Çərşənbə axşamı günü, 6 may 2025
     

Mərkəzi Asiya uğrunda “Rusiya-Avropa müharibəsi” qızışır...

Image

Rəşad Bayramov: “Bütün bunların fonunda hadisələrin gedişatı Moskvanı ciddi şəkildə narahat edir”

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Moskvada bir sıra Avrasiya dövlətlərinin Rusiyada akkreditə olunmuş diplomatik nümayəndəliklərinin rəhbərləri ilə görüşüb.

Xarici İşlər Nazirliyinin məlumatına görə, müzakirə zamanı “Avrasiya məkanında sabitliyin təmin edilməsi, təhlükəsizliyin bölünməzliyi prinsipinin praktikada tətbiqi və Avrasiya problemlərinin həllində Avrasiya dövlətlərinin əsas məsuliyyətinin təmin edilməsinin zəruriliyi vurğulanıb”.

Bildirilir ki, Lavrov açılış nitqində Avro-Atlantik təhlükəsizlik konsepsiyasındakı böhranı qeyd edib və NATO dövlətlərinin Asiya-Sakit okean regionunda vəziyyətin sabitliyini pozmağa yönəlmiş təhlükəli hərəkətlərinə, Yaxın Şərqdəki partlayıcı vəziyyətə, Cənubi Qafqaz və Mərkəzi Asiyada sabitliyə təhlükələrə diqqət çəkib: “Müzakirə zamanı beynəlxalq gündəmdə olan digər məsələlərə də toxunulub, o cümlədən, Rusiya-Amerika dialoqunun problemləri və Ukrayna böhranının nizamlanması”.

Qeyd edək ki, aprelin 4-5-də Səmərqənddə Avropa İttifaqı-Mərkəzi Asiya sammiti keçirilib. Sammitdə Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen və digər yüksək vəzifəli Aİ rəsmiləri iştirak edib. Belə görünür ki, Rusiya sammitdən ciddi şəkildə narahat olub. S.Lavrovla görüşə hansı ölkələrin səfirlərinin çağırıldığı açıqlanmasa da, onların arasında Mərkəzi Asiya dövlətlərinin nümayəndələrinin olduğu şübhə doğurmur.

“Bu səbəbdən diplomatik üsullardan və digər təzyiq vasitələrindən istifadə ediləcək”

Rusiya Avroittifaqın Mərkəzi Asiya ilə bağlı siyasətinə necə baxacaq?

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP Ali Məclisinin sədri Rəşad Bayramovun fikrincə, artıq uzun müddətdir ki, Mərkəzi Asiya ölkələrinin Rusiya və Çinin təsir dairəsindən çıxarılması ilə bağlı Qərb mühüm bir plan həyata keçirir: “İlk növbədə, artıq neçə illərdir davam edən Mərkəzi Asiya ölkələri ilə Avropa İttifaqı arasında müntəzəm görüşlər, eləcə də ABŞ-ın özünün Orta Asiya ölkələri ilə bağlı planları diqqəti cəlb edir. Mütəmadi olaraq ABŞ-Qazaxıstan, ABŞ-Özbəkistan və s. bu istiqamətdə keçirilən görüşlər onu göstərir ki, Qərb bu istiqamətdə ciddi fəaliyyətdə maraqlıdır. Məsələ ondadır ki, hazırda Mərkəzi Asiya ölkələrində olan təbii ehtiyatlar, zəruri xammal ehtiyatları və s. Qərb üçün xüsusi əhəmiyyət kəsb edir. İkinci bir tərəfdən də Mərkəzi Asiya ölkələrində Qərbin möhkəmlənməsi həm də Çin və Rusiyanın təsir imkanlarını azaltmaq baxımından önəmlidir. Ona görə də davamlı şəkildə biz bu istiqamətdə Qərbin ciddi fəaliyyətini müşahidə edirik. Məlum olduğu kimi, bir müddət əvvəl Mərkəzi Asiya ölkələrinin birbaşa Aİ-yə çıxış imkanlarının əldə edilməsi ilə bağlı məsələ və dəhlizlər geniş şəkildə müzakirə olunurdu. Qazaxıstan prezidentinin Ermənistana, daha sonra Azərbaycana səfəri, ondan sonra iki ölkə arasında görüşlərə ev sahibliyi etmək istəyi və s. bu planın tərkib hissəsi idi. Əvvəl Orta Asiya ölkələri öz məhsullarını əsasən Rusiya üzərindən dünya bazarına çıxarırdılarsa, son illər Azərbaycan üzərindən məhsullarının bir hissəsini dünya bazarına çıxarırlar. Bu baxımdan Qərb müxtəlif iqtisadi layihələrlə çalışır ki, Orta Asiya ölkələrinin Rusiyadan asılılığı azalsın. Bu günlərdə Səmərqənddə Avropa İttifaqı-Mərkəzi Asiya sammitində region ölkələrinə böyük yatırımların ediləcəyi ilə bağlı vədlər verilib. Söhbət 12 milyard avroluq investisiyadan gedir. Təbii ki, bütün bunların fonunda hadisələrin gedişatı Moskvanı ciddi şəkildə narahat edir. Çünki hər nə qədər Orta Asiya ölkələrinin biznes strukturları, sahibkarlıq subyektləri daha çox Çinlə əlaqələrdə olsalar da, amma ölkələrin ümumi təsir baxımından Rusiyanın təsir imkanları bu regiona kifayət qədər genişdir. İndi də Cənubi Qafqazda mövqelərini itirən Rusiya istəmir Mərkəzi Asiyada bu təkrarlansın. O üzdən, Moskva bəzi addımlar atacaq. Ancaq məsələ ondadır ki, bu gün Rusiya Qərbin bu regiona verəcəyi iqtisadi imkanları əvəz edəcək gücə malik deyil. Belə bir iqtisadi gücü yoxdur. Çünki Ukrayna müharibəsi səbəbindən ciddi iqtisadi itkilərə məruz qalıb. Bu səbəbdən diplomatik üsullardan və digər təzyiq vasitələrindən istifadə ediləcək. Bütün hallarda Rusiya Qərbin Orta Asiyada artan fəallığından narazıdır”.

