Cümə axşamı günü, 8 may 2025
     

Əliyev Ermənistana "potensial təhlükə" mesajı verdi...

Image

Məlumdur ki, Fransa başda olmaqla, regionda maraqları olan subyektlər bu gün Bakı ilə İrəvan arasında sülhə özlərinin Cənubi Qafqazdakı mənafelərinin sonu kimi baxırlar. Bu durumda erməni cəmiyyətində revanş əhvali-ruhiyyəsi Qərbdəki müəyyən qüvvələrin niyyətləri ilə üst-üstə düşür.

Lakin Azərbaycanın hərbi-siyasi gücü Fransa və eyni çirkab niyyəti bölüşən digərlərinə Qafqazda rahat hərəkət imkanı vermir. Bu mənada həmin məkrli qüvvələr çıxış yolunu İrəvanı yenidən münaqişəni başlatmağa təşviq etməkdə görür.

Ermənistanın silahlandırlması qeyd edilənlər fonunda təsadüfi xarakter daşımır. Məsələyə prezident İlham Əliyev ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda çıxışı zamanı toxunub. Dövlət başçısı bildirib ki, Ermənistanın yeni dostları onu yeni, ölümcül silahlarla təmin edirlər. Bu isə regionda heç də sülhə və sabitliyə xidmət etmir. Bunun yalnız yeni gərginlik ocaqlarının yaranmasına xidmət edəcəyini vurğulayan prezident diqqətə çatdırıb ki, bu gün Ermənistanda olduqca güclü revanşist qruplar mövcuddur: “Müharibədən sonrakı vəziyyət necə inkişaf edəcək? Bu, əsasən Ermənistandan asılıdır. Biz ərazi bütövlüyümüzü və suverenliyimizi bərpa etdik, separatçılığın kökünü kəsdik və sərhədlərimizin toxunulmazlığını təmin etdik. Bizim üçün bu məsələ bitmişdir. Ancaq bu o demək deyil ki, biz potensial təhlükələri nəzərə almayacağıq”. Dövlət başçısı əlavə edib ki, biz özümüzü müdafiə etməyə və Ermənistanı belə bir fikrə gəldikdə, onu dərhal cəzalandırmağa hər an hazır olmalıyıq. Ekspertlər qeyd edir ki, silahlandırma faydasız olmaqla bərabər, Ermənistan üçün əslində özünü məhvdən başqa bir şey deyil. Çünki 30 il ərzində silahlanmaqla İrəvan Azərbaycanın qarşısında cəmi 44 gün davam gətirdi, bunun ardınca Hindistandan, Fransadan və digər dövlətlərdən daşınan silahlar da Ermənistanın karına gəlmədi, separatçılar və Qarabağdakı erməni hərbi birləşmələri cəmi 23 saat duruş gətirə bildi. Belə olan halda, Ermənistanı silahlandıranlar, əslində, bu ölkəni fəlakətə sürükləyirlər. Bu səbəbdən də hər kəsdən öncə bu reallığı ermənilər özləri anlamalıdırlar. O da şübhəsizdir ki, bu cür təşəbbüslərin başında ilk növbədə Fransa və onun ətrafında formalaşan lokal blok dayanır. Təsadüfi deyil ki, Avropa İttifaqının qondarma “monitorinq missiyası”nın Ermənistan-Azərbaycan sərhədinə göndərilməsinin də ideya vericisi və təşəbbüskarı Fransa idi. Daha sonra Fransa Ermənistana hücum silahları satmağa başladı və Fransa tərəfindən Ermənistan “Bastion” çoxməqsədli zirehli avtomobilləri və “Sezar” özüyeriyən artilleriya qurğuları göndərildi. Prose hələ də davam edir. Rəsmi Bakı ən yüksək səviyyədə bildirib ki, bizim təhlükəsizliyimiz ciddi şəkildə təhdid edilərsə, dərhal buna cavab veriləcək.

