Bazar ertəsi günü, 28 aprel 2025
     

“Zərifə xanım Əliyeva adını tarixdə əbədiləşdirən unudulmaz şəxsiyyətdir” - Vüqar Rəhimzadə

Image

Aprelin 15-i görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anım günüdür. Dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq-alim Zərifə xanım Əliyeva XX əsr Azərbaycan tarixinin görkəmli simalarındandır. O, oftalmologiyanın aktual problemlərinə dair sanballı tədqiqatları ilə nəinki keçmiş SSRİ məkanında, həmçinin dünya miqyasında şöhrət qazanıb.

Onun elmi-pedaqoji və ictimai fəaliyyəti həkimlərin yeni nəslinin yetişməsinə və Azərbaycanda oftalmologiya elminin inkişafına güclü təsir göstərib. Zərifə Əliyevanın tədqiqatları Azərbaycan tibb elminin tarixində xüsusi mərhələ təşkil edir. Bu məqamı xüsusi qeyd etmək istərdik ki, 1940-1950-ci illərdə Azərbaycanda göz xəstəlikləri, xüsusən traxoma geniş yayılmışdı. İnsanları bu bəladan xilas etmək, eləcə də digər aktual problemə - gözün peşə xəstəliklərinə dair fundamental tədqiqatlar aparmaq, onların effektli müalicə metodlarını və profilaktik tədbirləri işləyib-hazırlamaq lazım idi. Məhz belə bir şəraitdə Zərifə Əliyeva elmi istiqamətlərinin ilkin mərhələsini traxomanın müalicəsinə həsr edir. Yorulmaz tədqiqatçı Zərifə Əliyeva bu xəstəliyin daha geniş yayıldığı rayonlara gedərək xəstəlik ocaqlarını aşkarlayır, göz həkimlərinə mühazirələr oxuyur, əhali arasında söhbətlər aparırdı.

Zərifə xanım Əliyeva qısa müddətdə traxoma xəstəliyinin başlanğıc dövründə sintomisinin tətbiqində uğurlu nəticələrə nail oldu. Tədqiqatlarının yekunu olaraq 1959-cu ildə “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə etdi. Onun təklif etdiyi müalicə metodu respublikamızda geniş tətbiq olundu və traxomanın bir xəstəlik kimi aradan qalxmasında mühüm rol oynadı.

Zərifə xanım Əliyeva, eyni zamanda, uşaq evlərində tərbiyə alan kimsəsiz uşaqlar arasında yayılan traxoma xəstəliyinin qarşısını almaqda xüsusi xidmət göstərib. Zərifə xanım traxoma ilə yanaşı, qlaukoma xəstəliyinin öyrənilməsi ilə bağlı bir sıra tədqiqat işləri aparıb. Həmin tədqiqatların nəticələrindən bəhs edən elmi işlərinin mətbuatda dərc olunması klinik göz xəstəliyi sahəsində çalışan həkimlərin biliklərinin genişlənməsinə kömək edib.

Bu fikirləri Milli Məclisin deputatı Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

Millət vəkili qeyd edib ki, Zərifə xanım Əliyeva oftalmologiyanın elmi cəhətdən az araşdırılmış sahəsini - görmə orqanının peşə patologiyasını dərindən tədqiq edib. Bu problemin aktuallığı yalnız kimya və elektronika sənayesinin geniş inkişafı ilə deyil, həm də bir çox yeni kimyəvi birləşmələrin görmə orqanına təsirinin tədqiqi ilə əlaqədar idi. Bu sahənin ilk tədqiqatçısı olan görkəmli oftalmoloq dünyada ilk dəfə olaraq görmə orqanının peşə patologiyasını araşdıran elmi-tədqiqat laboratoriyası yaradıb və elm aləmində yeni bir istiqamətin - peşə oftalmologiyasının əsasını qoyub. Bu sahəyə dair araşdırmalarının ilkin nəticələrini ümumiləşdirərək “Azərbaycanın kimya sənayesi işçilərində görmə orqanının vəziyyəti” mövzusunda doktorluq dissertasiyasını ərsəyə gətirib. 1977-ci ildə bu mövzuda dissertasiyanı uğurla müdafiə edərək tibb elmləri doktoru alimlik dərəcəsini alıb. O, gərgin və məhsuldar elmi fəaliyyətinə görə 1980-ci ildə “Əməkdar elm xadimi” fəxri adına layiq görülüb.

