Çərşənbə günü, 7 may 2025
     

Azərbaycan ABŞ-İran müharibəsinin qarşısını ala bilər - ideya var, hələlik izahı yoxdur...

Image

Hələ də gərgin xarakter daşıyan münasibətlər fonunda ABŞ hərbi qüvvələrini İran ətrafında yerləşdirir. “Newsweek”nəşri yazır ki, ABŞ-ın “USS Carl Vinson” təyyarədaşıyan gəmisi Hind okeanına daxil olub. Məlumata görə, gəminin göndərilməsi ABŞ-nin bölgədə hərbi mövcudluğunu gücləndirmək yolunda mühüm addımdır. Bildirilib ki, Vaşinqton qarşıdakı günlərdə və həftələrdə daha aqressiv yanaşma qərarını göstərə bilər.

Qeyd olunub ki, sözügedən təyyarədaşıyan gəmi Hind-Sakit okean bölgəsində təlimləri başa vurduqdan sonra regional sabitliyin təşviqi, düşmənçilik addımlarının qarşısının alınması və ticarətin sərbəst axınının qorunması səylərini davam etdirmək üçün bölgədəki ABŞ Mərkəzi Komandanlığına qoşulacaq. Bu arada ABŞ prezidenti Donald Tramp sürpriz açıqlama verərək, ABŞ və İranın Tehranın nüvə proqramı ilə bağlı birbaşa danışıqlara başlamağa hazır olduqlarını açıqlasa da, İranın xarici işlər naziri Abbas Əraqçi nümayəndə heyətlərinin Omanda dolayı danışıqlar aparacağını bildirib. Tramp daha öncə İranı “əvvəl görmədikləri kimi bombardmanlarla” hədələmişdi. Bunun ardınca o qeyd edib: “Biz İranla birbaşa danışıqlar aparırıq və onlar başlayıb. Onlar şənbə günü baş tutacaq. Çox böyük görüşümüz var və nə baş verə biləcəyini görəcəyik”. “Reuters” yazır ki, Tramp danışıqların harada keçiriləcəyini söyləməkdən imtina edib, lakin razılığın əldə olunmasının mümkünlüyünü istisna etməyib.

İran son həftələr Trampın nüvə proqramı ilə bağlı birbaşa danışıqlar tələblərinə müqavimət göstərib. Amerika prezidenti martın sonunda bəyan edib ki, Vaşinqton və Tehran İranın nüvə proqramı ilə bağlı razılığa gəlməsələr, ABŞ İrana zərbə endirəcək.

Tramp NBC News telekanalına müsahibəsində deyib: “Əgər onlar razılıq əldə etməsələr, bombardman olacaq. Bu, onların heç vaxt görmədiyi bir bombalama kampaniyası olacaq”. İran ABŞ prezidentinin Tehranın vasitəçisiz danışıqlara razı olması ilə bağlı dediklərini təsdiqləməyib. Xarici işlər naziri Abbas Əraqçi X sosial şəbəkəsində Omanda yüksək səviyyəli dolayı danışıqların keçiriləcəyini yazıb. İran dövlət mediası bildirib ki, danışıqlara Əraqçi və ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff rəhbərlik edəcək, Omanın xarici işlər naziri Bədr əl-Busaidinin vasitəçi qismində çıxış edəcək. “Reuters” xəbər verir ki, ABŞ və İran prezident Co Baydenin rəhbərliyi altında dolayı danışıqlar aparıb, lakin onlar az irəliləyiş əldə ediblər. Və iki hökumət arasında məlum olan sonuncu birbaşa danışıqlar ABŞ prezidenti Barak Obamanın dövründə baş tutub. Obama Trampın sonradan imtina etdiyi 2015-ci il beynəlxalq nüvə sazişinə vasitəçilik edib. Trampın İrana qarşı mümkün hərbi əməliyyatlarla bağlı hədələri İsrailin HƏMAS və Livan “Hizbullah”ına qarşı müharibələri, koalisiyanın Yəmənə raket zərbələri endirməsi və Suriyada rəhbərlik dəyişikliyindən sonra bölgədə onsuz da gərgin vəziyyəti alovlandırıb. ABŞ-ın bölgədəki hərbi varlığını artıran Tramp İranın nüvə proqramını dayandırmaq üçün gücdən də istifadyə hazır olduğunu bəyan edir. Rusiyalı politoloq Yevgeni Mixaylov savaşın vasitəçilər saysində qarşısının alınmasının mümkün olduğunu bəyan edir. Belə vasitəçilərdən biri qismində yenə Azərbaycanın adı çəkilir. Öncə Donald Tramp dünən Ağ Evdə İsrail baş naziri Netanyahu ilə görüşünə, mümkün savaşa toxuna ekspert qeyd edib: “Bütün variantlar nəzərə alınmalıdır. Mümkündür ki, Tramp və Netanyahu nəsə baş verərsə, İrana birgə zərbə endirmək və buna müxtəlif tərəfdən başlayacaqları barədə razılığa gəlib. İsrail və ya ABŞ-ın İranı öz tələblərinə güc yolu ilə razılaşdıracağına inanmağın mənası yoxdur. İran sərt danışılacaq ölkə deyil. Yalnız bərabər şərtlər və danışıqlar üçün üçüncü tərəflərin iştirakı ilə İranla hansısa formada danışıqlar apara bilinər. İran ciddi oyunçudur. Düşünürəm ki, İran ABŞ-ın tələblərini yerinə yetirməsə, Tramp və Netanyahunun bəzi gizli planları ola bilər”.

