Bazar ertəsi günü, 17 mart 2025
     

Bakıda məhkəməsi gedən Harutyunyan 2020-də Gəncəni kimin vurduğunu bilir...

Image

Akif Nağı:"Harutyunyan Gəncənin vurulma əmrini kimin verdiyini bilir və bunu məhkəmənin gedişində açıqlamalıdır" 

Yanvarın 17-də Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma "Dağlıq Qarabağ respublikası" və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və Azərbaycan xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərə dair cinayət işi üzrə açıq məhkəmə prosesi başlayıb.

Ermənistan Respublikası və onun silahlı qüvvələri, o cümlədən Ermənistanın yaratdığı qanunsuz "Dağlıq Qarabağ respublikası" və onun qanunsuz silahlı birləşmələr tərəfindən törədilən cinayətlərdə ittiham olunan 15 nəfər - Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan David Azatini, Babayan Davit Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beglaryan Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiriyə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə ittiham olunur. 

Araik Harutyunyan məhkəmədə bəyanatla çıxış edərək bildirib ki, 44 günlük müharibə zamanı Gəncənin raketlərlə vurulması ilə bağlı onun bəyanatı olub və buna görə təəssüflənir: "Azərbaycan xalqında belə bir fikir var ki, bu əmri mən vermişəm. Bu qərar mənim tərəfindən verilməyib. Bəli, mənim bu hadisə ilə bağlı bir bəyanatım var idi. İndi bu bəyanata görə təəssüflənirəm, üzrxahlıq edirəm. Mənim elə bir hüququm, elə bir səlahiyyətim, rəy bildirməyə də imkanım olmayıb. Bu bəyanatı vaxtilə niyə vermişəm, onu da istintaq zamanı verdiyim ifadəmdə izah etmişəm".

Yanvarın 17-də keçirilən məhkəmədə Araik Harutyunyanın ifadəsi oldu və o dedi ki, Gəncəni vurmaq əmrini mən verməmişəm, mənim bəyanatım olub.

Bəs Gəncəni vurmaq əmrini kim verib? Araiyikin bu barədə dəqiq məlumatı ola bilərmi? O bunu məhkəmədə aça bilərmi?

"Məhkəmədə bu məsələ ilə bağlı həm Ermənistanın rəhbərliyi, eyni zamanda Ermənistanın arxasında dayanan müəyyən mərkəzlərlə bağlı yeni faktlar ortaya çıxa bilər" 

Azad Vətən Partiyasının sədri Akif Nağı "Bakı-Xəbər"ə şərhində bildirdi ki, məhkəmə prosesi obyektiv gedir, fakrlar ortaya qoyulur. A.Nağının sözlərinə görə, təqsirləndirilən şəxslərin hər birindən tələb olunur ki, buyurun, dediklərinizin arxasında dayanın, faktları ortaya qoyun. "Əlavə faktlar ortaya çıxır. Burada onlar artıq bir-birinə qarşı ifadələr verəcəklər,  özlərini təmizə çıxarmaq üçün bir-birini ittiham edəcəklər. Bu məhkəmədə maksimum həqiqət ortaya çıxacaq. Çünki burda iştirak edənlərin başqa yolu yoxdur, ya düzünü deməlidirlər, ya da onların üzərində olan ittihamlarla razılaşmalıdırlar. Tutaq ki, Gəncənin vurulması Araik Harutyunyunyanın üzərində ağır bir ittihamdır. Çünki o bildirirdi ki, raketlərlə Gəncənin vurulmağının əmrini mən vermişəm. Amma bu gün dediyi sözləri inkar edib bildirir ki, belə bir əmr vermək səlahiyyəti yox idi. Harutyunyan Gəncənin vurulma əmrini kimin verdiyini bilir və bunu məhkəmənin gedişində açıqlamalıdır. Bu əmrin Ermənistandan, yoxsa hansısa bir xarici dövlətdən verildiyini məhkəmədə açıb deməlidir. Müəyyən qədər məlumatı var. Deməsə, bütün ittihamlar onun üzərində qalacaq. Ona görə də, çalışacaq ki, o dövrü xatırlasın, hadisələri yada salsın, əlində sənəd varsa onu ortaya qoysun, yaxud kimdən eşitdiyini desin. Bu şəkildə də ondan Azərbaycan məhkəməsi cavab gözləyir". 

