Bazar ertəsi günü, 5 may 2025
     

ABŞ-Azərbaycan münasibətləri əsaslı dəyişir, Bayden-Blinken səhvləri aradan qaldırılır...

Image

Məlum həqiqətdir ki, Azərbaycan xarici siyasətində milli maraqlar və beynəlxalq hüququn normalarını daim əsas götütür. Bununla yanaşı, ölkəmizin xüsusi diqqət etdiyi məqamlardan biri də münasibətlər qurularkən əmin-amanlıq, sabitlik, inkişaf, qarşılıqlı faydalı əməkdaşlıq kimi meyarlardır.

Bütün bunlar regional və qlobal inkişafa, sabitliyə, təhlükəsizliyə töhfə kimi xarakterizə edilir. Ölkəmiz ABŞ-la münasibətlərdə də məhz belə yanaşma ortaya qoyur.

Azərbaycan-ABŞ münasibətlərində əslində, vaxtaşırı olaraq dayişmələr müşahidə edilir. Bu, əsas eibarı ilə ABŞ-dan, orada olan qüvvələrdən qaynaqlanır. ADA Universitetində Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda bu məsələ də xüsusi diqqət mərkəzində olub. Dövlət başçısı 1990-cı illərdən bəri ötən dövr ərzində Azərbaycanla ABŞ arasında münasibətlərin dəqiq xarakteristikasını verib: “Mən prezident kimi fəaliyyətə 2003-cü ildə, Prezident Corc Buşun dövründə başlamışam və iki ölkə arasında münasibətlər çox yaxşı idi. Hər ikimiz qarşılıqlı dəstəyi yüksək qiymətləndirirdik və ikitərəfli əlaqələrimizin strateji əhəmiyyətini açıq şəkildə bəyan edirdik. Azərbaycan Əfqanıstanda və İraqda əməliyyatlara qoşulan ilk qeyri-NATO ölkələri arasında idi. Bu, ABŞ administrasiyasının müraciətinə əsasən olmuşdu. Əks halda, biz orada olmazdıq... Prezident Buşun səlahiyyət müddəti başa çatandan sonra vəziyyət ciddi şəkildə olmasa da bir qədər dəyişdi. Lakin Bayden-Blinken administrasiyası dövründə ABŞ ilə Azərbaycan arasında münasibətlər böhran vəziyyətində olan münasibətlər kimi səciyyələndirilə bilər. Bunun səbəbkarı biz deyildik... Bayden-Blinken komandasının rəhbərliyi dövründə ABŞ Ermənistana münasibətdə birtərəfli mövqe tutdu... Bu il yanvarın 14-də Vaşinqtonda Dövlət katibi Blinken və Ermənistanın xarici işlər naziri strateji tərəfdaşlığa dair bəyannamə imzaladılar - oğrular kimi tələsik. Yeni komandanın gəlişinə cəmi 5 gün qalmış, - siyasəti Prezident Tramp müəyyənləşdirəcəkdi, - bu nəyə lazım idi? Bu, cənab Blinkenin növbəti anti-Azərbaycan addımı idi. Mən buna çox təəssüflənirəm, çünki təmaslarımızın əvvəlində mən ona çox etimad edirdim. Lakin əfsuslar olsun ki, mən yanılmışdım. Qafqazda ayırıcı xətlər çəkmək, Azərbaycanı təcrid etmək, bizə qarşı ayrı-seçkilik etmək, Azərbaycan haqqında şayiələr yaymaq cəhdləri oldu. Bayden-Blinken komandası hakimiyyətdən gedən kimi, Azərbaycana qarşı bütün bu insinuasiyalar dərhal dayandırıldı. Onların “Washington Post”, “New York Times”, “Politico” və s. kimi bizə qarşı çox aqressiv olan, Prezident Trampın “feyk xəbərlər” adlandırdığı mediası Azərbaycan haqqında çirkin məqalələr dərc etməyi dərhal dayandırdı”. Dövlət başçısı qeyd edib ki, artıq Tramp administrasiyasının üzvləri ilə Azərbaycan nümayəndə heyəti arasında müxtəlif səviyyələrdə yüksəksəviyyəli təmaslar baş tutub, gündəlik çox səmərəli və qarşılıqlı şəkildə məqbul olub: “Tramp administrasiyasının gündəliyini nəzərə alsaq, biz münasibətlərimizdə bu dövrün tərəfdaşlığımızı gücləndirmək üçün çox yaxşı imkan olacağını gözləyə bilərik, həmçinin bizim birinci prezidentlik dövründə Tramp administrasiyası ilə işləməklə bağlı çox müsbət təcrübəmiz var”.

