Şənbə günü, 15 mart 2025
     

Ərdəbil mollasının nadürüstlüyünə görə kim üzr istəməlidir?...

Image

Tural İrfan: "Ərdəbilə erməni əsilli o şəxsi təyin edən dini lider özünü İslama aid bilirsə, dinin tələbi olaraq üzr istəməlidir"

Molla rejiminin bir qrup nümayəndələri var ki, daim Azərbaycan Respublikasına, onun rəhbərliyinə qarşı hədyanlar danışır, əsassız iddialar irəli sürür, əxlaqdan kənar münasibət sərgiləyirlər. 

Onlardan biri də Ərdəbil əyalətinin imam-cüməsi Həsən Amelidir ki,  rəsmi tədbirdə çıxışı zamanı Azərbaycan və Türkiyə prezidentlərinə qarşı təhqiramiz ifadələr işlədib. İran rəhbərliyi isə qeyri-adekvat olaraq buna yalnız XİN səviyyəsində təəssüfləndiyini bildirib, heç bir əməli tədbir görməyib. 

Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində Ərdəbil şəhərinin mollasının Azərbaycana, Azərbaycan xalqına qarşı təhqiramiz ifadələr işlətməsi məsələsinə toxunub.

Prezident Əliyev bununla bağlı deyib: "O ki qaldı, əyalət mollasının bizə qarşı nifrət münasibətinə, bu, birinci dəfə deyil. Ərdəbil şəhərinin o mollası dəfələrlə Azərbaycana, Azərbaycan xalqına qarşı təhqiramiz ifadələr işlədib, o cümlədən mənə qarşı. Burada sual ondan ibarətdir ki, onu o vəzifəyə təyin edən adam buna necə münasibət göstərir. Axı o, özbaşına gəlib orada oturmayıb. Onu kim təyin edir, biz yaxşı bilirik. Onun reaksiyası nədir, o bunu dəstəkləyir, yoxsa yox və Azərbaycandan kim üzr istəyəcək? Üzr istəyəcəklər, yoxsa yox?

İranın Xarici İşlər Nazirliyinin açıqlamasındakı təəssüf hissi kifayət deyil. Burada açıq təhqir olub: həm Türkiyə, həm Azərbaycan prezidentləri, həm bizim xalqlar və rəsmi tədbirdə canlı yayım gedən zaman və sadəcə təəssüf?! Bu, əlbəttə ki, qəbuledilməzdir. Ona görə biz hesab edirik ki, o əyalət mollası cəzalandırılmalıdır. Ən azı, vəzifəsindən qovulmalıdır və Azərbaycandan üzr istəməlidir. Bax, məsələ bundadır". 

İran tərəfdən  kim üzr istəsə Azərbaycan qane olacaq? Kim üzr istəməlidir ki, bu Azərbaycanı qane etsin? 

"Cənab Prezidentin İranın bu fitnəkar əməllərinə qarşı mövqeyi tam haqlıdır və bu eyni zamanda xalqımızın tələbidir ki..."

Milli Cəbhə Partiyasının (MCP) sədr müavini, ilahiyyatçı Tural İrfan  "Bakı-Xəbər"ə "Məlumdur ki, İranın Azərbaycana qarşı törətdiyi mənfur əməllərlə ilk dəfə qarşılaşmırıq. Davamlı şəkildə buna oxşar formada ölkəmizə, xalqımıza, dövlət rəhbərliyinə qarşı İran təhqir və iftiralar yağdırır. Təbii ki, cənab Prezidentin dediyi kimi, Ərdəbilə erməni əsilli o şəxsi təyin edən dini lider əgər özünü İslama aid bilirsə, dinin tələbi olaraq üzr istəməlidir. Çünki İslam dininə görə şər-böhtan, qardaşa xəyanət, söyüş, təhqir haram hesab olunur. Deputatımıza qarşı terror fətvasını birbaşa İranın dini lideri vermişdi. Səfirliyimizə hücum və qətllə bağlı əgər onun təşkilatçılığı yox idisə, münasibət bildirib qatilin cəzalanmasına nail olardı. Amma bunu da görmədik. Həsən Amulinin vaxtilə Livana köçürülmüş erməni əsilli şəxs olması öz yerində. Elə bir xəbis adamın türk şəhərinə baş molla təyin olunmasının özü də soydaşlarımıza təhqirdir" - deyə bildirdi. 

