Bazar ertəsi günü, 17 mart 2025
     

USAİD-in Vardanyanla çirkin antiazərbaycan işbirliyi ifşa edilir...

Image

Akif Nağı: "Pauerlə Vardanyan arasında Azərbaycana qarşı çirkli iş birliyinin ifşa olunması onu göstərir ki..."

USAİD-nin rəhbəri Samanta Pouerin qanunsuz əməlləri ifşa edilir. İllər boyu müxtəlif adlar altında dağıdıcı, zərərverici fəaliyyət göstərən USAİD  Azərbaycanın əraziləri işğalda olduğu dövrlərdə separatçılara da dəstək göstərib. 

Pauerlə Ruben Vardanyan arasında əməkdaşlığın mövcud olduğu məlumdur. Onu da deyək ki, hətta S.Pauer və USAİD faktiki olaraq  Azərbaycanın ərazi bütövlüyünə qarşı fəaliyyəti göstəriblər. İşğal dövründə Qarabağda minatəmizləmə fəaliyyətinə maliyyə dəstəyi göstərib, separatçılara pul ayırıb. 

Bu gün Tramp USAİD-lə bağlı araşdırma başladıb və bu qurumun bütün əməlləri, o cümlədən də Vardanyanla əlaqələri ifşa olunur. 

"Pauer də maliyyə fırıldaqları, çirkli pulların yuyulması ilə məşğul olub ki, Vardanyanla tapışıblar"

Azad Vətən Partiyasının sədri Akif Nağı "Bakı-Xəbər"ə şərhində "Samanta Pauer və onun rəhbərlik etdiyi USAİD-lə bağlı araşdırmalar aparılır. Həmin təşkilat, xüsusən də Samanta Pauer Azərbaycana qarşı qərəzli mövqe tutub. O, Bayden administrasiyası dövründə həddindən artıq fəal idi. Faktiki olaraq Baydenin rəsmi siyasətini ictimai sahədə, QHT kimi həyata keçirirdi. Əslində isə Bayden administrasiyasının sifarişlərini yerinə yetirirdi. Onların fəal kadrlarınfan biri olub, hətta bir müddət Demokratlar partiyasının üzvü də olub. Demokratların hakimiyyəti dövründə bir müddət ABŞ-ın BMT-dəki nümayəndəsi də olub. Bu vacib vəzifə ona etibar edilmişdi.

İndi araşdırmalar gedir. Azərbaycan tərəfi rəsmi və qeyri-rəsmi səviyyədə onun fəaliyyəti, açıq-aşkar qərəzli siyasət yürütməsi ilə bağlı faktları ortaya qoyur. Təbii ki, bizi maraqlandıran onun Azərbaycana qarşı münasibətidir. Biz bunun kökünü axtarmağa çalışırdıq ki, onun bu qərəzli münasibəti hardan qaynaqlanır. Bu bir tərəfdən Co Baydenin antiazərbaycan siyasətinin nümunəsi idi, o siyasəti göstərirdi. Ona rəsmi qaydada verilən tapşırıqları yerinə yetirirdi. Digər tərəfdən, ermənilərlə bağlı öz təşəbbüsləri, onlara "simpatiyası" vardı, Ermənistanın və etmənilərin ədalətsiz mövqeyini müdafiə edirdi. Samanta Pauer Ermənistana və ermənilərə  külli miqdarda pul gətirdi, separatizmə açıq şəkildə dəstək verirdi, Azərbaycanın mövqeyini qərəzli şəkildə təndiq edirdi. Xüsusən də İkinci Qarabağ müharibəsindən sonra Azərbaycana qarşı düşmən mövqeyi tuturdu, olmazın ittihamlar səsləndirirdi. Bu siyasətin içində Samanta Pauerin kriminal ünsürlərlə də münasibətləri olmamış deyildi. Bununla bağlı da müəyyən fikirlərimiz, şübhələrimiz vardı. 

