"Azərbaycan" sözünün üstündə Qarabağ erməniləri ilə İrəvan hakimiyyətinin davası gedir...

Pasportunda "Azərbaycan Respublikası" sözünü görmək istəməməsi Qarabağ ermənilərinin Azərbaycana olan nifrətinin bariz nümunəsidir
Qarabağ erməniləri və ya onların adından danışan, onlara vəkillik edən erməni lobbisi və diaspora təşkilatları onların geri qayıtması ilə bağlı tez-yez beynəlxalq səviyyədə tələblər irəli sürür və bu istiqamətdə durmadan təbliğat aparırlar.
Amma bir soruşan yoxdu ki, bu Qarabağ erməniləri Azərbaycana qayıtmaq istəyir, yoxsa yox? Haqqında söhbət açacağımız məsələdən görünür ki, Qarabağ ermənilərinin Azərbaycan Bayrağı altında yaşamaq fikri yoxdur. Qarabağ erməniləri geri qayıtmaq nədi, heç onlar öz pasportunda Azərbaycanda doğulduqları barədə qeydin olmasını belə istəmirlər. Elə isə, Ermənistan müxalifəti, erməni diasporu və lobbisi niyə yaxasını cırır ki, Qarabağ erməniləri "ata-baba yurdlarına" qayıtmalıdır? Belə yerdə xalqımızın bir atalar sözü yada düşür "qız evində toydu, oğlan evinin xəbəri yox..."
Əsində bütün ermənilərin ata-baba yurdu Hindistandır. Belə ata-baba yurdu sevəndilərsə, rədd olsunlar Hindistana!
Əvvəl sosial şəbəkələrin erməni seqmentində Dağlıq Qarabağdan olan məcburi köçkünlərin yeni pasportlarında Azərbaycanın doğulduğu yer kimi göstərilməsi müzakirə edildi. Daha sonra bu müzakirə erməni mediasına ayaq açdı. Nəticədə hökumət buna rəsmi reaksiya verməli oldu. Belə ki, Ermənistan Daxili İşlər Nazirliyi Qarabağ ermənilərinin pasportlarında nə üçün Azərbaycanın doğulduğu yer kimi göstərildiyi məsələsi ilə bağlı izahat yayıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, sənədlərdəki məlumatlar Beynəlxalq Mülki Aviasiya Təşkilatının (BMAT) standartlarına uyğun olaraq göstərilib. Üstəlik, doğum yeri göstərilməsi məqbul sayılan coğrafi-inzibati ərazi vahidlərinin siyahısı BMAT-nın bazasında qeyd olunur. Həmin bazada olmayan dövlət və ərazi inzibati vahidlərinin adları doğum yeri kimi qeyd etilən şəxslərin beynəlxalq hava limanlarından istifadəsinə əngəl yaranır. Qarabağ erməniləri istəyir ki, onların pasportlarında doğum yeri kimi Azərbaycan Respublikası deyil, heç vaxt beynəlxalq səviyyədə tanınmayan "Dağlıq Qarabağ Respublikası" və ya "Artsax" göstərilsin. Ermənistan hökuməti isə bunu münkünsüz sayır.
"Müvafiq olaraq, Daxili İşlər Nazirliyinin Miqrasiya və Vətəndaşlıq Xidməti tərəfindən beynəlxalq qaydalar çərçivəsində təsdiq olunmayan hər hansı işarə sərhəd-keçid məntəqələrində problemlər yarada bilər", - idarədən vurğulayıblar.
Həmçinin qeyd olunur ki, Daxili İşlər Nazirliyinin Miqrasiya və Vətəndaşlıq Xidmətinə müxtəlif ölkələrin sərhəd nəzarəti orqanlarından bu problemlə bağlı çoxlu oxşar mesajlar daxil olub. Xidmətin gündəlik fəaliyyəti zamanı bu problemlər mümkün olduqda tərəfdaşlıq və əməkdaşlıq çərçivəsində həll edilir.
"Yeni sənədlərin verilməsi zamanı xidmət yalnız beynəlxalq standartlara əsaslanaraq öz vəzifəsini həyata keçirilir", - Daxili İşlər Nazirliyi yekunlaşdırıb.
Bundan əvvəl sosial şəbəkələrin erməni seqmenti Dağlıq Qarabağdan olan məcburi köçkünlərin yeni pasportlarında Azərbaycanın doğulduğu yer kimi göstərilməsini müzakirə edib. Qarabağ erməniləri bunu qəbuledilməz hesab edir.
Qarabağ erməniləri bunu qəbuledilməz hesab edirsə, Azərbaycan Respublikası da Qarabağda ermənilərin başqa ölkənin vətəndaşı olaraq məskunlaşmasını qəbuledilməz sayır. Qarabağ ermənilərinin "ata-baba yurduna" qayıtmaq istəyini dünyaya bağırmağa heç bir ehtiyac yoxdur. Hər bir miqrasiya prosedurunun beynəlxalq qaydaları var. Qarabağ ermənilərindən kimsə öz evinə qayıtmaq istəyirsə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Azərbaycan vətəndaşı olmaq istəyi ilə fərdi qaydada müraciət etməlidir. Əgər həmin şəxs Qarabağa işğal dönəmində qeyri-qanuni şəkildə miqrasiya etməyibsə, həmin şəxsin müraciəti təmin ediləcək və Azərbaycan vətəndaşı kimi təhlükəsizliyinə dövlət zəmanəti veriləcək. Yoxsa özü Azərbaycan torpaqlarına ləkə olan Qarabağ erməniləri pasportlarında doğum yerini Azərbaycan Respublikası kimi göstərilməsini belə istəmirsə, onların heç cür beynəlxalq səviyyədə tanınmış Azərbaycan Respublikasının ərazisi olan Dağlıq Qarabağ bölgəsinə qayıtması mümkün deyil. Çunki bunun özü Qarabağ ermənilərinin Azərbaycana olan nifrətinin bariz nümunəsidir.
Akif NƏSİRLİ