Qeyd edək ki, ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra ABŞ-la çoxşaxəli əlaqələr qurub. Belə ki, ölkəmiz ABŞ-ın beynəlxalq və regional sülhyaratma təşəbbüslərinə, hərbi və siyasi tərəfdaşlıq çağırışlarına hərtərəfli dəstək verib. Azərbaycan ABŞ və NATO ilə “Sülh naminə tərəfdaşlıq” və “Fərdi tərəfdaşlıq” proqramları çərçivəsində ikitərəfli və çoxtərəfli hərbi-strateji əməkdaşlığı gücləndirib, Əfqanıstana və İraqa ABŞ və NATO təyyarələrinin sərbəst uçuşu üçün hərbi hava dəhlizi açıb, o cümlədən ABŞ-ın beynəlxalq terrorizmə qarşı mübarizə koalisiyasına qoşularaq, onunla birlikdə dünyanın ayrı-ayrı münaqişə bölgələrində sülhyaratma proseslərində iştirak edib. Eyni zamanda, enerji sahəsində vacib əməkdaşlıq mövcuddur. Lakin Bayden administrasiyasının hakimiyyəti zamanı münasibətlərdə ciddi problemlər yarandı. İndi Tramp adminstrasiyasının özündən əvvəlki hakimiyyətin səhvlərini aradan qaldırıcağına inam böyükdür. Çünki Tramp hakimiyyətinin birinci dönəmində də ölkələrimiz arasında münasibətlər normal məcrada inkişaf edib. Onu da qeyd edək ki, 44 günlük Vətən müharibəsində əldə olunan qələbə regionda yeni siyasi-iqtisadi reallıqlar formalaşdırıb. Bu gün Azərbaycan qalib ölkə olaraq öz torpaqlarını işğaldan azad etməklə yanaşı, bölgənin gələcək inkişafının təhlükəsizliyi məsələsini də gündəmə gətirib. Bu məqam həm də mühüm hissəsi enerji əməkdaşlığından ibarət ABŞ-Azərbaycan münasibətlərinə yeni nəfəs verə bilər. Əvvəla, müasir dövrdə dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə, sərhədlərinin toxunulmazlığına diqqət ayırmaq ən prioritet məqamlardan sayılır. Bu baxımdan da ABŞ Ermənistan-Azərbaycan sülh və normallaşma prosesini dəstəkləyir, bu prosesə öz töhfəsini verməkdə davam edir. İstənilən halda ABŞ Qarabağ probleminin həllindən sonra regiona münaqişəli ərazi kimi deyil, qlobal iqtisadi layihələrin mərkəzi kimi yanaşır. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın regionda yaratdığı reallığı Ağ Ev qəbul edərək, bunu öz regional kontekstində qiymətləndirir. Bununla yanaşı, Vaşinqton Cənubi Qafqazda strateji cəhətdən möhkəmlənməyi planlayır. Amma bunun üçün Azərbaycanla münasibətlərin möhkəmləndirilməsinə ABŞ-ın xüsusi ehtiyacı var. Elə bu fonda Tramp dövründə Azərbaycan-ABŞ münasibətlərində yeni bir mərhələnin başlanmasını gözləmək olar.

Tahir TAĞIYEV



VİDEO

SON XƏBƏRLƏR

05.05.2025 / 16:50
Tramp Aİ liderlərini biabır etdi – “Putin telefonlarına cavab vermir, mənə yalvarırlar ki…"

05.05.2025 / 16:41
Sosial şəbəkələrdə vətəndaşları aldadıb 51 min manatını ələ keçirən dələduzlar yaxalandı

05.05.2025 / 16:35
Xarici İşlər Nazirliyinin vəzifələri müəyyən edildi

05.05.2025 / 16:34
İtaliyada qalmaqal: “Uşaq qatilləri” adlandırılan israilli cütlük restorandan qovuldu

05.05.2025 / 16:30
Bakıda işıqforlara LED işıqlandırma ilə təchiz olunan velosiped bölmələri quraşdırıldı

05.05.2025 / 16:26
Xarici İşlər Nazirliyinin əsasnaməsi təsdiqləndi

05.05.2025 / 16:04
Naxçıvanda Azərbaycan XİN Aparatının müvafiq idarəsi yaradılır

05.05.2025 / 15:55
Prezident İlham Əliyev “Sosial xidmət haqqında” qanunda dəyişikliyi təsdiqlədi

05.05.2025 / 15:55
Hindistan Pakistana qarşı iki ölkə arasındakı münaqişəni körükləyən təxribatcı addım atdı

05.05.2025 / 15:50
“Feldyeger rabitəsi haqqında” qanunda dəyişiklik edilib

05.05.2025 / 14:47
Məhkəmədə Serj Sarkisyanın və Movses Akopyanın Azərbaycan ərazilərinin işğalında iştirakını ifşa edən material nümayiş olundu

