Bazar günü, 27 aprel 2025
     

Fikir azadlığına Qərbin qərəzli münasibəti davam edir - Prezident sərt danışdı...

Image

Müasir demokratik cəmiyyətlərin təməlini insan hüquqları və azadlıqları təşkil edir. Bu hüquqlar arasında ən mühüm olanlardan biri də fikir, söz və məlumat azadlığıdır. İnsanların öz fikirlərini sərbəst ifadə edə bilməsi, azad şəkildə informasiya əldə etməsi və müxtəlif düşüncələrin bir arada mövcud olması sağlam və inkişaf etmiş bir ictimaiyyətin əsas göstəricisidir.

Fikir azadlığı insanların daxili inanclarını sərbəst şəkildə formalaşdırmaq və bu fikirləri cəmiyyətə çatdırmaq hüququnu təmin edir. Bu hüquq həm fərdi inkişaf, həm də cəmiyyətin tərəqqisi üçün olduqca vacibdir. İnsanlar müxtəlif mövzularda sərbəst düşünə və bu fikirlərini paylaşa bildikdə, ictimai müzakirələr canlanır, problemlərin həlli yolları daha çox müzakirə olunur və nəticədə daha effektiv qərarlar qəbul edilir.

Bu gün Azərbaycanda fikir, söz və məlumat azadlığı, plüralizm inkişaf edir

Azərbaycanda azad medianın, insan hüquq və azadlıqlarının müdafiəsi demokratik mexanizmlərinin mövcudluğunun əsas şərtlərindən biri kimi qəbul edilir. Bu gün Azərbaycanda fikir, söz və məlumat azadlığı, plüralizm inkişaf edir. Ölkə söz azadlığının qorunduğu, mətbuat azadlığı prinsipinə hörmətlə yanaşılan ölkələrdən hesab edilir. Kütləvi İnformasiya Vasitələri - qəzetlər, jurnallar, televiziya və radiolar, informasiya agentlikləri və informasiyanın müntəzəm formada yayıldığı digər vasitələr cəmiyyətin inkişafına ciddi təsir göstərən, onun vəziyyətini və mahiyyətini müəyyənləşdirən siyasi sistemin tərkib hissəsidir. Fikir, söz və məlumat azadlığının inkişafı təkcə hüquqi təminatlarla məhdudlaşmamalıdır. Bu sahədə davamlı maarifləndirmə, media savadlılığının artırılması, təhsil sistemində tənqidi düşüncənin təşviqi də önəmlidir. Eyni zamanda, hökumətlərin və ictimai institutların vəzifəsi təkcə bu azadlıqları qorumaq deyil, onların inkişafı üçün münbit mühit yaratmaqdır. İnternetin və sosial medianın geniş yayılması ilə söz azadlığının sərhədləri daha da genişlənmişdir, lakin bu azadlığın məsuliyyətlə istifadəsi də ön plana çıxmışdır. Nəticə etibarilə, fikir, söz və məlumat azadlığı, plüralizmlə birlikdə cəmiyyətin demokratikləşməsi, fərdi hüquqların qorunması və ictimai rifahın artırılması üçün əsas şərtlərdən biridir. Bu dəyərlərin qorunması və inkişaf etdirilməsi yalnız dövlətin deyil, hər bir vətəndaşın üzərinə düşən ortaq məsuliyyətdir.

