Cümə günü, 14 mart 2025
     

Tramp ABŞ-Ermənistan strateji sazişini ləğv edə bilər...

Image

Məlum olduğu kimi, yanvarın 14-də Vaşinqtonda, ABŞ Dövlət Departamentinin binasında Ermənistanla Amerika araslnda strateji tərəfdaşlıq sazişi imzalanıb. Amma Bayden administrasiyasının gethagetdə İrəvanla strateji əməkdaşlıq sənədini  imzalaması yeni prezident Donald Tramp iqtidarı tərəfindən rədd oluna bilər. 

Ermənistanda fəaliyyət göstərən "Regional Demokratiya və Təhlükəsizlik" Mərkəzinin prezidenti Tiqran Qriqoryan da bildirir ki, ABŞ-ın yeni prezidenti Donald Tramp administrasiyasının Cənubi Qafqazla bağlı siyasəti fərqli olacaq. Politoloq regionun yeni administrasiya üçün əhəmiyyətinin azala biləcəyini istisna etmir və bundan da ən çox zərər görən məhz ermənistan olacaq: "Düşünürəm ki, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra ABŞ-ın prosesdə fəal iştirakı müəyyən qədər çəkindirici rol oynadı, indi bu iştirakın daha az olacağı təhlükəsi var. Bu, Qafqaza da aiddir". Politoloqun fikrincə, Vaşinqtonun regionda mövcudluğunun azalması Azərbaycan üçün əlavə manevr imkanları yaradır. Qriqoryanın fikrincə, Vaşinqtonun Tehrana qarşı daha sərt siyasət yürütməsi Ermənistan üçün riskli olacaq. Politoloq bildirib ki, Bakı da bundan istifadə edə bilər.Trampın inauqurasiyasına düz bir həftə qalmış imzalanan Ermənistan-ABŞ strateji əməkdaşlıq sənədinə gəlincə, Qriqoryan bildirib ki, bu razılaşma arxivə atıla bilər: "İndiki mərhələdə dəqiq proqnoz vermək çətindir, lakin ehtimal var ki, əvvəlki administrasiyanın həvəsi bu administrasiya məsələsində olmayacaq. Sənədin icrası  baxımından ciddi problem olacaq. Orada nəzərdə tutulanları ABŞ-ın yeni hakimiyyəti yəqin ki, icra etməyəcək". Ermənistan Respublikaçılar Partiyasının icra orqanının üzvü Artak Zakaryan da Donald Trampın strateji əməkdaşlıq sənədinə əhəmiyyət verməyəcəyini proqnozlaşdırır. O bildirib ki, Ermənistan-ABŞ strateji əməkdaşlıq sənədində erməni marağının nədən ibarət olduğu aydın deyil: "Nikol hökuməti üçün yalanın üç səviyyəsi var. Operativ yalanlar: bunlar müxtəlif mövzularda aktual "krutit"lərdir. Bu yalanların məqsədi qısa müddətli aldatmalarla xalqı asanlıqla inandırmaq və qaldırılan məsələlər haqqında çox düşünməməkdir. Yalanların növbəti səviyyəsi taktiki səviyyədir. Taktiki yalanların məqsədi cəmiyyəti uzunmüddətli gözlənti vəziyyətinə salmaq və hakimiyyəti saxlamaq naminə onların emosional, mənəvi, ictimai dəstəyini almaqdır. Strateji yalan deyilən yüksək səviyyəli yalan da var. Əgər operativ və taktiki yalanlar daxili auditoriya üçündürsə və xalqı daim aldatmaq problemini həll edirsə, strateji yalanlar Ermənistana ciddi ziyan vurub və vuracaq. Bu mənada Ermənistanla Amerika araslnda strateji tərəfdaşlıq sazişi də hakimiyyət üçün piar aparmağa lazım oldu. Amma Donald Tramp üçün o sənəd əhəmiyyətsizdir". Regional məsələlər üzrə erməni ekspert, şərqşünas Armen Petrosyan da məsələyə eyni prizmadan yanaşır: "Müxalifət dairələrinin sənədi tənqid etməsini və hakimiyyətin şişirtməsini təbii hesab edirəm". Onun sözlərinə görə, bu, müstəqillik dövründə Ermənistan-ABŞ münasibətlərində müstəsna əməkdaşlığın əlamətdar mərhələsidir. Bu əməkdaşlıq imkanının dəyəri, əhəmiyyəti və problemləri ilə bağlı suallara cavab olaraq, Petrosyan ilk olaraq hələ 2009-cu ildə belə bir sənəd imzalayan Gürcüstanın təcrübəsini, eləcə də Ukrayna nümunəsini xatırladıb: "Bu, regionumuzda bu cür həssas geosiyasi vəziyyətdə ən yaxşı sənədin belə həyata keçirilməsində problemlərin qaçılmaz olduğunu göstərir".

