Şənbə günü, 15 mart 2025
     

Türkiyə-Ermənistan sərhədində faşist-terror təhlükəsi - Əliyevdən dəqiq eyham...

Image

Elşad Həsənov: "Azərbaycan Prezidentinin bu mesajının çox ciddi əsasları var və Ermənistanın faşist-terror siyasəti bölgə üçün böyük təhlükədir"

Terror dünyanın böyük bəlasına çevrilib və çağımızda terroru dəstəkləyən, onun yayılmasına "ilham" verən konkret dövlətlər var. Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində Yaxın Şərqdəki proseslərə də münasibət bildirib və "Türkiyənin bütün digər sərhədlərində də terrorçuluğa yer olmamalıdır" bəyanatını verib.  

Prezident Əliyev bildirib: "Biz çox şadıq ki, Suriyada dəyişikliklər baş verdi və bu münasibətlə Türkiyə ilə Suriyanın yeni hökuməti arasında mövcud olan əlaqələr, əlbəttə ki, bizi də çox sevindirir. Çünki Suriya Türkiyə ilə həmsərhəd olan ölkədir və hər bir ölkə öz sərhədlərinin kənarında vəziyyəti sabit görmək istəyir".

Prezident vurğulayıb ki, Türkiyənin bütün digər sərhədlərində də terrorçuluğa yer olmamalıdır. "Biz də Türkiyənin müttəfiqi kimi hər zaman istənilən formada onların yanındayıq və bunu Türkiyə tərəfi bilir", - deyə dövlət başçısı əlavə edib.

Prezidentin "Türkiyənin bütün digər sərhədlərində də terrorçuluğa yer olmamalıdır" fikrinə diqqət yetirərkən burada əsas təhlükə yaradan dövlətlərdən birinin Ermənistan olduğu aşkar görünür. 

Bəli, Ermənistan terror ölkəsi kimi tanınır və bu ölkə prezidentlərinin terroru dəstəklədiyi, faşist siyasət apardığı məlumdur. Terroru dövlət siyasətinə çevirən Ermənistanla həmsərhəd olan dövlətlərin hər biri üçün bu böyük bir təhdiddir.  Müstəqil Ermənistanın tarixində olan prezidentlərin hamısı, Levon Ter-Petrosyan da, Robert Köçəryan da, Serj Sarkisyan da faşist ideologiyası əsasında siyasət aparıb. Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində də bildirib ki, müstəqil Ermənistan dövləti, əslində faşist dövlətdir: "Çünki əgər bu ölkəyə 30 ilə yaxın faşist ideologiyasının daşıyıcıları rəhbərlik ediblərsə, bu ölkəni onlar elə özləri kimi də formalaşdırıblar. İndi baxın, Ermənistanın birinci prezidentinin irqçi və faşist açıqlamaları nə dərəcədə eybəcərdirsə, bir o qədər də təhlükəlidir. O, etnik təmizləməni bir qürur mənbəyi kimi qələmə verir, azərbaycanlıların öz tarixi dədə-baba torpaqlarından qovulması ilə öyünür. Sadəcə olaraq, bu videomaterial, necə deyərlər, indi ictimailəşdirildi..."

Ermənistan prezidentlərinin faşist siyasəti nəticəsində azərbaycanlılar öz tarixi yurdlarından zorla qovulublar, soydaşlarımıza qarşı etnik təmizləmə siyasəti həyata keçirilib, nəticədə bu ölkə monoetnik dövlətə çevrilib. Petrosyanın, Köçəryanın, Sarkisyanın faşist əməlləri məlumdur. Ermənistanın birinci prezidenti Ter-Petrosyanın qalmaqallı açıqlaması hər kəsin yadındadır, 31 il sonra o, həyata keçirdikləri cinayət əməllərini açıqladı, faşist siyasətlərini öz dili ilə ifşa etdi. Yəni Petrosyandan tutmuş Paşinyana qədər Ermənistanın bütün rəhbərləri faşizm siyasətinə qulluq edib.  

