Bazar ertəsi günü, 17 mart 2025
     

USAİD "dərin dövlətin və qlobal müharibə partiyasının xidmətçisi" rolunda....

Image

Bütün iradlara baxmayaraq, prezident Donald Tramp ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAID) fəaliyyətinə son qoymaqda israrlıdır. Tramp administrasiyası müstəqil agentlik kimi fəaliyyət göstərən USAID-i bağlayacağını və federal bürokratiyaya qarşı daha geniş mübarizə aparmaq məqsədilə onu Dövlət Departamentinin tabeliyinə keçirəcəyini bildirdikdən sonra təşkilat siyasi müzakirələrin mərkəzinə çevrilib. 

Amerikalı milyarder İlon Mask USAID-i cinayətkar təşkilat adlandırıb, xarici yardımlarını "çirkli pulların yuyulması" ilə müqayisə edib və qurumun işçilərini "radikal sol qlobalistlərin aləti" adlandırıb.

ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Maykl Uolts qeyd edi rki, USAID-in fəaliyyəti Vaşinqtonun öz strateji maraqlarını təmin etməsinə kömək etmir: "ABŞ prezidenti Donald Tramp, dövlət katibi Marko Rubio, İlon Mask, mən özüm və USAID ilə işləyən bir çox şəxs hesab edir ki, çox vaxt onun missiyaları və proqramları Çinlə qarşıdurmada daxil olmaqla ABŞ-ın strateji maraqlarına cavab verməyib". Xatırladaq ki, ABŞ administrasiyası fevralın 3-də USAID-in fəaliyyətini faktiki olaraq dayandırıb. Trampın qərarı ilə dövlət katibi Marko Rubio bu qurumun müvəqqəti başçısı təyin edilib. USAID-ə qarşı tədbirlər Trampın əvvəllər ABŞ hökumətinin səmərəliliyinin artırılması, şişirdilmiş dövlət aparatının azaldılması və bürokratiya ilə mübarizə üzrə yeni qurumun rəhbəri təyin etdiyi amerikalı milyarder İlon Maskın təşəbbüsü ilə qəbul edilib. USAID-lə bağlı baş verənlər Demokratlar Partiyasının təmsilçilərini güclü şəkildə hiddətləndirib. Konqresin bu partiyadan olan təmsilçiləri Donald Trampın agentliyi bağlamağa səlahiyyətlərinin çatmadığını bildirirlər.  Xatırladaq ki, USAID uzunmüddətli iqtisadi və sosial inkişafa yardım göstərmək adı ilə formalaşdırılıb. Qurumun ayrı-ayrı ölkələrdə müxtəlif proqramlarla, əsasən, kənd təsərrüfatı, ticarət, qlobal səhiyyə, demokratiyanın inkişafı və humanitar məqsədlər üçün yardımlar ayırdığı iddia olunur. Lakin bu iddiaların əksinə olaraq, USAID yardım adı altında ayrı-ayrı ölkələrin daxili işlərinə fəal şəkildə müdaxilə etməyə, qeyri-sabit, çevriliş və xaos üçün münbit şərait yaratmağa çalışıb. Azərbaycan tərəfi dəfələrlə USAID-i region ölkələrinə münasibətdə qərəzli mövqe sərgiləməkdə ittiham edib, ölkəmizdə bu təşkilata ehtiyac olmadığına dair fikirlər səsləndirilib. Vaşinqtonda fəaliyyət göstərən "Hudson" İnstitutunun aparıcı eksperti Mayk Doranın sözlərinə görə, görünür ki, Donald Tramp və İlon Mask da Azərbaycanla eyni fikirləri müdafiə edir. Onun sözlərinə görə, Donald Tramp və İlon Mask həllinə ehtiyac duyulan real problemlərin olduğunu qəbul edirlər: "USAID Amerikanın xarici siyasətinin bir qolu olmaqdan çıxıb və qlobal proqressiv hərəkatın alətinə çevrilib. Hesab edirəm ki, bu təşkilat həqiqətən də bir çox ölkələrin, o cümlədən öz ölkəmizin daxili siyasətinə çox açıq şəkildə müdaxilə edir". Bunlar fonunda müxtəlif ölkələrdə, o cümlədən Cənubi Qafqazda xaos, vətəndaş qarşıdurması mexanizminin icraçısı olan USAID-in ifşası davam edir. Məclisin deputatı Könül Nurullayevanın sözlərinə görə araşdırmalar göstərir ki, USAID 707 media, 6200 jurnalist və jurnalistika sahəsində çalışan 279 QHT-ni maliyyələşdirib. Bu maliyyələşmənin müstəqil siyasət yeridən dövlətlərə qarşı qarayaxma kampaniyalarına yönəldiyinə artıq şübhə yeri qalmır. Onun sözlərinə görə, tam həqiqətdir ki, Azərbaycanda 2012-ci ildə "Eurovision" mahnı müsabiqəsi, 2015-ci ildə keçirilən ilk Avropa Oyunları da daxil olmaqla, həmçinin 44 günlük Vətən müharibəsi vaxtı, Laçın yolunda ekoloqların aksiyaları, COP29 dövründə beynəlxalq mediada ölkəmizə qarşı aparılan çirkin kampaniyanın da arxasında elə USAID dayanırdı: "Rəsmi Bakı USAID-in fəaliyyəti üçün hüquqi əsas olmadığı və işini dayandırması barədə ABŞ-a bildiriş göndərib. Azərbaycan da başda olmaqla, bir çox ölkələr bu təşkilatla əməkdaşlığa son qoyur".