Vidadi ORDAHALLI



VİDEO

SON XƏBƏRLƏR

07.05.2025 / 00:22
Tramp İsraildən xəbərsiz Yəmən husiləri ilə atəşkəs razılaşmasına getdi - Təl-Əviv şokda...

06.05.2025 / 21:28
"Böyük Vətən Müharibəsi"nin dövrü bitdi, 2-ci Dünya Müharibəsi başladı...

06.05.2025 / 21:14
Hindistan Bahlihar bəndini kəsdi - Pakistan susuz qaldı...

06.05.2025 / 21:02
Özgür Özələ hücum edən Tengioğlunun polisə verdiyi ifadənin təfərrüatları...

06.05.2025 / 20:59
Paşinyan iqtidarı ilk dəfə Rusiyaya qarşı “casus ittihamı” irəli sürdü...

06.05.2025 / 20:45
8 OPEK+ ölkəsi təhlükəli neft qərarı verə bilər - Azərbaycana da dəxli var...

06.05.2025 / 20:32
Trampın 100 faizlik yeni rüsum qərarı Azərbaycana da təsirli ola bilər...

06.05.2025 / 20:30
Fridrix Merç ikinci cəhddə Almaniya kansleri seçildi

06.05.2025 / 20:29
ABŞ prezidenti Tramp Erməni QHT və mediasın pulunu kəsdi

06.05.2025 / 20:28
Çin 87 milyard avroluq əsrin layihəsini tikir

06.05.2025 / 20:26
Ramzan Kadırov sağalmaz xəstəliyə tutulub – istefa üçün müraciət etdi

06.05.2025 / 20:18
Azərbaycan-BMT münasibətləri yeni formatda qurulur...

06.05.2025 / 20:11
Hikmət Hacıyev Medianın İnkişafı Agentliyində media subyektlərinin rəhbərləri ilə görüşdü - FOTO

06.05.2025 / 20:05
Azər Badamovun deport olunmasının ən ilginc məqamı - deputat Heydər Əliyevin anımına gedirdi...

06.05.2025 / 19:52
Doğuş üstündə ölümlər 70 faiz artıb...