Prezident "Türkiyənin bütün digər sərhədlərində də terrorçuluğa yer olmamalıdır" bəyanatı ilə nə demək istəyib?

Siyasi ekspert Elşad Həsənov "Bakı-Xəbər"ə şərhində bildirdi ki, Prezident İlham Əliyevin bu fikirləri tamamilə əsaslıdır və Türkiyə ilə sərhəddə yerləşən dövlətlərdən biri terror ölkəsi Ermənistandır. "Azərbaycan Prezidentinin bu mesajının çox ciddi əsasları var və Ermənistanın faşist-terror siyasəti bölgə üçün böyük təhlükədir.

 Çünki Türkiyə ilə də sərhəddə yerləşən Ermənistan uzun illərdir terror siyasəti həyata keçirir və bu da  bütün bölgə üçün ciddi təhdid yaradır. Heç şübhəsiz ki, Türkiyə-Ermənistan sərhədində faşist-terror təhlükəsi gözlənilməz deyil.  

Əlbəttə, söhbət ondan gedir ki, 30 ildən yuxarıdır Ermənistana rəhbərlik edən şəxslərin fəaliyyəti faşist ideologiyası əsasında qurulub. Biz o faşist siyasətinin əyani şahidi olmuşuq. Ermənistan rəhbərliyinin göstərişi ilə soydaşlarımız etnik təmizləməyə, deportasiyaya məruz qalıblar. Bu baxımdan hesab edirəm ki, Ermənistanın faşist siyasəti Türkiyə üçün də terror təhlükəsi deməkdir".

E.Həsənov qeyd etdi ki, bu gün dünyanın diqqəti Yaxın Şərqə yönəlib, çünki Suriyada Əsəd rejimi devrildi, orda yeni dünyəvi dövlətin qurulması üçün bütün ölkələr onlara dəstək göstərmək istəyir. "Əsas isə Suriya xalqının yanında olan Türkiyədir. Türkiyənin dəstəyi, məhz son dövrlər onlara verdiyi siyasi, iqtisadi, hərbi yardım nəticəsində Əsəd rejimi devrildi, bu rejimin arxasında duran qüvvələr darmadağın edildi, onlar Suriyadan çıxarılırlar. Bu da aydındır ki, Əsəd rejiminə İran və Rusiya dəstək verirdi, onlar da, necə deyərlər, Əsədi qoyub qaçdılar, Əsəd də qaçmağa məcbur oldu. Azərbaycan Prezidentinin bildirdiyi kimi, doğrudan da bizim Əsəd rejimi ilə işbirliyimiz yox idi. Çünki onlar Ermənistanın yanında idilər və Ermənistanla birləşib Azərbaycana qarşı müəyyən işlər aparırdı. Prezidentin də bildirdiyi kimi, Suriyada bizim səfirliyimiz bağlanmışdı, işləmirdi, əlaqələr tamam pozulmuşdu. Ona görə ki, Əsəd rejimi erməniyönümlü siyasət aparırdı. Buna səbəb də onun arxasında duran qüvvələr - Rusiya və İran idi. İran onlardan tələb edirdi ki, onlar belə siyasət aparsınlar. Bu da Əsəd rejiminin sonunu gətirib çıxardı. Suriya bizim üçün həm də ona görə önəmlidir ki, böyük şairimiz İmadəddin Nəsimi Hələbdə dəfn olunub, onun məzarı ordadır. Bizim müqəddəs yerimizdir. Eyni zamanda Suriyada çoxlu Azərbaycan kökənli insanlar yaşayıblar. Şamaxıda böyük zəlzələ olanda ora böyük köç gedib, Şirvandan da həmçinin. Orda bizim bacı-qardaşlarımız yaşayır. Azərbaycan Prezidentinin də dediyi kimi, biz Türkiyə ilə birgə Suriyanın yanındayıq və onlara dəstək göstərməyi özümüzə borc bilirik. Biz ora humanitar yardım göndərdik, Azərbaycan nümayəndələri də orda iştirak etdilər, görüç keçirdilər. Bundan sonra da, hesab edirəm ki, biz Türkiyə ilə birgə Suriyaya lazımı köməkliyi edəcəyik. Çünki Suriyasının indiki lideri artıq Suriyada dünyəvi dövlətin qurulmasını, terrorun dayandırılmasını, digər ölkələrlə xoş qonşuluq münasibətlərinin yaranmasını istəyir. Qadınların hüquqlarının qorunması və sair məsələlərlə bağlı apardığı danışıqlar, Avropa ölkələrinin xarici işlər nazirləri ilə keçirdikləri görüşlər onu deməyə əsas verir ki, Suriya artıq yeni bir dövrə qədəm qoyur. Burda da ilk növbədə onlara dəstək olan Türkiyədir və Azərbaycandır. Bu mənada hesab edirəm ki, Suriyada, bütövlükdə Yaxın Şərqdə vəziyyət getdikcə düzələcək. Baxmaraq ki, orda gərginliklər var, İsrail Suriyanın bəzi yerlərini işğal edib, Türkiyə də bu haqda öz fikirlərini bildirib. Türkiyə ilə İsrailin qarşı-qarşıya gəlməsi çox pis ola bilər, çox böyük müharibəyə səbəb olar. Bundan qaçmaq üçün Türkiyə böyük cəhdlər göstərir ki, İsrail öz qoşunlarını Suriya ərazisindən çıxarsın, Suriyada sabit və inkişaf etmiş bir dövlət qurulsun".   