USAID-in "radikal dəlilər tərəfindən idarə olunan" cinayətkar təşkilat olmasının təsdiqini tapdığını bildirən deputat qeyd edib: "ABŞ prezidenti Donald Tramp USAID-i ölkə büdcəsindən əsassız olaraq böyük məbləğdə pul "yeyən" struktur hesab edir. USAID-in düzgün icra olunmayan və ya gözlənilən nəticəni verməyən müqavilələrinin ləğvindən əldə edilən qənaət 110 milyon dollara çatıb. Bağlanan proqramlar arasında mediaya, jurnalistlərə və qeyri-kommersiya təşkilatlarına maliyyə dəstəyi də daxildir. Hazırda USAID-in əsl mahiyyəti çox dəqiqliklə ifşa olunur". Deputatın fikrincə, Demokratlar Partiyası haqqında bir neçə müsbət məqaləyə görə "Politico"ya 8 milyon dolların ödənməsi vergi ödəyiciləri hesabına edilən və ABŞ-ın yeni hakimiyyəti tərəfindən qəzəblə qarşılanan investisiyanın tərkib hissəsidir. Geniş mənada söhbət siyasi proseslərə, o cümlədən müxtəlif səviyyələrdə seçkilərə, vətəndaş cəmiyyəti institutlarına qrantların paylanması yolu ilə təsir etmək cəhdlərindən gedir: "Bir sözlə, USAID fəaliyyəti dövründə heç vaxt ikitərəfli humanitar əməkdaşlığın inkişafının təşviqi ilə bağlı bəyan edilmiş məqsədlərə cavab verməyib. Təşkilat ölkələr daxilində xaos yaradan media orqanları və QHT-lərin əsas sponsoru olub. Bu cinayətkar təşkilat Əfqanıstanda narkotik istehsalına, eyni zamanda, "Əl-Qaidə" təşkilatına dəstək verməkdə də ittiham olunur. Bu qurumun fəaliyyətinin dayandırılması iğtişaşlar yaratmaq, sabitliyi pozmaq cəhdlərinin qarşısının alınması deməkdir. Bir çox ölkələr Trampın təşkilatın fəaliyyətinin 3 aylıq dondurulması mexanizminin həmişəlik qüvvədə qalmasını arzulayır". Yuxarıda qeyd olunduğu kimi USAID-lə bağlı baş verənlər Demokratlar Partiyasının təmsilçilərini narazı salıb.  Ekspert Mayk Doranın fikrincə, bu məsələ ətrafında böyük mübarizənin gedəcəyi gözlənilir: "USAID qanunla yaradılmış bir təşkilatdır. Deməli, bunu yalnız prezidentin imzası ilə aradan qaldırmaq mümkün olmayacaq. Beləliklə, böyük mübarizə gedəcək. Bunun necə nəticələnəcəyini dəqiq proqnozlaşdırmaq mümkün deyil. Amma hesab edirəm ki, örtük götürülüb və biz hamımız indi USAID-i görürük. Bilirik ki, ən azından onun həqiqətən də islahatlara ehtiyacı var".  