Bazar ertəsi günü, 7 aprel 2025
     

Vardanyan Bakı məhkəməsində vaxtı uzatmağa çox çalışır - hədəf nədir?..

Image

Akif Nağı: "İttiham edilən şəxslərdən biri olan Vardanyan hazırda beynəlxalq təşkilatlardan dəstək almaq üçün özünü oda-közə vurur ki, bəlkə bu yolla özünü xilas edə bildi"

Ermənistan vətəndaşı olan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin işgəncə, muzdluluq, müharibə qanunlarını və adətlərini pozma, terrorçuluq, terrorçuluğu maliyyələşdirmə və digər maddələrlə təqsirləndirilən Ruben Vardanyanın məhkəmə prosesinin hazırlıq iclası yanvarın 27-də davam etdirilib.

Hazırlıq iclasında Ruben Vardanyanın və onun vəkilinin vəsatətlərinə baxılıb.

Təqsirləndirilən şəxs vəsatətlərini sadalayarkən cinayət işinin materialları ilə ətraflı tanış ola bilmədiyini və müdafiəsinə səmərəli hazırlaşmaq üçün əlavə 30 iş günü vaxt verilməsini məhkəmədən xahiş edib. O, "Özümü hüquqi baxımdan müdafiə etməyə hazır olmaq istəyirəm" deyib.

R.Vardanyanın vəkili Avraam Berman iş materialları ilə tanış olmaq üçün yenidən əlavə vaxt verilməsini, habelə təqsirləndirilən şəxsin öz müdafiəsini səmərəli təşkil etməsi üçün hüquq ədəbiyyatlarına çıxış imkanı yaradılmasını xahiş edib. Bundan sonra ittiham tərəfi vəsatətlərə münasibət bildirib. Dövlət ittihamını müdafiə edən prokuror prosessual qənaət prinsipindən çıxış edərək, təqsirləndirilən şəxsə bugünə qədər iş materialları ilə tanış olmaq üçün kifayət qədər vaxt verildiyini, o cümlədən ötən prosesdə təqsirləndirilən şəxsin vəsatəti əsasında istintaq materialları ilə tanış olmaq üçün əlavə 10 gün vaxt verildiyini xatırladıb və məhkəmə hazırlıq iclasının müddətinin lüzumsuz uzadılmasına qarşı çıxıb.

R.Vardanyan əvvəlki məhkəmədə 10 gün vaxt istəmişdi və vəsatəti təmin olunmuşdu, bu dəfə isə  30 iş günü vaxt istəyib, amma istəyi rədd edilib. 

Vardanyanın nə planı, nə məqsədi ola bilər ki, vaxtı uzatmaq istəyir? Niyə hər dəfə vaxtı uzadır, nəyə ümid edir?

"Ona görə çox vaxt qazanmaq istəyir ki, bəlkə beynəlxalq ictimai rəyi öz tərəfinə yönəldə bildi, özünə yeni müdafiəçilər tapdı"

Azad Vətən Partiyasının sədri Akif Nağı "Bakı-Xəbər"ə şərhində bildirdi ki, R.Vardanyan saxlanılandan indiyə kimi dəfələrlə prosesdən yayınmaq üçün cəhdlər edib, onun Ermənistandakı və xaridəki havadarları bütün vasitələrdən istifadə edərək Vardanyanın məhkəmə qarşısına çıxmasını əngəlləməyə çalışıblar, amma buna nail ola bilməyiblər. Vardanyanın məhkəmədən əlavə vaxt istəməsinin arxasında mütləq mənada məkrli planların durduğunu deyən A.Nağı hesab edir ki, onun məqsədi beynəlxalq aləmin diqqətini cəlb etməkdir.   "Bu məhkəmə prosesi diqqət mərkəzində olan hadisələrdən ola bilmədi. Ermənilər və onların havadarları nə qədər çalışsalar da, beynəlxalq ictimaiyyətin diqqətini bu məhkəməyə yönəldə bilmirlər. Çox cəhdlər edirlər, müxtəlif məsələləri qaldırırlar, müxtəlif qurumları, şəxsləri bu prosesə dəvət etmək istəyirlər. Amma hələ ki, heç nəyə nail ola bilmirlər. 

