Bazar ertəsi günü, 17 mart 2025
     

Türk dünyasının "ortasında dəhliz" - dünya kəskin şəkildə dəyişir...

Image

Ankara, Bakı və Daşkənd qarşılıqlı etimad və hörmət prinsipinə əsaslanan sıx strateji tərəfdaşlıq və əməkdaşlığın inkişafı istiqamətində növbəti addımların atılmasında qətiyyətlidir. Bu məqam Ankarada Türkiyə, Azərbaycan və Özbəkistanın xarici işlər, ticarət və nəqliyyat nazirlərinin üçtərəfli görüşünün nəticələrinə dair qəbul edilmiş Ankara Bəyannaməsinin mətnində qeyd olunur.

Nazirlər Türkiyə, Azərbaycan və Özbəkistanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığını, beynəlxalq hüquq norma və prinsiplərinin və BMT Nizamnaməsinin sarsılmazlığını dəstəkləməyə hazır olduqlarını xüsusi vurğulayıblar. Üç ölkənin nümayəndələri ticarət, investisiya, sənaye, energetika, nəqliyyat, logistika, rəqəmsallaşma və rabitə sahələrində birgə layihələrin təşviqinə və icrasına hazır olduqlarını bəyan ediblər. Bəyannamədə Türkiyə, Azərbaycan və Özbəkistanın tranzit potensialının artmasında mühüm rol oynayan Orta Dəhliz mövzusuna xüsusi diqqət ayrılıb. Türkiyə, Azərbaycan və Özbəkistanın "böyük tranzit potensialının" üzə çıxarılması baxımından əhəmiyyətli olan "TRACECA" (Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi) proqramı çərçivəsində tərəfdaşlığın gücləndirilməsinin vacibliyi vurğulanıb. Ankara Bəyannaməsində üç ölkənin regional və beynəlxalq müstəvidə əməkdaşlığının ümumi maraq və prioritetlərə uyğun şəkildə daha da möhkəmləndirilməsinin əhəmiyyəti, həmçinin Ankara, Bakı və Daşkəndin suverenliyinə və ərazi bütövlüyünə zərər vurmaq cəhdlərinin qarşısının alınması istiqamətində bu üç ölkənin birgə addım atmaq əzmini dəstəkləmək qeyd olunub. Orta Dəhlizin potensialının və rəqabət qabiliyyətinin artırılmasına töhfə verəcək yeni layihələrin həyata keçirilməsinin vacibliyi vurğulanıb. Bununla bağlı Bakı-Tiflis-Qars dəmir yolu və Bakı Beynəlxalq Dəniz Ticarət Limanı kimi layihələrin daha da inkişaf etdirilməsinə tam dəstək bəyan edilib. Nəqliyyat sahəsində əməkdaşlığın dərinləşdirilməsi, regional əlaqələrin və nəqliyyat sistemlərinin dayanıqlılığının gücləndirilməsinə yönəlmiş Fəaliyyət Planının qəbul edilməsindən məmnunluq ifadə olunub. Ankara Bəyannaməsində Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpası mövzusuna ayrıca diqqət ayrılıb. Ölkəmizin işğaldan azad edilmiş ərazilərinə insanların təhlükəsiz və layiqli qayıdışını təmin edəcək səylərin əhəmiyyəti qeyd olunub. Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən investisiya layihələrinə xüsusi diqqət yetirildiyi vurğulanıb. Azərbaycanda keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) nəticələrindən məmnunluq ifadə olunub. Sənəddən göründüyü kimi qarşıdakı dövrdə türk dünyasının inteqrasiyasına nıqliyyat sektoruna, xüsusən də Orta Dəhlizə geniş yer ayrılır.

Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqının Baş katibi Unberto de Pretto bildirir ki,  Çindən Avropaya ən qısa və ən ucuz yol Orta Dəhlizdir. O qeyd edib ki, Orta Dəhliz Çindən Avropaya, oradan Amerikanın şərq sahillərinə də ən qısa yoldur. Onun sözlərinə görə, Orta Dəhlizin qlobal ticarət üçün əhəmiyyəti olduqca böyükdür: "Orta Dəhlizin ərsəyə gətirilməsi istiqamətində işləmək bizim üçün çox vacib məsələdir. Son 2 il ərzində iştirak etdiyim bütün tədbirlərdə biz Orta Dəhlizdən danışmışıq". Türkiyənin xarici işlər naziri Hakan Fidan qeyd edir ki, Orta Dəhliz türk dünyasında əməkdaşlığın inkişafı üçün strateji əhəmiyyət kəsb edir: "Son illərin prosesləri sübut etdi ki, bu marşrut Asiya ilə Avropa arasında ticarətin ən təhlükəsiz və iqtisadi cəhətdən ən sərfəli arteriyasıdır". Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev vurğulayır ki, qlobal çağırışlar fonunda sərhədlərarası ticarət artan nəqliyyat xərcləri, uzun məsafələr, geniş sənəd yoxlamaları, gömrük və tranzit prosedurlarında gecikmələr daxil olmaqla artan çətinliklərlə üzləşir: "Bu çağırışların həlli regionumuzun iqtisadi dayanıqlılığı və inkişafı üçün həyati əhəmiyyət kəsb edir. "Türk Dünyasına Baxış 2040" strateji sənədimizə uyğun olaraq, üzv dövlətlər arasında və Orta Dəhliz boyunca gömrük və ticarət proseslərini asanlaşdırmağa sadiqdir. Beynəlxalq Avtomobil Nəqliyyatı İttifaqı ilə əməkdaşlıq çərçivəsində Özbəkistan, Qazaxıstan və Qırğızıstan arasında mərhələli şəkildə nəqliyyat və tranzit prosedurlarının rəqəmsallaşdırılması öhdəliyini yerinə yetirəcəyik". Çinin Təhlil İnstitutunun baş elmi əməkdaşı Din Tsyanvey də vurğulayıb ki, Orta Dəhliz yaxın gələcəkdə qlobal tədarük zəncirinin ən mühüm hissəsi kimi yeni sürətli inkişaf mərhələsinə daxil olmaqla Avrasiyada yeni iri ticarət marşrutuna çevriləcək. Bu nəqliyyat marşrutunda daha çox ölkələr iştirak edəcək, yükdaşıma həcmi isə mühüm dərəcədə artacaq. Onun sözlərinə görə, Orta Dəhlizin gələcək inkişafı heç də asan olmayacaq və çox sayda problemlərlə qarşılaşacaq. Bu, özünü geosiyasi, xüsusilə şəxsi geosiyasi ambisiyalarını üstün tutan müxtəlif qüvvələrin təsirində göstərəcək. Qeyd edək ki, Orta Dəhlizin çoxtərəfli multimodal nəqliyyat infrastrukturu Xəzər və Qara dəniz bərə terminallarını Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə, Ukrayna və Polşanın dəmir yolu sistemləri ilə birləşdirir. Orta Dəhliz yük axınının Çindən Türkiyə, o cümlədən Avropa ölkələrinə və əks istiqamətdə artmasına şərait yaradır. Bu dəhlizlə hərəkət edən marşrut qatarı orta hesabla 20-25 gün ərzində yükləri Çindən Avropaya çatdırır və bu, qeyd olunan nəqliyyat dəhlizinin əsas üstünlüklərindən biridir.

Ramil QULİYEV



VİDEO

SON XƏBƏRLƏR

17.03.2025 / 22:36
Türkiyənin rəsmi orqanları Paşinyanın aparatının təxtibatına reaksiya verəcəkmi?...

17.03.2025 / 21:33
ABŞ-ın köhnə media-informasiya sistemi alt-üst edildi - "diktatorlar sevinəcək" şüarı başladı...

17.03.2025 / 21:18
Britaniyanın Bakıda ilk hərbi attaşe təyinatının arxasında məsələlər var...

17.03.2025 / 21:16
ABŞ Almaniyadan Ermənistana 151 hərbi texnika daşıyacaq - konkret tarix qoyuldu..

17.03.2025 / 21:05
Azərbaycan-Ermənistan sazişində Qərbi Azərbaycan məsələsi - mövzu hələ qapanmayıb...

17.03.2025 / 20:51
Qondarma "Arsax prezidentinin" məhkəmə ifadəsi Qasparyana cinayət işi açmağa yetər

17.03.2025 / 20:38
Putinlə Tramp "sövdələşib" - Moskva Qarabağ üçün Xovayevi göndərir, Tramp Bononu göndərəcək?

17.03.2025 / 20:35
Məleykə xanım, işinizlə məşğul olun!

17.03.2025 / 20:32
Mnatsakanyan: "Minalar Ermənistanda istehsal olunub Qarabağa gətirilirdi" – MƏHKƏMƏ + FOTO

17.03.2025 / 20:25
İlham Əliyev yeni mexanizm yaratmağı təklif etdi - azı 6 dövlətin sözü gedir...

17.03.2025 / 20:18
Tramp İranı "ağır" ifadələrlə təhdid etdi

17.03.2025 / 20:10
Bakı-İrəvan prosesi tezliklə bitəcək - Trampın müşaviri Hikmət Hacıyevlə danışdı...

17.03.2025 / 19:57
Əvvəl konstitusiya, ya parlament seçkisi - ölkə başçısı çətin seçimə düşüb...

17.03.2025 / 19:50
YAP-ın İdarə Heyətinin iclası keçirildi - FOTO

17.03.2025 / 19:43
Avropa bu şəxsləri Azərbaycana təslim edəcək(?) - beynəlxalq şərait dəyişib...