Gürcü ekspert Vado Şakarişvili  isə bildirir: "Biz Gürcüstanda və Azərbaycanda dəfələrlə bəyan etmişik ki, USAID-dən gələn pullar milli maraqlarımız üçün xərclənməyib. Bu pullar ABŞ-ın əvvəlki administrasiyasının və onun arxasında dayanan qrupların - Dərin Dövlət və Qlobal Müharibə Partiyasının maraqlarını həyata keçirmək üçün xərclənib. USAID dünyada "ailə dəyərlərinə, milli əxlaqa zidd olan "liberal-woke" ideologiyası, transgenderizm, cinsiyyətin dəyişdirilməsi, LGBT və bu kimi digər dəli ideologiyaları maliyyələşdirirdi. USAID Dərin Dövlətin və Qlobal Müharibə Partiyasının bir aləti kimi dünyada öz kukla hökumətlərinə sahib olmağa çalışırdı. Məqsəd isə özlərinin çirkin siyasi, maliyyə və hərbi maraqlarını həyata keçirmək idi". Ekspert hesab edir ki, əvvəlki ABŞ administrasiyası USAID-in əli ilə vergi ödəyicilərinin pulunu Ukraynada, Gürcüstanda, Avropada, Qafqazda və dünyada inqilablar və "rejim dəyişiklikləri" üçün xərcləyirdi: "USAID qanla bağlıdır, çünki müharibələr, vətəndaş müharibələri, inqilablar və qeyri-demokratik proseslər onların əlindədir. İndi ABŞ-ın yeni administrasiyasından eşidirik ki, təsəvvürümüzə belə gətirə bilmədiyimiz məlumatlar ortaya çıxır və böyük dəyişikliklər çox sürətlə baş verir. Aparılan araşdırmaların hələ hansı biabırçılıqları üzə çıxaracağını indidən demək çətin olsa da, Bayden administrasiyası və Samanta Pauerin rəhbərlik etdiyi dövrün bu təşkilatın fəaliyyət tarixində ən biabırçı dövr olacağına şübhə yeri qalmır. Buna görə də Dərin Dövlətin çökəcəyinə ümid edirik". Xatırladaq ki, ABŞ-ın sabiq prezidenti Con Kennedi USAID-i 1961-ci ildə "soyuq müharibə" dövründə yaratmışdı. 60 ildən çoxdur missiyasında ciddi təhriflər edən bu təşkilatın fəaliyyəti və maliyyələşmə proqramları ABŞ-da iki əsas partiyanın əsas konfrontasiya mövzularından biridir. Hazırda təşkilatın çoxlu sayda vəzifəli şəxsi məzuniyyətə göndərilib, müqavilələr dayandırılıb, əməkdaşlara Vaşinqtondakı mənzil-qərargahda işə çıxmamaları ilə bağlı bildiriş göndərilib. Həmçinin təşkilatın saytı və sosial şəbəkə hesabları bağlanıb.