Elə rusiyalı analitik Aleksandr Xramçixin də bildirir ki, Ermənistan-ABŞ münasibətlərində müəyyən dəyişikliklər gözləmək lazımdır: "Beynəlxalq mətbuatın nəşrlərindən sonra belə qənaətə gəlmək olar ki, Trampın prezidentliyinin ilk ayları geosiyasi proseslər baxımından yenilikçi ola bilər".  Onun sözlərinə görə, bu irəliləyişlər İran və Rusiyanı da narahat edəcək. 

Xramçixin qeyd edib ki, bu, öz növbəsində Ermənistan üçün də yeni reallıqlar deməkdir: "Gözlənilir ki, tezliklə Tramp Rusiya prezidenti ilə ilk telefon danışığına başlayacaq, bu da onların danışıqları ərəfəsində mühüm hadisəyə çevriləcək. Bu komandanın daxili gündəmlərə fokuslanmasını nəzərə alsaq, bu administrasiya ilə Rusiyanın bir qədər daha asan razılığa gələcəyini güman etmək olar. Ancaq Trampın müşaviri onu da bildirdi ki, fevral ayında Tramp İranla bağlı mühüm qərarlar verəcək. Bu məlumat təsdiqlənərsə, burada kifayət qədər mürəkkəb vəziyyət yaranacaq". Bakı-İrəvan danışıqlarına gəlincə, analitik vurğulayıb ki, bu danışıqlar həm də geosiyasi proseslərdən asılıdır. O hesab edir ki, Ermənistanla Amerika arasında strateji tərəfdaşlıq sazişi burada hansısa rol oynamayacaq və kağız üzərində qalan bir sənəd olacaq.  O əlavə edib ki, Trampın prezidentliyi Rusiya və İran üçün sıçrayış olacaq, bunun təsirini Ermənistan da hiss edəcək. ABŞ Dövlət Departamentinin keçmiş müşaviri Ceyms Karden isə bildirir ki, Ermənistan-ABŞ strateji tərəfdaşlıq sənədi- baxımından yaxşı bir şey gözləmək olmaz: "Xatırlayırsınızsa, 2021-ci ilin noyabrında ABŞ və Ukrayna oxşar saziş imzalamışdı və cəmi üç ay sonra Rusiya Ukraynaya müdaxilə etdi. Görünür, bu, ABŞ-nin xarici siyasət qurumunun çoxdankı strategiyasının bir hissəsidir və məqsədi mümkün qədər çox keçmiş sovet respublikalarını Rusiyanın orbitindən çıxarıb, Qərbin təsir dairəsinə köçürməkdir. Təəssüf ki, bunun nəyə gətirib çıxardığını artıq görmüşük. 2008-ci ildə Buxarestdə keçirilən NATO sammitində Ukrayna və Gürcüstanın NATO-ya daxil olması barədə qərar qəbul edilib. Həmin ilin avqustunda Rusiya altıgünlük müharibə zamanı Gürcüstana müdaxilə etdi. Daha sonra, 2014-cü ildə Ukraynanın Qərblə yaxınlaşması səbəbindən Ukraynada "Maydan" hərəkatı və vətəndaş qarşıdurması alovlandı, bu, 2022-ci ilin fevralında Rusiyanın tammiqyaslı müdaxiləsi ilə nəticələndi". O bildirib ki, ABŞ-nin Ermənistanın təhlükəsizlik qarantı kimi Rusiya və ya İranı əvəz edə biləcəyi fikri Vaşinqton bürokratları üçün cəlbedici görünə bilər, onların əksəriyyəti heç vaxt Ermənistanda olmayıblar və ya xəritədə Ermənistanı çətinliklə tapıblar, lakin Ermənistan üçün bu, çox riskli addımdır.