Hazırda Azərbaycan məhkəməsi tərəfindən müxtəlif maddələr üzrə ittiham edilən Ruben Vardanyanla da Pauerin əlaqələrinin olduğu məlumdur. Vardanyan da bir az Rusiya, bir az da Avropa mühitində cinayətkar hərəkətləri ilə seçilirdi. O, çox şübhəli maliyyə fırıldaqları, çirkli pulların yuyulması ilə məşğul idi. Yəni bu cür adamlar bir-birini tapırlar. Görünür ki, Pauer də maliyyə fırıldaqları, çirkli pulların yuyulması ilə məşğul olub ki, Vardanyanla tapışıblar. Eyni zamanda yəqin ki, Pauerin digər belələri ilə də əlaqələri olub. Bu baxımdan hesab edirəm ki, istintaq     tədbirləri nəticəsində onun başqaları ilə də əlbir olduğu ortaya çıxacaq. Bilirsiz ki, Tramp hakimiyyətə gələn kimi ilk hədəflərindən biri USAİD-in buraxılması, yaxud yenidən qurulması ilə bağlı oldu. Bu qurumun cinayətkar fəaliyyəti ilə əlaqədar fikirlər səsləndirildi. ABŞ-ın dövlət katibi səviyyəsində bu qurumun fəaliyyəti cinayətkar bir qurum kimi qiymətləndirildi. Əllərində faktlar olmasaydı bunu deməzdilər".

A.Nağı hesab edir ki, Pauerin Azərbaycan əleyhinə fəaliyyəti də araşdırılmalıdır. O qeyd etdi ki, proses irəlilədikcə yeni faktlar da ortaya qoyulacaq. "Araşdırma nəticəsində Vardanyanla Pauerin əlaqələri ilə bağlı məsələlər ortaya çıxır. Onun Ermənistana "məhəbbətinin" bir tərəfi də, ola bislin, Vardanyanla olan əlaqəsi ilə bağlıdır. Bakıda keçirilən məhkəmədə də, yəqin, Vardanyanla Samanta Pauer arasındakı işbirliyi, əlaqələrlə bağlı faktlar ortaya çıxır. Bunu Vardanyan etiraf etmək məcburiyyətində qalır, çünki çox ciddi tədqiqat işləri aparılıb. USAİD rəhbəri Vardanyanla və başqa onun kimiləri ilə birləşib Azərbaycan dövlətinin əleyhinə işlər görüblər. İlahi ədalət deyilən bir məfhum var, bu artıq öz yerini tutur. Pauer özünü "demokrat" kimi göstərirdi ki, guya "haqqın, ədalətin" tərəfindədir. Əslində isə hamı bilirdi ki, burda maraq, qərəz məsələsi  var. Azərbaycana qarşı haqsız mövqedən çıxış edən hər kəs öz cəzasını alır. Nə qədər gizlətməyə cəhd etsələr də, onların cinayətkar əlaqələri üzə çıxır, fəaliyyətləri ifşa olunur. Pauerlə Vardanyan arasında Azərbaycana qarşı çirkli iş birliyinin ifşa olunması onu göstərir ki, artıq haqq-ədalət öz yerini tapır. Bu adam hər zaman antiazərbaycan mövqeyindən çıxış edirdi və dövlətimizə qarşı qərəzli kampaniya aparırdı. 

Hesab edirəm ki, Vardanyanın məhkəməsinə Samanta Pauer də şahid qismində cəlb olunmalı, günahları sübut olunarsa lap müttəhim kürsüsündə oturmalı, onun barəsində cinayət işi qaldırılmalıdır. Yəni Vardanyanla və başqaları ilə birgə Azərbayacana qarşı cinayət əməllərində iştirak etməsi sübuta yetirilsə o da məsuliyyətə cəlb olunmalıdır".

A.Nağının fikrincə, S.Pauerin bütün çirkin addımları ifşa olunur və onun gələcəkdə USAİD-ə rəhbərlik etməsi məsələsi belə sual altındadır.

