Cümə axşamı günü, 13 mart 2025
     

Avrokomissiya prezidentinin COP29 vədinə xəyanəti açıldı...

Image

Xəyal Bəşirov: "Ursula fon der Leyen ya Makronun bu rəzil çağırışına qulaq asıb COP29-a gəlməyib, ya da..."

Azərbaycanın ev sahibliyi ilə keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı bəzi Avropa ölkələrinin və Avropa təşkilatlarının tutduğu qərəzli və düşmənçilik mövqeyini bütün dünya gördü. 

Bildiyimiz kimi, COP29-da iştirakdan yayınanlardan biri Avropa Komissiyası Prezidenti oldu ki, onun bu tədbirdə iştirak etməməsinin səbəblərini Azərbaycan Prezidenti İlham Əliyev  yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində ifşa edib: "Bildiyimə görə, bu (COP29), Avropa Komissiyasının Prezidentinin iştirak etmədiyi ilk COP oldu. Halbuki, onun iştirakı bir neçə ay əvvəl artıq təsdiq edilmişdi".

COP29-un təşkilat komitəsinin Avropa Komissiyası ilə təmas qurduğunu və qarşı tərəfə Bakıya səfər etmək üçün kifayət qədər vaxtın olduğunu bildirdiyini qeyd edən Prezident Əliyev  diqqətə çatdırıb: "Ancaq yenə də bu mesaja Avropa Komissiyası tərəfindən əhəmiyyət verilmədi. Əlbəttə bu, COP29-un keçirilməsinə xələl gətirmədi, ancaq COP-a üzv olan tərəf kimi Avropa Komissiyasının iştirak etməməsi çoxsaylı suallar doğurur".

Göründüyü kimi, Prezident Əliyev Avrokomissiya prezidentinin  COP29 vədinə xəyanətinin üstünü açdı və onun bu tədbirdə iştirak etməməsinin çoxsaylı suallar yaratdığını bəyan etdi. 

"Avropa Komissiyası prezidentinin bu xəyanəti  onların özünün,  ümumilikdə bəşəriyyətin, insanlığın tarixində həmişə qara səhifə kimi qalacaq"

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov bu məsələ ilə bağlı "Bakı-Xəbər"ə şərhində bildirdi ki, Prezidentin ölkə televiziyalarına verdiyi ənənəvi geniş müsahibə zamanı toxunduğu məqamlardan biri də COP29 tədbirinin keçirilməsi vaxtı öncədən tədbirdə iştirakı təsdiqlənsə də, sonradan o tədbirdə iştirak etməyən Avropa Komissiyasının prezidenti Ursula fon der  Leyenlə bağlı idi. "Əslində, Avropa Komissiyası ilə Azərbaycanın əməkdaşlığının vəziyyəti hər birimizə bəllidir. Bu həmin Avropa Komissiyasıdır ki, İkinci Qarabağ müharibəsində Azərbaycanın əldə etdiyi uğurdan, qələbədən, bölgədə formalaşdırdığı yeni reallıqlardan sonra Azərbaycana səfər etdi. Müharibədən sonra Ursula fon der  Leyen Azərbaycan Prezidenti  ilə Bakıda Avropa İttifaqına üzv olan dövlətlərə, ümumiyyətlə Avropa coğrafiyasına Azərbaycan qazının tədarükünün artırılması ilə bağlı razılaşma imzaladı. Yəni bu, müharibədən sonra baş verən bir prosesdir. Sonra da bir neçə təmaslar və görüşlər olub. Düşünürəm ki, Ursula fon der  Leyenin COP29 tədbirində iştirak etməməsi ilə bağlı məsələyə Prezident İlham Əliyevin toxunması maraqlı nüansdır. Ölkə başçısı müsahibə zamanı Avropa Komissiyası ilə əlaqədar təkcə bu məsələyə deyil, bir neçə məqamlara toxdu. Prezident bir məqamı vurğuladı ki, bu, Avropa Komissiyasının prezidentinin iştirak etmədiyi yeganə COP tədbiri olub. Adından da göründüyü kimi, COP29 BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası idi. Yəni bundan əvvəl dünyanın ayrı-ayrı ölkələrində keçirilən bütün 28 sessiyanın hamısında Avropa Komissiyasının prezidenti iştirak edib. Amma ilk dəfə idi ki, Bakıda keçirilən COP29 tədbirində Avropa Komissiyasının prezidenti iştirak etmədi. Baxmayaraq ki, əvvəlcədən onun iştirakı təsdiqlənmişdi. Onlar Ursula fon der  Leyenin bu tədbirdə iştirak etməməsinin səbəbini Avropa Komissiyası daxilində gedən müəyyən proseslərlə, vaxt məhddiyyəti ilə əlaqələndirsələr də, əslində bununla əlaqədar deyildi. Ölkə başçısı o məqama da toxundu ki, COP29 tədbiri bir-iki, üç gün deyil, iki həftə ərzində keçirildi. Burda 200-ə yaxın dövlətin nümayəndələri qeydiyyatdan keçdi, 70 mindən artıq insanın iştirakı baş tutdu, eyni zamanda 80-ə qədər dövlət və hökumət başçısı iştirak etdi. İki həftə ərzində BMT-nin Baş katibinin belə iki dəfə bu tədbirə qatılması bir daha ondan xəbər verir ki, Avropa Komissiyasının prezidentinin də o tədbirdə iştirak etməyə iki həftə ərzində kifayət qədər vaxtı vardı. Təbii, iştirak etmək istəyən iştirak edir, vaxt məhduiyyəti bəhanədir. Bu nə ilə bağlı idi? Bu, Avropa Komissiyasının, Avropa coğrafiyasının Azərbaycana qarşı səfərbər olunan qüvvələrinin təsiri altında atılan addımdır. Avropa Komissiyasının rəhbərinin COP29 tədbirində iştirak etməməsinin əsl səbəbi bu qurumun yürütdüyü antiazərbaycan siyasətilə bağlıdır". 