Tahir TAĞIYEV



VİDEO

SON XƏBƏRLƏR

17.03.2025 / 22:36
Türkiyənin rəsmi orqanları Paşinyanın aparatının təxtibatına reaksiya verəcəkmi?...

17.03.2025 / 21:33
ABŞ-ın köhnə media-informasiya sistemi alt-üst edildi - "diktatorlar sevinəcək" şüarı başladı...

17.03.2025 / 21:18
Britaniyanın Bakıda ilk hərbi attaşe təyinatının arxasında məsələlər var...

17.03.2025 / 21:16
ABŞ Almaniyadan Ermənistana 151 hərbi texnika daşıyacaq - konkret tarix qoyuldu..

17.03.2025 / 21:05
Azərbaycan-Ermənistan sazişində Qərbi Azərbaycan məsələsi - mövzu hələ qapanmayıb...

17.03.2025 / 20:51
Qondarma "Arsax prezidentinin" məhkəmə ifadəsi Qasparyana cinayət işi açmağa yetər

17.03.2025 / 20:38
Putinlə Tramp "sövdələşib" - Moskva Qarabağ üçün Xovayevi göndərir, Tramp Bononu göndərəcək?

17.03.2025 / 20:35
Məleykə xanım, işinizlə məşğul olun!

17.03.2025 / 20:32
Mnatsakanyan: "Minalar Ermənistanda istehsal olunub Qarabağa gətirilirdi" – MƏHKƏMƏ + FOTO

17.03.2025 / 20:25
İlham Əliyev yeni mexanizm yaratmağı təklif etdi - azı 6 dövlətin sözü gedir...

17.03.2025 / 20:18
Tramp İranı "ağır" ifadələrlə təhdid etdi

17.03.2025 / 20:10
Bakı-İrəvan prosesi tezliklə bitəcək - Trampın müşaviri Hikmət Hacıyevlə danışdı...

17.03.2025 / 19:57
Əvvəl konstitusiya, ya parlament seçkisi - ölkə başçısı çətin seçimə düşüb...

17.03.2025 / 19:50
YAP-ın İdarə Heyətinin iclası keçirildi - FOTO

17.03.2025 / 19:43
Avropa bu şəxsləri Azərbaycana təslim edəcək(?) - beynəlxalq şərait dəyişib...

17.03.2025 / 19:38
Netanyahu rəqiblərini o cümlədən kəşfiyyat rəhbərini aradan götürür

17.03.2025 / 19:29
Keçiddə xaos dünyanı bürüyür - Əgər Bakı Forumunun ideyalarına ciddi baxılsa...

17.03.2025 / 19:16
Qlobal Bakı Forumu Azərbaycan ideologiyası üstündə daha təsirli rol oynadı...

17.03.2025 / 19:07
Sahibə Qafarovaya Rusiyanın “Dostluq” ordeni təqdim edildi - FOTO

17.03.2025 / 19:03
Beynəlxalq Avrasiya Mətbuat Fondu bəyanat yayıb

17.03.2025 / 18:50
Qlobal Bakı Forumu Trampa müraciət etdi - "təşəbbüsə qoşulun"...

17.03.2025 / 18:45
Tarixi Kipr problemi yenidən qabardı - BMT hərəkətə keçdi...

17.03.2025 / 18:39
Kreml susur, lakin Tramp Putinlə əsas 2 məsələdən danışacağını açıqladı...

17.03.2025 / 18:37
İran üzərindən Zəngəzur dəhlizi? - Türkiyə nazirinin böyük yanlışı...

17.03.2025 / 18:23
Azərbaycanla düşmənçilik, Azərbaycanın dostu ilə milyardlıq layihələr - işdə bu Makrondur...

17.03.2025 / 18:14
"İşğal edilmiş ərazilərdə hərbi cinayətləri Ermənistanın hərbi polisi və hərbi prokurorluğu araşdırıb" - Mnatsakanyan

17.03.2025 / 18:09
İlham Əliyev Trampa mesaj verdi - Azərbaycan Sizdən bunları gözləyir...