Sülh üçün də Azərbaycanın yanaşması bəllidir. İlk növbədə, Ermənistan ölkəmizə qarşı ərazi iddialarına son qoymalıdır. Çünki bu ölkənin konstitusiyasında və digər hüquqi sənədlərdə ölkəmizə qarşı ərazi iddiaları hələ də qüvvədə qalır. Doğrudur, Ermənistanın hakimiyyət orqanları bu faktın guya Azərbaycana qarşı ərazi iddiası anlamına gəlmədiyini deyir. Lakin təkcə bir fakt – 1998-ci ildə Robert Köçəryanın Ermənistanın prezidenti seçilməsi üçün bu ölkənin parlamentinin “Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi” haqqında qəbul etdiyi sənədə istinad edilməsi rəsmi İrəvanın “əsaslandırmalarını” ifşa edir. Yəni, belə sənədlərin qüvvədə qalması gələcəkdə Azərbaycana qarşı ərazi iddiası üçün istifadə oluna bilər. Rəsmi İrəvan konstitusiyanın dəyişməsi məsələsini də uzatmaqla konstitusion əsası olmayan bir sazişin bağlanmasına səy göstərir. Rəsmi İrəvan ziddiyyətli açıqlama ilə çıxış edir. Azərbaycana qarşı ərazi iddiası olan konstitusiyanı dəyişmədən sülh sazişi imzalamaq istəyir. Belə hal mümkün hesab olunmur. Bununla yanaşı, erməni tərəfinin ATƏT-in Minsk qrupunun ləğvi ilə bağlı ortya qoyduğu yanaşma da suallar doğurur. Faktiki olaraq 44 günlük Vətən müharibəsindən sonra belə bir təsisat fəaliyyət göstərmir. ATƏT-in Minsk qrupu üzərinə düşən vəzifəni yerinə yetirə bilmədi. Minsk qrupu ona verilmiş mandat əsasında münaqişənin həllinə nail olmadı. Minsk qrupu həmsədr ölklərinin liderləri münaqişənin hərbi həlli olmadığını iddia etsə də, Azərbaycan bunu hərbi-siyasi vasitələrlə etdi. İndi Minsk qrupunun ləğvi reallaşmalıdır. Bunların əksinə olaraq Ermənistanın silahlandırılması regionda hərbi gərginliyin yaradılmasına xidmət edir. Hərbiləşmə siyasətini davam etdirməsi Ermənistanın Azərbaycana qarşı gizli gündəminin mövcud olduğunu nümayiş etdirir. Bütün bunların fonunda rəsmi İrəvanın həqiqətən sülh istəməsi inandırıcı görünmür. Azərbaycan, əlbəttə, yeni qarşıdurma istəmir. Amma Ermənistan bu gün xeyli dərəcədə üçüncü güclərin, o cümlədən Fransanın təsiri altındadır. Rəsmi Paris isə İrəvan vasitəsilə bölgədə yeni gərginlik yaratmaq üçün bütün imkanlardan istifadə edir. Sözsüz ki, Ermənistanın belə yanaşmasına və təxribatlarına qarşı Azərbaycan sonadək dözümlü yanaşmayacaq. O səbəbdən prezident İlham Əliyev ADA Universitetində keçirilən tədbirdə dediyi kimi top erməni tərəfindədir: “Ermənistan ilə Azərbaycan arasında saziş imzalanarsa, əlbəttə ki, bu, əməkdaşlığın başlanmasından xəbər verə bilər. Düşünürəm ki, biz vaxtı itirməli deyilik. Çünki sülh sazişinə gəldikdə, top ermənilərin tərəfindədir və mən bunu dəfələrlə söyləmişəm”.

Samirə SƏFƏROVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

SON XƏBƏRLƏR

08.05.2025 / 15:51
Aİ Rusiyanı rəsmi şəkildə Ukraynada kimyəvi silahdan istifadə etməkdə ittiham etdi

08.05.2025 / 15:50
Müasir müstəqil Azərbaycan Ulu Öndərin indiki və gələcək nəsillərə əmanətidir

08.05.2025 / 15:45
Məşhur hüquq müdafiəçisi 65-dən yuxarı yaşlı məhkumların əfvinə xüsusi önəm verdi...

08.05.2025 / 15:32
Pakistan Fransanın Hindistana satdığı qırıcıları Çin istehsalı qırıcılarla havada vurdu – Paris şokda...

08.05.2025 / 15:10
Prezident İlham Əliyev XXVIII Avrasiya İqtisadi Zirvə Toplantısının iştirakçılarına müraciət ünvanlayıb

08.05.2025 / 14:26
Pakistan Hindistanın göndərdiyi 12 dronu vurdu

08.05.2025 / 14:10
Abşeronda saxlanan şəxsin avtomobilindən 19 kq narkotik çıxdı...

08.05.2025 / 13:57
“Türk” etnonimi və törələri - Yunus OĞUZ yazır

08.05.2025 / 13:44
MM-də SSRİ-nin qərarı ilə Zəngəzurun Ermənistana verilməsi faktını pisləyən qərarın qəbul edilməsi təklif edildi

08.05.2025 / 13:27
Bank kartlarından 36 min manat oğurlandı... DİN xəbərdarlıq edir - Kiberdələduzlara aldanmayın!