A.Nağı vurğuladı ki, məhkəmə yeni başlayıb, qarşıdakı proseslərdə yeni məlumatlar ortaya çıxacaq, məhkəmə başlayandan onlar müəyyən faktlar açıqlayırlar. "Təkcə Araikin yox, digərlərinin də bu məsələ ilə bağlı məlumatları olacaq.

Gəncənin, Bərdənin, Tərtərin vurulması, bu barədə göstərişin hardan və kim tərəfindən verilməsi ortaya çıxacaq.

Böyük ehtimalla, o məsələ ilə bağlı həqiqət ortaya çıxacaq ki, Gəncənin vurulması, kütləvi qırğına səbəb olan əmri həmin məqamda kim verib. Birinci ehtimal ondan ibarətdir ki, bu əmr Ermənistan rəhbərliyi tərəfindən verilib. Tutaq ki, Paşinyan  yaxasını geri çəkməyə çalışırsa, artıq bunun altından çıxa bilməyəcək. Hesab edirəm ki, birinci hədəf Paşinyan olacaq. Çünki Paşinyanla bunların arasında müəyyən qədər problemlər də var, bunlar Paşinyana qarşı qəzəblidirlər. Paşinyan onların həbsinə mane olmadı və sonradan da onların müdafiəsi ilə bağlı addım atmadı. Ona görə də, böyük ehtimalla, istər Harutyunyan, istər Vardanyan, istərsə də digərləri olsun, onların ifadələrində əsas hədəflərdən biri yəqin ki, Nikol Paşinyan olacaq. Onun üzərinə gedəcəklər, faktları ona qarşı yönəltməyə çalışacaqlar. Burda da məntiq var. Yəni həmin dövrdə Ermənistanın rəhbəri Paşinyan idi. Bu əmri Paşinyan, yoxsa Ermənistanın müdafiə naziri verib? Bu məsələ o şəkildə dərinləşəcək. Yəni müəyyən bir məqamda Paşinyan özünü qorumaq üçün ola bilər ki, başqalarını da bu prosesə cəlb etsin, adlar hallandıqca onlar da hansısa bir formada, ya şahid, ya müqəssir qismində məhkəmə prosesinə cəlb olunsunlar. Orda da Azərbaycan beynəlxalq qanunlara uyğun olaraq hərəkət edəcək. Əgər burda adlar hallanacaqsa, onların hansısa bir formada dindirilməsi, ifadələrinin alınması və müəyyən çərçivələr daxilində məsuliyyətə cəlb edilməsi üçün məsələlər qaldırılacaq. Gəncənin vurulma əmrinin bir tərəfi gedib xarici ölkələrə də çıxa bilər, çünki Ermənistan rəhbərliyi heç vaxt müstəqil şəkildə qərar qəbul etməyib. Məsələn, Ermənistana bu əmr Kremldən də gələ bilərdi. Bunu Rusiyanın davranışları da göstərir, eyni zamanda Ermənistanın əmrsiz hərəkət etmədiyi də bunu düşünməyə əsas verir. Bu məsələnin bir ucu Rusiyaya gedib çıxa bilər, burda da məntiq var. Çünki Paşinyan özbaşına böyük bir şəhərə, dinc əhaliyə qarşı raket zərbəsi endirmək barədə əmr verməyə özündə cəsarət tapa bilməzdi, bu cəsarəti kimsə ona verdi. Böyük ehtimalla, bu, Moskva tərəfindən oldu. Eyni zamanda bu əmr Parisdən də gələ bilərdi, başqa ölkələrdən də. Yəni ola bilsin, Fransa tərəfindən Ermənistanın  qarşısına bu tələb qoyulub, əmr verilib ki, siz Gəncəni vurun, sizin arxanızdayıq, beynəlxalq ictimai rəyi sizin xeyrinizə dəyişdirə bilərik. Məhkəmədə bu məsələ ilə bağlı həm Ermənistanın rəhbərliyi, eyni zamanda Ermənistanın arxasında dayanan müəyyən mərkəzlərlə bağlı yeni faktlar ortaya çıxa bilər" - deyə A.Nağı vurğuladı. 

