Cümə axşamı günü, 1 may 2025
     

1-ci Şah Abbas erməni Eçmiədzin kilsəsi üzərində “nə gəzir”...

Image

Məhərrəm Zülfüqarlı: "O zaman erməni kilsəsi Şah Abbasa yarınmaq üçün onun barelyefini kilsənin üzərinə çəkdirə bilərdi"

Sosial şəbəkələrdə Üç kilsə və yaxud Üçmüəzzin (Eçmiədzin) erməni Qriqorian kilsəsinin baş kafedralı olan kilsənin üzərində I Şah Abbas Səfəvinin barelyefini əks etdirən görüntü, eləcə də rus və ingilis dillərində mətn yayılıb.  

Ermənilər yayıb bu görüntünü də, mətni də. Yazırlar ki, Eçmiədzin kilsəsinin şimal günbəzinin ön hissəsində türk-islam memarlığının ən yaxşı ənənələrini əks etdirən  epiqrafik elementlərlə yanaşı, 1588-1629-cu illərdə hakimiyyətdə olmuş Səfəvilər sülaləsindən olan Böyük Şah I Abbasın obrazı həkk olunub. 

Həmin mətndə "Böyük Şah I Abbasın təsvirini əks etdirən barelyef niyə bu qədər əhəmiyyət kəsb edən xristian dini binasında quraşdırılıb" sualı və onun cavabı əks olunub. 

Ermənilər yazırlar ki, erməni müəllifləri I Şah Abbas və onun ordusu haqqında çoxlu mənfi yönlü əsərlər yazıblar. Erməni müəllifləri hansısa "böyük sürgündən" bəhs edirlər və bildirirlər ki, Şah Abbasın göstərişi ilə müxtəlif hesablamalara görə guya 250-300 min erməni "deportasiya edilib", özü də guya "Zaqafqaziya Ermənistanından" İrana. Guya həmin "deportasiya" zamanı ermənilərin çoxu vəhşicəsinə öldürülüb və ya yolda ölüb (?). 

Yazırlar ki, Baş Katedralin şimal günbəzinin tağları altında Şah Abbasın surətinin necə və nə üçün yaradılması ilə bağlı müxtəlif söz-söhbətlər var. Bir versiyaya görə, onlar Şah Abbasın portretini cəmi bir gecənin içində kafedralın divarında təsvir etmək qərarına gəliblər. 

I Şah Abbas Səfəvi hara, erməni kilsəsi hara? Eçmiədzin kilsəsinin Baş Kafedralında onun barelyefi hansı məqsədlə qoyula bilərdi? 

"I Şah Abbasın barelyefinin qabardılması, onun hansı səbəbdən orda olması ilə bağlı ehtimalların irəli sürülməsi erməni siyasətinin tərkib hissəsidir"

Tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı "Bakı-Xəbər"ə şərhində bildirdi ki, bu  mövzu ətrafında ancaq ehtimallarla danışmaq olar. "Mən sizə bir maraqlı fakt deyim. Birinci Şah Abbasın vaxtında Səfəvi dövləti dağılmaq üzrə idi. Onun atası Məhəmməd Xudabəndə zəif hökmdar olub, gözləri demək olar ki, görmürdü, zəif görürdü. Anası Məhdi-Ülya Xeyrənnisə Sultan bundan istifadə edib hakimiyyəti idarə edirdi. Bu da Qızılbaş əmirlərinin şəxsiyyətinə, mənafeyinə toxunurdu. Onlar dəfələrlə Məhəmməd Xudabəndidən həyat yoldaşını hakimiyyətin idarəçiliyindən uzaqlaşdırılmasını tələb etsələr də, bu alınmadı. Nəhayətdə onlar şahın sarayına girib yataq otağında  Məhdi-Ülya Xeyrənnisə Sultanı və onun anasını boğub öldürdülər, Məhəmməd Xudabəndəni hakimiyyətdən devirib kiçik yaşlı I Şah Abbası hakimiyyətə gətirdilər. O da çox ağıllı bir siyasətçi olduğuna görə, hakimiyyəti gücləndirmək üçün islahatlar apardı. Birinci növbədə şah hakimiyyətinə qarşı çıxan Qızılbaş əmirlərini aradan götürdü, sonra orduda islahatlar apardı, ordunu tayfa aslılığından qurtardı, nizami ordu yaratdı və Səfəvilərin itirilmiş nüfuzunu geri qaytardı. Qaldı erməni məsələsinə. O vaxt şah Abbas dövləti gücləndirmək üçün paytaxtı İsfahana köçürdü. Bilirsiz ki, lap əvvəllər Səfəvilərin paytaxtı Təbriz olub, Təbrizdən Qəzvinə köçürüldü, Qəzvindən isə İsfahana. Bu köç zamanı ermənilərin bir hissəsi də İsfahana köçürüldü. Mən iki il bundan əvvəl İrlandiyanın paytaxtı Dublin şəhərində bir sərgidə iştirak etdim. Sərgi "İsfahan miniatürləri" adlanırdı. "İsfahan miniatürləri" kitabı da vardı. Ortada iki səhifə ermənilərə aid idi. Yəni Səfəvi dövləti Azərbaycan dövləti olsa da, o kitabda bir kəlmə Azərbaycan adı çəkilməmişdi. Əsasən İran təbliğ olunurdu, o iki səhifədə isə ermənilər. Ermənilər orda yazmırdılar ki, "biz Azərbaycan şəhəri Culfadan köçürülmüşük", qeyd ediblər ki,  "biz Qafqazdan olan Culfadan Şah Abbas tərəfindən bura köçürülmüşük, burada da bu miniatürləri yaratmışıq, binalar tikmişik" və sair. Ermənilər həmin sərgidə də saxtakarlıq edirdilər, köç məsələsini səhv qələmə verirdilər. Əslində, söhbət Şimali Azərbaycandan yox, indiki İran ərazisindəki Culfadan gedirdi. 