T.İrfanın fikrincə, gərək onlar da etiraz etsinlər ki, əslən erməni olan və bunu davamlı şəkildə dilə gətirən Həsən Amuli özünü seyid elan etməklə Peyğəmbər soyunu təhqir etmiş olur, həm də özünü azərbaycanlı elan etməklə millətimizin sümüyünü başqa sümüyə calamış olur. "Cənab Prezidentin dediyi kimi, o dərhal vəzifəsindən azad edilməlidir və cəzalanmalıdır. Çünki iki müsəlman və türk dövlətin başçısını təhqir etdirib, iki dövlətə qarşı təxribata yol verib. Sasanilər zamanında Hindistandan indiki İrana köç etmiş erməni tayfaları 2-ci xəlifə fars imperiyasını fəth edəndə Livan, Suriya, Fələstin kimi ucqar yerlərə qaçdılar. Səfəvilər zamanı həmin ermənilər müsəlman cildində qaytarılıb dini konsepsiya, qanun, şəriət hökmləri formalaşdırmağa, məzhəblər arasında ideoloji nifaqın əsasını qoymağa başladılar. Həsən Amulinin soyadı da Livanın Cəbəl Amul vilayəti ilə bağlıdır. Çünki babaları həmin ermənilərdir ki, Livandan köç ediblər. Bunların bir qismi İranın fars bölgələrində özlərini fars kimi, kürd bölgəsində kürd kimi, Ərdəbil, Təbriz kimi türk bölgəsində də türk kimi qələmə verirlər, ermənilərin içindəkilər isə açıq erməni kimliyi ilə əməllərinə davam edirlər. Yəni İran rejiminin anti-İslam və antitürk siyasəti həm İslam aləmini, həm də türk dünyasını artıq təngə gətirib. İran bir qaratikan kolu kimi türk və İslam aləmi arasında bitib. "Zəngəzur dəhlizinə" maneə yaradan da odur". 

T.İrfan qeyd etdi ki, Suriyada terror, narkotik ticarətinin qarşısını Türkiyə alandan sonra Həsən Amulinin Livan və Suriyadakı erməni qohumları ilə həşiş biznesinə xələl gəlib, ona görə daha da radikallaşıb.

"Azərbaycana qarşı qonşuluq ənənəsinə xəyanət edən İranın rəsmi din və dövlət xadimi sayılan, dövlətin faktiki başçısı Xamneinin rəsmi nümayəndəsi Amuli və onu o vəzifəyə təyin edən şəxs üzr istəməlidir həm Azərbaycandan. həm də Türkiyədən. Çünki İslam dininin tələbi budur. Amma onların öz dinlərinə görə necədirsə bunu zaman göstərəcək. Artıq İran rejimini müsəlman hesab etmək özünü aldatmaqdır. İslamın heç bir dəyərinə hörmət etməyən, əksinə, İslamı təhqir edən, müsəlmanlara xəyanət edən, iki müsəlman ölkə arasında dəhlizin açılmasına maneələr yaradan bir rejim necə müsəlman ola bilər? Eləsinə İslam dövləti, müsəlman rejim demək özü İslamı aşağılamaqdır. Müsəlman da məscidə donuz salanlara qardaş deyib silah verərdimi? Müsəlman müsəlmana qarşı terror edərdimi? Əsla etməzdi.

Cənab Prezidentin İranın bu fitnəkarlıq əməllərinə qarşı mövqeyi tam haqlıdır və bu eyni zamanda xalqımızın tələbidir ki, İran rejimi ali səviyyədə üzr istəməli və bir daha Azərbaycana qarşı belə mənfur əməllər törətməməlidir" - deyə T.İrfan qeyd etdi.

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

SON XƏBƏRLƏR

15.03.2025 / 08:44
Ədliyyə Nazirliyinin bu ideyası rəğbət qazanmadı - boşanmaq istəyənlərə nə psixoloq?