Vəziyyətin gərginləşəcəyi və müharibə başlayacağı halda bunun Cənubi Qafqaza, o cümlədən Azərbaycana necə təsir edəcəyinə gəlincə ekspert bildirir: “Vəziyyət müharibəyə çatmayacaq. Amma hərbi əməliyyatlar başlasa, Bakı ilə Tehran arasında münasibətlərin istiləşməsi bir kənarda qalacaq. Burada əsas odur ki, Bakı İsraili dəstəkləməsin, çünki İsrail bir çox sahələrdə Bakının müttəfiqidir. Münaqişə başlayarsa, Bakı Təl-Əvivdən uzaqlaşmalıdır. Amma hesab edirəm ki, belə bir vəziyyətin baş verməsi ehtimalı azdır, çünki bu, artıq qlobal müharibə olardı. Tehranla münasibətlərin istiləşməsi fonunda Bakı siyasi münaqişənin hərbi münaqişəyə çevrilməməsi üçün öz tərəfindən səy göstərir. Azərbaycan artıq bloklara qoşulmayan ölkələrin hərəkatındadır və Bakının kifayət qədər təsiri var. Azərbaycan beynəlxalq arenada ciddi oyunçudur. Azərbaycan regionda təhlükəsizliyin təmin olunmasında maraqlıdır və vəziyyəti sabitləşdirmək, münaqişənin qarşısını almaq üçün Rusiya ilə birgə səylər göstərə bilər. Burada Türkiyənin maraqları da nəzərə alınmalıdır. Türkiyə İranın bir ölkə kimi mövcudluğunu dayandırmasında maraqlı deyil, çünki o zaman İsrailin Yaxın Şərqdə əks çəkisi olmayacaq və Təl-Əviv Türkiyənin milli maraqlarını çox sərt şəkildə boğa bilər. Ankara və Bakı strateji tərəfdaşdır. Ona görə də vəziyyət çox ağırdır və onu sırf diplomatik yollarla həll etmək lazımdır. ABŞ və İsrail kimi yellənən dama daşı yaxşı heç nəyə gətirib çıxarmayacaq. Burada biz regionda milli maraqlarımızı daha möhkəm müdafiə etməliyik”. Onu da qeyd edək ki, Netanyahu ilə İranla danışıqların gözlənildiyini açıqlayan görüşdə Tramp yenidən Tehranı təhdid edib. Tramp Oval kabinetdə deyib: “İranın nüvə silahı ola bilməz və danışıqlar uğursuz olarsa, mən əslində İran üçün çox pis gün olacağını düşünürəm”. Trampın bəyanatından bir neçə saat əvvəl İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Baghaei Tehranın dolayı danışıqlar təklifinə Vaşinqtonun cavabını gözlədiyini bildirib. Onun sözlərinə görə, İran səxavətli, məsuliyyətli və şərəfli bir təklif irəli sürüb. Həm ABŞ, həm də İranla yaxşı münasibətlər saxlayan Oman uzun müddətdir ki, Tehran və Vaşinqton arasında kommunikasiya kanalı olub. İran hökumətinə bağlı “Nournews” qəzeti Trampın planlaşdırılan birbaşa görüş barədə açıqlamasını “daxili və beynəlxalq ictimai rəyə təsir etmək məqsədi daşıyan psixoloji əməliyyatın” bir hissəsi kimi qiymətləndirib. Netanyahu Vaşinqtonda deyib ki, diplomatiya Tehranın Liviyada olduğu kimi, tam şəkildə nüvə silahı əldə etməsinə mane ola bilsə, bu, yaxşı bir şey olardı. Əks halda savaş qaçılmazdır.

