Çərşənbə axşamı günü, 6 may 2025
     

10 il əvvəl Azərbaycan İsraillə Türkiyəni necə barışdırdı...

Image

Turan Rzayev: “Bakı həm Türkiyə, həm də İsrail üçün dipolamtik kanalı açıq saxlayıb”

Türkiyə ilə İsrailin ilk dəfə barışmasında Azərbaycan vasitəçilik edib. İlk böhran zamanı biz fəal rol oynadıq ki, bu iki ölkənin mövqeyini bir-birinə yaxınlaşdıraq. Bu sözləri Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda çıxışı zamanı deyib.

Hər iki ölkənin Azərbaycanın yaxın dostu olduğunu diqqətə çatdıran dövlət başçısı əlavə edib: “Türkiyə ilə müttəfiq ölkəyik. Biz 2021-ci ildə Şuşa Bəyannaməsini imzalamışıq və rəsmi olaraq müttəfiqik”.

İsrailin də Azərbaycan üçün dost ölkə olduğunu vurğulayan Prezident deyib ki, bu qarşılıqlı dostluq müxtəlif çətin vəziyyətlərdə uzun illərdir özünü büruzə verib. Ona görə də bu iki ölkə arasında olan hər hansı bir anlaşılmazlıq bizi narahat edir: “Biz, sadəcə olaraq, müttəfiqimiz və qardaşımız olan Türkiyəyə, dostumuz İsrailə öz əlaqələrini yenidən qurmaq üçün yardım etmək istədik. Bəlkə də bilirsiniz ki, bu normallaşmanın nəzərəçarpan əlamətləri də var idi, məsələn, İsrail Prezidenti cənab Hersoqun Türkiyəyə səfəri və Prezident Ərdoğanla görüşü, Prezident Ərdoğanla Baş nazir Netanyahu arasında Nyu-Yorkda görüş. Bu, iki il bundan əvvəl baş vermişdi. İndi biz bir növ dejavü yaşayırıq. Biz addımlarımızın alqoritmini bilirik. Mən sizi əmin edə bilərəm ki, yardım etməyə çalışmaq üçün səy göstəririk. Ola bilsin ki, hazırkı mərhələdə bundan daha çox söz demək doğru olmaz, çünki yenə də bu, iki ölkə arasındakı münasibətlərdir”.

Prezident “Türkiyə ilə İsrailin ilk dəfə barışmasında Azərbaycan vasitəçilik edib” deyərkən, çox güman, söhbət 2010-cu ilin 31 mayında Türkiyənin “Mavi Mərmərə” humanitar gəmisinə İsrailin hücumundan sonra pisləşən iki ölkə münasibətlərinin normallaşması ilə bağlı Azərbaycanın vasitəçiliyindən gedir. O zaman Azərbaycan tərəfləri barışdırmaq üçün böyük səylər göstərdi.

“Azərbaycanın vasitəçiliyi ilə pərdəarxası danışıqlar fonunda 2022-ci ildə tərəflər arasında müəyyən yaxınlaşma oldu”