X.Bəşirov qeyd etdi ki, Prezident müsahibəsində  hətta Fransa prezidenti E.Makronun ayrı-ayrı dövlətlərin liderlərinə, prezidentlərinə şəxsən zəng vuraraq Azərbaycanda keçirilən COP29-da iştirak etməmələrini xahiş etməsi məsələsinə də toxundu. "Bu qədər cılız, bu qədər rəzil addımın atılması bir daha ondan xəbər verir ki, Makron adminstasiyası həqiqətən də ümumiyyətlə Azərbaycanın əldə etdiyi uğurlarla bağlı prosesi həzm edə bilmir. Bu onun üçün ən ciddi narahatedici məqamlardan biridir. Halbuki, belə olmamalıdır. Belə çıxır ki, Makronun zəng vurub COP29-da iştirak etməməsini xahiş etdiyi liderlərdən biri də Avropa Komissiyasının prezidneti olub. Digər liderlərin etdiyinin əksinə olaraq, Ursulla fon der Leyen ya Makronun bu rəzil çağırışına qulaq asıb COP29-a gəlməyib, ya da bu onun özünün də ürəyindən keçib.  

Eyni zamanda ölkə başçısının toxunduğu digər bir məqam da, ötən ilin aprelindən reallaşan yeni bir antiazərbaycan platforması ilə əlaqədar idi. Bu nə ilə bağlıdır? Bu, aprelin 5-də Azərbaycanın iştirakı olmadan keçmiş münaqişə tərəflərindən biri olan Ermənistanın iştirakı ilə Cənubi Qafqazda baş verən proseslərin müzakirəsini həyata keçirmək niyyətini ortaya qoyan ABŞ, Avropa Komissiyası və Ermənistanla üçtərəfli qaydada Brüsseldə keçirilmiş görüşlə əlaqədar idi.  Dövlət başçısı burda bir maraqlı məqama toxundu ki, bu görüş, bu platforma artıq həm ABŞ-ın, həm də Avropa Komissiyasının Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesindən kənarlaşdırılmasına gətirib çıxardı. Yəni ölkə başçısının qeyd etdiyinə görə, əgər onlar Azərbaycansız bir platforma reallaşdırmaq istəyirlərsə artıq onlar üçün Azərbaycanla müzakirələrin aparılması önəm kəsb etmir. Artıq o məntiqə gətirib çıxarır ki, Azərbaycan üçün də onların hər hansı bir platformanı ortaya qoyması hər hansı bir önəm kəsb etmir. Prezident o məqama da toxundu ki, ABŞ Dövlət katibinin təşəbbüsü ilə üçtərəfli görüşün keçirilməsi reallaşmadı. Çünki artıq Azərbaycan ABŞ-ın Avropa Komissiyası ilə birgə qeyri-neytral, ədalətsiz mövqe tutmasını anladıqdan sonra onlarla hər hansı bir platformada müzakirələrin aparılmasını əhəmiyyətli hesab etmir. Təbii ki, bu məqam da Avropa Komissiyası rəhbərliyinin tutduğu mövqeni ortaya qoyur".