05.05.2025 / 14:34
Əli Əsədov: Azərbaycan Belarus ilə qarşılıqlı faydalı əməkdaşlığı daha da dərinləşdirmək niyyətindədir

05.05.2025 / 14:28
ABŞ mediası: “Vaşinqton ABŞ-ın Yəməndəki itkilərini ört-basdır etdi”

05.05.2025 / 14:26
Daşkənd Rusiyada vətəndaşlarının hüquqlarının pozulmasından narahatlığını bildirdi

05.05.2025 / 14:25
Putinin müharibəsinin dəhşətləri: "Son üç il boğazımıza keçirilmiş ilgək kimi oldu"

05.05.2025 / 14:24
Trampın etirafı: “Rusiya bütün Ukraynanı almaq istəyir”

05.05.2025 / 14:16
Simonyan Rusiyanı Ermənistana qarşı hibrid müharibə aparmaqda ittiham etdi...

05.05.2025 / 14:02
Şirvanda üzərində narkotik aşkarlanan şəxs həbs edildi

05.05.2025 / 14:00
Husilər İsraili hava blokadasına alır

05.05.2025 / 13:48
Bu dərmanlar pulsuz olacaq - hazırlıq gedir...

05.05.2025 / 13:22
Polis Ağdamda əməliyyat keçirdi - narkotikə görə iki qardaş həbs edildi

05.05.2025 / 13:10
Tramp Səudiyyədə Putinlə görüşə bilər...

05.05.2025 / 12:35
Prezident Əmircan qəsəbəsində yerləşən İmam məscidində təmir-bərpa işlərinin həyata keçirilməsi üçün vəsait ayırıb

05.05.2025 / 12:26
Bir həftədə 1 400 hektardan çox ərazi minalardan təmizlənib

05.05.2025 / 12:10
Bu hava limanından sərnişindaşıma üçün də istifadə olunacaq- AÇIQLAMA

05.05.2025 / 12:00
Xətai rayonunun bu əraziləri işıqsız qalacaq - XƏBƏRDARLIQ

05.05.2025 / 11:23
Putin –Tramp ittifaqı dağılır...

05.05.2025 / 11:19
Ermənistanın müdafiə naziri Afinaya gedib

05.05.2025 / 11:12
Sumqayıtda dönərxanada nöqsanlar aşkarlandı - AQTA məlumat yaydı

05.05.2025 / 11:06
Kiberdələduzlar iş başında - bank kartlarından 46 min manat oğurlanıb

05.05.2025 / 11:00
"Avroviziya 2025"-in Azərbaycandan olan şərhçiləri açıqlandı

05.05.2025 / 10:30
Ukraynadan Moskvaya PUA hücumu - 26 PUA məhv edildi

05.05.2025 / 10:23
Bu tədbirlərin icrası istiqamətində işlər aparılır - nazir

05.05.2025 / 10:20
Şəhid atası meşədə itkin düşüb

05.05.2025 / 10:14
Abşeronda "Mercedes" yanıb

05.05.2025 / 10:07
"Qarabağ"ın 15 yaşlı futbolçusundan mövsümün rekordu!

05.05.2025 / 10:00
Bu həbsxana 62 ildən sonra bərpa edilir - Tramp GÖSTƏRİŞ VERDİ

05.05.2025 / 09:42
"Kurtlar Vadisi Pusu"nun aktyoru vəfat edib

05.05.2025 / 09:31
Belarusun Baş naziri Bakıya yola düşüb

05.05.2025 / 09:26
Gədəbəy sakini dəm qazından ölüb

05.05.2025 / 09:20
Tramp bunu da etdi - xarici filmlərə 100 faiz vergi tətbiq olunacaq!

05.05.2025 / 09:12
"Fənərbaxça" öz meydanında "Beşiktaş"a uduzdu

05.05.2025 / 09:06
Zaqatalada " Mercedes" ağaca çırpılıb, sürücü ölüb

05.05.2025 / 09:00
“Nine Senses Fest” Beynəlxalq Yoqa Festivalının bağlanış mərasimi olub

05.05.2025 / 00:34
Putinin ondan sonra Rusiya prezidentliyinə namizədi kim olacaq? - Rus lider açıqladı, ancaq...

04.05.2025 / 23:27
Leyla Əliyeva və Arzu Əliyeva Beynəlxalq Xalça Festivalını ziyarət ediblər

04.05.2025 / 22:36
Beynəlxalq Muğam Mərkəzində Maqsud İbrahimbəyova həsr olunmuş yaradıcılıq gecəsi keçirilib - FOTO

04.05.2025 / 21:03
Araik Arutunyan Bakı məhkəməsində Qərb "demokratlarını" ifşa etdi...