Məhkəmə prosesi başlayıb, hazırlıq iclasları gedir, proses gedir, amma beynəlxalq aləmdən ermənilərin arzuladığı ajiotaj və dəstək yoxdur. Tək-tək ordan-burdan müəyyən səslər gəlir, müəyyən fikirlər səsləndirilir. Amma  təqsirləndirilən şəxsləri vaxtilə dəstəkləyən dövlətlərin, onların başçılarının, beynəlxalq təşkilatların səsi gəlmir, onlar Ruben Vardanyana hər hansı formadasa dəstək hiss etdirmirlər. Məhkəmənin gedişində ermənilər çalışırlar ki, mümkün qədər bu məsələni siyasiləşdirsinlər. Onlar real bir məhkəmə prosesinin getməsində maraqlı deyillər. Vəkillərdən də, başqa məsələdən də görürsüz ki, Azərbaycan burda da tam obyektiv mövqe tutub, onların erməni əsilli vəkillərlə təmin olunmasına şərait yaradıb. Belə görünür ki, vəkillərinin kifayət qədər beynəlxalq təcrübəsi var, onlar hər xırda detaldan da öz maraqları, məqsədləri üçün istifadə etməyə çalışırlar. Bu gün Vardanyan və onun vəkili müəyyən vəsatətlər qaldırırlar, bu vəsatətlərin təmin olunmasını istəyirlər. Burada bir neçə məqsəd ola bilər. Vardanyan "işlə ətraflı şəkildə tanış olmaq istəyirəm" deməklə əlavə vaxt qazanmaq istəyir.  Guya işlə tanış olmaq istəyini bəhanə gətirir. Əlavə vaxt istəyir ki, guya materiallarla tanış olmayıb, materiallarla tanış olsun. Amma vəsatətlərinin heç biri təmin olunmayıb, rədd olunub. Ona görə çox vaxt qazanmaq istəyir ki, bəlkə beynəlxalq ictimai rəyi öz tərəfinə yönəldə bildi, özünə yeni müdafiəçilər tapdı". 

Vardanyanın və digər ittiham olunan şəxslərin beynəlxalq aləmdən başqa ümid yeri yoxdur. A.Nağının qeyd etdiyinə görə, onların əllərində də özlərini müafiə etməyə elə sübut, elə fakt yoxdur ki, məhkəmənin qarşısına qoysunlar. "Onların elə bir şansı yoxdur ki, nəsə əlavə fakt çıxarsınlar, şahid gətirsinlər, öz cinayətlərinə don geydirməyə çalışsınlar. İndi istəyirlər ki, vaxt qazanıb əllərində müyyən faktlar cəmləşdirsinlər. Bu mənada ki, guya prosedur qaydalarında pozuntular olub və sair. Əslində isə məhkəmə tam şəffaf, beynəlxalq hüquq qaydalarına uyğun şəkildə keçirilir. 

İndi istəyirlər ki, işlə bir daha tanış olub özləri üçün qeydlər aparsınlar və onu bizə qarşı istifadə etməyə çalışsınlar. Çox güman, onlar məhkəmədən sonrakı proses üçün zəmin hazırlamaq istəyirlər. Ehtimal edirəm ki, Vardanyan beynəlxalq məhkəməyə də müraciət etməyi ağlından keçirir, planlaşdırır. Yəni Azərbaycanda məhkəmə guya prosedur qaydaların "pozulması" ilə gedir (?). 