E.Həsənov qeyd etdi ki, Suriyada terrorun ayağının kəsilməsi, əlbəttə, Türkiyə ilə sərhəddə əminamanlıq deməkdir. Türkiyənin terrora qarşı ciddi mübarizə apardığını deyən E.Həsənov qeyd etdi ki, bölgədə terrorun kökü kəsilməlidir. Ekspertə görə, Ermənistan terrorunun geniş "vüsət" almasında, əlbəttə, Bəşər Əsəd rejiminin də dəstəyi olub və erməni terrorçuların, terror batalyonlarının bir çoxu Suriya ərazisində təlimlər keçib, ordan bizim bölgəyə nəql ediliblər. E.Həsənov onu da vurğuladı ki, bu gün Bəşər Əsəd terroruna son qoyulub və növbə Ermənistanın terror siyasətidir, onun da dayandırılması vacibdir. 

Türkiyə ilə sərhəddə  terrorçuluğun olmamasının çox mühüm əhəmiyyət kəsb etdiyini deyən siyasi ekspert bildirdi ki, Azərbaycan Prezidentinin müsahibəsində Yaxın Şərq məsələsinə toxunulması, eləcə də Türkiyə ilə bağlı fikirlər səsləndirilməsi bizim qardaş ölkə ilə birgə hərəkətlərimizin həm də gələcək inkişaf strategiyasını müəyyən edir: "Biz bu yöndə də işlərimizi davam etdirəcəyik".

İradə SARIYEVA




DİGƏR XƏBƏRLƏR

VİDEO

SON XƏBƏRLƏR

15.03.2025 / 08:44
Ədliyyə Nazirliyinin bu ideyası rəğbət qazanmadı - boşanmaq istəyənlərə nə psixoloq?

15.03.2025 / 01:27
Putin Trampın Kurskda mühasirədəki ukraynalı əsgərlərin bağışlanması xahişinə cavab verdi – silahı yerə qoyub təslim olsunlar...

14.03.2025 / 23:18
Leyla Əliyeva və Arzu Əliyeva şəhid anaları ilə iftar məclisində... - FOTO

14.03.2025 / 22:18
Tramp bunu da etdi – Putinlə birləşib dezinformasiya yayırlar...

14.03.2025 / 22:13
Paşinyan 2 mübahisəli sülh maddəsini niyə təsdiqlədi və niyə mövqeyindən çəkildi?...