Vüqar Rəhimzadə onu da vurğulayıb ki, doktorluq dissertasiyasını müdafiə etdikdən sonra Zərifə xanım Əliyeva Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Oftalmologiya kafedrasının professoru seçilib,1983-cü ildə isə həmin kafedranın müdiri olub. Bundan sonra onun fəaliyyəti daha da genişlənib. Zərifə xanım Əliyevanın görkəmli alim olaraq elmi maraqları yalnız görmə orqanının peşə patologiyası problemləri ilə məhdudlaşmırdı. Onun görmə orqanının virusla zədələnməsinə həsr olunmuş silsilə işləri də elmi ictimaiyyət arasında ona dərin rəğbət qazandırmışdı. Həmin elmi işlərin tətbiqi bir sıra xəstəliklərin differensial diaqnostikasını yaxşılaşdırmış, onların müalicəvi əhəmiyyətini yüksəltmişdir. Həkim-oftalmoloqlar üçün nəzərdə tutulmuş dərs vəsaitləri məhz bu məsələlərə həsr olunmuşdur. Elmi araşdırmalarının nəticəsində Zərifə Əliyeva bir neçə monoqrafiya, o cümlədən “Şin istehsalında gözün peşə patologiyası”, “Xroniki yod intoksikasiyası ilə bağlı oftalmologiya”, “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası” monoqrafiyalarını çap etdirdi. Görkəmli oftalmoloq alimin bir sıra elmi işləri görmə orqanında bədxasiyyətli şişlərin diaqnostikasına və müalicəsinə həsr olunmuşdur. Zərifə Əliyevanın daktriologiyadan bəhs edən “Göz sulanmasının fiziologiyası”, “Göz sulanmasının müasir cərrahiyə üsulları ilə müalicəsi” monoqrafiyaları təkcə oftalmoloqların deyil, həm də fizioloqların diqqətini cəlb etmişdir. Zərifə xanım Əliyeva fundamental “Terapevtik oftalmologiya” kitabının müəlliflərindən biridir. Bu kitab bu gün də hər bir oftalmoloq üçün stolüstü kitab olaraq qalır. Görkəmli oftalmoloq-alim Zərifə Əliyeva bütövlükdə 150-yə yaxın elmi əsərin, 12 monoqrafiyanın, dərslik və dərs vəsaitlə­ri­nin, 1 ixtiranın, 12 səmərələşdirici təklifin müəllifi və həmmüəl­lifi olmuşdur.

Milli Məclisin deputatı bildirib ki, 1981-ci ildə görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi-tədqiqat işlərinin uğurlu nəticələrinə və oftalmologiyanın inkişafına verdiyi töhfələrə görə Zərifə Əliyevaya keçmiş İttifaqın oftalmologiya sahəsində ən mötəbər mükafatı olan SSRİ Tibb Elmləri Akademiyasının M.İ.Averbax adına mükafatı verilib. Məşhur azərbaycanlı oftalmoloq həmin mükafata layiq görülən ilk qadın alim idi. Zərifə Əliyeva 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilib. Görkəmli alimin əsərləri bu gün də aktuallığını qoruyub saxlayır.

Vüqar Rəhimzadə qeyd edib ki, akademik Zərifə Əliyevanın fəaliyyətinə verilən yüksək dəyər onun layiq görüldüyü mükafatlarda, fəxri adlarda özünün aydın ifadəsini tapır. Keçmiş SSRİ Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, Ümumittifaq “Bilik” Cəmiyyəti İdarə Heyətinin, Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü olan akademik Zərifə Əliyevanın həyat və fəaliyyəti barədə çoxsaylı kitablar nəşr edilib, məqalələr yazılıb.