Onlar ermənilərin "köçü" məsələsini qabardıb Şah Abbasın onları köçürməsi məsələsinə mənfi yanaşıblar. Amma yadda saxlamaq lazımdır ki, bu köçürülmə təkcə ermənilərə deyil, o cümlədən azərbaycanlılara da tətbiq olunmuşdu. Hətta Şah Abbas İsfahan yaxınlığında Abbasabad adlı şəhər salaraq Təbriz və onun ətrafından bura azərbaycanlıları köçürmüşdü".

Eçimədzin kilsəsinə gəlincə, M.Zülfüqarlının sözlərinə görə, bəzi mənbələrə görə, Üçkilsə Qaraqoyunlu hökmdarı Cahan şahın dövründə ermənilərə bağışlanıb, bəzi mənbələrdə isə ermənilərin onu pulla aldığı qeyd olunur. "Yəni erməni Qriqorian kilsəsinin mərkəzini Üçkilsədə yerləşdirmək üçün Qaraqoyunlu dövlətinin hökmdarı Cahan şah bunlara izn verib. Bu izn də sonrakı faciələrimizin əsasını qoyub. Erməni kilsəsinin mərkəzinin bizim tarixi torpaqlara köçürülməsinə Cahan şahın dövründə icazə verilməsəydi, ola bilsin, tamam başqa yerdə ola bilərdi, heç Azərbaycan ərazisində olmazdı. Bu başqa mövzudur. 

Eçmiədzin-erməni Qriqoriyan kilsəsinin Baş Kafedralı olan kilsənin üzərində I Şah Abbas Səfəvinin barelyefinin çəkilməsi bizdə suallar yaradır. Ermənilər bunu hansı məqsədlə ediblər? Bir yandan I Şah Abbası tənqid edirlər, onun barəsində mənfi yönlü məqalələr, kitablar yazırlar, o biri tərəfdən isə onun surətini kilsələrinə həkk edirlər".  