Heç bir senzura yoxdur, azad internet, yüzlərlə media orqanı fəaliyyət göstərir

Ötən il Prezidenti İlham Əliyev Almaniya Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransı keçirən zaman xarici jurnalistlərdən birinin Azərbaycanda mövcud olan mətbuat azadlığı ilə bağlı sualını konkret arqumentlərlə belə cavablandırıb: “Azərbaycanda media azadlığı təmin edilir. Azərbaycanda heç bir senzura yoxdur, azad internet, yüzlərlə media orqanı fəaliyyət göstərir. Ona görə Azərbaycanı medianın inkişafını guya əngəlləmək istiqamətində atılmış addımları ilə tənqid etmək ədalətsiz olardı. Əgər internet azaddırsa, hansı məhdudiyyətdən söhbət gedə bilər? Fərdi məsələlərə, hadisələrə gəldikdə isə təbii ki, hüquq-mühafizə orqanları bütün məsələləri araşdırırlar. Bir müddət bundan əvvəl xaricdən qanunsuz maliyyələşən bəzi media orqanlarının nümayəndələri istintaq orqanları tərəfindən saxlanılıb. Bu da Azərbaycan qanunvericiliyinə tam uyğun şəkildə aparılıb. İstənilən ölkə öz qanunlarını müdafiə etməlidir. Əgər xaricdən qanunsuz vəsait alan hansısa media nümayəndəsi istintaqa cəlb edilibsə, o demək deyil ki, bizdə media azad deyil. Sadəcə olaraq, hər kəs qanun çərçivəsində fəaliyyət göstərməlidir. Biz istənilən ölkə kimi öz media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq və hər kəs qanunlara əməl etməlidir. Bir sözlə, demək istərdim ki, Azərbaycanda azad cəmiyyət var, insanlar tam azad və sərbəst şəkildə yaşayırlar, qururlar, yaradırlar, o cümlədən media nümayəndələri də”.

Bu məsələdə Prezident Əliyevlə razılaşmamaq mümkün deyil

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən media eksperti Yadigar Məmmədli hesab edir ki, zaman-zaman müxtəlif xarici dairələr Azərbaycanda mətbuat azadlığının olmaması görüntüsünü yaratmağa cəhd ediblər: “Sistemli şəkildə Azərbaycana qarşı qaralama kampaniyası aparılır. Hər vasitə ilə elə rəy yaratmağa çalışırlar ki, guya Azərbaycanda media azad deyil. Cənab Prezident bir sıra xarici səfərlərində tutarlı arqumentlərlə bəyan edib ki, Azərbaycanda mətbuat azadlığı üçün hansısa maneə yoxdur. Müəyyən xarici jurnalistlər bununla bağlı təxribatçı xarakterli suallar verirlər. Lakin fakt odur ki, Azərbaycanda media azadlığı təmin edilir. Doğurdan da bu məsələdə Prezident Əliyevlə razılaşmamaq mümkün deyil. Çünki hər şey ortadadır. Ölkəmizdə kim istəyir öz fikrini azad şəkildə ifadə edə bilir. Bu gün əhali ən çox sosial media resurslarından informasiya əldə edir. Kim istəyir bu resurslardan istifadə edir, öz fikrini azad şəkildə ifadə edir. Ona görə də Azərbaycanı mətbuat azadlığına görə tənqid etmək, iddia etmək ki, guya ölkədə media azad deyil, bu, doğru deyil. Nəzərə almaq lazımdır ki, mətbuat azadlığı geniş bir anlayışdır və içində bir sıra komponentlər var. Mətbuatın azad yazması, onu azad şəkildə yayması, tirajlaması onu göstərir ki, bizdə söz azadlığının olmaması barədə deyilənlər həqiqəti əks etdirmir. Azərbaycan internetə əlçatanlıq baxımından bir sıra ölkələrdən öndədir. Belə olan halda hansı məhdudiyyətlərdən söhbət gedə bilər? İstənilən Azərbaycan vətəndaşı sərbəst şəkildə sosial şəbəkədə fikirlərini ifadə edə bilir. Bu da medianın bir sahəsidir. Bu baxımdan Azərbaycanda mətbuat azadlığının olmaması barədə deyilənlər həqiqəti əks etdirmir”.

Vidadi ORDAHALLI
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.




DİGƏR XƏBƏRLƏR

VİDEO

SON XƏBƏRLƏR

26.04.2025 / 20:30
Ədalət Partiyasındakı qalmaqalda adı hallanan Meydan Babayev və Mütəllim Rəhimli kimdir?

