Cümə axşamı günü, 24 aprel 2025
     

Sülh sazişi ilə eyni vaxtda Minsk Qrupundan imtina? - İrəvanın yeni pozuculuğu...

Image

Arzuxan Əlizadə: "Ermənistan kimdir ki, bizim ərazi bütövlüyümüzə zəmanət versin, sadəcə biz rəsmi sənədlərdəki iddiaları aradan qaldırmağı tələb edirik"

Antalyada keçirilən Diplomatik Forum çərçivəsində jurnalistlərə açıqlama verən Ermənistan XİN rəhbəri Ararat Mirzoyan Azərbaycanın sülh sazişi çərçivəsində ATƏT-in Minsk qrupunun buraxılması şərtini şərh edərkən bəyan edib ki, əgər münaqişə yoxdursa, “Minsk qrupuna da ehtiyac yoxdur”.

Nazir qeyd edib ki, İrəvan eyni gündə Azərbaycanla sülh sazişi və Minsk qrupunun buraxılması ilə bağlı sənəd imzalamaq istəyir. Azərbaycanın ərazi bütövlüyünə təminat şərti kimi Ermənistanda konstitusiya dəyişikliyi tələbinə cavab verən Mirzoyan bildirib ki, artıq kifayət qədər təminatlar mövcuddur. O əlavə edib ki, Azərbaycanın ərazi bütövlüyünün tanınması qarşıdan gələn sülh sazişinə daxil ediləcək. Mirzoyan onu da qeyd edib ki, saziş imzalandıqdan sonra Ermənistan artıq Aİ-nin monitorinq missiyasının olmasını da tələb etməyəcək.

Qeyd edək ki, Ermənistan beynəlxalq məhkəmələrdə qarşılıqlı iddiaların geri götürülməsini də sülh sazişinin imzalanmasından sonraya saxlamağa razılaşıb.

Sizcə, Ermənistan nəyə görə sonradan razılaşdığı bütün məsələlərin icrasını sülh sazişindən sonraya saxlayır?

Baki-xeber.com saytının sualını cavablandıran AMİP sədri, deputat Arzuxan Əlizadə bildirdi ki, Antaliya Diplomatik Forumunda Ermənistan xarici işlər nazirnin jurnalistlərə verdiyi cavablar növbəti erməni riyakarlığından başqa bir şey deyil, bunun başqa adı yoxdur: "Ermənistan sülh sazişinin imzalanması prosesində Azərbaycan tərəfinin haqlı - həm haqqi-ədalətə, həm də beynəlxalq hüquqa söykənən tələblərini yerinə yetirmək öhdəliyindən yan keçmək, hansısa formada beynəlxalq ictimaiyyət çaşdırmaq, guya Azərbaycanı aldadaraq razı salmaq istəyir ki, tələblər yerinə yetirilmədən sülh müqaviləsinin imzalanmasına nail ola bilsin. Ona görə də Ermənistan tərəfi sülh müqaviləsinin imzalanması ilə paralel digər şərtlərin də yerinə yetiriləcəyi barədə vədlər verir. Bu gülünc mövqedir və heç bir halda qəbuledilən deyil.

"Azərbaycanın ərazi bütövlüyünə Ermənistanın təminatı var" fikri də normal siyasi və diplomatik məntiqlə izah edilən məsələ deyil. Azərbaycan torpaqlarını 30 il ərzində işğal altında saxlayan bir dövlətə hec vaxt etibar etmək olmaz. Konstitusiyasında Azərbaycan, gerbində Turkiyə ərazisinə iddia ifadə edilən qondarma, işğalçı, revanşist hisslərlə yaşayan, bunu özünün dövlət kredosuna çevirən bir dövlətin xarici işlər nazirinin dediyi fikirlər havaya atılmış bir gülləyə bənzəyir. Bunu biz heç vaxt qəbul edə bilmərik. Ermənistan kimdir ki, bizim ərazi bütövlüyümüzə zəmanət versin, sadəcə biz rəsmi sənədlərdəki iddiaları aradan qaldırmağı tələb edirik. Azərbaycan öz gücünə ərazi bütövlüyünü təmin etməyə və qorumağa qadirdir. Azərbaycan Ermənistan deyil ki, sərhədini 5-6 dövlət qorusun.

Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamaq istəyirsə, Azərbaycana qarşı ərazi iddialarından konstitusion müstəvidə geri çəkilməlidir. Ermənistan konstitusiyasına müvafiq dəyisikliklər etməlidir, ATƏT-in Minsk qrupunun buraxılmasını rəsmən bəyan etməlidir, bunlarsız hec cür sülh müqaviləsi bağlana bilməz.