06.05.2025 / 19:50
Azərbaycanın yəhudi əsilli qəhrəman oğlu - Aqarunov Albert Aqarunoviç

06.05.2025 / 19:44
Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslər ifadə verdi - FOTO

06.05.2025 / 19:37
"Köçəryan Moskvanın, Simonyan isə Bakı və Ankaranın casusudur…"

06.05.2025 / 19:25
Boşanmalarla bağlı təhlükəli tendensiya hələ də davam edir

06.05.2025 / 19:17
MEDİA Agentliyində Özbəkistan nümayəndələri ilə görüş keçirildi - FOTO

06.05.2025 / 18:57
"Azərbaycanla Vyetnam əməkdaşlıq potensialını bundan sonra da inkişaf etdirmək üçün bütün imkanlara malikdir" - Prezident

06.05.2025 / 18:57
Rusiya qələbənin 80 illiyindən çox uca danışır, İrəvanda faşist heykəllərinə isə susur...

06.05.2025 / 18:50
Prezident İlham Əliyev: "Azərbaycanla Vyetnam arasında mədəni əlaqələr müxtəlif təşəbbüslər vasitəsilə inkişaf etməkdədir"

06.05.2025 / 18:47
"Azərbaycan Vyetnamla iqtisadi və ticari əlaqələrin inkişafına böyük əhəmiyyət verir" - Prezident

06.05.2025 / 18:43
Müştərilər "Unibank"dan niyə bu qədər şikayətçi düşür?...

06.05.2025 / 18:42
Prezident İlham Əliyev “Vietnam News Agency” agentliyinə müsahibə verib

06.05.2025 / 18:30
Hindistan-Pakistan müharibəsində Rusiya pərdəarxası rol oynayır...

06.05.2025 / 18:16
Tramp indi də Ərdoğanla Netanyahunu barışdırmağa cəhd edəcək...

06.05.2025 / 18:02
Putin Kreml hakimiyyətinə daha nəzarət edə bilmir - Badamov olayı ifşa edir...

06.05.2025 / 17:48
Heqset Trampla razılaşmadan Ukraynaya silah tədarükünü dayandırmışdı

06.05.2025 / 17:47
Avropa Şurasının rəhbəri ABŞ-ın tarif siyasətini “iqtisadi faciə” adlandırdı

06.05.2025 / 17:44
Özgür Özəldən şok açıqlama: Əmr verildi, “İmamoğlu öldürüləcək”

06.05.2025 / 17:39
Liseylə məktəb-liseyin nə fərqi var? - Bakı məktəblərinin cazibəli adları...

06.05.2025 / 17:26
İran əvvəllər Ermənistanın üstündə qurduğu Cənub-Qərb marşrutunu dəyişdirdi...

06.05.2025 / 17:15
11 minə yaxın şagird buraxılış imtahanından şikayətçi düşdü ...

06.05.2025 / 17:10
"Bakcell" mobil tətbiqi süni intellekt dəstəkli təkliflər dövrünə keçir

06.05.2025 / 17:03
Milli Xalça Muzeyində “Rabat xalça sənəti” immersiv sərgisi açılıb - FOTO

06.05.2025 / 16:55
"80 metr məsafədə mərmi düşməsi nəticəsində sağ diz nahiyəmdən xəsarətlər aldım" - Vardanyanın məhkəməsində zərərçəkmiş ekskavator sürücüsü

06.05.2025 / 16:50
Elçin Əmirbəyov çilili XİN rəhbəri ilə Orta Dəhlizin potensialını müzakirə edib

06.05.2025 / 16:15
Prezident İlham Əliyev bir sıra məhkəmələrə sədrlər təyin etdi

06.05.2025 / 16:07
Pakistanla imzalanmış kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu təsdiqləndi

06.05.2025 / 16:04
Prezident İlham Əliyev Pakistanla gömrük sahəsində imzalanmış Anlaşma Memorandumunu təsdiqlədi

06.05.2025 / 15:54
Xaçmazda oğurluq edən şəxslər yaxalandı

06.05.2025 / 15:50
Xalqın baş tacı şəhid Rusif

06.05.2025 / 15:44
Vergi ödəyiciləri üçün “Kontragentləri araşdır” elektron xidməti istifadəyə verilib

06.05.2025 / 15:40
Belarusun Baş naziri Ağdam Sənaye Parkında və Sarıcalı kəndində olub...

06.05.2025 / 15:25
Tramp Putinin üçgünlük atəşkəs qərarını "çox böyük addım" adlandırdı...