15.03.2025 / 01:27
Putin Trampın Kurskda mühasirədəki ukraynalı əsgərlərin bağışlanması xahişinə cavab verdi – silahı yerə qoyub təslim olsunlar...

14.03.2025 / 23:18
Leyla Əliyeva və Arzu Əliyeva şəhid anaları ilə iftar məclisində... - FOTO

14.03.2025 / 22:18
Tramp bunu da etdi – Putinlə birləşib dezinformasiya yayırlar...

14.03.2025 / 22:13
Paşinyan 2 mübahisəli sülh maddəsini niyə təsdiqlədi və niyə mövqeyindən çəkildi?...

14.03.2025 / 22:07
Estoniya kəşfiyyatı Trampı təkzib etdi, - Ukrayna ordusu Kurskda mühasirəyə düşməyib...

14.03.2025 / 21:40
Leyla Əliyeva və Arzu Əliyeva UNEC-də distant Çin dili təhsili alan tələbələrlə görüşüblər - FOTO

14.03.2025 / 21:37
Konqresin ermənilərə satılmış üzvləri Trampın dövründə bir-bir vurulur...

14.03.2025 / 21:23
Ermənistan tezliklə konstitusiyanı da dəyişməli olacaq...

14.03.2025 / 21:21
C.Vensdən əl çəkmirlər bu dəfə də vitse prezidenti konsertdə fitə basdılar

14.03.2025 / 21:14
Harutyunyan məhkəmədə Vardanyanla bağlı danışdı

14.03.2025 / 21:09
Türkiyə jurnalistindən ziyanlı fikir - Azərbaycan-Türkiyə münasibətləri ABŞ-İsrail münasibətləri kimidir?...

14.03.2025 / 20:56
Yeni dünya düzənində Rusiya Azərbaycanla daha fərqli işləməli olacaq...

14.03.2025 / 20:55
Harutyunyan: "Qondarma rejimdə “bank sistemi” Ermənistan Mərkəzi Bankı tərəfindən idarə olunurdu" - MƏHKƏMƏ + FOTO

14.03.2025 / 20:42
Ermənistanla saziş Xocalı genosidi barədə beynəlxalq iddialara kölgə salmayacaq...

14.03.2025 / 20:28
Azərbaycan kəşfiyyatı Ermənistanda AB-nin sərhəd missiyasını tam deşifrə etdi...

14.03.2025 / 20:20
Tramp Putinlə Kursk vilayətində mühasirədə olan Ukrayna qoşunlarını müzakirə edib

14.03.2025 / 20:15
Ermənistanın üzdə sülh ritorikası - altda müharibə hazırlığı... Təlimatçıların yeni oyunu...

14.03.2025 / 20:01
Avropa Birliyinin Qafqaz siyasəti böhrana dirəndi - çıxış yolu var...

14.03.2025 / 19:47
BMT Avropa Parlamentinin anti-Azərbaycan mövqeyini kəskin vurdu...

14.03.2025 / 19:34
Blinken Azərbaycan-ABŞ münasibətlərini necə pozdu...

14.03.2025 / 19:20
Ermənistan sərhəd boyunca öz ərazisində demilitarizasiya zonası yaratmalıdır...

14.03.2025 / 19:11
“Hər dəfə yuxuma girəndə mənə deyir ki, bibi, ağlama, mən ölməmişəm”

14.03.2025 / 19:02
BMT-nin islah olunmasında Bakı Forumu təsirli rol oynayacaq...

14.03.2025 / 18:48
Ermənistan bu 2 şərti icra etməsə, saziş imzalanmayacaq...

14.03.2025 / 18:41
Tramp Kruskda mühasirəyə düşən minlərlə Ukrayna əsgəri ilə bağlı Putindən xahiş etdi - Bu, ən dəhşətli qırğın ola bilər...

14.03.2025 / 18:37
Bakıda saxta dollar əməliyyatı - 3 nəfər saxlandı, polis digər dəstə üzvlərinin də izinə düşdü + FOTO

14.03.2025 / 18:33
Avroparlament Azərbaycana daha bir düşmənçilik etdi - Vardanyan və digərləri hərbi əsir ola bilməz...