Əslində yerinə yetirilməsi çox vacib olan digər şərtlər də var ki, bunlarla bağlı biz müəyyən güzəştlərə gedirik. Amma bu o demək deyil ki, biz ermənilərin nazı ilə oynayıb, digər güzəştlərə də gedə bilərik - bu heç bir halda mümkün deyil.

Zəngəzur dəhlizi və digər kommunikasiya xətlərinin açılması ilə bağlı öhdəliklərini Ermənistan hələ də yerinə yetirməyib. Bu gün Azərbaycanın Qazax rayonunun 3, Naxçıvanın Kərki kəndi hələ də erməni işğalı altındadır.

Ermənistan demarkasiya və delimitasiya prosesi ilə bağlı da qeyri-konstruktiv mövqe nümayiş etdirməklə məşğuldur.

Ermənistan revanşist addımlar atmaqla faktiki olaraq yenidən öldürücü hücum silahları ilə sürətlə silahlanır. Belə olan halda Ermənistana necə güvənmək olar? Ermənistanla hansı etimad mühiti formalaşıb ki, biz onlara nədəsə güzəştə gedək? Heç bir halda mümkun olan məsələ deyil. Bir daha təkrar edirəm, bu növbəti erməni riyakarlığıdır. Ermənistan rəsmiləri, sadəcə olaraq, bu cür açıqlamalar verməklə beynəlxalq ictimaiyyəti çaşdırmağa çalışırlar. Nümayiş etdirmək istəyirlər ki, guya ermənilər sülh müqaviləsini bağlamağa hazırdırlar, Azərbaycan isə buna əngəl törədir, bunu yubadır və ya vaxt uzadır. Təbii ki, Azərbaycanın konkret olaraq tələbləri var. Bu tələblər yerinə yetrilməyənə qədər sülh müqaviləsinin imzalanmasından söhbət gedə bilməz. Bu gün sülh müqaviləsinin imzalanması bizdən daha çox Ermənistana lazımdır. Bu baxımdan sülh sazişinin imzalanmasını uzatmaq və ya başqa fikirləri varsa, bizim dəmir yumruğumuz yerindədir. Əgər ermənilərin ağlu yenə yerindən oynayıbsa, Azərbaycan onları bir daha ağıllandırmaq qüdrətinə malikdir".

Dəniz NƏSİRLİ



VİDEO

SON XƏBƏRLƏR

24.04.2025 / 12:10
Çin Cənubi Qafqazda mühüm oyunçuya çevrilir

24.04.2025 / 12:00
Dünyanın tanınmış səyyahları Qarabağda

24.04.2025 / 11:21
Prezident İlham Əliyev Pekində Çinin CGTN telekanalına müsahibə verib

24.04.2025 / 11:21
Bu təşkilatın Zirvə Görüşü Xankəndidə keçiriləcək

24.04.2025 / 11:18
“Aqrar sahədə güzəşt tətbiq ediləcək texnikaların Siyahısı” genişləndirilib

24.04.2025 / 11:10
"Bu, təxribatdır" - Paşinyan Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasına reaksiya verdi

24.04.2025 / 11:03
Bank kartlarından oğurluq davam edir - bir gündə 20332 manat oğurlanıb...

24.04.2025 / 10:31
İrəvanda keçirilən məşəl yürüşündə Azərbaycan və Türkiyə bayraqları yandırıldı

24.04.2025 / 10:26
Bu uşaqlar peyvənd olunacaq - nazir əmr imzaladı

24.04.2025 / 10:22
Məşhur aktrisanın atası həbs edildi - keçmiş arvadını döydüyü üçün...

24.04.2025 / 10:12
Qəzzada bir gündə 45 sakin ölüb - “Al Jazeera” telekanalı

24.04.2025 / 10:06
Rusiyadan Kiyevə dron hücumu - ölən və yaralananlar var

24.04.2025 / 10:00
Mədət Quliyev Federasiya prezidentliyindən istefa verib

24.04.2025 / 09:30
"Bu növbəti dezinformasiyadır" - Müdafiə Nazirliyi məlumat yaydı

24.04.2025 / 09:22
Mirzoyan Ermənistanda qadınlara qarşı ayrı-seçkilik olduğunu etiraf edir, Aİ isə susur

24.04.2025 / 09:19
Azərbaycana avtomobil axını inanılmaz sürətlə artır - ölkə tıxaclardan "dağılacaq"...

24.04.2025 / 09:18
Bu gün Xırdalanın bir hissəsi qazsız qalacaq - XƏBƏRDARLIQ

24.04.2025 / 09:16
Qobustan sakini araqdan ölüb...