İradə SARIYEVA



VİDEO

SON XƏBƏRLƏR

17.03.2025 / 22:36
Türkiyənin rəsmi orqanları Paşinyanın aparatının təxtibatına reaksiya verəcəkmi?...

17.03.2025 / 21:33
ABŞ-ın köhnə media-informasiya sistemi alt-üst edildi - "diktatorlar sevinəcək" şüarı başladı...

17.03.2025 / 21:18
Britaniyanın Bakıda ilk hərbi attaşe təyinatının arxasında məsələlər var...

17.03.2025 / 21:16
ABŞ Almaniyadan Ermənistana 151 hərbi texnika daşıyacaq - konkret tarix qoyuldu..

17.03.2025 / 21:05
Azərbaycan-Ermənistan sazişində Qərbi Azərbaycan məsələsi - mövzu hələ qapanmayıb...

17.03.2025 / 20:51
Qondarma "Arsax prezidentinin" məhkəmə ifadəsi Qasparyana cinayət işi açmağa yetər

17.03.2025 / 20:38
Putinlə Tramp "sövdələşib" - Moskva Qarabağ üçün Xovayevi göndərir, Tramp Bononu göndərəcək?

17.03.2025 / 20:35
Məleykə xanım, işinizlə məşğul olun!

17.03.2025 / 20:32
Mnatsakanyan: "Minalar Ermənistanda istehsal olunub Qarabağa gətirilirdi" – MƏHKƏMƏ + FOTO

17.03.2025 / 20:25
İlham Əliyev yeni mexanizm yaratmağı təklif etdi - azı 6 dövlətin sözü gedir...

17.03.2025 / 20:18
Tramp İranı "ağır" ifadələrlə təhdid etdi

17.03.2025 / 20:10
Bakı-İrəvan prosesi tezliklə bitəcək - Trampın müşaviri Hikmət Hacıyevlə danışdı...

17.03.2025 / 19:57
Əvvəl konstitusiya, ya parlament seçkisi - ölkə başçısı çətin seçimə düşüb...

17.03.2025 / 19:50
YAP-ın İdarə Heyətinin iclası keçirildi - FOTO

17.03.2025 / 19:43
Avropa bu şəxsləri Azərbaycana təslim edəcək(?) - beynəlxalq şərait dəyişib...

17.03.2025 / 19:38
Netanyahu rəqiblərini o cümlədən kəşfiyyat rəhbərini aradan götürür

17.03.2025 / 19:29
Keçiddə xaos dünyanı bürüyür - Əgər Bakı Forumunun ideyalarına ciddi baxılsa...

17.03.2025 / 19:16
Qlobal Bakı Forumu Azərbaycan ideologiyası üstündə daha təsirli rol oynadı...

17.03.2025 / 19:07
Sahibə Qafarovaya Rusiyanın “Dostluq” ordeni təqdim edildi - FOTO

17.03.2025 / 19:03
Beynəlxalq Avrasiya Mətbuat Fondu bəyanat yayıb

17.03.2025 / 18:50
Qlobal Bakı Forumu Trampa müraciət etdi - "təşəbbüsə qoşulun"...

17.03.2025 / 18:45
Tarixi Kipr problemi yenidən qabardı - BMT hərəkətə keçdi...

17.03.2025 / 18:39
Kreml susur, lakin Tramp Putinlə əsas 2 məsələdən danışacağını açıqladı...

17.03.2025 / 18:37
İran üzərindən Zəngəzur dəhlizi? - Türkiyə nazirinin böyük yanlışı...

17.03.2025 / 18:23
Azərbaycanla düşmənçilik, Azərbaycanın dostu ilə milyardlıq layihələr - işdə bu Makrondur...