Məsələ bundan ibarətdir. Onlar bu prosesi sonradan da davam etdirmək, Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etmək istəyirlər. Üçüncü bir məsələ də var. Belə görünür, Ermənistanda və ondan kənarda bəzi mərkəzlər təqsirləndirilən şəxslərin azad olunmasından daha çox, onlardan öz siyasi məqsədləri üçün istifadə etmək niyyətindədirlər. Yəni onların həbsdə qalıb-qalmadığı onlar üçün vacib deyil, əhəmiyyətli deyil, məqsəd Azərbaycana qarşı hansısa bir kampaniya başlatmaqdı. Məqsədləri Azərbaycanı "ifşa", "ittiham" etməkdir. Yəni Vardanyan da, onun vəkili də, Ermənistandakı və xaricdəki bəzi mərkəzlər də çalışır ki, beynəlxalq aləmdə bizimlə bağlı mənfi fikir yaratsınlar, bu səbəbdən də məhkəməni uzatmaq istəyirlər. Yəqin hər məhkəmədə absurd vəsatətlər qaldıracaqlar. Həm Ermənistan rəhbərliyi, həm Fransa ittiham olunan şəxslərdən istifadə etməyə çalışa bilər. Nəzərə alsaq ki, bəzi ölkələr və bəzi beynəlxalq qurumlar bu məhkəmə prosesinə qazanc yeri kimi də baxa bilər, həm pul qazanmaq, həm də çirkin siyasi planlarını həyata keçirmək planları istisna deyil. İttiham edilən şəxslərdən biri olan Vardanyan hazırda beynəlxalq təşkilatlardan dəstək almaq üçün özünü oda-közə vurur ki, bəlkə bu yolla özünü xilas edə bildi. Amma dediyim kimi, məhkəmə çox obyektiv keçirilir və burda hansısa pozuntudan danışmaq mümkün deyil. Vardanyana da, o biri ittiham edilən şəxslərə də kifayət qədər humanist davranılır"-deyə A.Nağı qeyd etdi.

İradə SARIYEVA



VİDEO

SON XƏBƏRLƏR

07.04.2025 / 18:55
“Kollektiv öz səhvini düzəldərək filmdən Buzovna adını sildi” - Mirzə Ağabəyli

07.04.2025 / 18:46
Müttəhim general Ermənistanın Qarabağda basdırdığı minanı markasına kimi etiraf etdi…

07.04.2025 / 18:44
Palandöken İqtisadi Forumu Türkiyənin Erzurum şəhərində baş tutacaq

07.04.2025 / 18:44
Respublikaçılar Ukraynaya yardımın kəsilməsini istəyir

07.04.2025 / 18:32
Nazirliyin elmi institutlarının birləşdirilməsi nəyi dəyişə bilər...

07.04.2025 / 18:18
Ermənistan XİN-in "900 xəritə yalanı" onu hərbi cinayət məsuliyyətindən qurtara bilməz...

07.04.2025 / 18:06
Avroittifaqın Gürcüstanda çevriliş planı ifşa edildi - QHT-lərə bunun üçün pullar verilir...

07.04.2025 / 17:57
BOKT-larda "qızıl ehtiyatları" hansı yollarla əldə edilir?..

07.04.2025 / 17:50
Müraciətlərin çox olduğu məktəblərə qəbul zamanı kimlərə üstünlük tanınacağı açıqlandı

07.04.2025 / 17:44
Məktəb ətrafında neqativ hərəkətləri ilə diqqət çəkən şəxs polisə dəvət olundu

07.04.2025 / 17:37
Neftimizi 70 dollardan aşağı düşürə biləcək 2 ciddi təhlükə var...

07.04.2025 / 17:34
Qarabağ mövzusu sülh sazişindən bu yolla çıxarıldı - erməni XİN-in yanlışı...

07.04.2025 / 17:23
“Şərurlu İsfəndiyar” təhqir etdiyi alimlərdən üzr istəməyə necə məcbur edilə bilər? - Rəylər...

07.04.2025 / 17:10
Almanlar rusları "antifaşizm - 80" tədbirlərindən qovdular - kim haqlıdır?..

07.04.2025 / 16:57
Rusiya Bəşər Əsədi Suriyaya verməkdən imtina etdi - səbəbini də ilk dəfə açıqladı...