M.Zülfüqarlı bildirdi ki, o, 1984-cü ildə tələbə-inşaat dəstələri komandirlərinin İrəvanda keçirilən Zaqafqaziya seminarında iştirak edib və onları Eçmiədzinə də aparıblar. "Eçmiədzini öz gözlərimlə görmüşəm. O zaman bu məsələ yox idi deyə, bu bizim diqqətimizi cəlb etmədi və orda da heç kim bu barədə məlumat vermədi. İndi I Şah Abbasın barelyefinin qabardılması, onun hansı səbəbdən orda olması ilə bağlı ehtimalların irəli sürülməsi erməni siyasətinin tərkib hissəsidir. Ermənilər bir daha özlərinin "qədim xalq" olduğunu, tarixi abidələrə sahib çıxdıqlarını göstərmək istəyirlər. Onlar qüdrətli Səfəvi hökmdarı Birinci Şah Abbasın simasında özlərini təbliğ etmək məqsədi güdürlər. Digər tərəfdən, bilirsiz ki, ermənilər yaşadıqları dövlətlərdə güclü hakimiyyətlərə yarınmaq, zəif hakimiyyətlərə isə xəyanət etmək yolunu tutublar. Roma imperiyasına, Bizans imperiyasına, Osmanlı imperiyasına və rus imperiyasına qarşı da belə olublar. Mənə belə gəlir ki, əgər Birinci Şah Abbasın surəti Eçmiədzində varsa, bu, ermənilərin şaha yarınması, yaltaqlanması məqsədilə edilib. Çünki güclü hökmdar olan, Səfəvi dövlətinin nüfuzunu bərpa edən, işğal olunmuş torpaqları geri alan bir hökmdara bunlar yarınmaq üçün bunu ediblər. Şah Abbas xalqımızın böyük hökmdarı kimi həmişə bizim gözümüzdən salınmağa çalışılıb. Məsələn, Sovet dövründə gürcülər film çəkib və Şah Abbasa nifrətlərini bildiriblər. Bilirsiz ki, gürcülərin Şah Abbasa böyük nifrəti var, bu gürcü mövqeyidir. Amma bizim isə Şah Abbasa baxışımız fərqli olmalıdır, biz ona itirilən torpaqları geri qaytaran, Səfəvi dövlətinin nüfuzunu bərpa edən güclü bir hökmdar, dövlət xadimi kimi baxmalıyıq. Əlbəttə ki, dövlətin itirilmiş nüfuzunu bərpa edərkən, işğal edilmiş torpaqları geri alarkən kimlərsə bundan narazı qalacaq və ona qarşı mənfi fikirlər irəli sürəcək. Amma Azərbaycançılıq baxımından Şah Abbasın mövqeyi biz tərəfdən müdafiə olunmalıdır. 

Ermənilər isə vətəni olmayan xalq kimi daim güclü dövlətlərin hökmdarlarına yaltaqlanıblar, yarınıblar. Mənə elə gəlir ki, deyilən fakt da I Şah Abbasın güclü hökmdar olması ilə əlaqədardır. O zaman erməni kilsəsi Şah Abbasa yarınmaq üçün onun barelyefini kilsənin üzərinə çəkdirə bilərdi. Sonra isə bu barelyef orda qalıb. İndi isə ermənilər bu barədə müzakirə açırlar ki, niyə Azərbaycan hökmdarının surəti bizim kilsəmizə həkk olunub. Erməni köçünə gəlincə, onlar bunu da saxtalaşdırıblar. Yəni saylarını süni surətdə artırmaqla nəyəsə nail olmaq istəyirlər. Guya Azərbaycan Culfasında çoxlu sayda erməni yaşayıb və onları Şah Abbas köçürüb. Onlar indiki İran ərazisindəki Culfa ilə bizim Culfanı qəsdən qarışdırırlar. Amma o Culfada da ermənilərin sayı iddia edildiyi sayda olmayıb. Culfa kiçik şəhərdir. Orda o qədər erməni yaşaya bilməzdi" - deyə M.Zülfüqarlı qeyd etdi.

İradə SARIYEVA



VİDEO

SON XƏBƏRLƏR

01.05.2025 / 12:26
Tramp Ukraynanı yenidən silahlandırmağa başladı

01.05.2025 / 12:07
Şəkidə mal-qara oğruları yaxalanıb

01.05.2025 / 12:00
Yunanıstan yanğınlarla bağlı İsrailə təyyarə göndərməkdən imtina etdi

01.05.2025 / 11:25
Dünyanın ən yaşlı insanı olan 116 yaşlı rahibə vəfat edib

01.05.2025 / 11:22
Politico: - “Nəhayət ki,Trampı Putinin onu axmaq yerinə qoymasına inandırdılar”

01.05.2025 / 11:15
Netanyahu və Ərdoğan Azərbaycana gəlirlər - saatlar Bakı vaxtı ilə qurulur...

01.05.2025 / 11:07
Yasamal sakini dəm qazından zəhərlənərək ölüb

01.05.2025 / 11:00
Bu gündən xəstəlik vərəqələri elektron formada veriləcək

01.05.2025 / 10:48
17 yaşı var, "Barselona"da rekord qırır...

01.05.2025 / 10:33
ABŞ və Ukrayna arasında “təbii sərvətlər haqqında” saziş imzalandı

01.05.2025 / 10:24
Rusiya “Şahidlər”lə Odessaya hücum etdi: ölənlər və yaralananlar var.

