Şənbə günü, 3 may 2025
     

İsrailin Suriya barədə iddiaları Türkiyə üçün təhlükəli şəkil alır...

Image

“Türkiyə ilə İsrailin ilk dəfə barışmasında Azərbaycan vasitəçilik edib. İlk böhran zamanı biz fəal rol oynadıq ki, bu iki ölkənin mövqeyini bir-birinə yaxınlaşdıraq”.Bu sözləri Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda çıxışı zamanı deyib.

Hər iki ölkənin Azərbaycanın yaxın dostu olduğunu diqqətə çatdıran dövlətimizin başçısı əlavə edib: “Türkiyə ilə müttəfiq ölkəyik. Biz 2021-ci ildə Şuşa Bəyannaməsini imzalamışıq və rəsmi olaraq müttəfiqik”. İsrailin də Azərbaycan üçün dost ölkə olduğunu vurğulayan prezident deyib ki, bu qarşılıqlı dostluq müxtəlif çətin vəziyyətlərdə uzun illərdir özünü büruzə verib: “Ona görə də bu iki ölkə arasında olan hər hansı bir anlaşılmazlıq bizi narahat edir”. Qeyd edək ki, Türkiyə ilə İsrail arasına münasibətlər xeyli gərginləşib. Bu hal Suriyada özünü daha qabarıq büruzə verir. Bu fonda Vaşinqton Türkiyə ilə İsrail arasında münasibətlərin istiləşməsində vasitəçi rolunu oynamağa çalışır. ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Benyamin Netanyahu arasında son danışıqların nəticələri də bunu göstərir. Ağ Evdə Yaxın Şərqdəki vəziyyəti müzakirə edən liderlər Türkiyə-İsrail münasibətlərindəki gərginliyə, xüsusən də Suriyadakı proseslər prizmasından toxunublar. Görüşdən sonra Benyamin Netanyahu bildirib ki, İsrail ABŞ-ı Türkiyə ilə Suriya ilə bağlı münaqişədən qaçmağa kömək edə biləcək vasitəçi kimi görür: “İsrail Suriyadakı vəziyyətin Türkiyə ilə münaqişəyə səbəb olmasını istəmir. Bizim Türkiyə ilə mehriban qonşuluq münasibətlərimiz var idi, amma indi münasibətlər pisləşib. Türkiyə də daxil olmaqla heç kimin Suriyadakı vəziyyətdən İsrailə hücum etmək üçün baza kimi istifadə etməsini istəməzdik”. Onun sözlərinə görə, Trampla İsraillə Türkiyə arasında Suriyaya görə münaqişədən qaçmağın bir çox yollarını müzakirə ediblər: “Biz münaqişə istəmirik və bundan necə qaçınmağı müzakirə etdik”. Öz növbəsində Tramp prezident Rəcəb Tayyib Ərdoğanla əla münasibətlərinin olduğunu qeyd edərək, İsraillə Türkiyə arasında vasitəçi kimi çıxış edə biləcəyini bildirib. Türkiyə-İsrail münasibətlərindəki gərginliyin aradan qaldırılmasında ABŞ-ın mümkün vasitəçilik missiyasına münasibətini bildirən Ağ Evin sahibi qeyd edib: “Türkiyə və onun lideri ilə çox, çox yaxşı münasibətim var. Düşünürəm ki, Türkiyə ilə Suriya məsələsində bütün problemlərinizi həll edə bilərik. Bunun problem olacağını düşünmürəm”. Ekspertlərin fikrincə, bütün bu proseslər bütövlükdə Yaxın Şərqdəki vəziyyət baxımından son dərəcə vacibdir. Bu mənada Türkiyə ilə İsrail arasında yaxşı münasibətlər Azərbaycan üçün də maraq doğurur. Çünki Bakı həm Türkiyə, həm də İsraillə yaxşı münasibətlər saxlayır. Onu da əlavə etmək yerinə düşər ki, prinsipcə, Azərbaycan lazım gələrsə, həm Türkiyəyə, həm də İsrailə əlavə vasitəçilik səyləri təklif edə bilər.