17.03.2025 / 18:14
"İşğal edilmiş ərazilərdə hərbi cinayətləri Ermənistanın hərbi polisi və hərbi prokurorluğu araşdırıb" - Mnatsakanyan

17.03.2025 / 18:09
İlham Əliyev Trampa mesaj verdi - Azərbaycan Sizdən bunları gözləyir...

17.03.2025 / 17:55
Keçmiş nazir: "Paşinyan Azərbaycanla saziş mətnini bu səbəbdən qəbul etdi"...

17.03.2025 / 17:42
Vardanyan Bakıdan İrəvana məktub yazdı - “Qarabağdan erməniləri özümüz çıxardıq”...

17.03.2025 / 17:37
Baş nazir DİN əməkdaşlarının maaşı ilə bağlı yeni qərar imzaladı

17.03.2025 / 17:33
“Babək o gün “Şuşanın dağları”nı oxuyurdu...”

17.03.2025 / 17:27
Əli Əsədov deputatların tənqidindən hansı nəticələri çıxarmalıdır...

17.03.2025 / 17:14
Rəsmi Bakı saziş barədə İrəvanla birgə bəyanat verməkdən imtina etdi...

17.03.2025 / 17:05
“Rafadan Tayfa: Kapadokya” macərası yalnız “CineMastercard”-da!

17.03.2025 / 16:43
Mnatsakanyan: "Azərbaycanın işğal edilmiş ərazilərində “İskəndər M”, “Toçka U” və “Smerç” silahları olmayıb" - FOTO

17.03.2025 / 16:35
Çexiya Trampın açığına “Azadlıq radiosu”nu satın almağı təklif edir

17.03.2025 / 16:34
Makron Amerikanın silahlarına baykot elan elədi

17.03.2025 / 16:32
“Fransızlar hərbi xidmətin bərpasını tələb edirlər” – Fransa müharibəyə hazırlaşır

17.03.2025 / 16:27
Macarıstanda “Ukraynanın Avropa Birliyinə daxil olma” sorğu bülletenləri yayıldı

17.03.2025 / 16:27
“Trampın Ukrayna barədə “A” planı və “B” planı” – Son xəbər

17.03.2025 / 16:24
Fransa Trampdan “Azadlıq heykəli”ni qaytarmağı tələb edir

17.03.2025 / 16:20
Zakir Həsənov Bosniya və Herseqovinanın müdafiə naziri ilə görüşdü

17.03.2025 / 16:09
Mnatsakanyan: "Hər il Ermənistandan 7-8 min hərbi çağırışçı Azərbaycanın işğal edilmiş ərazilərində müddətli hərbi xidmətə göndərilirdi" - FOTO

17.03.2025 / 15:47
“Bu beş şərt olmadan Ukraynada ədalətli sülh mümkün deyil” – Litva XİN bəyanat yaydı

17.03.2025 / 15:45
Ukraynanın torpaqlarını “təhlükəsizlik zəmanətinə” satırlar

17.03.2025 / 15:42
Vüqar Rəhimzadə: Azərbaycan öz gücünə güvənən dövlətdir

17.03.2025 / 15:33
"Azərbaycan və Rusiya parlamentləri arasında ikitərəfli görüşlər qarşılıqlı fəaliyyətin genişləndirilməsi üçün son dərəcə vacibdir" - Sahibə Qafarova

17.03.2025 / 15:25
Prezident İlham Əliyev Qordana Silyanovska-Davkovaya başsağlığı verib

17.03.2025 / 15:20
Qəhrəmanların ömrü əbədidir...

