Mayot adasında Fransa zülmü... Həm istismar edir, həm də vətəndaşlığı çətinləşdirir...

Fransa Hind okeanında Madaqaskarın şimalında yerləşən müstəmləkəsi Mayot adasında doğulan uşaqlar üçün qanun layihəsini təsdiqləyib.
Fransa Milli Assambleyası Mayot adasında doğulan uşaqların Fransa vətəndaşlığı almaq şərtlərinin sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini aprelin 9-da müzakirəyə çıxarıb.
Respublikaçılar (LR) Partiyasının təqdim etdiyi qanun layihəsi 174 əleyhinə 339 səslə qəbul edilib. Qanun layihəsinə əsasən, Mayotda doğulan uşaqların vətəndaşlıq hüququ əldə etməsi üçün onların valideynləri ən azı bir il adada yaşamalıdırlar.
Əvvəllər bölgədə doğulmuş bir şəxsin Fransa vətəndaşlığını ala bilməsi üçün yalnız bir valideynin adada ən azı 3 ay yaşaması yetərli idi.
TAHİR