Çərşənbə günü, 23 aprel 2025
     

Bu gün görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür

Image

Aprelin 15-də görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın vəfatından 40 il ötür. Onun nurlu xatirəsi qədirbilən xalqımız tərəfindən hörmətlə anılır.

Qədim Naxçıvanın Şahtaxtı kəndində dünyaya göz açmış Zərifə Əliyeva zəngin və mənalı ömür yaşayıb. Atası - görkəmli ictimai və dövlət xadimi Əziz Əliyevin ömür yolu onun üçün əsl həyat məktəbi olub. Zərifə xanım müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin ömür-gün yoldaşı, dostu və silahdaşı idi. Vaxtilə ata evində görüb-götürdükləri respublikanın birinci şəxsinin xanımı olduğu zamanlarda köməyinə çatıb. O, Ulu Öndərə mənəvi dayaq, arxa olub.

Akademik Zərifə Əliyevanın tədqiqatları, alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində xüsusi mərhələ təşkil edir. O, Azərbaycan Tibb İnstitutunu bitirəndən sonra təhsilini Moskvada, Həkimləri Təkmilləşdirmə İnstitutunda davam etdirib. Əmək fəaliyyətinə 1949-cu ildə Azərbaycan Elmi-Tədqiqat Həkimləri Təkmilləşdirmə İnstitutunda elmi işçi kimi başlayıb və bütün ömrünü tibbin oftalmologiya sahəsinə həsr edib.

1940-1950-ci illərdə Azərbaycanda göz xəstəlikləri, xüsusən traxoma geniş yayılmışdı. İnsanları bu bəladan xilas etmək, eləcə də digər aktual problemə - gözün peşə xəstəliklərinə dair fundamental tədqiqatlar aparmaq, onların effektli müalicə metodlarını və profilaktik tədbirləri işləyib-hazırlamaq lazım idi. Beləliklə, gənc tədqiqatçının elmi araşdırmalarının mövzusunu həyat özü müəyyənləşdirir və o, elmi istiqamətlərinin ilkin mərhələsini traxomanın müalicəsinə həsr edir. Bu xəstəliyin daha geniş yayıldığı rayonlara gedir, xəstəlik ocaqlarını aşkarlayır, göz həkimlərinə mühazirələr oxuyur, əhali arasında söhbətlər aparırdı.

Çox keçmədən Zərifə xanım traxoma xəstəliyinin başlanğıc dövründə sintomisinin tətbiqində uğurlu nəticələrə nail oldu. Tədqiqatlarının yekunu olaraq 1959-cu ildə “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə etdi. Onun təklif etdiyi müalicə metodu respublikamızda geniş tətbiq olundu və traxomanın bir xəstəlik kimi aradan qalxmasında mühüm rol oynadı.

Zərifə xanımın oftalmoloq-alim kimi diqqət yetirdiyi aktual problemlər sırasında diaqnostika, qlaukomanın və görmə orqanının iltihabının müalicəsi xüsusi yer tuturdu. O, oftalmologiyanın elmi cəhətdən az araşdırılmış sahəsi - görmə orqanının peşə patologiyasını dərindən tədqiq edib. Bu problemin aktuallığı yalnız kimya və elektronika sənayesinin geniş inkişafı ilə deyil, həm də bir çox yeni kimyəvi birləşmələrin görmə orqanına təsirinin tədqiqi ilə əlaqədar idi. Zərifə xanım bu sahənin ilk tədqiqatçısı olub. O, dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaradıb və elm aləmində yeni bir istiqamətin - peşə oftalmologiyasının əsasını qoyub. Bu sahəyə dair araşdırmalarının ilkin nəticələrini ümumiləşdirərək “Azərbaycanın kimya sənayesi işçilərində görmə orqanının vəziyyəti” mövzusunda doktorluq dissertasiyası yazıb. 1977-ci ildə ona tibb elmləri doktoru alimlik dərəcəsi verilib.