Sözügedən məsələni dəyərləndirən politoloq Turan Rzayev hesab edir ki, Prezidentin indiki məqamda bu məsələyə toxunması təsadüfi deyil: “Türkiyə və İsrail arasında konkret gərginlik var və Suriya uğrunda rəqabət gündən-günə artır; ABŞ Prezidenti Donald Trampın İsrail Baş naziri Benyamin Netanyahu ilə görüşündə müzakirə edilən mövzulardan biri Təl-Əviv-Ankara münasibətləri olub. Türkiyə Azərbaycanın müttəfiqi, İsrail isə strateji tərəfdaşıdır. Hər ikisi Bakı üçün çox vacibdir. Azərbaycan iki ölkə ilə münasibətləri inkişaf etdirməklə yanaşı, həm də müəyyən balansı saxlayır. Bu, əslində illər əvvəl bəhrəsini göstərdi. 2010-cu il mayın 31-də İsrail hərbçiləri Fələstinin Qəzza zolağına humanitar yardım aparan Türkiyənin “Mavi Mərmərə” gəmisinə basqın etdi. Həmin hadisədə Türkiyənin 9 vətəndaşı israilli hərbçilər tərəfindən öldürüldü. Bundan sonra iki ölkə arasında vəziyyət böhran həddinə çatdı. Türkiyə Təl-Əvivdəki, İsrail isə Ankaradakı səfirini geri çağırdı və diplomatik əlaqələr kəsildi. “Mavi Mərmərə” hadisəsində həm Ankara, həm də Təl-Əviv Bakıdan digərinə qarşı təzyiq üçün istifadə etmək istəyirdi. Amma Azərbaycan buna getmədi və Prezidentin qeyd etdiyi kimi, gərginliyi aradan qaldırmaq üçün diplomatik təmaslara başladı. Azərbaycanın vasitəçiliyi ilə pərdəarxası danışıqlar fonunda 2022-ci ildə tərəflər arasında müəyyən yaxınlaşma oldu. Hətta İsrail Prezidenti İshaq Hersoq həmin il martın 9-10-da Türkiyəyə səfər etdi. Bundan əvvəl isə 20 yanvar tarixində Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə İsrail xarici işlər naziri Yair Lapid arasında telefon danışığı baş tutdu. Ölkə başçısının çıxışında dediyi məsələ əslində həmin dövrləri əhatə edir. Türkiyə ilə İsrail arasında regional maraqların tez-tez kəsişməsi, fərqli siyasi ideologiyalar mövcud gərginliyə səbəb olur. Prezident İlham Əliyevin sözlərindən bu nəticəyə gəlmək olar ki, Bakı həm Türkiyə, həm də İsrail üçün dipolamtik kanalı açıq saxlayıb. Yəni istəsələr, məmnuniyyətlə yenidən vasitəçilik edə bilərik. Azərbaycanın mümkün Türkiyə-İsrail danışıqlarına həm ev sahibliyi, həm də vasitəçilik etməsi mümkündür. İstisna deyil ki, Bakı bir müddətdir, bu istiqamətdə diplomatik təmaslara da başlayıb. Rəsmi Bakı dünyanın supergüclərinin bir masaya gətirə bilmədiyi iki böyük qüvvəni yenidən yaxınlaşdıra bilər”.

Vidadi ORDAHALLI



VİDEO

SON XƏBƏRLƏR

07.05.2025 / 00:22
Tramp İsraildən xəbərsiz Yəmən husiləri ilə atəşkəs razılaşmasına getdi - Təl-Əviv şokda...

06.05.2025 / 21:28
"Böyük Vətən Müharibəsi"nin dövrü bitdi, 2-ci Dünya Müharibəsi başladı...

06.05.2025 / 21:14
Hindistan Bahlihar bəndini kəsdi - Pakistan susuz qaldı...

06.05.2025 / 21:02
Özgür Özələ hücum edən Tengioğlunun polisə verdiyi ifadənin təfərrüatları...

06.05.2025 / 20:59
Paşinyan iqtidarı ilk dəfə Rusiyaya qarşı “casus ittihamı” irəli sürdü...

06.05.2025 / 20:45
8 OPEK+ ölkəsi təhlükəli neft qərarı verə bilər - Azərbaycana da dəxli var...

06.05.2025 / 20:32
Trampın 100 faizlik yeni rüsum qərarı Azərbaycana da təsirli ola bilər...

06.05.2025 / 20:30
Fridrix Merç ikinci cəhddə Almaniya kansleri seçildi

06.05.2025 / 20:29
ABŞ prezidenti Tramp Erməni QHT və mediasın pulunu kəsdi

06.05.2025 / 20:28
Çin 87 milyard avroluq əsrin layihəsini tikir

06.05.2025 / 20:26
Ramzan Kadırov sağalmaz xəstəliyə tutulub – istefa üçün müraciət etdi

06.05.2025 / 20:18
Azərbaycan-BMT münasibətləri yeni formatda qurulur...

06.05.2025 / 20:11
Hikmət Hacıyev Medianın İnkişafı Agentliyində media subyektlərinin rəhbərləri ilə görüşdü - FOTO

06.05.2025 / 20:05
Azər Badamovun deport olunmasının ən ilginc məqamı - deputat Heydər Əliyevin anımına gedirdi...

06.05.2025 / 19:52
Doğuş üstündə ölümlər 70 faiz artıb...