Millət vəkili qeyd edib ki, Zərifə Əliyeva çoxşaxəli fəaliyyəti dövründə səhiyyədə kadr hazırlığına və həkimlərin ixtisasının təkmilləşdirilməsinə də gərgin əmək sərf etmişdir. Beynəlxalq səviyyəli oftolmoloq-alimin rəhbərliyi altında Azərbaycanda gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdir. Zərifə xanım tələbələrinə zəngin həyat təcrübəsini öyrətmiş, onlara hər zaman diqqət və qayğı ilə yanaşmışdır. Zərifə xanımın həkim kimi fədakarlığı, yüksək vətəndaşlıq məsuliyyəti, səmimiliyi və qayğıkeşliyi, insanlara və onların problemlərinə göstərdiyi diqqət, fəal həyat mövqeyi ona həmkarlarının, yetirmələrinin və xəstələrinin dərin hörmət və rəğbətini qazandırmışdır.

Vüqar Rəhimzadə bu məqamı da xüsusi önə çəkib ki, Zərifə xanım Əliyeva müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı, Ümummilli Liderin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin anasıdır. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, Azərbaycan xanımının mənəvi dəyərlərini özündə təcəssüm etdirən Zərifə xanım bir qadın, bir həyat yoldaşı, bir ana, bir həkim, bir alim, bir ictimai xadim olaraq elə sağlığında əfsanəviləşməyi bacarıb və daşıdığı titulları mərhəmət, şəfqət, humanizm kimi ali hisslərlə bütövləşdirərək ən ali insanlıq zirvəsinə yüksəlib.



VİDEO

SON XƏBƏRLƏR

28.04.2025 / 10:25
Bank kartlarından iki gündə 20 min manatdan çox pul oğurlanıb...

28.04.2025 / 10:20
Malayziya mediası Azərbaycan Prezidentinin Çin səfərindən yazır

28.04.2025 / 10:14
"Azsamand" qəza törətdi, sürücü hadisə yerində öldü

28.04.2025 / 10:10
İlham Əliyev Qlobal Cənub QHT Platformasının təsis konfransının iştirakçılarına müraciət ünvanlayıb

28.04.2025 / 10:07
İnterpoldan Makrona ŞOK! - mühafizə rəisi “Qırmızı bülleten”lə axtarışa verildi

28.04.2025 / 10:00
Bakıda Qlobal Cənub QHT Platformasının təsis konfransı işinə başlayıb

28.04.2025 / 09:50
Bu ölkədə məktəbli bıçaqla 6 nəfəri yaralayıb

28.04.2025 / 09:32
"Liverpul" 20-ci dəfə İngiltərə çempionu oldu!

28.04.2025 / 09:20
Daha 33 ailə Xocalıya köçürüldü

28.04.2025 / 09:14
Əməkdar artist taksü sürücülərini "topa tutdu" - çox aqressivdirlər..

28.04.2025 / 09:10
Bu gün görkəmli oftalmoloq alim Zərifə Əliyevanın doğum günüdür

28.04.2025 / 09:07
Robotlar cərrahları əvəz edəcək - Maskdan PAYLAŞIM

28.04.2025 / 09:00
Bu gün Naxçıvanın bəzi kəndləri qazsız qalacaq

28.04.2025 / 08:22
ABŞ Yəməni bombaladı, 8 nəfər öldü

28.04.2025 / 07:06
"Qarabağ" 12-ci dəfə Azərbaycan çempionu oldu

27.04.2025 / 23:50
İrandan səfirliyimizə hücum edən şəxslə bağlı açıqlama - məhkəmə hökmü icra etməyə hazırdır...

27.04.2025 / 20:45
Səudiyyə və Qətər Suriyanın Dünya Bankına olan borcunu öz üzərinə götürdü

27.04.2025 / 20:30
Qazaxıstan 9 may tədbirlərinə qadağa qoydu

27.04.2025 / 20:14
Azərbaycan cüdoçuları Monteneqroda Avropa çempionatını 5 medalla başa vurdu

27.04.2025 / 20:08
Fransızlar Türkiyəyə “gözdağı” vermək üçün gəldilər: “Əsgərlərini itirdilər”

27.04.2025 / 17:04
Tramp Vatikanda Zelenski ilə görüşdə iştirak etmək istəyən Makronu zaldan qovdu

27.04.2025 / 16:55
Prezident İlham Əliyev Pezeşkiana başsağlığı verdi

27.04.2025 / 15:30
İran-Azərbaycan sərhədində atışma - bir sərhəd pozucusu zərərsizləşdirildi, üçü yaxalandı...