08.05.2025 / 13:23
"Yaşayış məntəqələri olan məkanlarda sakitlik təmin edilməlidir" - BDYPİ sürücülərə çağırış etdi

08.05.2025 / 13:10
А.Мирзоян разгромил Кочаряна и Саргсяна - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

08.05.2025 / 13:04
Prezident Arif Babayevə Heydər Əliyev Mükafatı verilməsi haqqında Sərəncam imzaladı

08.05.2025 / 12:55
Şirvanda avtoxuliqanlıq edən sürücü həbs edildi

08.05.2025 / 12:35
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü Berlində qeyd edilib - FOTO

08.05.2025 / 12:16
İranda xanım teleaparıcı çəkiclə öldürüldü

08.05.2025 / 12:12
Azərbaycanın müvəqqəti işlər vəkili suriyalı nazirlə görüşüb

08.05.2025 / 12:04
“Zelenski və Putin bir-birlərini Trampın qəzəbinə tuş gətirmək üçün yarışırlar”

08.05.2025 / 12:00
Tramp: ”Rusiya milyonlarla insan itirdi, amma İkinci Dünya Müharibəsində ABŞ qalib gəldi”

08.05.2025 / 11:41
Husilər Ramon hava limanını darmadağın etdilər

08.05.2025 / 11:31
Kardinallar konklavın ilk günündə yeni papanı seçə bilmədilər

08.05.2025 / 11:27
Milyarder qızının brilyant boyunbağısı hər kəsi şoka saldı!

08.05.2025 / 11:21
Bakı Şəhər Prokurorluğunun yeni korpusunun açılışı olub

08.05.2025 / 11:18
"Heydər Əliyev şəxsiyyəti hər bir azərbaycanlı üçün müdriklik, vətənə sədaqət rəmzidir" - spiker

08.05.2025 / 11:06
Milli Məclisin xüsusi iclası başlayıb

08.05.2025 / 11:03
Azərbaycan Rusiyaya sərt üzünü göstərdi - CANLI

08.05.2025 / 11:03
Ceyhun Bayramov vyetnamlı həmkarı ilə görüşüb

08.05.2025 / 10:31
Konfrans Liqasında yarımfinal oyunları keçiriləcək

08.05.2025 / 10:15
Sumqayıtda 3 "Kalaşnikov" tapılıb

08.05.2025 / 10:07
"Bu sənədin hazırlanmasında Ulu Öndərin müstəsna xidmətləri olub" - Baş prokuror

08.05.2025 / 10:00
Hindistanda helikopter qəzası olub, 6 nəfər ölüb

08.05.2025 / 09:50
Ukrayna dolları avro ilə əvəz edəcək - Kiyevdən rəsmi açıqlama

08.05.2025 / 09:40
Pakistanın hava limanı yaxınlığında partlayışlar olub

08.05.2025 / 09:25
İnsanların ziyafətlərdə kütləvi zəhərləndiyi restoran sahibləri böyük kompensasiya ödəməlidir...

08.05.2025 / 09:16
Naxçıvanın bu hissəsində qaz olmayacaq

08.05.2025 / 09:10
Finalın adı: PSJ - "İnter" olacaq!

08.05.2025 / 09:03
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında To Lamın Azərbaycana səfərindən görüntülər paylaşılıb - VİDEO

08.05.2025 / 09:02
"İslamabadla həmrəyik" - Ərdoğandan açıqlama

08.05.2025 / 08:32
Kartlardan oğurluq ya bankın, ya da mobil şirkətin "işverənliyi" ilə baş verir - İddia və cavab...

08.05.2025 / 00:31
Pakistanın müdafiə nazirindən Hindistana sərt xəbərdarlıq - Nüvə müharibəsi hər an başlaya bilər...

08.05.2025 / 00:09
Şahbaz Şərif “pakistanlıların cəsur bir millət olduğunu unudublar” dedi və söz verdi – qisas alınacaq...

07.05.2025 / 22:04
Vyetnam Kommunist Partiyasının Baş katibi Birgə Bəyanatda əks olunan müddəaların icrası üçün beş məsələ təklif etdi

07.05.2025 / 21:43
Prezident İlham Əliyevin adından Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibinin şərəfinə dövlət ziyafəti verilib - FOTO

07.05.2025 / 21:27
Trampın erməni mediasının pulunu kəsməsi Almaniyada suallar doğurdu...

07.05.2025 / 21:14
ABŞ Gürcüstanda 3 dövlətlə müharibəyə başlayır... MEGOBARİ qanunu Azərbaycana da təsir edə bilər...

07.05.2025 / 21:00
Tramp İranla "körfəzə adqoyma müharibəsinə" start verdi...

07.05.2025 / 20:56
Lukaşenko 8 min məhkuma amnistiya elan etdi, 42 nəfər siyasi məhbusu isə əfv etdi

07.05.2025 / 20:47
Ermənistan daha bir regional layihədən kənarda qaldı - təşəbbüs İrandan gəldi...

07.05.2025 / 20:35
Prezident İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və Baş katib To Lam və xanımı No Fon Li Vyetnam rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar - FOTO

07.05.2025 / 20:33
Pakistan ordusu Hindistana ciddi dərs verdi, hindlilər şokdadır...