26.04.2025 / 19:30
Şərurlu İsfəndiyarın deputatlar və alimlərlə döyüşü... - VİDEO

26.04.2025 / 18:55
Kliçko Trampın təzyiqi ilə Zelenskinin ərazi güzəştinə gedə biləcəyini açıqladı – Ukrayna xalqı bunu qəbul etməyəcək

26.04.2025 / 18:12
Ukrayna Kurskda Putinin qələbəsini təkzib edir - vəziyyət ağırdır, ancaq döyüşlər davam edir…

26.04.2025 / 17:38
ATƏT-in baş katibi Minsk Qrupu barədə hələlik konkret söz demədi...

26.04.2025 / 17:26
Gerasimov Putinə raport verdi - Kursk Ukrayna ordusundan tamamilə geri alındı…

26.04.2025 / 17:10
Həccə maraq azalır, kvota dolmur, qiymət isə 6 min dollara qalxır - bunu necə başa düşək...

26.04.2025 / 16:47
Avropa İttifaqı Azərbaycanla yarımçıq buraxdığı prosesi yenidən başlayır...

26.04.2025 / 16:14
İri bankların "pensiya monopoliyasına" son qoyulur...

26.04.2025 / 15:22
İranın Bəndər Abbas limanında güclü partlayış – 300-ə yaxın yaralı var...

26.04.2025 / 15:08
Hindistanla Pakistan arasında toqquşmalar başladı...

26.04.2025 / 14:34
Vüqar Rəhimzadə Culfada seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

26.04.2025 / 14:21
Qondarma “erməni soyqırımı” “qurbanlarının” sayını 3 milyona çatdırmaq istəyirlər

26.04.2025 / 14:05
Fransalı deputat Bakıda mühakimə olunan caniləri siyasi məhbus adlandırdı

26.04.2025 / 13:21
Prezident İlham Əliyev: "Xarici siyasət prioritetlərimiz sırasında Çin xüsusi yer tutur"

26.04.2025 / 13:20
"Azərbaycan ilə Çinin bərpaolunan enerji resursları ilə bağlı ikitərəfli əlaqələr istiqamətində işləmək üçün həqiqətən də nadir fürsəti var" - Prezident

26.04.2025 / 13:12
Prezident İlham Əliyev: "Azərbaycandan daha çox sayda tələbənin Çinə gəlməsi üçün böyük imkan var"

26.04.2025 / 13:06
"Azərbaycan və Çin bir-birinin suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir" - Prezident

26.04.2025 / 13:04
Şavkat Mirziyoyev Prezident İlham Əliyevə zəng edib

26.04.2025 / 12:57
Prezident İlham Əliyev Pekində Çinin CGTN telekanalına müsahibə verib - FOTO/YENİLƏNDİ

26.04.2025 / 12:25
BAMF Kanadanın Baş nazirinin qərəzli fikirləri ilə bağlı bəyanat yayımladı

26.04.2025 / 12:22
Kuklaçıların Ankara səfəri uğurla başa çatdı

26.04.2025 / 11:03
Beynəlxalq Məhkəmə Vardanyan və 15 erməni əsilli şəxslə bağlı Ermənistanın iddialarını rədd etdi...

26.04.2025 / 10:15
Bir gündə bank kartlarından 20 min manatdan çox pul oğurlanıb

26.04.2025 / 10:06
Serenay Sarıkayanın yeni serialı bu tarixdə yayımlanacaq

26.04.2025 / 10:00
Ağdaşda "Opel" və VAZ toqquşub, bir nəfər ölüb

26.04.2025 / 09:31
“Beşiktaş” darmadağınla üçüncü pilləyə yüksəldi

26.04.2025 / 09:25
Deputat Rövşən Muradovun kombilərə qarşı kampaniyası uğursuz başladı - dəstəkləyən yoxdur....