04.05.2025 / 20:37
Leyla Əliyeva və Arzu Əliyeva həssas qruplara aid şəxslərin yaradıcılıq prosesi ilə tanış olublar - FOTO

04.05.2025 / 20:15
Şaraa Samir Şərifovu qəbul etdi

04.05.2025 / 18:12
Yerli mobil şəbəkə operatorları adından vətəndaşlara qarşı dələduzluq - DİN xəbərdarlıq etdi...

04.05.2025 / 17:20
Türkiyədə ŞOK OLAY... Ana müxalifət partiyası liderinin sifətinə yumruqla vurdular - FOTO

04.05.2025 / 16:23
Tramp Roma Papasının geyimində taxtda oturdu

04.05.2025 / 15:48
Yəmən husiləri Ban-Qurion şəhərinə hücum etdi

04.05.2025 / 15:34
Azərbaycan XİN deputatın Moskva hava limanında saxlanması ilə bağlı Rusiyadan izahat istədi...

04.05.2025 / 15:10
Netanyahunun Bakıya səfəri Türkiyənin hava məkanını bağlaması üzündən baş tutmadı

04.05.2025 / 14:41
Deputat Azər Badamov Moskva aeroportunda saxlandı və deportasiya edildi

04.05.2025 / 13:36
Leyla Əliyeva və Arzu Əliyeva Ordubadda... - FOTO

04.05.2025 / 13:10
“Bakı Marafonu 2025”in qalibləri müəyyənləşdi - FOTO

04.05.2025 / 11:47
Rusiyada özbəklərlə kobud rəftar Daşkəndi hərəkətə gətirdi - rus səfir XİN-ə çağırıldı…

04.05.2025 / 11:24
Trampın müşaviri İsrail üçün işləyirdi?

04.05.2025 / 10:42
Netanyahu Azərbaycana gələsi olmadı

04.05.2025 / 10:35
Sahibə Qafarova türkiyəli həmkarına başsağlığı verdi

04.05.2025 / 10:18
Medvedevdən Zelenskiyə təhdid kimi xəbərdarlıq - Kiyev mayın 10-nu görməyəcək...

04.05.2025 / 09:24
Zelenski Moskvada 9 May mərasiminə qatılacaq dünya liderlərini açıq şəkildə hədələdi - sizə heç bir zəmanət vermirik

03.05.2025 / 21:19
Rusiya nəşri Odessanı Rusiya şəhəri adlandırdı

03.05.2025 / 20:51
Türkiyə Netanyahunun təyyarəsinə iznlə bağlı xəbərləri təkzib etdi

03.05.2025 / 20:35
Netanyahu Müstəqillik günündəki çıxışında oğlunun adını xatırlamaq üçün tər tökdü

03.05.2025 / 20:18
İYİ Partiya üzvü Aslandan Süreyya Öndərin ölümünə reaksiya: "Türkçülük günündə Allah canını aldı"

03.05.2025 / 20:03
Prezident İlham Əliyev və Mehriban Əliyevа Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill ilə görüşüblər - FOTO/YENİLƏNDİ

03.05.2025 / 19:46
“Hindistan-Pakistan gərginliyi Hindistanın Ermənistana silah tədarükünə təsir etməyəcək”

03.05.2025 / 18:28
Rusiyadan Azərbaycana kiber-hücumun arxasında kim var?..

03.05.2025 / 18:05
Hindistan-Pakistan müharibəsi Qazaxıstan, Özbəkistan və Tacikistanı yandıra bilər

03.05.2025 / 17:53
Pakistan Rusiyanı Hindistanla münaqişənin araşdırılmasına cəlb etmək istəyir

03.05.2025 / 17:19
Xarici birjalara Azərbaycandan pul axını getdikcə artır - yeni təhlükə?...

03.05.2025 / 16:47
Putinə müraciət - ermənilərin Qarabağa qaytarılması mövzusu yenidən ortaya atılır...

03.05.2025 / 16:24
1-ci sinfə qəbul başlanan kimi narazılıqlar da başlayıb...

03.05.2025 / 16:22
Putin Prezident İlham Əliyevi təbrik etdi

03.05.2025 / 16:11
İngla School Bakunun təşkilatçılığı ilə Bakıda Özbəkistan universitetlərinin sərgisi keçirildi

03.05.2025 / 16:10
Xankəndidə 1300 abonentə təbii qaz verilib

03.05.2025 / 16:08
“İRƏLİ” İctimai Birliyi “Rəqəmsal Ay” layihəsinə start verir

Təhsil proqramlarına universitetlərimizin beynəlxalq əlaqələrinin təsiri...

XƏBƏR ARXİVİ

May
B.eÇ.aÇC.aCŞB
2829301234567891011121314151617181920212223242526272829303112345678