17.03.2025 / 19:38
Netanyahu rəqiblərini o cümlədən kəşfiyyat rəhbərini aradan götürür

17.03.2025 / 19:29
Keçiddə xaos dünyanı bürüyür - Əgər Bakı Forumunun ideyalarına ciddi baxılsa...

17.03.2025 / 19:16
Qlobal Bakı Forumu Azərbaycan ideologiyası üstündə daha təsirli rol oynadı...

17.03.2025 / 19:07
Sahibə Qafarovaya Rusiyanın “Dostluq” ordeni təqdim edildi - FOTO

17.03.2025 / 19:03
Beynəlxalq Avrasiya Mətbuat Fondu bəyanat yayıb

17.03.2025 / 18:50
Qlobal Bakı Forumu Trampa müraciət etdi - "təşəbbüsə qoşulun"...

17.03.2025 / 18:45
Tarixi Kipr problemi yenidən qabardı - BMT hərəkətə keçdi...

17.03.2025 / 18:39
Kreml susur, lakin Tramp Putinlə əsas 2 məsələdən danışacağını açıqladı...

17.03.2025 / 18:37
İran üzərindən Zəngəzur dəhlizi? - Türkiyə nazirinin böyük yanlışı...

17.03.2025 / 18:23
Azərbaycanla düşmənçilik, Azərbaycanın dostu ilə milyardlıq layihələr - işdə bu Makrondur...

17.03.2025 / 18:14
"İşğal edilmiş ərazilərdə hərbi cinayətləri Ermənistanın hərbi polisi və hərbi prokurorluğu araşdırıb" - Mnatsakanyan

17.03.2025 / 18:09
İlham Əliyev Trampa mesaj verdi - Azərbaycan Sizdən bunları gözləyir...

17.03.2025 / 17:55
Keçmiş nazir: "Paşinyan Azərbaycanla saziş mətnini bu səbəbdən qəbul etdi"...

17.03.2025 / 17:42
Vardanyan Bakıdan İrəvana məktub yazdı - “Qarabağdan erməniləri özümüz çıxardıq”...

17.03.2025 / 17:37
Baş nazir DİN əməkdaşlarının maaşı ilə bağlı yeni qərar imzaladı

17.03.2025 / 17:33
“Babək o gün “Şuşanın dağları”nı oxuyurdu...”

17.03.2025 / 17:27
Əli Əsədov deputatların tənqidindən hansı nəticələri çıxarmalıdır...

17.03.2025 / 17:14
Rəsmi Bakı saziş barədə İrəvanla birgə bəyanat verməkdən imtina etdi...

17.03.2025 / 17:05
“Rafadan Tayfa: Kapadokya” macərası yalnız “CineMastercard”-da!

17.03.2025 / 16:43
Mnatsakanyan: "Azərbaycanın işğal edilmiş ərazilərində “İskəndər M”, “Toçka U” və “Smerç” silahları olmayıb" - FOTO

17.03.2025 / 16:35
Çexiya Trampın açığına “Azadlıq radiosu”nu satın almağı təklif edir

17.03.2025 / 16:34
Makron Amerikanın silahlarına baykot elan elədi

17.03.2025 / 16:32
“Fransızlar hərbi xidmətin bərpasını tələb edirlər” – Fransa müharibəyə hazırlaşır

17.03.2025 / 16:27
Macarıstanda “Ukraynanın Avropa Birliyinə daxil olma” sorğu bülletenləri yayıldı

17.03.2025 / 16:27
“Trampın Ukrayna barədə “A” planı və “B” planı” – Son xəbər

17.03.2025 / 16:24
Fransa Trampdan “Azadlıq heykəli”ni qaytarmağı tələb edir

17.03.2025 / 16:20
Zakir Həsənov Bosniya və Herseqovinanın müdafiə naziri ilə görüşdü

17.03.2025 / 16:09
Mnatsakanyan: "Hər il Ermənistandan 7-8 min hərbi çağırışçı Azərbaycanın işğal edilmiş ərazilərində müddətli hərbi xidmətə göndərilirdi" - FOTO

17.03.2025 / 15:47
“Bu beş şərt olmadan Ukraynada ədalətli sülh mümkün deyil” – Litva XİN bəyanat yaydı

17.03.2025 / 15:45
Ukraynanın torpaqlarını “təhlükəsizlik zəmanətinə” satırlar

17.03.2025 / 15:42
Vüqar Rəhimzadə: Azərbaycan öz gücünə güvənən dövlətdir

17.03.2025 / 15:33
"Azərbaycan və Rusiya parlamentləri arasında ikitərəfli görüşlər qarşılıqlı fəaliyyətin genişləndirilməsi üçün son dərəcə vacibdir" - Sahibə Qafarova

17.03.2025 / 15:25
Prezident İlham Əliyev Qordana Silyanovska-Davkovaya başsağlığı verib

17.03.2025 / 15:20
Qəhrəmanların ömrü əbədidir...