Gərgin və məhsuldar elmi fəaliyyətinə görə 1980-ci ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb. Görkəmli alimin respublikanın iri sənaye müəssisələrində apardığı genişmiqyaslı elmi-tədqiqat işləri “Şin istehsalında gözün peşə patologiyası”, “Xroniki yod intoksikasiyası zamanı oftalmologiya” və “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası” kimi dəyərli monoqrafiyalarında öz əksini tapıb. 1981-ci ildə görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi-tədqiqat işlərinin uğurlu nəticələrinə və oftalmologiyanın inkişafına verdiyi töhfələrə görə ona keçmiş ittifaqın oftalmologiya sahəsində ən mötəbər mükafatı olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatı verilib. O, həmin mükafata layiq görülən ilk qadın alim idi.

Zərifə Əliyeva 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilib. O, həmçinin bir sıra dərs vəsaiti və monoqrafiyaların müəllifidir: “Kəskin virus konyunktivitləri”, “Keratitlər, gözün damarlı traktının, torlu qişanın, görmə sinirinin xəstəlikləri, kataraktalar”, “Qlaukoma və gözün hipertenziyası”, “Görmə orqanının zədələnməsi”, “Göz yaşı axmasının fiziologiya və histologiyası”, “Şəkərli diabetdə göz xəstəlikləri”, “Gözün mikrocərrahiyyəsi”, “Göz bəbəyi haşiyəsinin adaptasiya və müdafiə funksiyası” və sair. Alimin “Yaşaparıcı yolların fiziologiyası”, “Yaşaparıcı yolların cərrahi müalicəsi”, “Göz yaşı yollarının qoruyucu cərrahiyyə üsulları” və digər əsərləri bu gün də aktuallığını qoruyub saxlayır. O, iridodiaqnostika və iridoterapiya problemləri ilə də məşğul olub, bu sahəyə dair iki monoqrafiya hazırlayıb. Dünya miqyasında iridodiaqnostikaya aid kitabları ilk dəfə Zərifə xanım Əliyeva yazıb.

Zərifə xanımın həkimlik sənəti ilə bağlı bir fikri də diqqəti cəlb edir: “Həkim insanın ən doğma adamıdır. O, insanlardan özünü ayırmamalı, özünü sevən, laqeyd insan olmamalıdır”.

Akademik Zərifə Əliyeva həm də görkəmli ictimai xadim idi. O, keçmiş SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, Ümumittifaq “Bilik” Cəmiyyəti İdarə Heyətinin, Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü olub. Xalq yazıçısı Elmira Axundovanın “Zərifə və Heydər Əliyevlər - Əbədiyaşar məhəbbət” kitabında oxuyuruq: “Özü də çoxsaylı vəzifələrinin heç birinə qətiyyən formal yanaşmırdı. Məsələlərin müzakirəsində şəxsən iştirak edir, onların uğurlu həlli üçün bilik, qüvvə və enerjisini əsirgəmirdi.

Bu zaman çalışırdı ki, gündəlik həyatının işlə bağlı tərəfi heç bir halda qadın və ana kimi üzərinə düşən vəzifələri üstələməsin. Bəzən Zərifə xanım elmi və ictimai işlərin ailəsinə, övladlarına ayıra biləcəyi vaxtı əlindən aldığına görə özünü günahkar hiss edirdi”.

Zərifə xanımın fəxri adları, elmi titulları, mükafatları olduqca çoxdur. Bu adların hər biri qürur, iftixar mənbəyidir. Amma bu adlar sırasında ən şərəflisi Ana adıdır. Zərifə xanım Ümummilli Lider Heydər Əliyevin siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin anasıdır.

Müasirlərinin dediyi kimi, Zərifə xanım qeyri-adi bir ana idi və övladlarına olan münasibət də xüsusi idi. Belə münasibətin bənzərini tapmaq çətindir. O, uşaqları sanki Ulu Tanrı tərəfindən bəxş olunan bir nur payı kimi qəbul edirdi. Özünə rəhm etmirdi, analıq borcunu yerinə yetirməkdə də özünə rəhmi gəlmirdi. Hərdən analar uşaqlarına olan məhəbbətdə elə yüksək dərəcələrə çatırlar ki, bununla hamını heyrətə gətirirlər. Zərifə xanım məhz belə analardan idi.