07.04.2025 / 16:45
Azərbaycan Prezidentinin Pakistan səfəri ermənilərə od qoydu - VİDEO

07.04.2025 / 16:36
“Düşünсə dəhlizi”

07.04.2025 / 16:22
ABŞ üniversitetlərində repressiya dalğası

07.04.2025 / 15:42
Valideynlərin uşaq sayına görə daha tez pensiyaya çıxması təklif edilir

07.04.2025 / 15:25
Külli miqdarda narkotikin Azərbaycana keçirilməsinin qarşısı alındı - FOTO

07.04.2025 / 15:21
İsrail jurnalistlərin olduğu çadırı vurdu

07.04.2025 / 15:16
Babayan: "Xarici səfərlərə Ermənistan Respublikasının vətəndaşı kimi gedirdim"

07.04.2025 / 14:44
"Mən, Arayik Harutyunyan, Ruben Vardanyan və digərləri erməni sakinlərinin Azərbaycana inteqrasiyasının əleyhinə idik" - David Babayan

07.04.2025 / 14:15
Bakıda külli miqdarda borcu olan şirkət rəhbəri həbs edildi

07.04.2025 / 13:51
Sahibə Qafarova Şavkat Mirziyoyevlə görüşdü

07.04.2025 / 13:38
Daşkəsəndə çağırışa gedən həkim xəstə tərəfindən bıçaqlandı...

07.04.2025 / 13:26
Narkotikin təsiri altında avtoxuliqanlıq edən motosiklet sürücüsü həbs edildi

07.04.2025 / 13:20
İran Azərbaycana yeni səfir təyin edəcək

07.04.2025 / 13:10
Трамп и Путин совершили грубейшую ошибку - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

07.04.2025 / 12:51
Həyəcan verici perspektivlər: hökumətimizin bunlardan xəbəri varmı?!

07.04.2025 / 12:47
Qarabağ bölgəsi Bakının sosial yükünü necə azalda bilər?

07.04.2025 / 12:41
Şəmkirdə quldurluqda şübhəli bilinən şəxslər saxlandı - FOTO

07.04.2025 / 12:25
Ordumuzun mövqeləri müxtəlif istiqamətlərdən intensiv atəşə tutulub

07.04.2025 / 12:06
Mayın 1-dən uşaqların I sinfə qəbulu başlayır

07.04.2025 / 12:00
"Cəfər Cabbarlı" və "Nizami" stansiyaları arasında tunel tikiləcək - metropoliten rəsmisi

07.04.2025 / 11:43
DSX hərbçisinin ölümü ilə bağlı cinayət işi başlandı

07.04.2025 / 11:33
Sahibə Qafarova daha 3 il sədrlik edəcək - Qoşulmama Hərəkatından QƏRAR

07.04.2025 / 11:25
Bakıda 53 evin qaz sayğaclarını oğurlayanlar yaxalanıb

07.04.2025 / 11:15
Dmitriev:- “Amerika şirkətləri Rusiyaya qayıtmaq üçün minnətci düşürlər”

07.04.2025 / 11:08
Gələn aydan Bakıdan Kişinyova hər gün uçuşlar başlayır

07.04.2025 / 11:03
İran Bakıda ravvini öldürmək istədi - CANLI

07.04.2025 / 11:00
Bu gün Binəqədinin əksər yerlərində işıq olmayacaq - XƏBƏRDARLIQ

07.04.2025 / 10:31
"Yalnız bu halda saziş bağlaya bilərik"- Tramp Çinə şərtini açıqladı

07.04.2025 / 10:16
Əhməd əş-Şəraa Ankara yolçusudur

07.04.2025 / 10:07
5 güləşçimiz bu gün Avropa çempionatında mübarizəyə başlayır

07.04.2025 / 10:00
Bu gün Bakının 2 rayonu qazsız qalacaq

07.04.2025 / 09:39
TƏCİLİ - Cəbrayılda minaya düşən hərbçimiz həlak oldu

07.04.2025 / 09:32
Şəmkirdə 3 quldur yaxalanıb

07.04.2025 / 09:29
50-dən çox ölkə Trampa minnətçi düşüb - gömrük rüsumlarına görə...

07.04.2025 / 09:15
"Neftçi" "Şamaxı"ya, "Sumqayıt" "Araz-Naxçıvan"a qarşı

07.04.2025 / 09:10
Berliner Zeitung: “Dmitriev Rusiya-ABŞ danışıqlarında əsas fiqur oldu”

07.04.2025 / 09:03
Xaçmazda ər arvadını öldürüb

07.04.2025 / 00:33
ABŞ-da Fələstinlə həmrəylik aksiyası keçirildi

06.04.2025 / 22:31
Trampın niyə Rusiyaya tariflər tətbiq etmədiyi məlum oldu...