01.05.2025 / 10:20
Tramp Kamala Harrisin ərini işdən qovub - Ağ Evdən ETİRAF

01.05.2025 / 10:14
Şahzadə Dianaya görə Silvestr Stallone və Riçard Qir qırğına çıxdılar

01.05.2025 / 10:07
Salyanda narkotik tərkibli bitkilər yetişdirən 4 nəfər saxlanılıb

01.05.2025 / 10:00
Milli Məclis bu gün Kamran Əliyevin yenidən Baş prokuror təyin edilməsi barədə təqdimata baxacaq

01.05.2025 / 09:40
Ukrayna ABŞ-la bağlanacaq sazişin şərtlərini açıqlayıb - Baş nazir bir-bir sadaladı...

01.05.2025 / 09:38
QHT yeni layihəyə start verir

01.05.2025 / 09:30
Bu gün Sabunçunun bir çox ərazisi qazsız qalacaq

01.05.2025 / 09:25
Sabirabadda ölümlə nəticələnən yol qəzası olub

01.05.2025 / 09:23
"Müğənni olmaqdansa şəxsiyyətli kişinin xanım olardım" - Mətanət Əsədova

01.05.2025 / 09:23
Beş ildən bir həkimlərin imtahan edilməsinə etirazlar çoxalır...

01.05.2025 / 09:16
“Barselona” - “İnter” görüşü: hərəyə 3 qol...

01.05.2025 / 09:12
Şimali Kiprdə XIX Beynəlxalq Simpozium keçilib

01.05.2025 / 09:06
Ərdoğan təyyarədə Ukrayna barədə danışdı - sülhlə bağlı ümidimizi itirməmişik...

01.05.2025 / 09:00
Bu gündən birinci siniflərə şagird qəbuluna başlanılır

01.05.2025 / 08:44
Mədəniyyət Nazirliyi Qubadakı tarixi abidə ilə bağlı müraciətə cavab verib

01.05.2025 / 08:36
Dərman qıtlaşır, həm də bahalaşır - Bakıda nə düşünürlər...

30.04.2025 / 21:38
Arazın o tayı, bu tayı arasında yeni iqtisadi bağlar qurulur

30.04.2025 / 21:25
Ermənistan-Rusiya-Belarus vahid neft bazarı - 2027-ci ildə nə baş verəcək...

30.04.2025 / 21:11
Dünya QHT-ləri ikili standartlarla mübarizə üzrə Bakıda razılığa gəldilər...

30.04.2025 / 20:57
Əfqanıstanın təhlükəsizlik məsələləri Azərbaycanda müzakirə olunur...

30.04.2025 / 20:44
İrəvan Bakının daha bir tələbini yerinə yetirir - hazırlıq gedir...

30.04.2025 / 20:31
İran, ABŞ, İsrail də Azərbaycanı seçir - Pezeşkianın səfərindən sonra İrəvanda matəmdir...

30.04.2025 / 20:17
Bir ermənipərəst Avropa deputatı Kaya Kallası Azərbaycana qarşı yönəltdi...

30.04.2025 / 20:02
Moskvadan İrəvana yeni təlimat gəlib - Köçəryanla Sarkisyanı heç cür barışdırmaq olmur...

30.04.2025 / 19:48
"Ulduz" metrosunun qabağında camaat 36 saylı marşrutu həsrətlə gözləyir...

30.04.2025 / 19:46
Siyasi dialoq: qazanan kimdir? - TƏHLİL

30.04.2025 / 19:43
Hindistanın baş naziri 9 may paradında iştirakdan imtina etdi

30.04.2025 / 19:42
ABŞ senatoru növbəti Papa kimi Trampı görmək istəyir

30.04.2025 / 19:30
Ermənistan prezidenti gürcü həmkarına Azərbaycanla bağlı yanlış məlumat verdi...

30.04.2025 / 19:16
Müqəddəs “Qurani-Kərim”in qədim əlyazmaları

30.04.2025 / 19:04
Qlobal Cənub QHT-nin ədalətli dünya uğrunda mübarizəsi Bakıda müzakirə olundu...

30.04.2025 / 18:49
6 raund Putin-Tramp müzakirələri tam iflasa uğradı...

30.04.2025 / 18:35
Müəllimlərə 1 il, həkimlərə cəmi 6 ay... Niyə?

30.04.2025 / 18:21
Diaspor təşkilatlarımız və azad rayonlarımızın bərpasında iştirak problemləri...

30.04.2025 / 18:14
Azərbaycan və Küveyt arasında Əməkdaşlıq üçün Birgə Komissiyanın 3-cü iclası keçirildi

30.04.2025 / 18:07
Tbilisidə oxuyan tələbələrimizlə bundan sonra müşavir məşğul olacaq...

30.04.2025 / 17:53
Bu xidmətin haqqını bahalaşdırdılar - peşənin "blatı" qalxacaq...