14.03.2025 / 22:07
Estoniya kəşfiyyatı Trampı təkzib etdi, - Ukrayna ordusu Kurskda mühasirəyə düşməyib...

14.03.2025 / 21:40
Leyla Əliyeva və Arzu Əliyeva UNEC-də distant Çin dili təhsili alan tələbələrlə görüşüblər - FOTO

14.03.2025 / 21:37
Konqresin ermənilərə satılmış üzvləri Trampın dövründə bir-bir vurulur...

14.03.2025 / 21:23
Ermənistan tezliklə konstitusiyanı da dəyişməli olacaq...

14.03.2025 / 21:21
C.Vensdən əl çəkmirlər bu dəfə də vitse prezidenti konsertdə fitə basdılar

14.03.2025 / 21:14
Harutyunyan məhkəmədə Vardanyanla bağlı danışdı

14.03.2025 / 21:09
Türkiyə jurnalistindən ziyanlı fikir - Azərbaycan-Türkiyə münasibətləri ABŞ-İsrail münasibətləri kimidir?...

14.03.2025 / 20:56
Yeni dünya düzənində Rusiya Azərbaycanla daha fərqli işləməli olacaq...

14.03.2025 / 20:55
Harutyunyan: "Qondarma rejimdə “bank sistemi” Ermənistan Mərkəzi Bankı tərəfindən idarə olunurdu" - MƏHKƏMƏ + FOTO

14.03.2025 / 20:42
Ermənistanla saziş Xocalı genosidi barədə beynəlxalq iddialara kölgə salmayacaq...

14.03.2025 / 20:28
Azərbaycan kəşfiyyatı Ermənistanda AB-nin sərhəd missiyasını tam deşifrə etdi...

14.03.2025 / 20:20
Tramp Putinlə Kursk vilayətində mühasirədə olan Ukrayna qoşunlarını müzakirə edib

14.03.2025 / 20:15
Ermənistanın üzdə sülh ritorikası - altda müharibə hazırlığı... Təlimatçıların yeni oyunu...

14.03.2025 / 20:01
Avropa Birliyinin Qafqaz siyasəti böhrana dirəndi - çıxış yolu var...

14.03.2025 / 19:47
BMT Avropa Parlamentinin anti-Azərbaycan mövqeyini kəskin vurdu...

14.03.2025 / 19:34
Blinken Azərbaycan-ABŞ münasibətlərini necə pozdu...

14.03.2025 / 19:20
Ermənistan sərhəd boyunca öz ərazisində demilitarizasiya zonası yaratmalıdır...

14.03.2025 / 19:11
“Hər dəfə yuxuma girəndə mənə deyir ki, bibi, ağlama, mən ölməmişəm”

14.03.2025 / 19:02
BMT-nin islah olunmasında Bakı Forumu təsirli rol oynayacaq...

14.03.2025 / 18:48
Ermənistan bu 2 şərti icra etməsə, saziş imzalanmayacaq...

14.03.2025 / 18:41
Tramp Kruskda mühasirəyə düşən minlərlə Ukrayna əsgəri ilə bağlı Putindən xahiş etdi - Bu, ən dəhşətli qırğın ola bilər...

14.03.2025 / 18:37
Bakıda saxta dollar əməliyyatı - 3 nəfər saxlandı, polis digər dəstə üzvlərinin də izinə düşdü + FOTO

14.03.2025 / 18:33
Avroparlament Azərbaycana daha bir düşmənçilik etdi - Vardanyan və digərləri hərbi əsir ola bilməz...

14.03.2025 / 18:22
"Tramp administrasiyası dövründə ABŞ ilə münasibətlərimizin və güclü tərəfdaşlığımızın yenidən qurulmasına çox nikbin baxırıq" - Prezident

14.03.2025 / 18:19
Prezident İlham Əliyev: "Qarabağda olan münaqişə beynəlxalq hüquq, tarixi ədalət əsasında həllini tapmış yeganə münaqişədir"

14.03.2025 / 18:19
Ermənistanla sülh sazişi uğrunda mübarizə dövlətçilik tariximizdə mühüm sənəd kimi...

