Vaşinqton-Tehran danışıqlarının növbəti raundu Romada keçiriləcək...

ABŞ və İran arasında danışıqların növbəti raundu şənbə günü İtaliyanın paytaxtı Romada davam etdiriləcək. Bu barədə ABŞ mətbuatı məlumat yayıb.
Bildirilir ki, Vaşinqton və Tehran nümayəndə heyətləri arasında nüvə sazişi üzrə danışıqlar Romada davam etdiriləcək. İclasın ikinci mərhələsi Romada keçirilsə də, Oman rəsmiləri yenə də masada olacaqlar. Həftəsonu keçirilən görüşdə ABŞ tərəfini prezident Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff, İran tərəfini isə xarici işlər naziri Abbas Arakçi təmsil edib.
TAHİR