24.04.2025 / 09:12
Fransa Afrika qitəsindən qovulur, Türkiyə təsirini artırır

24.04.2025 / 09:06
"Milan" İtaliya Kubokunun finalında

24.04.2025 / 09:00
Prezident İlham Əliyev Pekində “China Energy Engineering Corporation Limited” şirkətinin sədri ilə görüşüb

24.04.2025 / 08:53
Almaniya polisi elan etdi - 575 nəfər “təhlükəli şəxs” kimi qeydə alınıb

24.04.2025 / 08:37
Dövlət xəstəxanalarında əsassız ödənişlər, əmlakın özəl sektora şübhəli icarəsi və sair - deputatdan ifşa, ekspertdən dəstək...

23.04.2025 / 23:34
Tramp Krım məsələsində israr edən Zelenskiyə sərt xəbərdarlıq etdi - ölkəni itirə bilərsən...

23.04.2025 / 23:07
Kiyev ABŞ-ın təklifini rədd etdi və yeni şərt irəli sürdü - Londonda sülh danışıqları pozuldu...

23.04.2025 / 22:55
Ermənilərin qapıdan qovduğu Zatulin yenə ermənilərə yalmandı

23.04.2025 / 22:45
Bakıda mühakimə olunan Babayan Xocalı genosidi barədə həyasız yalan yaydı...

23.04.2025 / 22:38
Rusiyalı diplomat qondarma “erməni soyqırımı”na həsr olunmuş sərgidə göz yaşı axıtdı

23.04.2025 / 22:11
Ədliyyə Nazirliyində qalmaqal və həbs - cəmi bir il əvvəl yüksək vəzifəyə qoyulmuşdu...

23.04.2025 / 21:24
Himnimizin müəllifi ilə bağlı söz-söhbətlər baş alıb gedir - Əhməd Cavadçıların səsi çıxacaqmı?...

23.04.2025 / 21:22
Rusiya Ukraynaya qarşı Qazaxıstandan döyüşcü cəlb etməyə çalışır

23.04.2025 / 21:10
Rusiya rəsmiləri Ermənistanın Avropa siyasətinə qarşı boş sözlərdən başqa hələlik heç nə edə bilmir - Qruşko da bu qəbildən...

23.04.2025 / 20:56
Bakı ilə Pekin arasında ən qısa dəmiryolu "Ələtdən keçir"...

23.04.2025 / 20:41
Məşhur biznesmenə zərbələr dalbadal gəlir - bir kəlmə sözün qurbanlığı, ya qanunsuz biznesin bədəli...

23.04.2025 / 20:26
Putin Ukraynada əsasən mülki hədəflərin vurulduğunu bilmədən etiraf etdi...

23.04.2025 / 20:16
Əli Əsədovla Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz arasında telefon danışığı olub

23.04.2025 / 20:12
Azərbaycanla Çin Orta Dəhlizi Ermənistansız da yüksək səviyyədə işlədir...

23.04.2025 / 19:58
"Konstitusiya referendumunun hər 2 nəticəsi Ermənistana fəlakət gətirəcək" - İrəvanda yeni ideya...

23.04.2025 / 19:45
Çinin özündən sonra 2-ci ölkə Azərbaycandır - “Kəmər və yol”un klassik tərifini İlham Əliyev verdi...

23.04.2025 / 19:31
Paşinyan “genosidlə” bağlı diplomatik korpusa xüsusi tapşırıq verib...

23.04.2025 / 19:17
Vətənpərvərlik təbliğində azərbaycançılıq ideyası müstəsna önəmə malikdir

23.04.2025 / 19:10
100 il əvvəl Dağıstanda Azərbaycan dili ilə bağlı qərar verilib...

23.04.2025 / 18:58
“Azərbaycan-Çin əlaqələrinin sürətli inkişafı ABŞ-ı narahat edə bilər” deyənlərin qorxusu...

23.04.2025 / 18:44
Hələlik 4 milyard dollara yaxın - Azərbaycanın bu ölkə ilə hələ reallaşmamış potensialları var...

23.04.2025 / 18:30
Macarıstan Avropa İttifaqından çıxarıla bilər... Səbəblərə inanmayacaqsınız...

23.04.2025 / 18:22
Əfv Komissiyasının iclası keçirildi, 100-dən çox müraciətə baxıldı

23.04.2025 / 18:20
Tariximizi dünyaya tanıdan alim

23.04.2025 / 18:17
Axı bu kinodu - VİDEO

23.04.2025 / 18:14
BVF Azərbaycanla bağlı bu bədbin proqnozu haradan çıxarıb...

23.04.2025 / 18:10
Azərbaycan-Çin münasibətləri: Sülhə, sabitliyə və inkişafa töhfə verən nümunəvi əməkdaşlıq modeli

23.04.2025 / 18:03
Bakıda Beynəlxalq Türk Akademiyası tərəfindən nəşr olunan “Abay” kitabının təqdimatı olub

23.04.2025 / 17:59
ABŞ-da erməni lobbisinin "parlaq simaları" bir-bir “dənlənir” - Amerika bu lobbidən yorulub...

