Bazar ertəsi günü, 28 aprel 2025
     

Ermənistanda konstitusiya mübarizəsi başladı - müxalifət dirəşir...

Image

“Bakının Ermənistan konstitusiyasının dəyişdirilməsi tələbinin davam etməsi fonunda Nikol Paşinyan hökuməti konsepsiyasız yeni konstitusiya yazmaq qərarına gəlib”. Bu fikirlər “Azatutyun” radiosunda yer alıb. Nəşr qeyd edir ki, ədliyyə nazirinin müavini Tiqran Dadunts təkid edib ki, bu addımın Azərbaycanın tələbləri ilə heç bir əlaqəsi yoxdur, onlar bunu baş nazirin müəyyən etdiyi müddətdə yeni mətnin olması üçün edirlər:

“Son 2-3 il ərzində konsepsiya üzərində çox uzun iş aparılıb və bizim konsepsiya sənədimiz var və bu konsepsiya sənədləri, həmçinin şura üzvlərinin təqdim etdiyi təkliflər əsasında biz hazırda bu işlərin sürətləndirilməsi üçün mətn üzərində işləyirik”.

“Azatutyun” radiosu daha sonra yazır: “Baş nazir Nikol Paşinyan ötən ilin mayında yeni konstitusiyanın qəbulu ilə bağlı qərar qəbul etmişdi, lakin o, əvvəlcə Konstitusiyaya Dəyişikliklər Şurasına yeni konstitusiyanın konsepsiyasının layihəsini 2026-cı ilin iyun ayına qədər təsdiq etməyi, sonra isə onu baş nazirin aparatına təqdim etməyi tapşırmışdı. Yarım il sonra, yəni dekabrın 26-da yeni konstitusiya layihəsi təsdiq edilməli idi. Və bu prosedurlar baş nazirin qərarı ilə müəyyən edilsə də, yeni konstitusiyanın hazırlanmasında iştirak edən Tiqran Dadunts nazirliyin indi tamam başqa məntiqlə hərəkət etməsi ilə razılaşmır. Müxalifətdəki “Hayastan” fraksiyasının deputatı Artur Xaçatryan hesab edir ki, baş nazir Paşinyanın kabineti konsepsiyasız, birdən-birə yeni konstitusiya yazır ki, növbəti parlament seçkilərinə, yəni 2026-cı ilin iyununa qədər hakimiyyət bunu referenduma çıxarsın: "Paşinyan o mətni Azərbaycanın tapşırığı ilə yazacaq, sonra da mümkün və mümkün olmayan bütün təzyiqlərə, saxtakarlıqlara, təhdidlərə, şantajlara əl atacaq ki, həmin mətn referendumla qəbul olunsun. Ona lazəmdır ki, o konstitusiya referendumla təsdiq olunsun. Bundan sonra İlham Əliyev üzərində sülh yazılan o sənədləri imzalayacaq". Qanunvericilik qadağasına baxmayaraq, baş nazir Paşinyan son müsahibələrinin birində 2027-ci il üçün nəzərdə tutulan konstitusiya referendumunun 2026-cı ilin yayında keçiriləcək parlament seçkiləri ilə paralel keçiriləcəyini istisna etməyib. Yeni konstitusiyanın hazırlanması prosesində əsas intriqa ondan ibarətdir ki, Müstəqillik Bəyannaməsinə istinadın yer aldığı preambula qorunacaqmı? Bakı tələb edir ki, məhz bu istinad aradan qaldırılsın və bununla da Azərbaycana ərazi iddialarına son qoyulsun. Ədliyyə Nazirliyinin rəsmisi bir daha bəyan edib ki, Müstəqillik Bəyannaməsi məsələsi müzakirə olunmayıb. Nazirlik bildirib: “Konstitusiya hüquqi və siyasi sənəd olduğundan, hüquqi baxımdan, Konstitusiya Məhkəməsi bu suala ən azı indiki Konstitusiya baxımından cavab verib”.