14.03.2025 / 18:22
"Tramp administrasiyası dövründə ABŞ ilə münasibətlərimizin və güclü tərəfdaşlığımızın yenidən qurulmasına çox nikbin baxırıq" - Prezident

14.03.2025 / 18:19
Prezident İlham Əliyev: "Qarabağda olan münaqişə beynəlxalq hüquq, tarixi ədalət əsasında həllini tapmış yeganə münaqişədir"

14.03.2025 / 18:19
Ermənistanla sülh sazişi uğrunda mübarizə dövlətçilik tariximizdə mühüm sənəd kimi...

14.03.2025 / 18:18
"Biz növbəti hərbi qarşıdurmanı istisna edəcək əhatəli təhlükəsizlik mexanizmləri yaratmalıyıq" - Prezident

14.03.2025 / 18:15
Prezident İlham Əliyev: "Milli maraqlarımız məsələsində biz heç kəsə və ya heç bir təsisata arxalanmamışıq"

14.03.2025 / 18:14
"Azərbaycanın gələcəyini daxili resurslar hesabına qurması baxımından böyük təcrübəsi var" - Prezident

14.03.2025 / 18:11
Harutunyan Gəncənin bombalanması barədə məlumatı Ermənistanın baş qərargah rəisindən aldığını bildirdi

14.03.2025 / 18:05
Avroparlament yol pulu və bilet pulu rüşvətindən batır...

14.03.2025 / 18:04
İlham Əliyev - "Sovet dövründə olduğu kimi... yaşamağa çalışmalıyıq" - FOTO

14.03.2025 / 17:52
Ermənistan sülh sazişi mətninə nə qədər sadiq qalacaq...

14.03.2025 / 17:40
Hikmət Hacıyevin bu təklifi elə Paşinyanın özünə də sərfəlidir...

14.03.2025 / 17:27
Azərbaycanın enerji sərvətlərinə məsuliyyətli münasibətin böyük nəticəsi...

14.03.2025 / 17:20
Novruz səyahətində "Nar" rouminqi ilə sevdiklərinə yaxın ol!

14.03.2025 / 17:14
Ərazilərimiz işğal altında olarkən Qarabağda istehsal edilən məhsullar xarici ölkələrə “Ermənistan məhsulları” adı altında satılıb

14.03.2025 / 17:10
NATO da Trampı dəstəklədi - dünyanın gözü qarşısında Qrenlandiyanı ilhaq edəcəklər...

14.03.2025 / 16:57
Sabunçuda əməliyyat - Özünü əcnəbi vətəndaş kimi təqdim edən narkotacir yaxalandı - FOTO/VİDEO

14.03.2025 / 16:50
"Azərbaycanın bunun da öhdəsindən gələcəyinə inamım tamdır" - Volkan Bozkır

14.03.2025 / 16:44
“Yeni dünya düzənində orta güclər” Bakı Forumunda müzakirə edildi

14.03.2025 / 16:31
Milli Məclis Nazirlər Kabinetinin hesabatını qəbul etdi

14.03.2025 / 16:26
Məhkəmə işdən azad edilən məktəb direktorunun Dövlət Agentliyinə qarşı iddiasını rədd etdi...

14.03.2025 / 16:15
Sahakyan: "Azərbaycanın işğal edilmiş ərazilərində “İskəndər M”, “Toçka U” kimi silahlar olmayıb"

14.03.2025 / 16:10
Qəzzalıların başı dərddə - Tramp və Nitanyahu onları Afrika ölkələrinə köçürür

14.03.2025 / 16:07
Bakıda “Qədim insan məskənlərinin mühafizəsi: təhdidlər və müasir yanaşmalar” mövzusunda beynəlxalq elmi konfrans keçirilir

14.03.2025 / 15:56
Korrupsiya... İdarəsi Endokrinoloji Mərkəzdə yoxlamalara başladı... Şok faktlar ortaya çıxdı...