17.03.2025 / 15:12
Sərhəddə erməni təxribatı qızışır - mövqelərimiz yenidən atəşə tutuldu

17.03.2025 / 15:06
İran üzərindən Naxçıvana gedən yol Zəngəzur dəhlizi adlandırıla bilməz, cənab Uraloğlu... - VİDEO

17.03.2025 / 14:49
Yeniyetmə taekvondoçularımız Belçikada 6-sı qızıl olmaqla 11 medal qazanıb

17.03.2025 / 14:41
Mnatsakanyan: "Məni qondarma rejimin “müdafiə naziri” “vəzifəsi”nə Seyran Ohanyanın təqdimatı ilə Serj Sarkisyan təyin edib" - FOTO

17.03.2025 / 14:30
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Ermənistana təzyiq etməyə çağırdı

17.03.2025 / 14:25
Mnatsakanyan: "Qondarma rejimin silah-sursat təminatını Ermənistan Müdafiə Nazirliyi həyata keçirirdi" - FOTO

17.03.2025 / 14:25
Çağırışların fürsətə çevrilməsi

17.03.2025 / 14:07
"Ermənistanda revanşizm tendensiyası normallaşma prosesinin yekunlaşdırılmasında ən ciddi maneədir" – Ceyhun Bayramov

17.03.2025 / 14:06
Avropa Birliyinin Missiyası Ermənistanın aşkar atəşkəs pozuntusunu inkar etdi....

17.03.2025 / 13:47
Zərdabda narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlandı

17.03.2025 / 13:34
Xəzərdə süni torpaq sahəsinin icarə haqqı belə hesablanacaq

17.03.2025 / 13:28
Polis Xaçmazda əməliyyat keçirdi, külli miqdarda narkotik ələ keçirildi

17.03.2025 / 13:21
Xızı rayonunun prokuroru qəzaya düşdü

17.03.2025 / 13:10
Отношения России и Азербайджана налаживаются. Надолго ли? - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

17.03.2025 / 12:46
Xanlar Vəliyev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi - SƏRƏNCAM

17.03.2025 / 12:35
Bu il nə qədər fitrə zəkatı verilməlidir? - QMİ-dən açıqlama...

17.03.2025 / 12:23
“Global Terrorism Index 2025” açıqlandı - Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri sırasına yüksəldi...

17.03.2025 / 12:02
Həm sülhdən danışır, həm də Azərbaycanı atəşə tutur...

17.03.2025 / 11:41
ABŞ Putinin Ukraynadakı hərbi cinayətlərini araşdıran beynəlxalq qurumdan çıxır

17.03.2025 / 11:30
Trampla Putin Ukrayna torpaqlarını bölüşdürülməsini müzakirə edəcəklər

17.03.2025 / 11:23
Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Nazirlər Şurası sədrinin müavinini qəbul edib - FOTO/YENİLƏNDİ

17.03.2025 / 11:20
“Düşünməliyik”

17.03.2025 / 11:16
Qəzzada ərzaq böhranı yaşanır - BMT həyəcan təbili çalır

17.03.2025 / 11:11
“Kral Çarlzıın Zelenski ilə görüşünü Tramp “qısqanc uşaq” kimi qarşılayıb”

17.03.2025 / 11:06
Son 2 gündə itkin düşən 19 nəfər tapılıb - polisdən AÇIQLAMA

17.03.2025 / 11:03
Ermənistan yenə atəş açır. İrəvan nə istəyir? - CANLI

17.03.2025 / 11:01
Prezident İlham Əliyev Valentina Matviyenkonu qəbul etdi - FOTO/YENİLƏNDİ

17.03.2025 / 11:00
Prezident İlham Əliyev “Azərenerji” ilə bağlı Fərman imzaladı

17.03.2025 / 10:50
“Azərenerji” ASC-nin İdarə Heyəti yaradılır

17.03.2025 / 10:35
İranda milli assimilyasiyaya etiraz edən qaşqay qadınları polis zorakılığına məruz qalıb

17.03.2025 / 10:25
Pentaqon husilərə hücumların dayandırılması üçün şərtini açıqladı

17.03.2025 / 10:23
“Rusiyanı zəbt etdiyi Ukrayna ərazilərindən çıxarmaq ABŞ-ın milli maraqlarına uyğun deyil”

Qlobal Bakı Forumu Azərbaycan ideologiyası üstündə daha təsirli rol oynadı...

XƏBƏR ARXİVİ

Mart
B.eÇ.aÇC.aCŞB
242526272812345678910111213141516171819202122232425262728293031123456