14.03.2025 / 18:18
"Biz növbəti hərbi qarşıdurmanı istisna edəcək əhatəli təhlükəsizlik mexanizmləri yaratmalıyıq" - Prezident

14.03.2025 / 18:15
Prezident İlham Əliyev: "Milli maraqlarımız məsələsində biz heç kəsə və ya heç bir təsisata arxalanmamışıq"

14.03.2025 / 18:14
"Azərbaycanın gələcəyini daxili resurslar hesabına qurması baxımından böyük təcrübəsi var" - Prezident

14.03.2025 / 18:11
Harutunyan Gəncənin bombalanması barədə məlumatı Ermənistanın baş qərargah rəisindən aldığını bildirdi

14.03.2025 / 18:05
Avroparlament yol pulu və bilet pulu rüşvətindən batır...

14.03.2025 / 18:04
İlham Əliyev - "Sovet dövründə olduğu kimi... yaşamağa çalışmalıyıq" - FOTO

14.03.2025 / 17:52
Ermənistan sülh sazişi mətninə nə qədər sadiq qalacaq...

14.03.2025 / 17:40
Hikmət Hacıyevin bu təklifi elə Paşinyanın özünə də sərfəlidir...

14.03.2025 / 17:27
Azərbaycanın enerji sərvətlərinə məsuliyyətli münasibətin böyük nəticəsi...

14.03.2025 / 17:20
Novruz səyahətində "Nar" rouminqi ilə sevdiklərinə yaxın ol!

14.03.2025 / 17:14
Ərazilərimiz işğal altında olarkən Qarabağda istehsal edilən məhsullar xarici ölkələrə “Ermənistan məhsulları” adı altında satılıb

14.03.2025 / 17:10
NATO da Trampı dəstəklədi - dünyanın gözü qarşısında Qrenlandiyanı ilhaq edəcəklər...

14.03.2025 / 16:57
Sabunçuda əməliyyat - Özünü əcnəbi vətəndaş kimi təqdim edən narkotacir yaxalandı - FOTO/VİDEO

14.03.2025 / 16:50
"Azərbaycanın bunun da öhdəsindən gələcəyinə inamım tamdır" - Volkan Bozkır

14.03.2025 / 16:44
“Yeni dünya düzənində orta güclər” Bakı Forumunda müzakirə edildi

14.03.2025 / 16:31
Milli Məclis Nazirlər Kabinetinin hesabatını qəbul etdi

14.03.2025 / 16:26
Məhkəmə işdən azad edilən məktəb direktorunun Dövlət Agentliyinə qarşı iddiasını rədd etdi...

14.03.2025 / 16:15
Sahakyan: "Azərbaycanın işğal edilmiş ərazilərində “İskəndər M”, “Toçka U” kimi silahlar olmayıb"

14.03.2025 / 16:10
Qəzzalıların başı dərddə - Tramp və Nitanyahu onları Afrika ölkələrinə köçürür

14.03.2025 / 16:07
Bakıda “Qədim insan məskənlərinin mühafizəsi: təhdidlər və müasir yanaşmalar” mövzusunda beynəlxalq elmi konfrans keçirilir

14.03.2025 / 15:56
Korrupsiya... İdarəsi Endokrinoloji Mərkəzdə yoxlamalara başladı... Şok faktlar ortaya çıxdı...

14.03.2025 / 15:50
"Avropa Şurası Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşmasına tam dəstək verir" - Baş katib

14.03.2025 / 15:41
Bako Sahakyan: "Qondarma rejimin “ordusu” Ermənistan Silahlı Qüvvələrinin ən böyük silahlı birləşməsi idi"

14.03.2025 / 15:33
Qlobal Bakı Forumunda sülhə gedən yol mövzusu müzakirə olundu

14.03.2025 / 15:17
"Qarabağa silah-sursat Ermənistandan gətirilirdi" - Bako Sahakyan

14.03.2025 / 15:09
Stiven Vitkoff Moskvadan sonra Bakıya gəlib

14.03.2025 / 15:03
Əhliman Əmiraslanov Qırğızıstan Joqorku Keneşinin komitə sədri ilə görüşdü - FOTO

14.03.2025 / 15:02
Polis Binəqədidə əməliyyatlar keçirdi - 22 kq narkotik, silah, sursat...