30.04.2025 / 17:44
Azərbaycanda ötən əsrlərdə ilkin xalça və xalça məmulatı necə hazırlanırdı... - FOTO

30.04.2025 / 17:40
Bir satqın türk alimi ermənilərə saxta genosidi dünyada tanıtmaq yollarını öyrədir...

30.04.2025 / 17:37
İrəvanın ortasında ermənini belə döydülər - VİDEO

30.04.2025 / 17:31
İki nüvə dövləti arasında müharibə başlayır… Hindistan yaxın 24 saat ərzində Pakistana hücum edəcək...

30.04.2025 / 17:26
Paşa Yaqubun yeni kitabçası çap olunub

30.04.2025 / 17:22
Naxçıvanın su təchizatına Prezident şəxsən müdaxilə etdi... Lakin...

30.04.2025 / 17:17
Yunus Oğuzun “TÜRK” etnonimi və törələri” adlı yeni kitabı başa çatıb

30.04.2025 / 17:06
Samarada Stalinin əfsanəvi gizli bunkeri tapıldı...

30.04.2025 / 16:53
Qazaxıstan 9 may paradından və “Müqəddəs Georgi” lentindən niyə imtina etdi?

30.04.2025 / 16:46
Suriyada Hafiz Əsədin məzarı açıldı, sümükləri oğurlandı...

30.04.2025 / 16:27
85 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

30.04.2025 / 16:10
Ceyhun Bayramov Küveytin xarici işlər naziri ilə görüşdü

30.04.2025 / 16:03
Avtomobildə narkotik vasitə daşıyan şəxslər tutuldu

30.04.2025 / 15:46
Pakistandan Hindistana nüvə təhdidi - Onlar üçün 130 nüvə başlığı ayırmışıq...

30.04.2025 / 15:34
Narkomaniyanın yaratdığı fəsadlar

30.04.2025 / 15:26
BMU-da millət vəkilləri ilə tələbələrin görüşü keçirilib

30.04.2025 / 15:19
Bakıda özünü avtomobil yoluna ataraq sürücüləri qorxudub pul qoparan şəxslər peyda olub - DİN xəbərdarlıq etdi

30.04.2025 / 14:49
Gələn ilin sonunadək azad olunmuş ərazilərdə 44 kənd salınacaq...

30.04.2025 / 14:16
Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında bir sıra müəssisələrin açılışını etdi - FOTO

30.04.2025 / 14:12
Rusiya işgəncələrlə öldürdüyü jurnalistin cəsədini Ukraynaya qaytardı

30.04.2025 / 14:10
Kursk bölgəsində 600 Şimali Koreya əsgəri həlak olub

30.04.2025 / 14:02
DİN-dən uşaqların qaçırılması xəbərlərinə reaksiya - iddialar əsassızdır...

30.04.2025 / 13:46
Nömrəsi olmayan avtomobillə xuliqanlıq edən qazi saxlandı

30.04.2025 / 13:34
Nömrəsiz avtomobil idarə edən sürücünün narkotik aludəçisi olduğu ortaya çıxdı

30.04.2025 / 13:21
İran və ABŞ arasında danışıqların növbəti raundu Romada keçiriləcək

30.04.2025 / 13:10
Жёсткий ответ армянскому "генералу" тушёнкаеду - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

30.04.2025 / 12:12
Paşinyanı sıxışdırırlar - həm Qərbdən, həm də Moskvadan...

30.04.2025 / 12:07
Ölkəmizdə distant təhsil xidməti üzrə yeni dövlət standartı qəbul edilib

30.04.2025 / 12:00
"Azərbaycan yaxın dostu olan İsrail ilə münasibətlərin genişlənməsinə xüsusi əhəmiyyət verir"

30.04.2025 / 11:48
Prezident İlham Əliyev Qusarda bağçılıq və soyuducu anbar kompleksinin fəaliyyəti ilə tanış olub

30.04.2025 / 11:43
Gəncədə 400-dən çox qadın süd vəzi xərçəngi ilə əlaqəli tibbi müayinələrə cəlb olunub

30.04.2025 / 11:38
Qeyri-adi müsahibə

30.04.2025 / 11:32
Abdulla Qədirinin "Ötən günlər" əsərinin premyerası keçirilib

Diaspor təşkilatlarımız və azad rayonlarımızın bərpasında iştirak problemləri...

XƏBƏR ARXİVİ

May
B.eÇ.aÇC.aCŞB
2829301234567891011121314151617181920212223242526272829303112345678