Qərb rəsmilərinə istinadən “Middle East Eye” nəşri yazır ki, Türkiyə və İsrail “anlaşılmazlıqların qarşısını almaq” və gücləri arasında mümkün toqquşmaların qarşısını almaq üçün Suriyada demarkasiya xətti ilə bağlı danışıqlar aparır. Qeyd olunur ki, danışıqlar yəhudi dövlətinin Ankaranın öz qoşunlarını yerləşdirməyi planlaşdırdığı Homsdakı T4 bazasına aviazərbələr endirməsindən sonra başlayıb: “Həm İsrail, həm də Türkiyə rəsmiləri eyni gündə eyni bəyanatlar verərək, Suriyada bir-biri ilə münaqişəyə can atmadıqlarını bildiriblər. Görünür, bu, koordinasiya edilib”. Lakin nəticə istənilən olmasa, onda Azərbaycanın da prosesə vasitəçi qismində qatılması mümkündür. Qərb mediası Türkiyə-İsrail müharibəsinin mümkünlüyü barədə də dəfələrlə yazıb. Proseslərin müharibəyə doğru istiqamət alması Azərbaycanın dövlət maraqlarını təhlükə altına atır. Rəsmi Bakı bu təhlükənin reallığını nəzərə alaraq tərəflər arasında vasitəçi qismində çıxış edir. “Haaretz Deyli” nəşri isə bu günlərdə diqqətə çatdırıb ki, Azərbaycan İsrail və Türkiyə arasında münasibətlərin sistemə salınmasını istəyir. Azərbaycan İsrailin enerji ehtiyacının 40%-ni təmin edir və silah-sursatının 60%-dən çoxunu yəhudi dövlətindən alır. Bundan əlavə, Azərbaycanda Azərbaycan-İsrail dostluğuna böyük dəyər verən yəhudi icması çiçəklənir. Yəhudi və Azərbaycan xalqları arasında yaxşı münasibətlər çoxəsrlik tarixə malikdir və çiçəklənən müsəlman-yəhudi münasibətlərinin necə görünə biləcəyinin nümunəsidir. Beləliklə, Azərbaycan bu məsələdə tərəflərə çox kömək edə bilər. Bundan əlavə, münasibətləri yaxşılaşdırmaq üçün istifadə edilə bilən bir çox başqa şeylər də var. Ona görə də İsrailin Türkiyə ilə sülh bağlaması elə də çətin olmamalıdır. Hələlik isə Suriyada dəyişən vəziyyət ona gətirib çıxarıb ki, indi hər iki dövlət bu ölkənin gələcəyində həlledici rol oynayır. Yəni Suriyada həm İsrail və Türkiyənin maraqlarının toqquşması, həm də ümumi maraqları ola bilər. Bu ümumi maraqların formalaşmasında Azərbaycanın imkanları olduqca yüksəkdir.

Nahid SALAYEV



VİDEO

SON XƏBƏRLƏR

03.05.2025 / 21:19
Rusiya nəşri Odessanı Rusiya şəhəri adlandırdı

03.05.2025 / 20:51
Türkiyə Netanyahunun təyyarəsinə iznlə bağlı xəbərləri təkzib etdi

03.05.2025 / 20:35
Netanyahu Müstəqillik günündəki çıxışında oğlunun adını xatırlamaq üçün tər tökdü

03.05.2025 / 20:18
İYİ Partiya üzvü Aslandan Süreyya Öndərin ölümünə reaksiya: "Türkçülük günündə Allah canını aldı"

03.05.2025 / 20:03
Prezident İlham Əliyev və Mehriban Əliyevа Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill ilə görüşüblər

03.05.2025 / 19:46
“Hindistan-Pakistan gərginliyi Hindistanın Ermənistana silah tədarükünə təsir etməyəcək”

03.05.2025 / 18:28
Rusiyadan Azərbaycana kiber-hücumun arxasında kim var?..

03.05.2025 / 18:05
Hindistan-Pakistan müharibəsi Qazaxıstan, Özbəkistan və Tacikistanı yandıra bilər

03.05.2025 / 17:53
Pakistan Rusiyanı Hindistanla münaqişənin araşdırılmasına cəlb etmək istəyir

03.05.2025 / 17:19
Xarici birjalara Azərbaycandan pul axını getdikcə artır - yeni təhlükə?...

03.05.2025 / 16:47
Putinə müraciət - ermənilərin Qarabağa qaytarılması mövzusu yenidən ortaya atılır...

03.05.2025 / 16:24
1-ci sinfə qəbul başlanan kimi narazılıqlar da başlayıb...

03.05.2025 / 16:22
Putin Prezident İlham Əliyevi təbrik etdi

03.05.2025 / 16:11
İngla School Bakunun təşkilatçılığı ilə Bakıda Özbəkistan universitetlərinin sərgisi keçirildi

03.05.2025 / 16:10
Xankəndidə 1300 abonentə təbii qaz verilib

03.05.2025 / 16:08
“İRƏLİ” İctimai Birliyi “Rəqəmsal Ay” layihəsinə start verir

03.05.2025 / 16:05
Pakistanı “terror”da suçlayan Hindistanın naziri terrorçu-kamikadze olmaq istəyir

03.05.2025 / 15:44
"Ermənistan qətlə yetirilmiş şəxslərin basdırıldığı yerlər barədə dəqiq məlumatları təqdim etməlidir" - Ombudsman