14.03.2025 / 14:56
"Ermənistanda revanşist qüvvələrin mövcudluğunu sülh üçün ciddi risk hesab edirik" - Nazir müavini

14.03.2025 / 14:46
Həqiqi hərbi xidmətin müddətinin azaldılması qəbul edilmədi - Səbəbi də açıqlandı

14.03.2025 / 14:43
"Ermənistanın sürətlə silahlanma siyasətini aparması bölgə üçün ciddi risk təşkil edir" - XİN rəsmisi

14.03.2025 / 14:35
Ukraynanın keçmiş birinci xanımı Nizami Gəncəvi Beynəxalq Mərkəzinə təşəkkür etdi

14.03.2025 / 14:18
Mladen İvaniç: "Orta və kiçik güclər ümumi nöqtədən çıxış etsələr, nəticə ala bilərlər"

14.03.2025 / 13:58
Gürcüstan Bakı ilə İrəvan arasında sülh sazişinin maddələri üzrə danışıqların başa çatmasını alqışlayır

14.03.2025 / 13:51
"Azərbaycan aktiv diplomatik təşəbbüslər nümayiş etdirir" - Nazir müavini

14.03.2025 / 13:44
Ağdama ilin sonunadək 10 minə yaxın əhali köçürüləcək...

14.03.2025 / 13:34
Berbok: "Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi ilə bağlı razılıq xəbəri ümidvericidir"

14.03.2025 / 13:21
"Fransa kimi bəzi dünya dövlətləri müharibələrin qarşısını almaq istəmir" - Bülənt Arınç

14.03.2025 / 12:57
"Davamlı və ədalətli sülh istəyiriksə, bu, beynəlxalq hüquqa əsaslanmalıdır" - Miroslav Layçak

14.03.2025 / 12:34
Ermənsitan və Azərbaycana əlavə dəstək göstərməyə hazırıq - Aİ bəyanat yaydı...

14.03.2025 / 12:23
"Avropa İttifaqı öz müdafiə imkanlarına kifayət qədər investisiya yatırmayıb" - Xorvatiyanın sabiq prezidenti

14.03.2025 / 12:10
Britaniya Azərbaycana ilk dəfə müdafiə attaşesi təyin edib

14.03.2025 / 12:06
Daha 24 ailə Ballıca kəndinə köçürüldü

14.03.2025 / 12:00
"Ötən il əhalinin hər nəfərinə düşən ÜDM 3,6 faiz artıb" - Baş nazirdən açıqlama

14.03.2025 / 11:54
BMT-nin İnsan Hüquqları Ali Komissarlığının yekun rəyi açıqlandı - Vardanyanın iddialarının heç biri öz təsdiqini tapmadı...

14.03.2025 / 11:29
Revanşistlər Ermənistan-Azərbaycan sülh sazişi razılaşmasını həzm edə bilmədilər

14.03.2025 / 11:25
Azərbaycan Ermənistanla birgə bəyanatdan imtina etdi

14.03.2025 / 11:19
Paşinyan sərhədlərdə üçüncü qüvvə barədə fikrini niyə dəyişdi?

14.03.2025 / 11:12
Aprelin 1-dən Səmərqəndə uçuşlar bərpa edilir - AZAL

14.03.2025 / 11:05
"Bu, zəruri və mühüm addımdır” -rəsmi Tehrandan AÇIQLAMA

Ermənistanla sülh sazişi uğrunda mübarizə dövlətçilik tariximizdə mühüm sənəd kimi...

XƏBƏR ARXİVİ

Mart
B.eÇ.aÇC.aCŞB
242526272812345678910111213141516171819202122232425262728293031123456