17.03.2025 / 17:55
Keçmiş nazir: "Paşinyan Azərbaycanla saziş mətnini bu səbəbdən qəbul etdi"...

17.03.2025 / 17:42
Vardanyan Bakıdan İrəvana məktub yazdı - “Qarabağdan erməniləri özümüz çıxardıq”...

17.03.2025 / 17:37
Baş nazir DİN əməkdaşlarının maaşı ilə bağlı yeni qərar imzaladı

17.03.2025 / 17:33
“Babək o gün “Şuşanın dağları”nı oxuyurdu...”

17.03.2025 / 17:27
Əli Əsədov deputatların tənqidindən hansı nəticələri çıxarmalıdır...

17.03.2025 / 17:14
Rəsmi Bakı saziş barədə İrəvanla birgə bəyanat verməkdən imtina etdi...

17.03.2025 / 17:05
“Rafadan Tayfa: Kapadokya” macərası yalnız “CineMastercard”-da!

17.03.2025 / 16:43
Mnatsakanyan: "Azərbaycanın işğal edilmiş ərazilərində “İskəndər M”, “Toçka U” və “Smerç” silahları olmayıb" - FOTO

17.03.2025 / 16:35
Çexiya Trampın açığına “Azadlıq radiosu”nu satın almağı təklif edir

17.03.2025 / 16:34
Makron Amerikanın silahlarına baykot elan elədi

17.03.2025 / 16:32
“Fransızlar hərbi xidmətin bərpasını tələb edirlər” – Fransa müharibəyə hazırlaşır

17.03.2025 / 16:27
Macarıstanda “Ukraynanın Avropa Birliyinə daxil olma” sorğu bülletenləri yayıldı

17.03.2025 / 16:27
“Trampın Ukrayna barədə “A” planı və “B” planı” – Son xəbər

17.03.2025 / 16:24
Fransa Trampdan “Azadlıq heykəli”ni qaytarmağı tələb edir

17.03.2025 / 16:20
Zakir Həsənov Bosniya və Herseqovinanın müdafiə naziri ilə görüşdü

17.03.2025 / 16:09
Mnatsakanyan: "Hər il Ermənistandan 7-8 min hərbi çağırışçı Azərbaycanın işğal edilmiş ərazilərində müddətli hərbi xidmətə göndərilirdi" - FOTO

17.03.2025 / 15:47
“Bu beş şərt olmadan Ukraynada ədalətli sülh mümkün deyil” – Litva XİN bəyanat yaydı

17.03.2025 / 15:45
Ukraynanın torpaqlarını “təhlükəsizlik zəmanətinə” satırlar

17.03.2025 / 15:42
Vüqar Rəhimzadə: Azərbaycan öz gücünə güvənən dövlətdir

17.03.2025 / 15:33
"Azərbaycan və Rusiya parlamentləri arasında ikitərəfli görüşlər qarşılıqlı fəaliyyətin genişləndirilməsi üçün son dərəcə vacibdir" - Sahibə Qafarova

17.03.2025 / 15:25
Prezident İlham Əliyev Qordana Silyanovska-Davkovaya başsağlığı verib

17.03.2025 / 15:20
Qəhrəmanların ömrü əbədidir...

17.03.2025 / 15:12
Sərhəddə erməni təxribatı qızışır - mövqelərimiz yenidən atəşə tutuldu

17.03.2025 / 15:06
İran üzərindən Naxçıvana gedən yol Zəngəzur dəhlizi adlandırıla bilməz, cənab Uraloğlu... - VİDEO

17.03.2025 / 14:49
Yeniyetmə taekvondoçularımız Belçikada 6-sı qızıl olmaqla 11 medal qazanıb

17.03.2025 / 14:41
Mnatsakanyan: "Məni qondarma rejimin “müdafiə naziri” “vəzifəsi”nə Seyran Ohanyanın təqdimatı ilə Serj Sarkisyan təyin edib" - FOTO