17.03.2025 / 15:12
Sərhəddə erməni təxribatı qızışır - mövqelərimiz yenidən atəşə tutuldu

17.03.2025 / 15:06
İran üzərindən Naxçıvana gedən yol Zəngəzur dəhlizi adlandırıla bilməz, cənab Uraloğlu... - VİDEO

17.03.2025 / 14:49
Yeniyetmə taekvondoçularımız Belçikada 6-sı qızıl olmaqla 11 medal qazanıb

17.03.2025 / 14:41
Mnatsakanyan: "Məni qondarma rejimin “müdafiə naziri” “vəzifəsi”nə Seyran Ohanyanın təqdimatı ilə Serj Sarkisyan təyin edib" - FOTO

17.03.2025 / 14:30
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Ermənistana təzyiq etməyə çağırdı

17.03.2025 / 14:25
Mnatsakanyan: "Qondarma rejimin silah-sursat təminatını Ermənistan Müdafiə Nazirliyi həyata keçirirdi" - FOTO

17.03.2025 / 14:25
Çağırışların fürsətə çevrilməsi

17.03.2025 / 14:07
"Ermənistanda revanşizm tendensiyası normallaşma prosesinin yekunlaşdırılmasında ən ciddi maneədir" – Ceyhun Bayramov

17.03.2025 / 14:06
Avropa Birliyinin Missiyası Ermənistanın aşkar atəşkəs pozuntusunu inkar etdi....

17.03.2025 / 13:47
Zərdabda narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlandı

17.03.2025 / 13:34
Xəzərdə süni torpaq sahəsinin icarə haqqı belə hesablanacaq

17.03.2025 / 13:28
Polis Xaçmazda əməliyyat keçirdi, külli miqdarda narkotik ələ keçirildi

17.03.2025 / 13:21
Xızı rayonunun prokuroru qəzaya düşdü

17.03.2025 / 13:10
Отношения России и Азербайджана налаживаются. Надолго ли? - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

17.03.2025 / 12:46
Xanlar Vəliyev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi - SƏRƏNCAM

17.03.2025 / 12:35
Bu il nə qədər fitrə zəkatı verilməlidir? - QMİ-dən açıqlama...

17.03.2025 / 12:23
“Global Terrorism Index 2025” açıqlandı - Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri sırasına yüksəldi...

17.03.2025 / 12:02
Həm sülhdən danışır, həm də Azərbaycanı atəşə tutur...

17.03.2025 / 11:41
ABŞ Putinin Ukraynadakı hərbi cinayətlərini araşdıran beynəlxalq qurumdan çıxır

17.03.2025 / 11:30
Trampla Putin Ukrayna torpaqlarını bölüşdürülməsini müzakirə edəcəklər

17.03.2025 / 11:23
Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Nazirlər Şurası sədrinin müavinini qəbul edib - FOTO/YENİLƏNDİ

17.03.2025 / 11:20
“Düşünməliyik”

17.03.2025 / 11:16
Qəzzada ərzaq böhranı yaşanır - BMT həyəcan təbili çalır

17.03.2025 / 11:11
“Kral Çarlzıın Zelenski ilə görüşünü Tramp “qısqanc uşaq” kimi qarşılayıb”

17.03.2025 / 11:06
Son 2 gündə itkin düşən 19 nəfər tapılıb - polisdən AÇIQLAMA

17.03.2025 / 11:03
Ermənistan yenə atəş açır. İrəvan nə istəyir? - CANLI

17.03.2025 / 11:01
Prezident İlham Əliyev Valentina Matviyenkonu qəbul etdi - FOTO/YENİLƏNDİ

17.03.2025 / 11:00
Prezident İlham Əliyev “Azərenerji” ilə bağlı Fərman imzaladı

17.03.2025 / 10:50
“Azərenerji” ASC-nin İdarə Heyəti yaradılır

17.03.2025 / 10:35
İranda milli assimilyasiyaya etiraz edən qaşqay qadınları polis zorakılığına məruz qalıb

17.03.2025 / 10:25
Pentaqon husilərə hücumların dayandırılması üçün şərtini açıqladı

17.03.2025 / 10:23
“Rusiyanı zəbt etdiyi Ukrayna ərazilərindən çıxarmaq ABŞ-ın milli maraqlarına uyğun deyil”

Qlobal Bakı Forumu Azərbaycan ideologiyası üstündə daha təsirli rol oynadı...

XƏBƏR ARXİVİ

Mart
B.eÇ.aÇC.aCŞB
242526272812345678910111213141516171819202122232425262728293031123456