Nikol Paşinyanın fikrincə, yeni konstitusiyanın olmasının əsas səbəbi hazırkı konstitusiyanın legitimliyi məsələsidir. Yenisinin olması yolunda isə baş nazirin fikrincə, konstitusiyanın yaradılması və qəbulu üsulları elə olmalıdır ki, xalq onu özününkü hesab etsin. Artur Xaçatryanın sözlərinə görə, hökumətin konsepsiyasız mətn yazmaq qərarı ilə yaratdığı bu mif də dağılır: “Ümumiyyətlə, demokratiyadan, legitim konstitusiyadan danışırlarsa, təbii ki, geniş müzakirə aparılmalıdır ki, xalq hansı dövlətin olmasını istəyir. Ondan sonra gedib mətni yaza bilərlər, amma onlara bir kağız lazımdır ki, aparsınlar, Əliyevə göstərsinlər, Əliyevin razılığını alıb bunu referenduma çıxarsınlar". Konsepsiya olmayacaq, amma ədliyyə nazirinin müavini əmin edib ki, yeni konstitusiya layihəsi ictimaiyyətlə müzakirə olunacaq. Və yeni konstitusiyanın mətni artıq yazılsa da, nazir müavininin başqa bir vacib suala cavabı yoxdur: yeni Ana Qanuna hansı əsaslı dəyişikliklər ediləcək? Yeri gəlmişkən, hazırda Konstitusiya Dəyişiklikləri Şurası da faktiki olaraq fəaliyyət göstərmir. Yarım ildən artıqdır ki, sessiya çağırmır. Bu arada, baş nazirin qərarına görə, bu iclaslar ən azı iki ayda bir keçirilməli idi”. Bu arada Azərbaycan prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov "İsveç Radiosu"na müsahibəsində bir daha diqqətə çatdırıb ki, iki ölkə arasında sülh müqaviləsinin imzalanması üçün Azərbaycana qarşı ərazi iddialarının əks olunduğu Ermənistan konstitusiyasına dəyişiklik edilməsi vacibdir. Əmirbəyov hazırki durumda Ermənistanın əsl niyyəti ilə bağlı ciddi sualların qaldığını, Azərbaycanda bu ölkəyə qarşı inamsızlığın əsaslı olduğunu qeyd edib. O, sülh prosesi kontekstində Ermənistandan qovulmuş çoxsaylı azərbaycanlılarının hüquqları məsələsini də qabardıb. Elçin Əmirbəyov bildirib ki, prezidentin açıqlamaları Azərbaycanın Ermənistan ərazisinə ərazi iddialarının olması kimi başa düşülməməlidir: “Biz Qərbi Azərbaycan dedikdə bugünkü Ermənistan ərazisinə heç bir ərazi iddiamızı irəli sürmürük və belə bir iddiamız yoxdur. Biz sadəcə bildiririk ki, bu ərazilər tarixən Azərbaycan torpaqları olub və orada azərbaycanlı əhali çoxluq təşkil edib”. Əmirbəyov bildirib ki, sülh sazişinin imzalanması üçün mövcud olan “pəncərə” bağlana bilər və Azərbaycanın Ermənistan Konstitusiyasının dəyişdirilməsi ilə bağlı tələbi qüvvədə qalır.

Samirə SƏFƏROVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

SON XƏBƏRLƏR

28.04.2025 / 17:10
Qlobal Cənub QHT Platformasına rəhbərlik Azərbaycana verildi

28.04.2025 / 16:55
Sumqayıtda su sayğaclarını oğurlayan bir kişi və iki bacı yaxalandı - FOTO

28.04.2025 / 16:48
Əmisi oğlu Əsədin Suriyada yeni qanlı planını ifşa etdi - 150 ​​minlik ordu ilə hərəkətə keçəcəklər...

28.04.2025 / 16:33
Senator Con Kennedi Putini təhdid etdi: "Onu və ölkəsini balıq yeminə çevirərik"

28.04.2025 / 16:15
Bəndər Abbasdakı partlayışı İsrail törədib?

28.04.2025 / 16:01
"Tezliklə yenidən Azərbaycana səfər edəcəyəm" - Pezeşkian

28.04.2025 / 15:56
Pezeşkian: "İran və Azərbaycan Şimal-Cənub və Şərq-Qərb dəhlizlərini daha da inkişaf etdirə bilərlər"

28.04.2025 / 15:43
Suriya hökuməti PKK/YPG-nin muxtariyyət tələbini rədd etdi - bu bizim qırmızı xəttimizdir

28.04.2025 / 15:37
"Mən özümü burada yad kimi hiss etmirəm, özümü Təbrizdəki, Ərdəbildəki kimi hiss edirəm" - Pezeşkian

28.04.2025 / 15:35
Prezident İlham Əliyev: "Biz nəqliyyat imkanlarımızı və infrastrukturumuzu genişləndiririk"

28.04.2025 / 15:18
"İran Prezidentinin Azərbaycana rəsmi səfəri əlaqələrimizin yüksək səviyyədə olmasının təzahürüdür" - Prezident İlham Əliyev

28.04.2025 / 15:16
Nazir Vilayət Eyvazov Tovuzda vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

28.04.2025 / 15:12
Prezident İlham Əliyev: "Azərbaycan və İran ənənəvi olaraq beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləyir"

28.04.2025 / 15:11
Azərbaycan və İran prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

28.04.2025 / 15:05
Azərbaycan ilə İran arasında imzalanmış sənədlər mübadilə edilib - FOTO

28.04.2025 / 15:03
Prezident İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian prezidentlərin Birgə Bəyanatını imzalayıblar