Tahir TAĞIYEV



VİDEO

SON XƏBƏRLƏR

07.05.2025 / 21:27
Trampın erməni mediasının pulunu kəsməsi Almaniyada suallar doğurdu...

07.05.2025 / 21:14
ABŞ Gürcüstanda 3 dövlətlə müharibəyə başlayır... MEGOBARİ qanunu Azərbaycana da təsir edə bilər...

07.05.2025 / 21:00
Tramp İranla "körfəzə adqoyma müharibəsinə" start verdi...

07.05.2025 / 20:56
Lukaşenko 8 min məhkuma amnistiya elan etdi, 42 nəfər siyasi məhbusu isə əfv etdi

07.05.2025 / 20:47
Ermənistan daha bir regional layihədən kənarda qaldı - təşəbbüs İrandan gəldi...

07.05.2025 / 20:33
Pakistan ordusu Hindistana ciddi dərs verdi, hindlilər şokdadır...

07.05.2025 / 20:19
Qəzzanı tam tutmaq planı İsrailin özündə belə etirazlar doğurdu - “ədalətli Qərb” isə susur...

07.05.2025 / 20:06
ATƏT Qarabağ ermənilərini gündəmdən düşməyə qoymur - növbəti uğursuz cəhd...

07.05.2025 / 19:51
Vyetnamla münasibətlər tarixində ad qoymuş Cəlal Məmmədov kimdir?...

07.05.2025 / 19:37
2025-ci ili xarici ticarətdə mənfi saldo ilə başladıq... Ekspertlər necə izah edir..?

07.05.2025 / 19:24
Müxalifət Paşinyanı devirmək istədi, əvəzində Köçəryan və Sarkisyanın tərəfdarları arasında didişmə şiddətləndi...

07.05.2025 / 19:10
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı növbəti sıra baxışı keçirib - FOTO

07.05.2025 / 19:01
Bütün məktəblər liseyə çevrilsə, təhsil düzələcək?... Rəqəmlərdən mübahisəli nəticə çıxır...

07.05.2025 / 18:59
Prezident: "Azərbaycanla Vyetnam arasında müdafiə sənayesi sahəsində də çox böyük perspektivlər var"

07.05.2025 / 18:57
Mehriban Əliyevanın Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibinin xanımı ilə görüşü olub - FOTO

07.05.2025 / 18:47
BMT-nin 4 ofisi Bakıdan getdi - manipulyasiyaların əsası varmı?..

07.05.2025 / 18:46
"Qoşulmama Hərəkatının daha sanballı təsisat kimi fəaliyyəti Azərbaycanın və Vyetnamın marağındadır" - Prezident

07.05.2025 / 18:35
Prezident: "Azərbaycanla Vyetnam arasında müxtəlif istiqamətlər üzrə çox ciddi əməkdaşlıq potensialı var"

07.05.2025 / 18:32
Şəraa ilk Avropa dövləti kimi Fransanı seçdi - Suriya-Türkiyə münasibətlərinə fransız barmağı uzanır...

