ABŞ Ukraynaya təklif etdiyi saziş şərtlərini daha da sərtləşdirdi – bütün gəlirlər bizə çatmalıdır...

ABŞ-ın mineral ehtiyatlarla bağlı Ukraynaya təklif etdiyi yeni saziş əvvəlki versiyalardan daha sərt şərtləri ehtiva edir.
“The New York Times” qəzetinin yazdığına görə, Vaşinqton yaradılan müştərək investisiya fondundan əldə etdiyi bütün gəlirlərə iddialı olmaq istəyir. Bu, Kiyev ABŞ-dan aldığı yardıma bərabər məbləği qaytarana qədər qüvvədə qalacaq.
Saziş layihəsinə görə, ABŞ-ın Ukrayna faydalı qazıntılarının üçüncü ölkələrə satışına veto qoymaq hüququ olacaq.
Bundan əlavə, sazişin ilk ili ərzində Ukraynaya ABŞ-ın təkliflərindən daha sərfəli şərtlər təklif edən investisiya layihələrinin qəbuluna icazə verilməyəcək.
TAHİR