Samirə SƏFƏROVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

Küçə və səkilərə qanunsuz qırmızı lent çəkən mağaza sahibləri cəzalanacaq... - VİDEO

Trampın 44 günlük müharibəsinin nəticələri... - VİDEO

Azərbaycanda siyasi partiyalar niyə bu günə qaldı... - VİDEO

Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib

Azərbaycan qlobal problemlərin həllinə yeni töhfələr verir...

Anarın məhkəməyə verdiyi yazıçı “sonadək mübarizə” deyir...

SON XƏBƏRLƏR

14.03.2025 / 18:19
Ermənistanla sülh sazişi uğrunda mübarizə dövlətçilik tariximizdə mühüm sənəd kimi...

14.03.2025 / 18:18
"Biz növbəti hərbi qarşıdurmanı istisna edəcək əhatəli təhlükəsizlik mexanizmləri yaratmalıyıq" - Prezident

14.03.2025 / 18:15
Prezident İlham Əliyev: "Milli maraqlarımız məsələsində biz heç kəsə və ya heç bir təsisata arxalanmamışıq"

14.03.2025 / 18:14
"Azərbaycanın gələcəyini daxili resurslar hesabına qurması baxımından böyük təcrübəsi var" - Prezident

14.03.2025 / 18:05
Avroparlament yol pulu və bilet pulu rüşvətindən batır...

14.03.2025 / 18:04
Prezident İlham Əliyev “Euronews” televiziyasına müsahibə verib

14.03.2025 / 17:52
Ermənistan sülh sazişi mətninə nə qədər sadiq qalacaq...

14.03.2025 / 17:40
Hikmət Hacıyevin bu təklifi elə Paşinyanın özünə də sərfəlidir...

14.03.2025 / 17:27
Azərbaycanın enerji sərvətlərinə məsuliyyətli münasibətin böyük nəticəsi...

14.03.2025 / 17:14
Ərazilərimiz işğal altında olarkən Qarabağda istehsal edilən məhsullar xarici ölkələrə “Ermənistan məhsulları” adı altında satılıb

14.03.2025 / 17:10
NATO da Trampı dəstəklədi - dünyanın gözü qarşısında Qrenlandiyanı ilhaq edəcəklər...

14.03.2025 / 16:57
Sabunçuda əməliyyat - Özünü əcnəbi vətəndaş kimi təqdim edən narkotacir yaxalandı - FOTO/VİDEO

14.03.2025 / 16:50
"Azərbaycanın bunun da öhdəsindən gələcəyinə inamım tamdır" - Volkan Bozkır

14.03.2025 / 16:44
“Yeni dünya düzənində orta güclər” Bakı Forumunda müzakirə edildi

14.03.2025 / 16:31
Milli Məclis Nazirlər Kabinetinin hesabatını qəbul etdi

14.03.2025 / 16:26
Məhkəmə işdən azad edilən məktəb direktorunun Dövlət Agentliyinə qarşı iddiasını rədd etdi...

14.03.2025 / 16:15
Sahakyan: "Azərbaycanın işğal edilmiş ərazilərində “İskəndər M”, “Toçka U” kimi silahlar olmayıb"

14.03.2025 / 16:10
Qəzzalıların başı dərddə - Tramp və Nitanyahu onları Afrika ölkələrinə köçürür

14.03.2025 / 16:07
Bakıda “Qədim insan məskənlərinin mühafizəsi: təhdidlər və müasir yanaşmalar” mövzusunda beynəlxalq elmi konfrans keçirilir

14.03.2025 / 15:56
Korrupsiya... İdarəsi Endokrinoloji Mərkəzdə yoxlamalara başladı... Şok faktlar ortaya çıxdı...

14.03.2025 / 15:50
"Avropa Şurası Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına tam dəstək verir" - Baş katib

14.03.2025 / 15:41
Bako Sahakyan: "Qondarma rejimin “ordusu” Ermənistan Silahlı Qüvvələrinin ən böyük silahlı birləşməsi idi"

14.03.2025 / 15:33
Qlobal Bakı Forumunda sülhə gedən yol mövzusu müzakirə olundu

14.03.2025 / 15:17
"Qarabağa silah-sursat Ermənistandan gətirilirdi" - Bako Sahakyan

14.03.2025 / 15:09
Stiven Vitkoff Moskvadan sonra Bakıya gəlib

14.03.2025 / 15:02
Polis Binəqədidə əməliyyatlar keçirdi - 22 kq narkotik, silah, sursat...