17.03.2025 / 14:30
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Ermənistana təzyiq etməyə çağırdı

17.03.2025 / 14:25
Mnatsakanyan: "Qondarma rejimin silah-sursat təminatını Ermənistan Müdafiə Nazirliyi həyata keçirirdi" - FOTO

17.03.2025 / 14:25
Çağırışların fürsətə çevrilməsi

17.03.2025 / 14:07
"Ermənistanda revanşizm tendensiyası normallaşma prosesinin yekunlaşdırılmasında ən ciddi maneədir" – Ceyhun Bayramov

17.03.2025 / 14:06
Avropa Birliyinin Missiyası Ermənistanın aşkar atəşkəs pozuntusunu inkar etdi....

17.03.2025 / 13:47
Zərdabda narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlandı

17.03.2025 / 13:34
Xəzərdə süni torpaq sahəsinin icarə haqqı belə hesablanacaq

17.03.2025 / 13:28
Polis Xaçmazda əməliyyat keçirdi, külli miqdarda narkotik ələ keçirildi

17.03.2025 / 13:21
Xızı rayonunun prokuroru qəzaya düşdü

17.03.2025 / 13:10
Отношения России и Азербайджана налаживаются. Надолго ли? - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

17.03.2025 / 12:46
Xanlar Vəliyev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi - SƏRƏNCAM

17.03.2025 / 12:35
Bu il nə qədər fitrə zəkatı verilməlidir? - QMİ-dən açıqlama...

17.03.2025 / 12:23
“Global Terrorism Index 2025” açıqlandı - Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri sırasına yüksəldi...

17.03.2025 / 12:02
Həm sülhdən danışır, həm də Azərbaycanı atəşə tutur...

17.03.2025 / 11:41
ABŞ Putinin Ukraynadakı hərbi cinayətlərini araşdıran beynəlxalq qurumdan çıxır

17.03.2025 / 11:30
Trampla Putin Ukrayna torpaqlarını bölüşdürülməsini müzakirə edəcəklər

17.03.2025 / 11:23
Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Nazirlər Şurası sədrinin müavinini qəbul edib - FOTO/YENİLƏNDİ

17.03.2025 / 11:20
“Düşünməliyik”

17.03.2025 / 11:16
Qəzzada ərzaq böhranı yaşanır - BMT həyəcan təbili çalır

17.03.2025 / 11:11
“Kral Çarlzıın Zelenski ilə görüşünü Tramp “qısqanc uşaq” kimi qarşılayıb”

17.03.2025 / 11:06
Son 2 gündə itkin düşən 19 nəfər tapılıb - polisdən AÇIQLAMA

17.03.2025 / 11:03
Ermənistan yenə atəş açır. İrəvan nə istəyir? - CANLI

17.03.2025 / 11:01
Prezident İlham Əliyev Valentina Matviyenkonu qəbul etdi - FOTO/YENİLƏNDİ

17.03.2025 / 11:00
Prezident İlham Əliyev “Azərenerji” ilə bağlı Fərman imzaladı

17.03.2025 / 10:50
“Azərenerji” ASC-nin İdarə Heyəti yaradılır

17.03.2025 / 10:35
İranda milli assimilyasiyaya etiraz edən qaşqay qadınları polis zorakılığına məruz qalıb

17.03.2025 / 10:25
Pentaqon husilərə hücumların dayandırılması üçün şərtini açıqladı

17.03.2025 / 10:23
“Rusiyanı zəbt etdiyi Ukrayna ərazilərindən çıxarmaq ABŞ-ın milli maraqlarına uyğun deyil”

Qlobal Bakı Forumu Azərbaycan ideologiyası üstündə daha təsirli rol oynadı...

XƏBƏR ARXİVİ

Mart
B.eÇ.aÇC.aCŞB
242526272812345678910111213141516171819202122232425262728293031123456