07.05.2025 / 18:30
"Bu səfər Vyetnam-Azərbaycan əlaqələrinin inkişafı üçün mühüm əhəmiyyət daşıyır" - Prezident İlham Əliyev

07.05.2025 / 18:25
“Biz burda açıq-aydın Rusiya tərəfin qərəzini görürük” - Vüqar İsgəndərov

07.05.2025 / 18:20
Prezident İlham Əliyev və Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi mətbuata bəyanatlarla çıxış ediblər

07.05.2025 / 18:18
İdman təmayüllü məktəblərin nə faydaları dəyir?...

07.05.2025 / 18:17
Prezident İlham Əliyev və To Lam Strateji Tərəfdaşlığın qurulması haqqında Birgə Bəyanatı qəbul ediblər

07.05.2025 / 18:16
Azərbaycanla Vyetnam arasında imzalanmış sənədlər mübadilə edilib

07.05.2025 / 18:11
Bahalı əşyaları sərnişinlərə paylayıb aeroportun dayanacağında topladılar - Gömrükçülər fırıldağın üstünü belə açdılar...

07.05.2025 / 18:04
“Super azad erməni mediası” barədə fransız səfirin yalanını ermənilər özləri tutdular...

07.05.2025 / 17:51
İlham Əliyevin Pakistanla bəzi sazişləri məhz indi təsdiqləməsi təsadüf deyil...

07.05.2025 / 17:43
Xalqımızın qəhrəmanlıq ənənələri bu gün də uğurla davam etdirilir - FOTO

07.05.2025 / 17:38
İranın Pakistan və Hindistanı barışdırmaq cəhdi alınmadı...

07.05.2025 / 17:26
Müəllimlərin "bəxti açıldı" - pedaqoji işi olanlar bundan sonra...

07.05.2025 / 17:20
Tramp Fars körfəzini Ərəb körfəzi adlandırdı

07.05.2025 / 17:12
Naxçıvanda nazir müavini vəzifəsindən azad olundu

07.05.2025 / 17:06
Vüqar Rəhimzadə: Azərbaycan-Vyetnam əlaqələrinin inkişafı üçün böyük potensial var

07.05.2025 / 16:47
ABŞ bir həftə ərzində iki qırıcını suya axıtdı

07.05.2025 / 16:45
Prezident İlham Əliyevin Vyetnam Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi ilə məhdud tərkibdə görüşü olub - FOTO

07.05.2025 / 16:35
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibinin rəsmi qarşılanma mərasimi olub - FOTO

07.05.2025 / 16:30
Ceyhun Bayramov İraq Prezidenti ilə görüşdü... - FOTO

07.05.2025 / 16:12
Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi Bakıya gəldi - FOTO

07.05.2025 / 16:09
Binədə 155 minlik dələduzluq - sənədsiz torpağı bu qiymətə satdılar, üstəlik də vəd verdilər ki...

07.05.2025 / 15:56
Pakistan ordusuna Hindistana cavab vermək üçün tam səlahiyyət verildi

07.05.2025 / 15:47
Sənaye parkları bərpa olunan enerji mənbələrində istehsal edilmiş elektrik enerjisi ilə təchiz olunacaq - FƏRMAN

07.05.2025 / 15:44
Azərbaycanda yeni dövlət rüsumları müəyyənləşdi

07.05.2025 / 15:25
Trampdan "Kanada satılmır" deyən baş nazirə cavab - Heç vaxt olmayacaq demə, bunu zaman göstərəcək...

07.05.2025 / 14:22
Pakistan Hindistanın terror düşərgələri iddialarını qəti şəkildə rədd etdi

07.05.2025 / 14:14
Çin Hindistan və Pakistanı təmkinli olmağa çağırdı

07.05.2025 / 14:13
Dünyanın ən gizli səsverməsi:- “Papa seçkiləri zamanı məxfilik necə təmin edilir”

07.05.2025 / 14:11
Misir Mərdanov elmi sessiyada Kaşğari Fondunun fəaliyyətindən danışdı

07.05.2025 / 14:10
Ermənistanın hər dördüncü sakini yoxsuldur

07.05.2025 / 13:42
Naxçıvanda şəhid atası adı altında dələduzluq edən şəxs saxlanılıb