23.04.2025 / 17:46
Tarix-mədəniyyət abidələrini özəl sektor bərpa etsə nələr olar? - Sahibə Qafarovanın Səyyad Arana kəskin etirazının mahiyyəti...

23.04.2025 / 17:33
Yəmən atdığı raketi milyonlarla israillini yuxudan elədi

23.04.2025 / 17:31
Fələstinlilər səssizcə Qəzzanı tərk edirlər – Belə getsə Trampın “Yaxın Şərq Rivierası gerçəkləşəcək

23.04.2025 / 17:28
Ermənistanda Avroittifaq missiyasından Azərbaycana ilk birbaşa “atəşkəsi pozma ittihamı”...

23.04.2025 / 17:15
Çayçılıqda tənəzzül təbii prosesdir, ya çay idxalı - monopolistlərin süni əngəlləri...

23.04.2025 / 17:02
Əhməd Cavadın nəvəsi himnimiz barədə iddialara cavab verdi...

23.04.2025 / 16:33
Qırğızıstan “Rusiya Evi”nin əməkdaşını və digər üç nəfəri həbs etdi

23.04.2025 / 16:32
Putinlə bağlı daha bir iddia - hər kəsdən gizlədiyi iki oğlu ortaya çıxdı...

23.04.2025 / 16:19
Vətənin Kənan oğlu...

23.04.2025 / 16:04
ABŞ - da azərbaycanlılar ermənilərə qarşı 500 milyon dollarıq iddia qaldırdı....

23.04.2025 / 15:25
Kombi sistemləri ləğv edilsin, MTK-ların əlindən idarəçilik alınsın – deputatdan təklif...

23.04.2025 / 15:15
İstanbulda ard-arda bir neçə şiddətli zəlzələ oldu

23.04.2025 / 15:09
ABŞ Rusiya və Ukraynanın sülh təkliflərilə razılaşmağa çağırdı - əks halda...

23.04.2025 / 15:02
Mehriban Əliyevanın “Instagram” səhifəsində Çinə səfərdən görüntülər paylaşılıb - FOTO

23.04.2025 / 14:46
Mərkəzi Bank neftin builki qiyməti ilə bağlı proqnozunu açıqladı

23.04.2025 / 14:31
Sumqayıt və Sabirabadda dəmir yollarından oğurluq edən şəxslər saxlandı

23.04.2025 / 14:15
Mərkəzləşdirilmiş istilik təchizatı sistemləri məcburi hala gətirilir, çoxmənzilli binalar vahid mənbədən istilik enerjisi ilə təchiz ediləcək

23.04.2025 / 14:01
Maşın bazarı "tarixə qovuşur" - alıcılar daha ucuz variant tapıblar...

23.04.2025 / 13:39
Lənkərançayda brokonyerlik edənlər saxlandı

23.04.2025 / 13:23
AMB sədri inflyasiyaya təsir edəcək amilləri açıqladı

23.04.2025 / 13:12
Prezident İlham Əliyev Ümumçin Xalq Nümayəndələri Yığıncağının Daimi Komitəsinin Sədri ilə görüşüb - FOTO/YENİLƏNDİ

23.04.2025 / 13:08
Путин удивил весь мир, своим предложением - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

23.04.2025 / 12:45
Prezident İlham Əliyev Pekində Xalq Qəhrəmanları Abidəsini ziyarət edib - FOTO/YENİLƏNDİ

23.04.2025 / 12:44
III MDB Oyunlarının keçiriləcəyi yerlər açıqlanıb

23.04.2025 / 12:37
Prezident İlham Əliyev Çin Dövlət Şurasının Baş naziri ilə görüşüb - FOTO

23.04.2025 / 12:19
Şərurda həmkəndlisini qəsdən öldürməkdə şübhəli bilinən şəxs tutuldu - BİRGƏ MƏLUMAT

23.04.2025 / 12:16
Çinin Sədri Si Cinpinin adından Prezident İlham Əliyevin şərəfinə rəsmi ziyafət verilib

23.04.2025 / 12:05
ABŞ senatorları Rümeysu Öztürkün və Mahmud Xəlilin azadlığa buraxılmasını tələb etdilər

23.04.2025 / 12:00
Vilayət Eyvazov Tovuzda vətəndaşların müraciətlərini dinləyəcək

Vətənpərvərlik təbliğində azərbaycançılıq ideyası müstəsna önəmə malikdir

XƏBƏR ARXİVİ

Aprel
B.eÇ.aÇC.aCŞB
311234567891011121314151617181920212223242526272829301234567891011