28.04.2025 / 14:54
Məhkəmədə Serj Sarkisyanın etirafı nümayiş olunub: "Şuşa əməliyyatında Robert Köçəryan özü də iştirak edirdi"

28.04.2025 / 14:33
"Şuşa əməliyyatının işlənməsində, hazırlanmasında və həyata keçirilməsində Robert Köçəryan və Serj Sarkisyan iştirak ediblər" - Məhkəmədə erməni generalın etirafı nümayiş etdirilib

28.04.2025 / 14:25
"Azərbaycan qarşısına Qlobal Cənub və Qlobal Şimal arasında körpü olmaq kimi vacib vəzifə qoyub" - Muxtar Babayev

28.04.2025 / 14:20
Məhkəmədə Ermənistan siyasi-hərbi rəhbərliyinin Şuşanın işğalına göstəriş verməsini təsdiq edən sübutlar tədqiq olunub

28.04.2025 / 14:15
"Smachs Foundation"un təsisçisi Azərbaycana təşəkkür etdi - "...dünyaya həqiqi həmrəylik nümunəsi göstərildi"

28.04.2025 / 14:03
"Azərbaycan həmrəyliyin və əməkdaşlığın həyata keçirilməsində öncül rol oynayır" - Fernandez Puyana

28.04.2025 / 13:57
Şimali Koreya Rusiyaya əsgər göndərdiyini ilk dəfə etiraf etdi...

28.04.2025 / 13:50
Prezident İlham Əliyevin Məsud Pezeşkianla geniş tərkibdə görüşü olub - FOTO

28.04.2025 / 13:46
ANAMA əməkdaşı Qazaxda minaya düşdü

28.04.2025 / 13:35
Kaya Kallas gəldi və getdi - Avropa İttifaqının ermənipərəst siyasəti dəyişəcəkmi?

28.04.2025 / 13:25
"Qlobal Cənub QHT platforması indi həmişəkindən daha aktualdır" - BMT ...departamenti

28.04.2025 / 13:20
"Qlobal Cənub tarix boyu ədalətsizliyə və istismara məruz qalıb" - Pan-Afrika İqlim Ədaləti Alyansının nümayəndəsi

28.04.2025 / 13:17
Türkiyənın Pakistana 6 təyyarə silah-sürsatt göndərdiyi bildirildi

28.04.2025 / 13:01
“Tramp planı - Ukraynanın təslim olması deməkdir”

28.04.2025 / 12:57
Heydər məscidi ölkə əhəmiyyətli memarlıq abidələrinin siyahısına daxil edildi

28.04.2025 / 12:50
Prezident İlham Əliyevin Pezeşkianla məhdud tərkibdə görüşü olub - FOTO

28.04.2025 / 12:45
İran Prezidentinin rəsmi qarşılanma mərasimi olub - FOTO

28.04.2025 / 12:31
“Aralıq dənizi qızdırması xəstəliyi” və ya “erməni xəstəliyi”

28.04.2025 / 12:24
"Azərbaycan Prezidentinin irəli sürdüyü təşəbbüslər digər ölkələr üçün nümunə olmalıdır" - Bobur Bekmurodov

28.04.2025 / 12:18
Pezeşkian Azərbaycana gəldi - FOTO

28.04.2025 / 12:09
"Bu Platforma regional və qlobal çətinliklərin həllinə yönələcək" - braziliyalı professor

28.04.2025 / 12:05
Qlobal Cənub QHT Platforması təsis edildi

28.04.2025 / 12:05
Dövriyyədə ümumi dəyəri 1 milyard dollardan çox olan avrobondlar var - Nazirlik

28.04.2025 / 12:00
"Azərbaycan ilə əməkdaşlıq üçün yaxşı imkanlar var" - Pezeşkian hava limanında açıqlama yaydı

28.04.2025 / 11:55
Britaniyalı akademik: Azərbaycan iqlim məsələlərində özünü ən səriştəli dövlətlərdən biri kimi göstərib

28.04.2025 / 11:48
Ermənilər dinc durmur - mövqelərimiz atəşə tutulub...

28.04.2025 / 11:36
UNITAR-in prezidenti: "Qlobal Cənub QHT Forumu əməkdaşlığı gücləndirəcək"

28.04.2025 / 11:31
"Qlobal Cənub QHT şəbəkəsi qlobal siyasətin formalaşdırılması üçün bir məkana çevrilə bilər" - Kuala-Lumpur meri

28.04.2025 / 11:26
"Təcrid olunmuş səslərin Qlobal Cənub çərçivəsində ucaldılması vacibdir" - Vladanka Andreyeva

28.04.2025 / 11:16
"Azərbaycan daim dayanıqlı inkişafa öz layiqli töhfəsini verir"

28.04.2025 / 11:09
"Son 7 ildə 5 böyük sosial islahat paketi həyata keçirilib" - nazir

28.04.2025 / 11:03
"Azərbaycan müstəmləkəçiliyin bütün formalarını rədd edir"- İlham Əliyev

28.04.2025 / 11:00
Bir həftədə 181 yanğına çıxış olub, 9 nəfərin meyiti aşkarlanıb - FHN

28.04.2025 / 10:25
Bank kartlarından iki gündə 20 min manatdan çox pul oğurlanıb...