03.05.2025 / 15:12
Ötən gün vətəndaşların bank kartlarından 14 mindən çox pul oğurlanıb

03.05.2025 / 14:41
Leyla Əliyeva və Arzu Əliyeva Naxçıvana səfər ediblər - FOTO

03.05.2025 / 14:15
Sabirabadda narkotikin təsiri altında olan sürücünün avtomobilindən “Makarov” çıxdı

03.05.2025 / 13:50
Bakıda bank kartından oğurluq və dələduzluq edən şəxslər tutuldu

03.05.2025 / 13:07
MKİ-nin keçmiş şefi ABŞ-ı Rusiyanın nüvə eskalasiyasından qorxmaqda günahlandırdı

03.05.2025 / 13:06
ABŞ Qələbəni 8 mayda, Rusiya 9 mayda, Qazaxıstan isə 7 mayda qeyd edəcək

03.05.2025 / 11:23
Prezident İlham Əliyev Polşa Prezidentini təbrik edib

03.05.2025 / 11:02
Sabah Bakıda bu yollar tam bağlanacaq - XƏBƏRDARLIQ

03.05.2025 / 10:26
Çində helikopter qəzaya uğrayıb, 1 nəfər ölüb

03.05.2025 / 10:15
"Şamaxı" "Səbail"ə, "Araz-Naxçıvan" "Sabah"a qarşı

03.05.2025 / 10:05
11 Ukrayna raketi məhv edilib - Rusiya açıqlama yaydı

03.05.2025 / 10:02
Tramp dinc durmur - indi də Roma Papası obrazında şəklini paylaşıb...

03.05.2025 / 09:45
“Qarpız”ın içərisində gizlədilən 63 kiloqram narkotika!

03.05.2025 / 09:23
Ölkəyə 2 manata idxal olunub 18 manata satılır - onu özümüz də istehsal edə bilərdik...

03.05.2025 / 08:45
Avtomobil kreditlərinin orta faiz həddi 12-yə qalxıb...

02.05.2025 / 22:23
Məhkəmədə Ermənistanda yüksək vəzifələr tutmuş şəxsin qondarma rejimdə "nazir vəzifəsinə" təyin olunduğu açıqlandı - FOTO

02.05.2025 / 22:13
Rusiyanın qandonduran cinayətləri: – “Pokrovskini yer üzündən silir”

02.05.2025 / 22:10
Nyu-York yəhudi icmasının üzvləri qazaxıstanlılara Holokost zamanı göstərdikləri köməyə görə təşəkkür etdilər

02.05.2025 / 21:35
Pakistan terror aktının beynəlxalq araşdırılmasını tələb etdi - Hindistan niyə susur?...

02.05.2025 / 21:19
Berbok Azərbaycanı sevməyən nazir idi - yerinə “Ermənistana işğalçı” deyən şəxs gəlir...

02.05.2025 / 21:06
Nazirlərin müşavir ştatları getdikcə "şişir" - həm də vurulmuş məmurların hesabına...

02.05.2025 / 20:51
Avropanın marağı, Zəngəzur dəhlizinin yeni statusu - Sakit və Atlantik okeanları arasında ən qısa yol...

02.05.2025 / 20:36
ABŞ Senatı mütləq çoxluqla Trampın əleyhinə qalxdı...

02.05.2025 / 20:22
Ermənistan anlamağa başlayır - Avropa bizi Ukrayna kimi uçuruma aparır...

02.05.2025 / 20:08
Əhliman Əmiraslanovun qaldırdığı məsələ üzərində düşünməyə dəyər - belə artım yaxşı hal sayılmır...

02.05.2025 / 20:07
Davit İşxanyanın və qardaşının Qaradağlıda mülki azərbaycanlı əhalinin öldürülməsində iştirakını sübut edən sənəd tədqiq olunub

02.05.2025 / 19:55
Almaniyada Azərbaycan üçün sərfəli siyasi proses başladı...

02.05.2025 / 19:41
Hindistan tədricən Rusiyaya arxa çevirməyə başlayır... 9 May sübutu...

02.05.2025 / 19:28
Hindistan Pakistana qarşı terrorlar da daxil geniş planlar hazırlayır...

02.05.2025 / 19:14
Bakı məhkəməsi Zori Balayanın da illər öncə Qarabağdakı cinayətlərini açır...

02.05.2025 / 19:00
Rusiyanın Bakıdakı kibercasus şəbəkəsi ifşa olundu...

02.05.2025 / 18:47
CASCFEN “Ramiz Əskər - Türk Dünyasına Xidmət Ödülü”nün qaliblərini mükafatlandırdı - FOTO

02.05.2025 / 18:35
Hindistanın Pakistanın suyunu kəsməsi insanlığa və müharibə qanunlarına qarşı cinayətdir...