26.04.2025 / 09:16
Orbandan Ukrayna AÇIQLAMASI: - "bu, yaxın gələcəkdə baş verməyəcək"

26.04.2025 / 09:09
Ərəbistan nəşri İlham Əliyevin Çin səfərindən yazdı

26.04.2025 / 08:43
"Azparkinq"in fəaliyyətindən narazılıqlar böyüyür...

26.04.2025 / 00:21
Ərdoğan gələn ay Azərbaycana səfər edəcək

25.04.2025 / 23:37
İsfəndiyar Axundov alimlərə qarşı danışanda deputatlar, deputatlar barədə danışanda isə alimlər dillənir... Niyə?..

25.04.2025 / 23:34
Əkrəm İmamoğlu həbsxanadan “bayraq çağırışı”etdi

25.04.2025 / 21:27
Ermənistan 8 dekabr 2023-cü il sazişi ilə rəsmən Avropadan idarə olunur...

25.04.2025 / 21:11
Gah deyir "genosid"i Stalin uydurub, gah da özü saxta genosid sərgisinə gedir - Paşinyan nə istəyir...

25.04.2025 / 21:05
Zərərçəkmiş şəxs: "Ermənistan ordusu yaşayış məntəqələrini atəşə tutur, kəndlərə hücum edir, insanları öldürür, girov götürür, onlara işgəncə verirdilər" - MƏHKƏMƏ +FOTO

25.04.2025 / 20:56
18-ci əsrdə erməni pul sikkələri? - Bu qədər yalan?

25.04.2025 / 20:44
Tramp:-“Rusiya bütün Ukraynanı ələ keçirməməklə “böyük güzəştə gedib”

25.04.2025 / 20:42
Avropa İttifaqı Azərbaycana münasibətdə səhvlərini düzəldir...

25.04.2025 / 20:32
Türk dövlətləri pavilyonlarının açılış mərasimi keçirilib

25.04.2025 / 20:27
Fransa və Ermənistan Cənubi Qafqazda 2 müharibə variantının ortasındadır...

25.04.2025 / 20:14
AYNA taksi sürücülərinə öyrətmir ki, uzaq məsafələrə də sürmək lazımdır?...

25.04.2025 / 20:00
Məxfi Çin-Avropa danışıqları gedir, Azərbaycan xüsusi rol oynaya bilər...

25.04.2025 / 19:54
Ədalət Partiyasında "veto" qalmaqalı...

25.04.2025 / 19:47
Oljas Süleymenov Azərbaycana mesaj göndərdi - “gec tez Turan olacaq”...

25.04.2025 / 19:41
“Minsk qrupunu saxlamağın heç bir məntiqi yoxdur” - Ceyhun Bayramov

25.04.2025 / 19:34
Tramp ermənilərin "genosid gözləntisinə" od qoydu...

25.04.2025 / 19:22
Mətbuat Şurasında “Olaylar” qəzetinin 30 illiyi qeyd edilib - FOTO

25.04.2025 / 19:19
Regional infrastrukturların əsas hədəfi məşğulluğu gücləndirməkdir...

25.04.2025 / 19:06
"Vətən marşı" şeirinin ...məni suçlayanlar yanılırlar" - Asif Rüstəmli

25.04.2025 / 19:03
DİN-in Kollegiya iclasından mühüm fakt - Azalma var.. - FOTO

25.04.2025 / 18:57
Banklarda müştəri böhranı var - Taleh Kazımov iqtisadçılarla müzakirə apardı…

25.04.2025 / 18:45
İnvestisiya Holdinqinin Müşahidə Şurasının iclası keçirildi - FOTO

25.04.2025 / 18:43
Əliyev-Netanyahu görüşündə bütün Şərqin taleyi həll oluna bilər - işdə ABŞ və Türkiyə də var...

25.04.2025 / 18:29
Azərbaycan Ermənistanın Avropa ilə "Ümumi təhlükəsizlik" sazişini ifşa etdi...