07.05.2025 / 13:25
Paytaxtda oğurluq edən şəxslər saxlanılıblar

07.05.2025 / 13:08
Почему Россия не хочет мира ни с кем? - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

07.05.2025 / 12:43
"Suriyadan videolar göndərərək pul lazım olduğunu deyirdi" - Terroru maliyyələşdirmədə təqsirləndirilənlərin məhkəməsi

07.05.2025 / 12:20
Ağdaşda yaşlı kişi toy sifarişinə getməyən musiqiçi həmkarını bıçaqladı

07.05.2025 / 12:05
Putin İrəvandakı "kartlarını" işə salır...

07.05.2025 / 12:00
Naxçıvanda həmkəndlisini qəsdən öldürən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib

07.05.2025 / 11:44
Xocalı və Ağdərənin kəndlərində fərdi yaşayış evlərinin təmirinə başlanır

07.05.2025 / 11:31
Bakıdan Mumbay şəhərinə olan reys təxirə salındı - TƏCİLİ

07.05.2025 / 11:30
"Barselona"nın bəxtsizliyi - ardıcıl 10 ildir ki, finala həsrət qalıb

07.05.2025 / 11:21
İstanbul Polis İdarəsinin “İmamoğlu sui-qəsdi”ilə bağlı açıqlaması

07.05.2025 / 11:16
"Pakistan xalqı ilə həmrəyik" - Azərbaycan XİN

07.05.2025 / 11:14
Roma Papası olmağa kim daha şanslıdır? - bukmekerlər filippinli Luis Taqleni işarə edir...

07.05.2025 / 11:08
Pakistan münaqişəyə son qoymağa hazır olduğunu bildirdi

07.05.2025 / 11:03
Pakistan Hindistanı sərt cəzalandırdı - CANLI

07.05.2025 / 11:00
17 azərbaycanlı Almaniyadan geri qəbul edilib - Dövlət Xidməti məlumat yaydı

07.05.2025 / 10:30
Çin və ABŞ İsveçrədə danışıq masasına otururlar

07.05.2025 / 10:22
Milli Məclis sabah xüsusi iclas keçirəcək

07.05.2025 / 10:15
Yevlaxda çətənə kolu əkənlər yaxalanıb

07.05.2025 / 10:13
Bazar günü 20 min 549 bakalavr magistraturaya imtahan verəcək

07.05.2025 / 10:06
“Bu biabırçılıqdır'”: - Tramp Hindistanın Pakistana endirdiyi zərbələrə reaksiya verdi

07.05.2025 / 10:00
Rusiya Kiyevə dronlarla hücum edib, ölənlər var

07.05.2025 / 09:38
Moskvadakı Qələbə paradına 29 ölkə lideri qatılacaq - Putinin köməkçisi

07.05.2025 / 09:30
26 mülki şəxs ölüb, 47 nəfər yaralanıb - Pakistandan açıqlama

07.05.2025 / 09:23
"İnter" "Barselona"nı Çempionlar Liqasından kənarlaşdırdı!

07.05.2025 / 09:23
Yaşayış olan binada söküntü aparılmasına icazə verən qanun "ixtira olunub"?...

07.05.2025 / 09:18
Moskva Məhkəməsindən özbəkləri məyus edən QƏRAR

07.05.2025 / 09:11
Ceyhun Bayramov Bağdada yola düşüb

07.05.2025 / 09:05
"Hindistanın hərbi təcavüzünə qarşı Pakistanla həmrəyik" - Hakan Fidan

07.05.2025 / 09:02
Hindistan ordusu Pakistan qarşısında ağ bayraq qaldırdı!

07.05.2025 / 08:38
Banklar sizdən xəbərsiz maaş kartınızdan da pul çəkir - bank özbaşınalığı artır...

07.05.2025 / 01:46
İki nüvə dövləti arasında savaş başladı - Hindistan Pakistana hücum etdi +VİDEO

İdman təmayüllü məktəblərin nə faydaları dəyir?...

XƏBƏR ARXİVİ

May
B.eÇ.aÇC.aCŞB
2829301234567891011121314151617181920212223242526272829303112345678