27.04.2025 / 15:01
Azərbaycanın Şimal-Cənub dəhlizinə İranda böyük düşmənçilik zərbəsi vuruldu...

27.04.2025 / 14:23
İslam Kərimovun qızının oğurladığı pulların yarım milyardı Özbəkistana qaytarıldı - qız isə...

27.04.2025 / 13:41
Lavrovu Özbəkistanda dediyinə peşiman etdilər

27.04.2025 / 13:24
Əhməd İsmayılov Astana Media Forumunda Evronyus televiziyasına müsahibə verib..

27.04.2025 / 11:27
Leyla Əliyeva Nepal Prezidenti Ramçandra Paudellə görüşüb - FOTO

27.04.2025 / 10:50
Prezident İlham Əliyev Cənubi Afrika Respublikasının Prezidentini təbrik edib

27.04.2025 / 10:48
Prezident İlham Əliyev Syerra-Leone Respublikasının Prezidentini təbrik edib

27.04.2025 / 10:32
Azərbaycan XİN İrana başsağlığı verdi

27.04.2025 / 10:15
İmaməddin Xəlilov gümüş, Sabir Zeynalov bürünc medal qazanıb

26.04.2025 / 20:30
Ədalət Partiyasındakı qalmaqalda adı hallanan Meydan Babayev və Mütəllim Rəhimli kimdir?

26.04.2025 / 19:30
Şərurlu İsfəndiyarın deputatlar və alimlərlə döyüşü... - VİDEO

26.04.2025 / 18:55
Kliçko Trampın təzyiqi ilə Zelenskinin ərazi güzəştinə gedə biləcəyini açıqladı – Ukrayna xalqı bunu qəbul etməyəcək

26.04.2025 / 18:12
Ukrayna Kurskda Putinin qələbəsini təkzib edir - vəziyyət ağırdır, ancaq döyüşlər davam edir…

26.04.2025 / 17:38
ATƏT-in baş katibi Minsk Qrupu barədə hələlik konkret söz demədi...

26.04.2025 / 17:26
Gerasimov Putinə raport verdi - Kursk Ukrayna ordusundan tamamilə geri alındı…

26.04.2025 / 17:10
Həccə maraq azalır, kvota dolmur, qiymət isə 6 min dollara qalxır - bunu necə başa düşək...

26.04.2025 / 16:47
Avropa İttifaqı Azərbaycanla yarımçıq buraxdığı prosesi yenidən başlayır...

26.04.2025 / 16:14
İri bankların "pensiya monopoliyasına" son qoyulur...

26.04.2025 / 15:22
İranın Bəndər Abbas limanında güclü partlayış – 300-ə yaxın yaralı var...

26.04.2025 / 15:08
Hindistanla Pakistan arasında toqquşmalar başladı...

26.04.2025 / 14:34
Vüqar Rəhimzadə Culfada seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

26.04.2025 / 14:21
Qondarma “erməni soyqırımı” “qurbanlarının” sayını 3 milyona çatdırmaq istəyirlər

26.04.2025 / 14:05
Fransalı deputat Bakıda mühakimə olunan caniləri siyasi məhbus adlandırdı

26.04.2025 / 13:21
Prezident İlham Əliyev: "Xarici siyasət prioritetlərimiz sırasında Çin xüsusi yer tutur"

26.04.2025 / 13:20
"Azərbaycan ilə Çinin bərpaolunan enerji resursları ilə bağlı ikitərəfli əlaqələr istiqamətində işləmək üçün həqiqətən də nadir fürsəti var" - Prezident

26.04.2025 / 13:12
Prezident İlham Əliyev: "Azərbaycandan daha çox sayda tələbənin Çinə gəlməsi üçün böyük imkan var"

26.04.2025 / 13:06
"Azərbaycan və Çin bir-birinin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir" - Prezident

26.04.2025 / 13:04
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə zəng edib

26.04.2025 / 12:57
Prezident İlham Əliyev Pekində Çinin CGTN telekanalına müsahibə verib - FOTO/YENİLƏNDİ

26.04.2025 / 12:25
BAMF Kanadanın Baş nazirinin qərəzli fikirləri ilə bağlı bəyanat yayımladı

26.04.2025 / 12:22
Kuklaçıların Ankara səfəri uğurla başa çatdı

26.04.2025 / 11:03
Beynəlxalq Məhkəmə Vardanyan və 15 erməni əsilli şəxslə bağlı Ermənistanın iddialarını rədd etdi...