DİGƏR XƏBƏRLƏR

VİDEO

SON XƏBƏRLƏR

23.04.2025 / 15:25
Kombi sistemləri ləğv edilsin, MTK-ların əlindən idarəçilik alınsın – deputatdan təklif...

23.04.2025 / 15:15
İstanbulda ard-arda bir neçə şiddətli zəlzələ oldu

23.04.2025 / 15:09
ABŞ Rusiya və Ukraynanın sülh təkliflərilə razılaşmağa çağırdı - əks halda...

23.04.2025 / 14:52
Polis Lerikdə əməliyyat keçirdi, 10 kiloqram narkotik aşkarlandı

23.04.2025 / 14:46
Mərkəzi Bank neftin builki qiyməti ilə bağlı proqnozunu açıqladı

23.04.2025 / 14:31
Sumqayıt və Sabirabadda dəmir yollarından oğurluq edən şəxslər saxlandı

23.04.2025 / 14:15
Mərkəzləşdirilmiş istilik təchizatı sistemləri məcburi hala gətirilir, çoxmənzilli binalar vahid mənbədən istilik enerjisi ilə təchiz ediləcək

23.04.2025 / 14:01
Maşın bazarı "tarixə qovuşur" - alıcılar daha ucuz variant tapıblar...

23.04.2025 / 13:39
Lənkərançayda brokonyerlik edənlər saxlandı

23.04.2025 / 13:23
AMB sədri inflyasiyaya təsir edəcək amilləri açıqladı

23.04.2025 / 13:12
Prezident İlham Əliyev Ümumçin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin Sədri ilə görüşüb - FOTO

23.04.2025 / 13:08
Путин удивил весь мир, своим предложением - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

23.04.2025 / 12:45
Prezident İlham Əliyev Pekində Xalq Qəhrəmanları Abidəsini ziyarət edib

23.04.2025 / 12:44
III MDB Oyunlarının keçiriləcəyi yerlər açıqlanıb

23.04.2025 / 12:37
Prezident İlham Əliyev Çin Dövlət Şurasının Baş naziri ilə görüşüb - FOTO

23.04.2025 / 12:19
Şərurda həmkəndlisini qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutuldu - BİRGƏ MƏLUMAT

23.04.2025 / 12:16
Çinin Sədri Si Cinpinin adından Prezident İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilib

23.04.2025 / 12:05
ABŞ senatorları Rümeysu Öztürkün və Mahmud Xəlilin azadlığa buraxılmasını tələb etdilər

23.04.2025 / 12:00
Vilayət Eyvazov Tovuzda vətəndaşların müraciətlərini dinləyəcək

23.04.2025 / 11:37
TƏBİB: Bu ilin I rübündə 20 milyondan çox tibbi xidmət göstərilib

23.04.2025 / 11:36
Prezident İlham Əliyev Si Cinpini Azərbaycana səfərə dəvət etdi

23.04.2025 / 11:35
Azərbaycan Çin tərəfindən təklif olunan “Qlobal İnkişaf Təşəbbüsünün Dostları Qrupu”na qoşulmağa hazırdır - Birgə Bəyanat

23.04.2025 / 11:35
İsrail Papa Fransisin ölüsündən belə qisas aldı

23.04.2025 / 11:27
Mehriban Əliyeva, qızı Leyla Əliyeva və digər ailə üzvləri Pekində Böyük Xalq Sarayı ilə tanış olublar - FOTO

23.04.2025 / 11:25
Azərbaycanda keçiriləcək III MDB Oyunlarının maskotları açıqlandı

23.04.2025 / 11:20
ÇXR Sədri Prezident İlham Əliyevi özünün və Çin xalqının böyük dostu adlandırdı

23.04.2025 / 11:20
Tramp Krımı və Ukraynanın başqa ərazilərini Putinə verir –“Zelenski hələlik “yox” deyir”

23.04.2025 / 11:16
Marko Rubio Zelenskinin bu sözlərindən sonra London səfərini ləğv edib...