06.04.2025 / 22:07
İsrail Türkiyəyə görə, Suriyanın zonalara bölünməsini təklif etdi

06.04.2025 / 21:53
İran silahlı qüvvələri yüksək döyüş hazırlığı vəziyyətinə gətirildi

06.04.2025 / 20:26
Mask Trampın tarif qərarına qarşı çıxdı - ləğv edilsin və...

06.04.2025 / 20:12
Trampın müşaviri ilə bağlı növbəti qalmaqal - Uolts bu dəfə cəzalandırıla bilər...

06.04.2025 / 19:57
Konqres Trampa impiçment hazırlayır

06.04.2025 / 19:43
İsrail iki britaniyalı deputatı ölkədən qovdu...

06.04.2025 / 19:16
“Trampın Ukraynaya sülh gətirəcəyinə inanmaq sadəlövhlükdür”

06.04.2025 / 18:50
ABŞ ikinci THAAD batareyasını İsrailə təhvil verdi

06.04.2025 / 18:09
Rusiya Ukraynanın qərbini bombaladı - Polşa NATO qırıcılarını havaya qaldırdı...

06.04.2025 / 17:20
Avropa və ABŞ-da Tramp və Maska qarşı etiraz aksiyaları keçirilir

06.04.2025 / 16:58
Tanımış yazar Kənan Hacının yubileyi qeyd olunub

06.04.2025 / 16:20
Bir gündə 4 vətəndaşımız minaya düşdü - XİN-dən Ermənistanın mina terroru ilə bağlı beynəlxalq ictimaiyyətə çağırış...

06.04.2025 / 14:11
Ağdamda ata və 2 övladı minaya düşdü...

06.04.2025 / 13:27
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin UFO-larla bağlı dəhşətli bir sənədi ortaya çıxdı - yadplanetlilər 35 il əvvəl 23 sovet əsgərini daşa çeviriblər...

06.04.2025 / 12:32
Ukraynada ABŞ-la planlaşdırılan sazişin detalları sızdırıldı - Zelenski SBU-nu hərəkətə keçirdi

06.04.2025 / 11:20
ANAMA əməkdaşı Cəbrayılda minaya düşdü

06.04.2025 / 01:44
Orban İsrailin, Netanyahu Macarıstanın bayrağının altında dayandı...

06.04.2025 / 01:23
Tramp və Putin: bir məzara iki iddiaçı

06.04.2025 / 00:15
Pezeşkian: “ABŞ təkcə İranı deyil, bütün dünyanı aşağılayır”

06.04.2025 / 00:07
BMT Şurası Vaşinqton və İsrailin cəhdlərinə baxmayaraq Albaneseni yerində saxladı

05.04.2025 / 23:56
Sabah İmamoğlunun taleyinə qərar veriləcək...

05.04.2025 / 22:52
PSJ çempionluğunu elan etdi!

05.04.2025 / 20:16
İran Yəməndəki ordusunu geri çəkir, regiondakı digər silahlı qruplara da dəstəyi dayandırır - ABŞ-la müharibə hazırlığı…

05.04.2025 / 17:36
Zakir Həsənov xidməti müşavirə keçirdi - vəzifəli şəxslərə tapşırıqlar verildi

05.04.2025 / 17:17
Rəsmi Bakı Avropadan haqlı təminat istəyir - inandırın ki, uzun zaman qaz alacaqsınız...

05.04.2025 / 17:01
İsrail də Suriyada Türkiyə ilə qarşıdurma istəmir

05.04.2025 / 16:53
Público: “Rusiya ABŞ-la AB-yə qarşı tərəfdaşlıq formalaşdırır”

Azərbaycanda dini tolerantlıq barədə 2 fərqli beynəlxalq hesabat - belə də olurmuş...

XƏBƏR ARXİVİ

Aprel
B.eÇ.aÇC.aCŞB
311234567891011121314151617181920212223242526272829301234567891011