02.05.2025 / 18:21
ABŞ-Ukrayna sazişinin müharibəyə son qoya biləcəyinə inam çox azdır... Niyə?

02.05.2025 / 18:15
Xocalıda hərbi sursat partladı - bir nəfər xəsarət aldı...

02.05.2025 / 18:07
Azərbaycanda "pul bazası" azaldı, 21 milyard manata düşüb - bu nə deməkdir...

02.05.2025 / 17:53
Təhsil proqramlarına universitetlərimizin beynəlxalq əlaqələrinin təsiri...

02.05.2025 / 17:40
Türkiyə 6 ay əvvəl Netanyahuya tətbiq etdiyi qadağanı geri çəkdi - nə dəyişib?...

02.05.2025 / 17:27
Pakistanla qarşıdurmanı dərinləşdirməyin kökündə Modinin seçki maraqları dayanır - 2019-da da belə olmuşdu...

02.05.2025 / 17:14
Buraxılışda maksimum bal yığan şagirdlərin sayı 8 dəfə artıb - 2 səbəb göstərilir...

02.05.2025 / 17:01
Deputat: "Media resurslarına qarşı həyata keçirilən hücumlar sıravi kiberhücum olmayıb"

02.05.2025 / 16:51
Pir Həsən ziyarətgahında təmir-bərpa işlərinə 550 min manat ayrıldı

02.05.2025 / 16:34
"Dövlətimiz formasından asılı olmayaraq istənilən təhdidi dəf etməyə qadirdir" - Ramid Namazov

02.05.2025 / 16:26
"Bank kartları ilə bağlı məlumatları tanımadığınız şəxslərə verməyin" - Elşad Hacıyev

02.05.2025 / 16:22
Azərbaycana kiberhücumların arxasında Rusiya ilə əlaqəli APT29 qrupunun dayandığı açıqlandı

02.05.2025 / 16:08
"Media resurslarına hücumlar əlaqələndirilmiş və siyasi motivlidir" - Ramid Namazov

02.05.2025 / 16:03
DSX Xəzərdə əməliyyat keçirdi - bir qaçaqmalçı öldürüldü... - FOTO

02.05.2025 / 15:47
ABŞ İranla nüvə sazişinin şərtlərindən birini açıqladı

02.05.2025 / 15:44
Hünər dastanlı Əsgər

02.05.2025 / 15:30
Deputatlar BMU-nun laboratoriyaları ilə tanış olublar

02.05.2025 / 15:25
Nəqliyyat infrastrukturunda davamlı həllər medianın dəstəyi ilə müzakirə olunub

02.05.2025 / 15:07
Tramp Konqresdən onun iimpiçmentinə cəhd edənləri qovmağa çağırdı

02.05.2025 / 15:06
Dövlət qurumunda işə düzəltmək adı ilə vətəndaşın 10 min manatını ələ keçirən şəxs tutuldu

02.05.2025 / 14:59
Dövlət Departamenti: ABŞ Rusiya və Ukrayna arasında danışıqlarda vasitəçi rolunu oynamayacaq

02.05.2025 / 14:57
Əl-Cəzirə: -“İsrail Qəzza blokadasını yarmağa çalışan gəmiyə zərbə endirdi”

02.05.2025 / 14:54
Əkrəm İmamoğlu 200-dən çox şəxs və qurumu ittiham etdi

02.05.2025 / 14:40
“Konstitusiya və Suverenlik İli”ndə media gündəmi”nə həsr olunan panel sessiya keçirilib

02.05.2025 / 14:23
"Atam girovluqda Ermənistan hərbçilərinin işgəncələri nəticəsində öldü" - Zərərçəkmiş şəxs

02.05.2025 / 13:57
BMT-nin İnkişaf Proqramının nümayəndəliyinin Bakı ofisi bağlandı...

02.05.2025 / 13:42
"Azərbaycana qarşı informasiya məkanında təhdidlər artır" - Natiq Məmmədli

02.05.2025 / 13:25
Yasamalda oğurluq edənlər saxlandı

02.05.2025 / 13:10
Виталий Баласанян! Тебе мудрый совет: Молчи! - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

02.05.2025 / 12:56
"Bir neçə saat ərzində həyata keçirilən antiterror əməliyyatlarında ordumuz peşəkarcasına döyüşüb" - Anar Eyvazov

Təhsil proqramlarına universitetlərimizin beynəlxalq əlaqələrinin təsiri...

XƏBƏR ARXİVİ

May
B.eÇ.aÇC.aCŞB
2829301234567891011121314151617181920212223242526272829303112345678