23.04.2025 / 11:11
Gəncə-Göygöl-Şəmkir bölgəsində genişmiqyaslı abadlıq-quruculuq işləri

23.04.2025 / 11:07
Çin Azərbaycan tərəfinin təklif etdiyi sülh gündəliyini qətiyyətlə dəstəkləyir - Birgə Bəyanat

23.04.2025 / 11:06
Bir gündə bank kartlarından 21 min manatdan çox pul oğurlanıb

23.04.2025 / 11:03
Çin Azərbaycandan nə istəyir? - CANLI

23.04.2025 / 11:00
Bu gün Əfv Komissiyasının iclası keçiriləcək

23.04.2025 / 10:55
Oman sultanı və Putin İsrail qoşunlarının Qəzzadan çıxmasını tələb etdi

23.04.2025 / 10:48
Azərbaycanla Çin arasında hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanat imzalandı

23.04.2025 / 10:33
Pekində Azərbaycan-Çin sənədləri imzalandı - FOTO

23.04.2025 / 10:22
Qubada ata yol qəzası törətdi, oğlu vəfat etdi

23.04.2025 / 10:17
"Terrorsuz Türkiyə" strategiyası getdikcə populyarlığını itirir - Aydın Quliyev yazır...

23.04.2025 / 10:12
Si Cinpin Prezident İlham Əliyevi Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə Toplantısına dəvət edib

23.04.2025 / 10:12
Qırğızıstanda "Rus evi"nin xanım əməkdaşı həbs edilib

23.04.2025 / 10:08
Bu ölkələr Rusiyanın acığına Qələbə - 80 paradı keçirməyəcəklər...

23.04.2025 / 10:06
"Barselona"nın futbolçusu La Liqada rekord qırdı

23.04.2025 / 10:00
Trampın Çini təkləmək siyasəti apardığı indiki şəraitdə bu doğru və cəsarətli fikri hamı deyə bilməz...

23.04.2025 / 09:37
Polis Lerikdə 10 kiloqram narkotik vasitə aşkarlayıb

23.04.2025 / 09:25
Onlayn kazino-qumar oyunlarının qanunsuz reklamı qızışır, "tanınmışlar" xüsusi fəallaşıblar...

23.04.2025 / 09:23
Bu gün bu ərazilərdə qaz olmayacaq - XƏBƏRDARLIQ

23.04.2025 / 09:16
Ermənistan həbsxanalarında intiharlar artır

23.04.2025 / 09:10
"Qalatasaray" darmadağınla finala yüksəldi!

23.04.2025 / 09:05
Bu gün Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasından 2 il ötür

23.04.2025 / 08:37
5 il tez pensiyaya çıxanların pulu niyə dövlət büdcəsindən ödənir? - Daha real təklif var...

23.04.2025 / 08:14
Prezident İlham Əliyevin Çinin Sədri Si Cinpin ilə geniş tərkibdə görüşü olub - FOTO/YENİLƏNDİ

23.04.2025 / 07:02
Çin Xalq Respublikasında Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub - FOTO

22.04.2025 / 23:23
Tramp hələ 10 il əvvəl Krımı Rusiya üçün “gözaltı eləmişdi”

22.04.2025 / 21:31
Azərbaycan Qlobal Cənubda müstəqil "üçüncü qüvvə"ni formalaşdıracaq... Beynəlxalq hesabatdan rəy...

22.04.2025 / 21:16
Avroittifaq Mərkəzi Asiyanın türk dövlətlərini Kiprə qarşı necə şantaj etdi?...

22.04.2025 / 21:03
Ukraynaya ordu göndərmək yox, onun silahlandırılması daha yaxşıdır... Trampa mesaj....