28.04.2025 / 10:20
Malayziya mediası Azərbaycan Prezidentinin Çin səfərindən yazır

28.04.2025 / 10:14
"Azsamand" qəza törətdi, sürücü hadisə yerində öldü

28.04.2025 / 10:10
Prezident Qlobal Cənub QHT Platformasının təsis konfransının iştirakçılarına müraciət ünvanladı

28.04.2025 / 10:07
İnterpoldan Makrona ŞOK! - mühafizə rəisi “Qırmızı bülleten”lə axtarışa verildi

28.04.2025 / 10:00
Bakıda Qlobal Cənub QHT Platformasının təsis konfransı işinə başlayıb

28.04.2025 / 09:50
Bu ölkədə məktəbli bıçaqla 6 nəfəri yaralayıb

28.04.2025 / 09:32
"Liverpul" 20-ci dəfə İngiltərə çempionu oldu!

28.04.2025 / 09:20
Daha 33 ailə Xocalıya köçürüldü

28.04.2025 / 09:14
Əməkdar artist taksü sürücülərini "topa tutdu" - çox aqressivdirlər..

28.04.2025 / 09:10
Bu gün görkəmli oftalmoloq alim Zərifə Əliyevanın doğum günüdür

28.04.2025 / 09:07
Robotlar cərrahları əvəz edəcək - Maskdan PAYLAŞIM

28.04.2025 / 09:00
Bu gün Naxçıvanın bəzi kəndləri qazsız qalacaq

28.04.2025 / 08:22
ABŞ Yəməni bombaladı, 8 nəfər öldü

28.04.2025 / 07:06
"Qarabağ" 12-ci dəfə Azərbaycan çempionu oldu

27.04.2025 / 23:50
İrandan səfirliyimizə hücum edən şəxslə bağlı açıqlama - məhkəmə hökmü icra etməyə hazırdır...

27.04.2025 / 20:45
Səudiyyə və Qətər Suriyanın Dünya Bankına olan borcunu öz üzərinə götürdü

27.04.2025 / 20:30
Qazaxıstan 9 may tədbirlərinə qadağa qoydu

27.04.2025 / 20:14
Azərbaycan cüdoçuları Monteneqroda Avropa çempionatını 5 medalla başa vurdu

27.04.2025 / 20:08
Fransızlar Türkiyəyə “gözdağı” vermək üçün gəldilər: “Əsgərlərini itirdilər”

27.04.2025 / 17:04
Tramp Vatikanda Zelenski ilə görüşdə iştirak etmək istəyən Makronu zaldan qovdu

27.04.2025 / 16:55
Prezident İlham Əliyev Pezeşkiana başsağlığı verdi

27.04.2025 / 15:30
İran-Azərbaycan sərhədində atışma - bir sərhəd pozucusu zərərsizləşdirildi, üçü yaxalandı...

27.04.2025 / 15:01
Azərbaycanın Şimal-Cənub dəhlizinə İranda böyük düşmənçilik zərbəsi vuruldu...

27.04.2025 / 14:23
İslam Kərimovun qızının oğurladığı pulların yarım milyardı Özbəkistana qaytarıldı - qız isə...

27.04.2025 / 13:41
Lavrovu Özbəkistanda dediyinə peşiman etdilər

27.04.2025 / 13:24
Əhməd İsmayılov Astana Media Forumunda Evronyus televiziyasına müsahibə verib..

27.04.2025 / 11:27
Leyla Əliyeva Nepal Prezidenti Ramçandra Paudellə görüşüb - FOTO

27.04.2025 / 10:50
Prezident İlham Əliyev Cənubi Afrika Respublikasının Prezidentini təbrik edib

27.04.2025 / 10:48
Prezident İlham Əliyev Syerra-Leone Respublikasının Prezidentini təbrik edib

27.04.2025 / 10:32
Azərbaycan XİN İrana başsağlığı verdi

27.04.2025 / 10:15
İmaməddin Xəlilov gümüş, Sabir Zeynalov bürünc medal qazanıb

Regional infrastrukturların əsas hədəfi məşğulluğu gücləndirməkdir...

XƏBƏR ARXİVİ

Aprel
B.eÇ.aÇC.aCŞB
311234567891011121314151617181920212223242526272829301234567891011