06.05.2025 / 19:50
Azərbaycanın yəhudi əsilli qəhrəman oğlu - Aqarunov Albert Aqarunoviç

06.05.2025 / 19:44
Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslər ifadə verdi - FOTO

06.05.2025 / 19:37
"Köçəryan Moskvanın, Simonyan isə Bakı və Ankaranın casusudur…"

06.05.2025 / 19:25
Boşanmalarla bağlı təhlükəli tendensiya hələ də davam edir

06.05.2025 / 19:17
MEDİA Agentliyində Özbəkistan nümayəndələri ilə görüş keçirildi - FOTO

06.05.2025 / 18:57
"Azərbaycanla Vyetnam əməkdaşlıq potensialını bundan sonra da inkişaf etdirmək üçün bütün imkanlara malikdir" - Prezident

06.05.2025 / 18:57
Rusiya qələbənin 80 illiyindən çox uca danışır, İrəvanda faşist heykəllərinə isə susur...

06.05.2025 / 18:50
Prezident İlham Əliyev: "Azərbaycanla Vyetnam arasında mədəni əlaqələr müxtəlif təşəbbüslər vasitəsilə inkişaf etməkdədir"

06.05.2025 / 18:47
"Azərbaycan Vyetnamla iqtisadi və ticari əlaqələrin inkişafına böyük əhəmiyyət verir" - Prezident

06.05.2025 / 18:43
Müştərilər "Unibank"dan niyə bu qədər şikayətçi düşür?...

06.05.2025 / 18:42
Prezident İlham Əliyev “Vietnam News Agency” agentliyinə müsahibə verib

06.05.2025 / 18:30
Hindistan-Pakistan müharibəsində Rusiya pərdəarxası rol oynayır...

06.05.2025 / 18:16
Tramp indi də Ərdoğanla Netanyahunu barışdırmağa cəhd edəcək...

06.05.2025 / 18:02
Putin Kreml hakimiyyətinə daha nəzarət edə bilmir - Badamov olayı ifşa edir...

06.05.2025 / 17:48
Heqset Trampla razılaşmadan Ukraynaya silah tədarükünü dayandırmışdı

06.05.2025 / 17:47
Avropa Şurasının rəhbəri ABŞ-ın tarif siyasətini “iqtisadi faciə” adlandırdı

06.05.2025 / 17:44
Özgür Özəldən şok açıqlama: Əmr verildi, “İmamoğlu öldürüləcək”

06.05.2025 / 17:39
Liseylə məktəb-liseyin nə fərqi var? - Bakı məktəblərinin cazibəli adları...

06.05.2025 / 17:26
İran əvvəllər Ermənistanın üstündə qurduğu Cənub-Qərb marşrutunu dəyişdirdi...

06.05.2025 / 17:15
11 minə yaxın şagird buraxılış imtahanından şikayətçi düşdü ...

06.05.2025 / 17:10
"Bakcell" mobil tətbiqi süni intellekt dəstəkli təkliflər dövrünə keçir

06.05.2025 / 17:03
Milli Xalça Muzeyində “Rabat xalça sənəti” immersiv sərgisi açılıb - FOTO

06.05.2025 / 16:55
"80 metr məsafədə mərmi düşməsi nəticəsində sağ diz nahiyəmdən xəsarətlər aldım" - Vardanyanın məhkəməsində zərərçəkmiş ekskavator sürücüsü

06.05.2025 / 16:50
Elçin Əmirbəyov çilili XİN rəhbəri ilə Orta Dəhlizin potensialını müzakirə edib

06.05.2025 / 16:15
Prezident İlham Əliyev bir sıra məhkəmələrə sədrlər təyin etdi

06.05.2025 / 16:07
Pakistanla imzalanmış kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu təsdiqləndi

06.05.2025 / 16:04
Prezident İlham Əliyev Pakistanla gömrük sahəsində imzalanmış Anlaşma Memorandumunu təsdiqlədi

06.05.2025 / 15:54
Xaçmazda oğurluq edən şəxslər yaxalandı

06.05.2025 / 15:50
Xalqın baş tacı şəhid Rusif

06.05.2025 / 15:44
Vergi ödəyiciləri üçün “Kontragentləri araşdır” elektron xidməti istifadəyə verilib

06.05.2025 / 15:40
Belarusun Baş naziri Ağdam Sənaye Parkında və Sarıcalı kəndində olub...

06.05.2025 / 15:25
Tramp Putinin üçgünlük atəşkəs qərarını "çox böyük addım" adlandırdı...