X.Bəşirovun fikrincə, Ursula fon der Leyenin COP29 tədbirində iştirak etməməsi əslində bir tarixi hadisə oldu. O qeyd etdi ki, Azərbaycan bu tədbiri uğurlu şəkildə reallaşdırdı və ona ev sahibliyi etdi. "Bu, Azərbaycanın tədbiri deyildi, BMT-nin tədbiri idi. Dünya, insanlıq, bəşəriyyət üçün ciddi fəlakətlərlə müşayiət olunan, yaşana   biləcək iqlim dəyişmələri ilə mübarizə çərçivəsində Avropa Komissiyası kimi önəmli bir təsisatın prosesdən imtina etməsi bir daha ondan xəbər verir ki, belə təsisatlar dar çərçivədə hansısa maraqlara xidmət edir. Onlar əslində nizamnamələrində, əsasnamələrində qarşıya qoyulan məqsədlərə xidmət etmirlər. Bu da onu deməyə əsas verir ki, Avropa Komissiyası prezidenti COP29 vədinə xilaf çıxmaqla, ona xəyanət etməklə, əslində Azərbaycana deyil, ümumilikdə bəşəriyyətə, insanlığa, onun iqlim dəyişmələri ilə bağlı çox ciddi problemin həlli ilə bağlı müzakirələr platformasına xəyanət etmiş oldu. Avropa Komissiyası prezidentinin bu xəyanəti  onların özünün,  ümumilikdə bəşəriyyətin, insanlığın tarixində həmişə qara səhifə kimi qalacaq"-deyə X.Bəşirov əlavə etdi.

İradə SARIYEVA 




DİGƏR XƏBƏRLƏR

VİDEO

SON XƏBƏRLƏR

13.03.2025 / 19:11
Azad rayonlarımızda geniş məktəb, bağça şəbəkəsi yaradılıb - az vaxtda 2 min şagird...

13.03.2025 / 18:57
"Dermovate" məlhəminin qiyməti bəzi apteklərdə birdən-birə 16 manata qaldırılıb...

13.03.2025 / 18:42
Baş nazirin uşaqlarla bağlı qərarında yeni hansı tələblər var?..

13.03.2025 / 18:28
Anarın məhkəməyə verdiyi yazıçı “sonadək mübarizə” deyir...

13.03.2025 / 18:16
Trampla Xamneyinin arasında məktub məsələsi əsl müəmmaya dönüb...

13.03.2025 / 18:11
Makron Rusiyanın dondurulmuş 230 milyardına göz dikdi – Trampın yanında başqa söz demişdi…

13.03.2025 / 18:08
XİN Ermənistanla saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığına dair bəyanat yaydı

13.03.2025 / 18:03
Qukasyan qondarma rejimin “büdcə”sinin Ermənistanın tərəfindən formalaşdırıldığını etiraf etdi

13.03.2025 / 17:58
Fransa 113 peykin casusluq imkanlarını Ermənistana açıb - Bakıya qarşı...

13.03.2025 / 17:45
ABŞ-ın “əvvəlki sərhədlər olmayacaq” şərtində ədalətli Moskva-Kiyev sülhü mümkündür?..

13.03.2025 / 17:39
Ermənistan XİN də təsdiqlədi - sülh sazişinin mətni üzrə danışıqlar yekunlaşıb

13.03.2025 / 17:32
“Azərbaycan qlobal miqyasda sivilizasiyalararası dialoq və əməkdaşlıq mərkəzinə çevrilib” - Vüqar Rəhimzadə

13.03.2025 / 17:29
Ermənilər Türkiyə jurnalistlərini Marqara keçidinə apardılar - “keçid tam hazırdır” mesajı...

13.03.2025 / 17:16
Xristian "liderlər" Bakıda erməni məhkəməsi ilə bağlı Trampı təxribata çəkirlər...