İradə SARIYEVA



VİDEO

SON XƏBƏRLƏR

17.03.2025 / 22:36
Türkiyənin rəsmi orqanları Paşinyanın aparatının təxtibatına reaksiya verəcəkmi?...

17.03.2025 / 21:33
ABŞ-ın köhnə media-informasiya sistemi alt-üst edildi - "diktatorlar sevinəcək" şüarı başladı...

17.03.2025 / 21:18
Britaniyanın Bakıda ilk hərbi attaşe təyinatının arxasında məsələlər var...

17.03.2025 / 21:16
ABŞ Almaniyadan Ermənistana 151 hərbi texnika daşıyacaq - konkret tarix qoyuldu..

17.03.2025 / 21:05
Azərbaycan-Ermənistan sazişində Qərbi Azərbaycan məsələsi - mövzu hələ qapanmayıb...

17.03.2025 / 20:51
Qondarma "Arsax prezidentinin" məhkəmə ifadəsi Qasparyana cinayət işi açmağa yetər

17.03.2025 / 20:38
Putinlə Tramp "sövdələşib" - Moskva Qarabağ üçün Xovayevi göndərir, Tramp Bononu göndərəcək?

17.03.2025 / 20:35
Məleykə xanım, işinizlə məşğul olun!

17.03.2025 / 20:32
Mnatsakanyan: "Minalar Ermənistanda istehsal olunub Qarabağa gətirilirdi" – MƏHKƏMƏ + FOTO

17.03.2025 / 20:25
İlham Əliyev yeni mexanizm yaratmağı təklif etdi - azı 6 dövlətin sözü gedir...

17.03.2025 / 20:18
Tramp İranı "ağır" ifadələrlə təhdid etdi

17.03.2025 / 20:10
Bakı-İrəvan prosesi tezliklə bitəcək - Trampın müşaviri Hikmət Hacıyevlə danışdı...

17.03.2025 / 19:57
Əvvəl konstitusiya, ya parlament seçkisi - ölkə başçısı çətin seçimə düşüb...

17.03.2025 / 19:50
YAP-ın İdarə Heyətinin iclası keçirildi - FOTO

17.03.2025 / 19:43
Avropa bu şəxsləri Azərbaycana təslim edəcək(?) - beynəlxalq şərait dəyişib...

17.03.2025 / 19:38
Netanyahu rəqiblərini o cümlədən kəşfiyyat rəhbərini aradan götürür

17.03.2025 / 19:29
Keçiddə xaos dünyanı bürüyür - Əgər Bakı Forumunun ideyalarına ciddi baxılsa...

17.03.2025 / 19:16
Qlobal Bakı Forumu Azərbaycan ideologiyası üstündə daha təsirli rol oynadı...

17.03.2025 / 19:07
Sahibə Qafarovaya Rusiyanın “Dostluq” ordeni təqdim edildi - FOTO

17.03.2025 / 19:03
Beynəlxalq Avrasiya Mətbuat Fondu bəyanat yayıb

17.03.2025 / 18:50
Qlobal Bakı Forumu Trampa müraciət etdi - "təşəbbüsə qoşulun"...

17.03.2025 / 18:45
Tarixi Kipr problemi yenidən qabardı - BMT hərəkətə keçdi...

17.03.2025 / 18:39
Kreml susur, lakin Tramp Putinlə əsas 2 məsələdən danışacağını açıqladı...

17.03.2025 / 18:37
İran üzərindən Zəngəzur dəhlizi? - Türkiyə nazirinin böyük yanlışı...

17.03.2025 / 18:23
Azərbaycanla düşmənçilik, Azərbaycanın dostu ilə milyardlıq layihələr - işdə bu Makrondur...

17.03.2025 / 18:14
"İşğal edilmiş ərazilərdə hərbi cinayətləri Ermənistanın hərbi polisi və hərbi prokurorluğu araşdırıb" - Mnatsakanyan

17.03.2025 / 18:09
İlham Əliyev Trampa mesaj verdi - Azərbaycan Sizdən bunları gözləyir...