14.03.2025 / 14:56
"Ermənistanda revanşist qüvvələrin mövcudluğunu sülh üçün ciddi risk hesab edirik" - Nazir müavini

14.03.2025 / 14:46
Həqiqi hərbi xidmətin müddətinin azaldılması qəbul edilmədi - Səbəbi də açıqlandı

14.03.2025 / 14:43
"Ermənistanın sürətlə silahlanma siyasətini aparması bölgə üçün ciddi risk təşkil edir" - XİN rəsmisi

14.03.2025 / 14:35
Ukraynanın keçmiş birinci xanımı Nizami Gəncəvi Beynəxalq Mərkəzinə təşəkkür etdi

14.03.2025 / 14:18
Mladen İvaniç: "Orta və kiçik güclər ümumi nöqtədən çıxış etsələr, nəticə ala bilərlər"

14.03.2025 / 13:58
Gürcüstan Bakı ilə İrəvan arasında sülh sazişinin maddələri üzrə danışıqların başa çatmasını alqışlayır

14.03.2025 / 13:51
"Azərbaycan aktiv diplomatik təşəbbüslər nümayiş etdirir" - Nazir müavini

14.03.2025 / 13:44
Ağdama ilin sonunadək 10 minə yaxın əhali köçürüləcək...

14.03.2025 / 13:34
Berbok: "Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi ilə bağlı razılıq xəbəri ümidvericidir"

14.03.2025 / 13:21
"Fransa kimi bəzi dünya dövlətləri müharibələrin qarşısını almaq istəmir" - Bülənt Arınç

14.03.2025 / 12:57
"Davamlı və ədalətli sülh istəyiriksə, bu, beynəlxalq hüquqa əsaslanmalıdır" - Miroslav Layçak

14.03.2025 / 12:34
Ermənsitan və Azərbaycana əlavə dəstək göstərməyə hazırıq - Aİ bəyanat yaydı...

14.03.2025 / 12:23
"Avropa İttifaqı öz müdafiə imkanlarına kifayət qədər investisiya yatırmayıb" - Xorvatiyanın sabiq prezidenti

14.03.2025 / 12:10
Britaniya Azərbaycana ilk dəfə müdafiə attaşesi təyin edib

14.03.2025 / 12:06
Daha 24 ailə Ballıca kəndinə köçürüldü

14.03.2025 / 12:00
"Ötən il əhalinin hər nəfərinə düşən ÜDM 3,6 faiz artıb" - Baş nazirdən açıqlama

14.03.2025 / 11:54
BMT-nin İnsan Hüquqları Ali Komissarlığının yekun rəyi açıqlandı - Vardanyanın iddialarının heç biri öz təsdiqini tapmadı...

14.03.2025 / 11:29
Revanşistlər Ermənistan-Azərbaycan sülh sazişi razılaşmasını həzm edə bilmədilər

14.03.2025 / 11:25
Azərbaycan Ermənistanla birgə bəyanatdan imtina etdi

14.03.2025 / 11:19
Paşinyan sərhədlərdə üçüncü qüvvə barədə fikrini niyə dəyişdi?

14.03.2025 / 11:12
Aprelin 1-dən Səmərqəndə uçuşlar bərpa edilir - AZAL

14.03.2025 / 11:05
"Bu, zəruri və mühüm addımdır” -rəsmi Tehrandan AÇIQLAMA

14.03.2025 / 11:02
DİN və Penitensiar xidmət Bakıda əməliyyat keçirib

14.03.2025 / 10:24
"Ermənistan Türkiyə və Azərbaycana qarşı düşmənçilikdən əl çəkməlidir" - Mustafa Destici

14.03.2025 / 10:15
Zakir Həsənov Haluk Bayraktarı bu medal ilə təltif edib

14.03.2025 / 10:13
Putinin nala- mıxa vurması Trampı da çətin duruma saldı

14.03.2025 / 10:08
Bakıda "Boranı" restoranında yanğın başlayıb - TƏCİLİ

14.03.2025 / 10:07
Bu gün İmişli iki kəndi qazsız qalacaq

14.03.2025 / 10:02
Makron Azərbaycan-Ermənistan sülh sazişi barədə bəyanat verdi

14.03.2025 / 09:47
Bakı Şəhər İcra Hakimiyyəti ağacəkmə kampaniyası keçirəcək

14.03.2025 / 09:30
Nikahdankənar doğuşlar kütləviləşir - kimin günahı, kimin səhvi...

