Departamentin Azərbaycana qarşı 10 illərlik düşmənçiliyi necə dayandırıldı...

Elşən Manafov: “Tramp iqtidarının Cənubi Qafqazla bağlı planlarında Ermənistandan bölgənin geosiyasi...”
Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı deyib ki, Bayden-Blinken komandası hakimiyyətdən gedən kimi, Azərbaycana qarşı bütün bu insinuasiyalar dərhal dayandırıldı:
“Onların “Washington Post”, “New York Times”, “Politico” və s. kimi bizə qarşı çox aqressiv olan, Prezident Trampın “feyk xəbərlər” adlandırdığı mediası Azərbaycan haqqında çirkin məqalələr dərc etməyi dərhal dayandırdı. Biz bilirdik ki, bu məqalələrin mənbəyi Dövlət Departamentidir. USAID-lə də bağlı vəziyyət eyni idi”.
“Bayden ABŞ-dakı erməni diasporası ilə ciddi və işgüzar münasibətlərə malik siyasi xadimlərdən biri olub”
Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən politoloq Elşən Manafov bununla bağlı bor sıra məqamlara toxundu: “ABŞ-da dövlət idarəediciliyinin sükanı arxasında Baydenin özünün də, təmsil olunduğu qlobalistlərin də olduğu dönəmdə onların yeni dünya nizamı ilə bağlı maraqları regiona və Azərbaycana olan münasibətin məğzini təşkil edirdi. Üstəlik, Bayden ABŞ-dakı erməni diasporası ilə ciddi və işgüzar münasibətlərə malik siyasi xadimlərdən biri olub. Təsadüfi deyil ki, Azərbaycana münasibətdə 907 saylı məlum düzəlişin hələ 1992-ci ildə Konqresdə qəbul olunmasının "zərururiliyini" məhz senator Bayden əsaslandırıb. Nəticə etibarı ilə Azərbaycan uzun müddət üçün ABŞ-ın dövlət səviyyəsində hərbi yardımlarından məhrum edilib. İrana coğrafi anlamda yaxınlıq, habelə regionun təhlükəsizlik problemlərinə rəsmi Bakının fərqli və əksər hallarda qlobalistlərin maraqları ilə üst-üstə düşməyən mövqeyi Bayden dönəmində Azərbaycana münasibətdə sərgilənən siyasətin başlıca səbəblərindən olub. Ermənistanda qlobalistlərlə ciddi əlaqələrə malik olan Paşinyanın iqtidara gətirilməsi bəlli qüvvələrin Cənubi Qafqazla bağlı geosiyasi maraqlarının realizə edilməsi üçün düşünülmüş layihənin tərkib hissəsi olub. Ermənistanda korrupsiyaya qarşı mübarizə, habelə erməni cəmiyyətinin demokratikləşməsinə dəstək adı ilə həyata keçirilən ssenari aysberqin yalnız görünən hissəsi olub. Paşinyan rejiminin qarşısına qoyulan əsas vəzifə rəsmi Bakını qlobalistlərin regionla bağlı layihələrinin həyata keçirilməsinə razı salmaq, habelə Rusiyanın regiondan sıxışdırılıb çıxarılması ilə bağlı tədbirlərin içində yer almağa razı salmaqdan ibarət olub. Regionun təhlükəsizlik problemlərinin həllinə dair rəsmi Bakının irəli sürdüyü 3+3 formatında əməkdaşlıq modeli, habelə Ermənistanla münasibətlərdəki problemlərin Qərbin təklif etdiyi platformalar üzərində həlli ilə bağlı təkliflərə rəsmi Bakının mövqeyi Bayden administrasiyasını uzun müddət narazı saldığından, Ag Evin və Dövlət Departamentinin sifarişi ilə ABŞ-ın nüfuzlu nəşrlərində Azərbaycanla baglı qeyri-obyektiv yazıların verilməsi haqlı olaraq Azərbaycan dövləti və xalqının narazılığına səbəb olurdu. ABŞ-da Trampın iqtidara gəlməsi ilə ABŞ-Azərbaycan münasibətlərində hər iki tərəfi razı salacaq tendensiyalar dərinləşməkdədir. Tramp iqtidarının Cənubi Qafqazla bağlı planlarında Ermənistandan bölgənin geosiyasi konfiqurasiyasının dəyişdirilməsi üçün bundan sonra da alət olaraq istifadə olunacağı ehtimalları inandırıcı təsir bağışlamır. Praqmatik və realist mövqeyi ilə seçilən Tramp regionun geosiyasi durumunda kardinal dəyişikliklər etmək üçün Ermənistanın real və hətta potensial imkanlara malik olmamasının mahiyyətinə varmamış deyil. Üstəlik, Ukraynadakı müharibəni dayandırmaq üçün Trampın Rusiya tərəfi ilə məsləhətləşmələr apardığı dönəmdə qlobalistlərin vassalı olan Paşinyanla əməkdaşlıqda maraqlı olacağı inandırıcı deyil. Paşinyan hazırda Trampa opponentlik edən Avropa İttifaqı ilə münasibətlərə daha böyük önəm verir. Onun Aİ-yə nə inteqrasiyanın sürətləndirilməsi ilə bağlı siyasi kursu da bunu təsdiq edir. Lakin Rusiyadan olan enerji asılılığı, habelə ticari sövdələşmələrdə müsbət saldo, Avrasiya İqtisadi İttifaqı çərçivəsində olan iqtisadi münasibətlər və s. ilə əlaqədar Ermənistan bir addım irəli, iki addım isə geri adlamaq vəziyyətində olan ölkə təsiri bağışlayır. Onun İranla Zəngəzur ətrafında razılaşdırılmış gedişləri, habelə rəsmi Ankara ilə dil tapmaq səyləri göstərir ki, Paşinyan qlobalistlərin hakimiyyətdən getməsindən sonra yeni geosiyasi reallıqların mahiyyətinə varır. Sadəcə olaraq, Mirzə Cəlilin personajlarının dili ilə desək, "bəlkə də qaytardılar" sevdası ilə yaşayır”.
Vidadi ORDAHALLI