17.03.2025 / 17:55
Keçmiş nazir: "Paşinyan Azərbaycanla saziş mətnini bu səbəbdən qəbul etdi"...

17.03.2025 / 17:42
Vardanyan Bakıdan İrəvana məktub yazdı - “Qarabağdan erməniləri özümüz çıxardıq”...

17.03.2025 / 17:37
Baş nazir DİN əməkdaşlarının maaşı ilə bağlı yeni qərar imzaladı

17.03.2025 / 17:33
“Babək o gün “Şuşanın dağları”nı oxuyurdu...”

17.03.2025 / 17:27
Əli Əsədov deputatların tənqidindən hansı nəticələri çıxarmalıdır...

17.03.2025 / 17:14
Rəsmi Bakı saziş barədə İrəvanla birgə bəyanat verməkdən imtina etdi...

17.03.2025 / 17:05
“Rafadan Tayfa: Kapadokya” macərası yalnız “CineMastercard”-da!

17.03.2025 / 16:43
Mnatsakanyan: "Azərbaycanın işğal edilmiş ərazilərində “İskəndər M”, “Toçka U” və “Smerç” silahları olmayıb" - FOTO

17.03.2025 / 16:35
Çexiya Trampın açığına “Azadlıq radiosu”nu satın almağı təklif edir

17.03.2025 / 16:34
Makron Amerikanın silahlarına baykot elan elədi

17.03.2025 / 16:32
“Fransızlar hərbi xidmətin bərpasını tələb edirlər” – Fransa müharibəyə hazırlaşır

17.03.2025 / 16:27
Macarıstanda “Ukraynanın Avropa Birliyinə daxil olma” sorğu bülletenləri yayıldı

17.03.2025 / 16:27
“Trampın Ukrayna barədə “A” planı və “B” planı” – Son xəbər

17.03.2025 / 16:24
Fransa Trampdan “Azadlıq heykəli”ni qaytarmağı tələb edir

17.03.2025 / 16:20
Zakir Həsənov Bosniya və Herseqovinanın müdafiə naziri ilə görüşdü

17.03.2025 / 16:09
Mnatsakanyan: "Hər il Ermənistandan 7-8 min hərbi çağırışçı Azərbaycanın işğal edilmiş ərazilərində müddətli hərbi xidmətə göndərilirdi" - FOTO

17.03.2025 / 15:47
“Bu beş şərt olmadan Ukraynada ədalətli sülh mümkün deyil” – Litva XİN bəyanat yaydı

17.03.2025 / 15:45
Ukraynanın torpaqlarını “təhlükəsizlik zəmanətinə” satırlar

17.03.2025 / 15:42
Vüqar Rəhimzadə: Azərbaycan öz gücünə güvənən dövlətdir

17.03.2025 / 15:33
"Azərbaycan və Rusiya parlamentləri arasında ikitərəfli görüşlər qarşılıqlı fəaliyyətin genişləndirilməsi üçün son dərəcə vacibdir" - Sahibə Qafarova

17.03.2025 / 15:25
Prezident İlham Əliyev Qordana Silyanovska-Davkovaya başsağlığı verib

17.03.2025 / 15:20
Qəhrəmanların ömrü əbədidir...

17.03.2025 / 15:12
Sərhəddə erməni təxribatı qızışır - mövqelərimiz yenidən atəşə tutuldu

17.03.2025 / 15:06
İran üzərindən Naxçıvana gedən yol Zəngəzur dəhlizi adlandırıla bilməz, cənab Uraloğlu... - VİDEO

17.03.2025 / 14:49
Yeniyetmə taekvondoçularımız Belçikada 6-sı qızıl olmaqla 11 medal qazanıb

17.03.2025 / 14:41
Mnatsakanyan: "Məni qondarma rejimin “müdafiə naziri” “vəzifəsi”nə Seyran Ohanyanın təqdimatı ilə Serj Sarkisyan təyin edib" - FOTO