22.04.2025 / 20:49
Azərbaycan iqtisadiyyatı üçün unudulmuş gəlir mənbəyi - kazino biznesi...

22.04.2025 / 20:45
Tramp Nitanyahu ilə İran məsələsini müzakirə etdi

22.04.2025 / 20:44
Qondarma “erməni soyqırımı”na görə Ermənistan parlamentində dava düşdü...

22.04.2025 / 20:35
Türk Dövlətləri Təşkilatının yeni Zirvəsi böyük problemlərlə üzləşir...

22.04.2025 / 20:22
Paşinyan və Ermənistan Konstitusiya Məhkəməsinin sədri bir-birinə geyişdilər... Yeni böhran...

22.04.2025 / 20:09
Yunan Kiprinin şovinist EOKA-çıları yeni “türk qırğınlarına” çağırır...

22.04.2025 / 19:55
MD Fondu məscidlərə paylanan kitabları hansı prinsiplərlə seçir?

22.04.2025 / 19:42
Azərbaycana düşmənçilik etmiş Baydenin özünü demokratlar siyahıdan sildilər... Bayden qayıtmaq istəyir…

22.04.2025 / 19:33
Vardanyanın məhkəməsində Ermənistanın mina terrorunun qurbanları danışıblar - "Bir gündə iki oğlumu itirdim" - FOTO

22.04.2025 / 19:29
“Dağlıq Qarabağdan 41-45 müharibəsinə 90 min erməni gedib? DQ-yə” Sovet ittifaqı qəhrəmanı?”...

22.04.2025 / 19:15
Dövlət müstəqilliyimizlə həmyaşıd nadir media orqanlarından biri - "Olaylar" 30 ildir yanılmadan gəlir...

22.04.2025 / 19:02
Eldar Əzizov yağışlara qarşı üsul təklif etdi, əksəriyyət bəyənmədi...

22.04.2025 / 18:47
Britaniya səfiri Azərbaycan sərhədində pozucu bəyanat yaydı...

22.04.2025 / 18:33
FB şəbəkəsinin erməni təsirində olduğu təsdiqləndi - terrorçulara açıq himayəçilik başladı...

22.04.2025 / 18:19
İran vurulsa, Türkiyə neytral qalacaq - ABŞ-ın istəyi baş tuta bilər?

22.04.2025 / 18:06
Ədalət Partiyası İlyas İsmayılovsuz ilk qurultaya qərar verdi... - MÜSAHİBƏ

22.04.2025 / 17:52
Marqarita Simonyan da “Erməni soyqırımı” nağılından danışdı

22.04.2025 / 17:52
İranın BMT-dəki daimi nümayəndəsi ABŞ və İsraili sərt şəkildə tənqid etdi

22.04.2025 / 17:38
Paşinyan sülhdən, erməni kilsəsi qisasdan danışır - Qaregin "qan-qan” deyir...

22.04.2025 / 17:24
Nisyə mal satanlara qarşı yeni qayda tətbiq olundu....

22.04.2025 / 17:11
Milli adət-ənənələrə bağlılıq dövlətçilik uğurlarının mühüm şərtidir...

22.04.2025 / 17:05
Vüqar Rəhimzadə: Azərbaycan və Çin müstəqil xarici siyasət yürüdən etibarlı tərəfdaşlardır

22.04.2025 / 16:55
Komitə sədri vətəndaşların qəbulunu keçirdi

22.04.2025 / 16:51
Saxta kredit elanı verərək bank kartlarını talayan şəxs Abşeronda yaxalandı

22.04.2025 / 16:37
ABŞ Krımı Rusiya ərazisi kimi tanıyacaq? - Tramp qərarını yaxın günlərdə açıqlayacaq...

Milli adət-ənənələrə bağlılıq dövlətçilik uğurlarının mühüm şərtidir...

XƏBƏR ARXİVİ

Aprel
B.eÇ.aÇC.aCŞB
311234567891011121314151617181920212223242526272829301234567891011