26.04.2025 / 10:15
Bir gündə bank kartlarından 20 min manatdan çox pul oğurlanıb

26.04.2025 / 10:06
Serenay Sarıkayanın yeni serialı bu tarixdə yayımlanacaq

26.04.2025 / 10:00
Ağdaşda "Opel" və VAZ toqquşub, bir nəfər ölüb

26.04.2025 / 09:31
“Beşiktaş” darmadağınla üçüncü pilləyə yüksəldi

26.04.2025 / 09:25
Deputat Rövşən Muradovun kombilərə qarşı kampaniyası uğursuz başladı - dəstəkləyən yoxdur....

26.04.2025 / 09:16
Orbandan Ukrayna AÇIQLAMASI: - "bu, yaxın gələcəkdə baş verməyəcək"

26.04.2025 / 09:09
Ərəbistan nəşri İlham Əliyevin Çin səfərindən yazdı

26.04.2025 / 08:43
"Azparkinq"in fəaliyyətindən narazılıqlar böyüyür...

26.04.2025 / 00:21
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək

25.04.2025 / 23:37
İsfəndiyar Axundov alimlərə qarşı danışanda deputatlar, deputatlar barədə danışanda isə alimlər dillənir... Niyə?..

25.04.2025 / 23:34
Əkrəm İmamoğlu həbsxanadan “bayraq çağırışı”etdi

25.04.2025 / 21:27
Ermənistan 8 dekabr 2023-cü il sazişi ilə rəsmən Avropadan idarə olunur...

25.04.2025 / 21:11
Gah deyir "genosid"i Stalin uydurub, gah da özü saxta genosid sərgisinə gedir - Paşinyan nə istəyir...

25.04.2025 / 21:05
Zərərçəkmiş şəxs: "Ermənistan ordusu yaşayış məntəqələrini atəşə tutur, kəndlərə hücum edir, insanları öldürür, girov götürür, onlara işgəncə verirdilər" - MƏHKƏMƏ +FOTO

25.04.2025 / 20:56
18-ci əsrdə erməni pul sikkələri? - Bu qədər yalan?

25.04.2025 / 20:44
Tramp:-“Rusiya bütün Ukraynanı ələ keçirməməklə “böyük güzəştə gedib”

25.04.2025 / 20:42
Avropa İttifaqı Azərbaycana münasibətdə səhvlərini düzəldir...

25.04.2025 / 20:32
Türk dövlətləri pavilyonlarının açılış mərasimi keçirilib

25.04.2025 / 20:27
Fransa və Ermənistan Cənubi Qafqazda 2 müharibə variantının ortasındadır...

25.04.2025 / 20:14
AYNA taksi sürücülərinə öyrətmir ki, uzaq məsafələrə də sürmək lazımdır?...

25.04.2025 / 20:00
Məxfi Çin-Avropa danışıqları gedir, Azərbaycan xüsusi rol oynaya bilər...

25.04.2025 / 19:54
Ədalət Partiyasında "veto" qalmaqalı...

25.04.2025 / 19:47
Oljas Süleymenov Azərbaycana mesaj göndərdi - “gec tez Turan olacaq”...

25.04.2025 / 19:41
“Minsk qrupunu saxlamağın heç bir məntiqi yoxdur” - Ceyhun Bayramov

25.04.2025 / 19:34
Tramp ermənilərin "genosid gözləntisinə" od qoydu...

25.04.2025 / 19:22
Mətbuat Şurasında “Olaylar” qəzetinin 30 illiyi qeyd edilib - FOTO

Regional infrastrukturların əsas hədəfi məşğulluğu gücləndirməkdir...

XƏBƏR ARXİVİ

Aprel
B.eÇ.aÇC.aCŞB
311234567891011121314151617181920212223242526272829301234567891011