17.03.2025 / 14:30
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Ermənistana təzyiq etməyə çağırdı

17.03.2025 / 14:25
Mnatsakanyan: "Qondarma rejimin silah-sursat təminatını Ermənistan Müdafiə Nazirliyi həyata keçirirdi" - FOTO

17.03.2025 / 14:25
Çağırışların fürsətə çevrilməsi

17.03.2025 / 14:07
"Ermənistanda revanşizm tendensiyası normallaşma prosesinin yekunlaşdırılmasında ən ciddi maneədir" – Ceyhun Bayramov

17.03.2025 / 14:06
Avropa Birliyinin Missiyası Ermənistanın aşkar atəşkəs pozuntusunu inkar etdi....

17.03.2025 / 13:47
Zərdabda narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlandı

17.03.2025 / 13:34
Xəzərdə süni torpaq sahəsinin icarə haqqı belə hesablanacaq

17.03.2025 / 13:28
Polis Xaçmazda əməliyyat keçirdi, külli miqdarda narkotik ələ keçirildi

17.03.2025 / 13:21
Xızı rayonunun prokuroru qəzaya düşdü

17.03.2025 / 13:10
Отношения России и Азербайджана налаживаются. Надолго ли? - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

17.03.2025 / 12:46
Xanlar Vəliyev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi - SƏRƏNCAM

17.03.2025 / 12:35
Bu il nə qədər fitrə zəkatı verilməlidir? - QMİ-dən açıqlama...

17.03.2025 / 12:23
“Global Terrorism Index 2025” açıqlandı - Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri sırasına yüksəldi...

17.03.2025 / 12:02
Həm sülhdən danışır, həm də Azərbaycanı atəşə tutur...

17.03.2025 / 11:41
ABŞ Putinin Ukraynadakı hərbi cinayətlərini araşdıran beynəlxalq qurumdan çıxır

17.03.2025 / 11:30
Trampla Putin Ukrayna torpaqlarını bölüşdürülməsini müzakirə edəcəklər

17.03.2025 / 11:23
Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Nazirlər Şurası sədrinin müavinini qəbul edib - FOTO/YENİLƏNDİ

17.03.2025 / 11:20
“Düşünməliyik”

17.03.2025 / 11:16
Qəzzada ərzaq böhranı yaşanır - BMT həyəcan təbili çalır

17.03.2025 / 11:11
“Kral Çarlzıın Zelenski ilə görüşünü Tramp “qısqanc uşaq” kimi qarşılayıb”

17.03.2025 / 11:06
Son 2 gündə itkin düşən 19 nəfər tapılıb - polisdən AÇIQLAMA

17.03.2025 / 11:03
Ermənistan yenə atəş açır. İrəvan nə istəyir? - CANLI

17.03.2025 / 11:01
Prezident İlham Əliyev Valentina Matviyenkonu qəbul etdi - FOTO/YENİLƏNDİ

17.03.2025 / 11:00
Prezident İlham Əliyev “Azərenerji” ilə bağlı Fərman imzaladı

17.03.2025 / 10:50
“Azərenerji” ASC-nin İdarə Heyəti yaradılır

17.03.2025 / 10:35
İranda milli assimilyasiyaya etiraz edən qaşqay qadınları polis zorakılığına məruz qalıb

17.03.2025 / 10:25
Pentaqon husilərə hücumların dayandırılması üçün şərtini açıqladı

17.03.2025 / 10:23
“Rusiyanı zəbt etdiyi Ukrayna ərazilərindən çıxarmaq ABŞ-ın milli maraqlarına uyğun deyil”

Qlobal Bakı Forumu Azərbaycan ideologiyası üstündə daha təsirli rol oynadı...

XƏBƏR ARXİVİ

Mart
B.eÇ.aÇC.aCŞB
242526272812345678910111213141516171819202122232425262728293031123456