06.05.2025 / 15:07
"Ermənistan Silahlı Qüvvələrinin qalıqları tərəfindən atılan snayper gülləsinin dəyməsi nəticəsində xəsarət aldım" - Vardanyanın məhkəməsində zərərçəkmiş şəxs

06.05.2025 / 14:34
Ukrayna Moskvanı pilotsuz “təyyarə yağışına” tutdu

06.05.2025 / 14:32
Hindistan - Pakistan münaqişəsi: Gərginliyi azaltmaq üçün İran, BMT, Aİ hərəkətə keçdi

06.05.2025 / 14:31
Türkiyə əks-kəşfiyyatı Hizbullaha qarşı “peycer hücumunun” qarşısını aldı

06.05.2025 / 14:29
“Mossad"ın problemi: “İsrailin Husilərlə bağlı heç bir məlumatı yoxdur”

06.05.2025 / 14:15
Narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlandı

06.05.2025 / 14:04
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycan nümayəndəliyi fəaliyyətini dayandırır

06.05.2025 / 13:47
Kazım Hüseynəliyev Naxçıvanın iqtisadiyyat naziri təyin edildi

06.05.2025 / 13:36
Polis əməliyyat keçirdi, külli miqdarda narkotik dövriyyədən çıxarıldı

06.05.2025 / 13:23
Ətraf mühitə zərər vuran şirkətlərin işi məhkəməyə göndərildi

06.05.2025 / 13:10
Кибератака России на Азербайджан! Россию умом не понять... - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

06.05.2025 / 12:56
Onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan olundu

06.05.2025 / 12:43
MEDİA Agentliyi çap mediası subyektlərinə dəstək üçün müsabiqə elan etdi

06.05.2025 / 12:35
Prezident İlham Əliyev Belarusu Azərbaycanda keçiriləcək Dünya Şəhərsalma Forumunda yaxından iştiraka dəvət etdi

06.05.2025 / 12:05
Gələn il 140 min keçmiş məcburi köçkün Qarabağa və Şərqi Zəngəzura qayıdacaq

06.05.2025 / 12:04
Gələn ay vizasız Rusiyaya gələnlər üçün yeni qaydalar qüvvəyə minəcək

06.05.2025 / 11:26
Ulduz futbolçu ilk dəfə övladının üzünü göstərib

06.05.2025 / 11:17
Rüşvətə görə həbs edilən keçmiş hakim barədə qərar verildi

06.05.2025 / 11:12
Paşinyanı sərt tənqid edirdi, bu gecə maşınını yandırdılar...

06.05.2025 / 11:06
Prezident İlham Əliyev Belarusun Baş nazirini qəbul edib - FOTO/YENİLƏNDİ

06.05.2025 / 11:03
Rusiya Ermənistanı müharibə ilə hədələdi - CANLI

06.05.2025 / 11:00
"Azərbaycan və İran arasında münasibətlərdə yeni bir mərhələ başlayıb" - İran rəsmisi

06.05.2025 / 10:32
Əhməd əş-Şəraa sabah Parisə gedir

06.05.2025 / 10:22
27 nəfər şübhəli saxlanılıb - polisdən açıqlama

06.05.2025 / 10:20
Bəzi əraziləri su basıb - FHN yağıntılı hava barədə məlumat yaydı

06.05.2025 / 10:14
Ulduz futbolçu kinoaktrisanı döyüb - İtaliyada şok qalmaqal!

06.05.2025 / 10:07
Brüsseldə “Tervuren” festivalında Azərbaycan stendi qurulub

06.05.2025 / 10:00
Tramp Rusiyanın sərbəst buraxdığı balerina ilə görüşüb

06.05.2025 / 09:36
Paşinyan Marselin ermənipərəst meri ilə görüşüb

06.05.2025 / 09:27
Yol qəzasında xəsarət alan sürücü xəstəxanada vəfat edib

06.05.2025 / 09:22
Banklar köhnəlmiş valyuta əskinaslarından imtina edir - kim haqlıdır...

06.05.2025 / 09:20
Bu axşam "İnter"-"Barselona" qarşılaşması var

06.05.2025 / 09:12
Dünya ŞOKDA - Qəzzada ərzaq tükənib!

06.05.2025 / 09:05
Rihanna yenə ana olacaq...

Boşanmalarla bağlı təhlükəli tendensiya hələ də davam edir

XƏBƏR ARXİVİ

May
B.eÇ.aÇC.aCŞB
2829301234567891011121314151617181920212223242526272829303112345678