14.03.2025 / 09:22
"Barselona" bu futbolçu ilə müqaviləni yenilədi

14.03.2025 / 09:18
"BMT-nin Vardanyan işi ilə bağlı rəyini alqışlayırıq" - XİN bəyanat yaydı

14.03.2025 / 09:07
Ərəb dövlətləri Qızzanın bərpa planı ilə bağlı ABŞ-a meydan oxudular..

14.03.2025 / 08:38
“Ailələri dağıdan qadınlardır" - Komitəyə ekspertlərdən reaksiyalar...

14.03.2025 / 01:15
Avropa Parlamentində yeni korrupsiyaya qalmaqalı - axtarışlar aparıldı, saxlananlar var...

13.03.2025 / 22:38
Prezident İlham Əliyevin “Instagram” səhifəsində XII Qlobal Bakı Forumunun açılış mərasimindən görüntülər paylaşılıb - VİDEO

13.03.2025 / 22:31
Tramp Putinin bəyanatını natamam adlandırdı və təhdid etdi

13.03.2025 / 22:31
“Qərbi Azərbaycan” ifadəsi ermənilərin qorxulu yuxusuna çevrilib

13.03.2025 / 22:10
Ağstafada dönərdən kütləvi zəhərlənmə - 9 nəfər xəstəxanalıq oldu

13.03.2025 / 21:54
Təqsirləndirilən şəxs: "Qarabağa səfər edən Ermənistan vətəndaşlarının qeydiyyatı aparılmırdı"

13.03.2025 / 21:41
"Əməkhaqları Ermənistan dramı ilə ödənilirdi" - Qukasyandan qondarma rejimlə bağlı etiraf

13.03.2025 / 21:35
Madat Babayan: "Silahlar Xankəndidən və Ermənistandan gətirilirdi"

13.03.2025 / 21:30
Qondarma rejimdə yüksək rütbələri Ermənistanın hərbi-siyasi rəhbərliyi verirmiş – məhkəmədə yeni faktlar açıqlandı

13.03.2025 / 21:22
İsrail ordusu Dəməşqə hücum edib

13.03.2025 / 21:20
“Gələcək üçün BMT paktı: Yeni qlobal konsensusun yaradılması” Bakı Forumunda müzakirə edildi

13.03.2025 / 21:18
Putin yenə nala-mıxa vurdu

13.03.2025 / 21:17
Azərbaycan qlobal problemlərin həllinə yeni töhfələr verir...

13.03.2025 / 21:14
Rusiya “atəşkəs” sazişini pozmaqda qərarlıdır

13.03.2025 / 21:11
Bu dəfə İran prezidenti Trampı yıxıb sürüdü: - “Tehran Kiyev deyil”

13.03.2025 / 21:05
İrəvan Bakının sülh şərtlərini tam qəbul etdi – sazişin harada imzalanacağı müzakirə olunur...

13.03.2025 / 20:50
Avropa Parlamenti Eçmiədzinlə birlikdə Bakıya qarşı gediş edir...

13.03.2025 / 20:43
Bakı Forumunda çoxqütblü dünya üçün multilateralizmə yenidən baxılması mövzusu müzakirə olundu

13.03.2025 / 20:35
Ermənistan Azərbaycanla həm sülh deyir, həm də silahlanır...

13.03.2025 / 20:05
Ukrayna döyüşlərində "Rusiya imperiyasının" bayrağı qaldırıldı - mesajlar...

Ermənistanla sülh sazişi uğrunda mübarizə dövlətçilik tariximizdə mühüm sənəd kimi...

XƏBƏR ARXİVİ

Mart
B.eÇ.aÇC.aCŞB
242526272812345678910111213141516171819202122232425262728293031123456