06.05.2025 / 15:07
"Ermənistan Silahlı Qüvvələrinin qalıqları tərəfindən atılan snayper gülləsinin dəyməsi nəticəsində xəsarət aldım" - Vardanyanın məhkəməsində zərərçəkmiş şəxs

06.05.2025 / 14:34
Ukrayna Moskvanı pilotsuz “təyyarə yağışına” tutdu

06.05.2025 / 14:32
Hindistan - Pakistan münaqişəsi: Gərginliyi azaltmaq üçün İran, BMT, Aİ hərəkətə keçdi

06.05.2025 / 14:31
Türkiyə əks-kəşfiyyatı Hizbullaha qarşı “peycer hücumunun” qarşısını aldı

06.05.2025 / 14:29
“Mossad"ın problemi: “İsrailin Husilərlə bağlı heç bir məlumatı yoxdur”

06.05.2025 / 14:15
Narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlandı

06.05.2025 / 14:04
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan nümayəndəliyi fəaliyyətini dayandırır

06.05.2025 / 13:47
Kazım Hüseynəliyev Naxçıvanın iqtisadiyyat naziri təyin edildi

06.05.2025 / 13:36
Polis əməliyyat keçirdi, külli miqdarda narkotik dövriyyədən çıxarıldı

06.05.2025 / 13:23
Ətraf mühitə zərər vuran şirkətlərin işi məhkəməyə göndərildi

06.05.2025 / 13:10
Кибератака России на Азербайджан! Россию умом не понять... - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

06.05.2025 / 12:56
Onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan olundu

06.05.2025 / 12:43
MEDİA Agentliyi çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan etdi

06.05.2025 / 12:35
Prezident İlham Əliyev Belarusu Azərbaycanda keçiriləcək Dünya Şəhərsalma Forumunda yaxından iştiraka dəvət etdi

06.05.2025 / 12:05
Gələn il 140 min keçmiş məcburi köçkün Qarabağa və Şərqi Zəngəzura qayıdacaq

06.05.2025 / 12:04
Gələn ay vizasız Rusiyaya gələnlər üçün yeni qaydalar qüvvəyə minəcək

06.05.2025 / 11:26
Ulduz futbolçu ilk dəfə övladının üzünü göstərib

06.05.2025 / 11:17
Rüşvətə görə həbs edilən keçmiş hakim barədə qərar verildi

06.05.2025 / 11:12
Paşinyanı sərt tənqid edirdi, bu gecə maşınını yandırdılar...

06.05.2025 / 11:06
Prezident İlham Əliyev Belarusun Baş nazirini qəbul edib - FOTO/YENİLƏNDİ

06.05.2025 / 11:03
Rusiya Ermənistanı müharibə ilə hədələdi - CANLI

06.05.2025 / 11:00
"Azərbaycan və İran arasında münasibətlərdə yeni bir mərhələ başlayıb" - İran rəsmisi

06.05.2025 / 10:32
Əhməd əş-Şəraa sabah Parisə gedir

06.05.2025 / 10:22
27 nəfər şübhəli saxlanılıb - polisdən açıqlama

06.05.2025 / 10:20
Bəzi əraziləri su basıb - FHN yağıntılı hava barədə məlumat yaydı

06.05.2025 / 10:14
Ulduz futbolçu kinoaktrisanı döyüb - İtaliyada şok qalmaqal!

06.05.2025 / 10:07
Brüsseldə “Tervuren” festivalında Azərbaycan stendi qurulub

06.05.2025 / 10:00
Tramp Rusiyanın sərbəst buraxdığı balerina ilə görüşüb

06.05.2025 / 09:36
Paşinyan Marselin ermənipərəst meri ilə görüşüb

06.05.2025 / 09:27
Yol qəzasında xəsarət alan sürücü xəstəxanada vəfat edib

06.05.2025 / 09:22
Banklar köhnəlmiş valyuta əskinaslarından imtina edir - kim haqlıdır...

06.05.2025 / 09:20
Bu axşam "İnter"-"Barselona" qarşılaşması var

06.05.2025 / 09:12
Dünya ŞOKDA - Qəzzada ərzaq tükənib!

06.05.2025 / 09:05
Rihanna yenə ana olacaq...

Boşanmalarla bağlı təhlükəli tendensiya hələ də davam edir

XƏBƏR ARXİVİ

May
B.eÇ.aÇC.aCŞB
2829301234567891011121314151617181920212223242526272829303112345678