14.03.2025 / 15:50
"Avropa Şurası Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına tam dəstək verir" - Baş katib

14.03.2025 / 15:41
Bako Sahakyan: "Qondarma rejimin “ordusu” Ermənistan Silahlı Qüvvələrinin ən böyük silahlı birləşməsi idi"

14.03.2025 / 15:33
Qlobal Bakı Forumunda sülhə gedən yol mövzusu müzakirə olundu

14.03.2025 / 15:17
"Qarabağa silah-sursat Ermənistandan gətirilirdi" - Bako Sahakyan

14.03.2025 / 15:09
Stiven Vitkoff Moskvadan sonra Bakıya gəlib

14.03.2025 / 15:03
Əhliman Əmiraslanov Qırğızıstan Joqorku Keneşinin komitə sədri ilə görüşdü - FOTO

14.03.2025 / 15:02
Polis Binəqədidə əməliyyatlar keçirdi - 22 kq narkotik, silah, sursat...

14.03.2025 / 14:56
"Ermənistanda revanşist qüvvələrin mövcudluğunu sülh üçün ciddi risk hesab edirik" - Nazir müavini

14.03.2025 / 14:46
Həqiqi hərbi xidmətin müddətinin azaldılması qəbul edilmədi - Səbəbi də açıqlandı

14.03.2025 / 14:43
"Ermənistanın sürətlə silahlanma siyasətini aparması bölgə üçün ciddi risk təşkil edir" - XİN rəsmisi

14.03.2025 / 14:35
Ukraynanın keçmiş birinci xanımı Nizami Gəncəvi Beynəxalq Mərkəzinə təşəkkür etdi

14.03.2025 / 14:18
Mladen İvaniç: "Orta və kiçik güclər ümumi nöqtədən çıxış etsələr, nəticə ala bilərlər"

14.03.2025 / 13:58
Gürcüstan Bakı ilə İrəvan arasında sülh sazişinin maddələri üzrə danışıqların başa çatmasını alqışlayır

14.03.2025 / 13:51
"Azərbaycan aktiv diplomatik təşəbbüslər nümayiş etdirir" - Nazir müavini

14.03.2025 / 13:44
Ağdama ilin sonunadək 10 minə yaxın əhali köçürüləcək...

14.03.2025 / 13:34
Berbok: "Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi ilə bağlı razılıq xəbəri ümidvericidir"

14.03.2025 / 13:21
"Fransa kimi bəzi dünya dövlətləri müharibələrin qarşısını almaq istəmir" - Bülənt Arınç

14.03.2025 / 12:57
"Davamlı və ədalətli sülh istəyiriksə, bu, beynəlxalq hüquqa əsaslanmalıdır" - Miroslav Layçak

14.03.2025 / 12:34
Ermənsitan və Azərbaycana əlavə dəstək göstərməyə hazırıq - Aİ bəyanat yaydı...

14.03.2025 / 12:23
"Avropa İttifaqı öz müdafiə imkanlarına kifayət qədər investisiya yatırmayıb" - Xorvatiyanın sabiq prezidenti

14.03.2025 / 12:10
Britaniya Azərbaycana ilk dəfə müdafiə attaşesi təyin edib

14.03.2025 / 12:06
Daha 24 ailə Ballıca kəndinə köçürüldü

14.03.2025 / 12:00
"Ötən il əhalinin hər nəfərinə düşən ÜDM 3,6 faiz artıb" - Baş nazirdən açıqlama

14.03.2025 / 11:54
BMT-nin İnsan Hüquqları Ali Komissarlığının yekun rəyi açıqlandı - Vardanyanın iddialarının heç biri öz təsdiqini tapmadı...

14.03.2025 / 11:29
Revanşistlər Ermənistan-Azərbaycan sülh sazişi razılaşmasını həzm edə bilmədilər

14.03.2025 / 11:25
Azərbaycan Ermənistanla birgə bəyanatdan imtina etdi

14.03.2025 / 11:19
Paşinyan sərhədlərdə üçüncü qüvvə barədə fikrini niyə dəyişdi?

14.03.2025 / 11:12
Aprelin 1-dən Səmərqəndə uçuşlar bərpa edilir - AZAL

14.03.2025 / 11:05
"Bu, zəruri və mühüm addımdır” -rəsmi Tehrandan AÇIQLAMA

Ermənistanla sülh sazişi uğrunda mübarizə dövlətçilik tariximizdə mühüm sənəd kimi...

XƏBƏR ARXİVİ

Mart
B.eÇ.aÇC.aCŞB
242526272812345678910111213141516171819202122232425262728293031123456