07.05.2025 / 20:19
Qəzzanı tam tutmaq planı İsrailin özündə belə etirazlar doğurdu - “ədalətli Qərb” isə susur...

07.05.2025 / 20:06
ATƏT Qarabağ ermənilərini gündəmdən düşməyə qoymur - növbəti uğursuz cəhd...

07.05.2025 / 19:51
Vyetnamla münasibətlər tarixində ad qoymuş Cəlal Məmmədov kimdir?...

07.05.2025 / 19:37
2025-ci ili xarici ticarətdə mənfi saldo ilə başladıq... Ekspertlər necə izah edir..?

07.05.2025 / 19:24
Müxalifət Paşinyanı devirmək istədi, əvəzində Köçəryan və Sarkisyanın tərəfdarları arasında didişmə şiddətləndi...

07.05.2025 / 19:10
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı növbəti sıra baxışı keçirib - FOTO

07.05.2025 / 19:01
Bütün məktəblər liseyə çevrilsə, təhsil düzələcək?... Rəqəmlərdən mübahisəli nəticə çıxır...

07.05.2025 / 18:59
Prezident: "Azərbaycanla Vyetnam arasında müdafiə sənayesi sahəsində də çox böyük perspektivlər var"

07.05.2025 / 18:57
Mehriban Əliyevanın Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibinin xanımı ilə görüşü olub - FOTO

07.05.2025 / 18:47
BMT-nin 4 ofisi Bakıdan getdi - manipulyasiyaların əsası varmı?..

07.05.2025 / 18:46
"Qoşulmama Hərəkatının daha sanballı təsisat kimi fəaliyyəti Azərbaycanın və Vyetnamın marağındadır" - Prezident

07.05.2025 / 18:35
Prezident: "Azərbaycanla Vyetnam arasında müxtəlif istiqamətlər üzrə çox ciddi əməkdaşlıq potensialı var"

07.05.2025 / 18:32
Şəraa ilk Avropa dövləti kimi Fransanı seçdi - Suriya-Türkiyə münasibətlərinə fransız barmağı uzanır...

07.05.2025 / 18:30
"Bu səfər Vyetnam-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm əhəmiyyət daşıyır" - Prezident İlham Əliyev

07.05.2025 / 18:25
“Biz burda açıq-aydın Rusiya tərəfin qərəzini görürük” - Vüqar İsgəndərov

07.05.2025 / 18:20
Prezident İlham Əliyev və Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi mətbuata bəyanatlarla çıxış ediblər - FOTO/YENİLƏNDİ

07.05.2025 / 18:18
İdman təmayüllü məktəblərin nə faydaları dəyir?...

07.05.2025 / 18:17
Prezident İlham Əliyev və To Lam Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanatı qəbul ediblər

07.05.2025 / 18:16
Azərbaycan ilə Vyetnam arasında imzalanmış sənədlər mübadilə edilib - FOTO/YENİLƏNDİ

07.05.2025 / 18:11
Bahalı əşyaları sərnişinlərə paylayıb aeroportun dayanacağında topladılar - Gömrükçülər fırıldağın üstünü belə açdılar...

07.05.2025 / 18:04
“Super azad erməni mediası” barədə fransız səfirin yalanını ermənilər özləri tutdular...

07.05.2025 / 17:51
İlham Əliyevin Pakistanla bəzi sazişləri məhz indi təsdiqləməsi təsadüf deyil...

07.05.2025 / 17:43
Xalqımızın qəhrəmanlıq ənənələri bu gün də uğurla davam etdirilir - FOTO

07.05.2025 / 17:38
İranın Pakistan və Hindistanı barışdırmaq cəhdi alınmadı...

07.05.2025 / 17:26
Müəllimlərin "bəxti açıldı" - pedaqoji işi olanlar bundan sonra...

07.05.2025 / 17:23
Prezident İlham Əliyevin Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi ilə geniş tərkibdə görüşü keçirilib - FOTO/YENİLƏNDİ

07.05.2025 / 17:20
Tramp Fars körfəzini Ərəb körfəzi adlandırdı

07.05.2025 / 17:12
Naxçıvanda nazir müavini vəzifəsindən azad olundu

07.05.2025 / 17:06
Vüqar Rəhimzadə: Azərbaycan-Vyetnam əlaqələrinin inkişafı üçün böyük potensial var

07.05.2025 / 16:47
ABŞ bir həftə ərzində iki qırıcını suya axıtdı

07.05.2025 / 16:45
Prezident İlham Əliyevin Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi ilə məhdud tərkibdə görüşü olub - FOTO

İdman təmayüllü məktəblərin nə faydaları dəyir?...

XƏBƏR ARXİVİ

May
B.eÇ.aÇC.aCŞB
2829301234567891011121314151617181920212223242526272829303112345678