25.04.2025 / 18:23
Daxili işlər nazirinin vətəndaşlarla görüşünün tarixi dəyişdi

25.04.2025 / 18:15
Avroparlamentin yunan deputatı Kallasın Bakı səfərinə qarşı çıxdı - Yunanıstanın "qazı azaldılmalıdır"...

25.04.2025 / 18:02
Bakı-Tbilisi-Qars dəmiryolu ilə neft məhsulları daşınacaq...

25.04.2025 / 17:53
Milli Məclisin Səhiyyə komitəsinin iclası keçirildi

25.04.2025 / 17:48
Tramp Zelenskini təkləmək istəyir - kəskin reaksiya: “Krım verilməyəcək”...

25.04.2025 / 17:35
Erməni məsələsi yenidən Rusiya-Türkiyə münasibətlərini poza bilər - Zaxarovadan “350 min erməni” təxribatı...

25.04.2025 / 17:30
Narışkin Bakıda Suriyanın xüsusi xidmət orqanlarının nümayəndəsi ilə görüşdü

25.04.2025 / 17:28
Azərbaycanda milli mətbuatın 150 illiyi geniş şəkildə qeyd olunacaq

25.04.2025 / 17:25
Anar Quliyev Bakıda keçiriləcək WUF13-ün milli koordinatoru təyin edildi

25.04.2025 / 17:22
Əqli Mülkiyyət Agentliyinə yeni səlahiyyət verildi

25.04.2025 / 17:18
Banklarda Elman Rüstəmovdan qalmış süni problemlərin kökü kəsilmir - "marja nədir"?

25.04.2025 / 17:15
“Nəqliyyat haqqında” qanuna dəyişiklik edildi

25.04.2025 / 17:12
Hərbi xidmətdən ehtiyata buraxılanların geyim formalarını daşıya biləcəyi günlər müəyyən edildi

25.04.2025 / 17:10
"Bakcell" ölkəmiqyaslı rebrendinqinin ilk ildönümünü qeyd edir

25.04.2025 / 16:56
İmamoğlunun həbsdə olan vəkilinin vəkili də həbs edildi

25.04.2025 / 16:41
Trampdan Ukraynaya açıq mesaj - Krım Rusiyada qalacaq...

25.04.2025 / 16:33
"Ermənistandan Qarabağa adam və silah daşınırdı" - Zərərçəkmiş şəxs

25.04.2025 / 16:17
"Ermənistan və Fransa hökuməti Azərbaycan bayrağını yandıranları məsuliyyətə cəlb etməlidir" - XİN

25.04.2025 / 16:08
Trampdan İrana sərt mesaj - masadakı iki variantdan biri heç də yaxşı variant deyil…

25.04.2025 / 16:06
Vətəni canından artıq sevən Vüsal

25.04.2025 / 15:34
Aİ və Azərbaycan yeni tərəfdaşlıq və əməkdaşlıq sazişi üzrə danışıqları bərpa etmək barədə razılığa gəliblər

25.04.2025 / 15:19
ABŞ-ın xarici siyasətinə “daşınmaz əmlak istehsalçısı” rəhbərlik edir

25.04.2025 / 15:14
Həcc ziyarətinə sənəd qəbulunun müddəti yenidən uzadıldı

25.04.2025 / 15:05
"ATƏT-in Minsk qrupunun və onunla əlaqədar olan bütün təsisatların ləğv edilməsinin vaxtı artıq çoxdan çatıb" - Prezident

25.04.2025 / 15:03
Nazir: "Azərbaycanın mina problemi bütövlükdə region üçün ciddi təhlükə mənbəyidir"

Regional infrastrukturların əsas hədəfi məşğulluğu gücləndirməkdir...

XƏBƏR ARXİVİ

Aprel
B.eÇ.aÇC.aCŞB
311234567891011121314151617181920212223242526272829301234567891011