"Cənubi Qafqaz bölgəsində regional məsələlər məhz region ölkələri tərəfindən həll olunmalıdır" - Prezident İlham Əliyev

Cənubi Qafqaz bölgəsində regional məsələlər məhz region ölkələri tərəfindən həll olunmalıdır.
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 11-də Antalyada Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşü zamanı deyib.
Dövlətimizin başçısı hazırda dünyada cərəyan edən təlatümlü şəraitdə Azərbaycan və Gürcüstanın birliyinin, həmrəyliyinin vacibliyinə toxunaraq Cənubi Qafqaz bölgəsində regional məsələlərin məhz region ölkələri tərəfindən həll olunmasının vacibliyini qeyd etdi.