edəcək

22.04.2025 / 11:20
İranda növbəti edam gerçəkləşib

22.04.2025 / 11:16
Leyla Əliyeva Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibinin xanımı ilə görüşüb

22.04.2025 / 11:16
Şin Bet rəhbəri Netanyahuya qarşı ağır ittihamlar irəli sürdü

22.04.2025 / 11:10
İrandan Azərbaycana PUA ilə narkotik keçirmək istədilər...

22.04.2025 / 11:04
İmamoğlu Almaniyaya çağırış etdi: Türkiyə Ərdoğan deyil, qərarınızı geri çəkin

22.04.2025 / 11:03
Erməni keşişlərinin Qüdsdəki təxribatına baxın! Nəticə çıxaraqmı? - CANLI

22.04.2025 / 11:00
Bu ərazilərdə işıq olmayacaq - "Azərişıq"-dan XƏBƏRDARLIQ

22.04.2025 / 10:36
1 560 taksi sürücüsü imtahana qatılacaq

22.04.2025 / 10:22
Bir neçə kollecə yeni təyinatlar olub

22.04.2025 / 10:20
Macarıstan Avropa İttifaqında səsvermə hüququnu itirir? - “The Guardian”dan ŞOK İDDİA

22.04.2025 / 10:14
Rəy sorğularına görə Trampın reytinqi uçuruma gedir.....

22.04.2025 / 10:09
Hidayət Heydərov Avropa çempionatına qatılmayacaq

22.04.2025 / 10:05
Naxçıvan şəhərinin bəzi yerləri bu gün susuz qalacaq

22.04.2025 / 10:00
Hövsanda evdə partlayış olub

22.04.2025 / 09:46
Bu gün Bakının 2 rayonunda qaz təchizatı dayandırılacaq

22.04.2025 / 09:32
Fransisk antisemitizmdə günahlandırıldı və XII Piuslə müqayisə edildi

22.04.2025 / 09:22
Mixail Xaçaturyanın ailə çirkinlikləri: ”Qızlarına qarşı seksual zorakılıqlar törədən “ata”

22.04.2025 / 09:21
Mənzillərdən oğurlanan su sayğaclarının "özəl sirri var"...

22.04.2025 / 09:19
"Azərbaycan investorlar üçün uzunmüddətli qazanc vəd edən sərmayə mühiti yaradır" -Türkiyə mediası

22.04.2025 / 09:07
" Qeyd-şərtsiz atəşkəsə nail olmaq üçün..."- Zelenski sabahkı görüşdən yazdı

22.04.2025 / 09:00
İki müxalifətçi Bələdiyyə sədri AKP-yə keçdi

22.04.2025 / 08:38
Pensiya Fondunda vətəndaşların 117 milyon manatı "yeyilib"...

21.04.2025 / 23:38
“Nar ağacı.. Nar çiçəyi...” kəlamının Doğma/İrfani Ruhuna... yad olan, saxta hay nəfəsi...

21.04.2025 / 23:13
Əbu Müslüm məscidi ilə bağlı on quruma müraciət edildi

21.04.2025 / 21:37
Azərbaycan Suriya neftinə sərmayə qoysa ABŞ-la münasibətlər ziyan görə bilər?..

21.04.2025 / 21:34
Putin Sumda aralarında uşaq da olan 35 nəfərin ölümünü “ləyaqətli qisas” adlandırdı

21.04.2025 / 21:33
Buryatiya və Çeçenistanı təhqir edən Papa dünyasını dəyişdi

21.04.2025 / 21:22
Ermənistan BMT-də Rusiyanın əleyhinə səs verdi - bu da cənab Qaluzinə tutarlı cavab...

21.04.2025 / 21:08
Azərbaycanla Çinin birgə yeni dövrü başladı...

21.04.2025 / 21:02
Arkadi Qukasyan Xocalı soyqırımına rəhbərlik edənlərin adlarını çəkdi - Serj Sarkisyan və Arkadi Ter-Tadevosyan...

21.04.2025 / 20:55
Erməni mediası Zahirəddin İbrahimovun üzərindən uğursuz “Talış kartını” yenidən oynamaq istəyir...

21.04.2025 / 20:41
Xankəndi, Ağdərə və Xocalının Bərpa... Xidmətinin tenderlərinə şübhələr oyanıb...

21.04.2025 / 20:37
“Kəmər və yol” təşəbbüsü çərçivəsində Çinlə əməkdaşlığı genişləndiririk" - Prezident

21.04.2025 / 20:30
Prezident: "Çin Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşına çevrilib"

21.04.2025 / 20:28
Paşinyan 3-cü prezident Serj Sarkisyanın həbs prosesinə başladı - 2 cinayət, yarım milyard mənimsəmə...

21.04.2025 / 20:27
"Birgə Bəyannamə tarixi hadisədir və Azərbaycan-Çin münasibətlərində yeni səhifə açır" - Prezident

21.04.2025 / 20:18
Prezident İlham Əliyev Çinin Sinxua agentliyinə müsahibə verib

21.04.2025 / 20:15
Adı 42 nəfərlik siyahıda olmayan plastik cərrahlar hansı hallarda cəzalandırılacaqlar?..

21.04.2025 / 20:12
Orxan Fikrətoğlu mədəniyyət nazirinin müşaviri oldu

Milli adət-ənənələrə bağlılıq dövlətçilik uğurlarının mühüm şərtidir...

XƏBƏR ARXİVİ

Aprel
B.eÇ.aÇC.aCŞB
311234567891011121314151617181920212223242526272829301234567891011