13.03.2025 / 17:10
Milli Məclis hərbi cinayətlər törətməkdə təqsirləndirilən şəxslərlə bağlı beynəlxalq parlament təşkilatlarına məktub göndərdi

13.03.2025 / 17:05
Ermənistan Azərbaycanın qalan iki təklifini də qəbul etdi - Sülh sazişinin mətni ilə bağlı danışıqlar prosesi yekunlaşdı...

13.03.2025 / 16:57
Prezident İlham Əliyev Fatih Birola “Dostluq” ordenini təqdim edib

13.03.2025 / 16:55
Prezident İlham Əliyev BMT-nin Ticarət və İnkişaf Konfransının baş katibini qəbul edib

13.03.2025 / 16:41
Neft Emalı Zavodundakı yanğınla bağlı DTX-də cinayət işi başlandı

13.03.2025 / 16:29
"Dünya mövcud münaqişələri dayandırmalı və danışıqlar masası arxasına əyləşməlidir" - ARTOC direktoru

13.03.2025 / 16:25
"Biz milli maraqlarımızı müdafiə edirik, eyni zamanda, digərlərinin maraqlarına hörmət bəsləyirik" - Ceyhun Bayramov

13.03.2025 / 16:18
Ağdamda insana aid olduğu ehtimal edilən sümüklər tapıldı

13.03.2025 / 16:17
Prezident İlham Əliyev Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunu qəbul edib

13.03.2025 / 15:48
Qlobal Bakı Forumunda “Geosiyasi dəyişmələr: Məsuliyyətli tərəfdaşlıq rəqabətə qarşı” adlı panel keçirilib

13.03.2025 / 15:42
“TÜRK” etnonimi və törələri - YUNUS Oğuz yazır

13.03.2025 / 15:35
Prezident İlham Əliyev Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru qəbul edib - FOTO

13.03.2025 / 15:25
Trampı fələstinli sözünə görə yıxıb sürüdülər...

13.03.2025 / 15:23
HƏMAS İsrailin işğalına müqavimət göstərəcəyini bəyan edib

13.03.2025 / 15:14
Prezident İlham Əliyev Bolqarıstanın xarici işlər nazirini qəbul edib - FOTO

13.03.2025 / 15:12
"Aİ-də bir çox məsələlərdə birlik yoxdur, Avropa ekzistensial böhrandadır" - Sabiq nazir

13.03.2025 / 15:05
Vidadinin ürəyi Vətənlə döyünürdü...

13.03.2025 / 14:57
Masallıda polis əməliyyat keçirdi, 10 kiloqram narkotik aşkarlandı

13.03.2025 / 14:43
“Vaşinqton İsrailin Azərbaycanla əməkdaşlığından dərs almalıdır” - ABŞ beyin mərkəzi

13.03.2025 / 14:37
"Qlobal səviyyədə idarəçilik dəyişməlidir" - Çinin xüsusi nümayəndəsi

13.03.2025 / 14:32
"Parçalanmış dünyada yeni güclər səhnəyə çıxmaqdadır" - Çavuşoğlu

13.03.2025 / 14:25
Jelka Tsviyanoviç: "Xll Bakı Qlobal Forumundakı çağırışlar fürsətə çevrilə bilər"

13.03.2025 / 14:12
"Onların mühakiməsi davam etdiriləcək" - Prezidentin köməkçisi

13.03.2025 / 14:06
Prezidentin köməkçisi: "Avropa İttifaqının bizim regionla bağlı yeni siyasətini görmək istəyirik"

13.03.2025 / 13:54
"Forum geniş fikir müxtəlifliyini təmsil edən insanları bir araya gətirib" - Latviyanın sabiq Prezidenti

13.03.2025 / 13:40
"Azərbaycana qarşı vuruşan "Daşnak" adlandırılan taborda Ermənistan vətəndaşları da var idi" - Ermənistan ordusunun generalı

13.03.2025 / 13:36
"Azərbaycan Cənubi Qafqazda ölkələrin ərazi bütövlüyünə və suverenliyinə əsaslanan yeni status-kvonun əsasını qoyub" - Hikmət Hacıyev

13.03.2025 / 13:32
Prezident İlham Əliyev Albaniya Prezidenti ilə görüşdü - YENİLƏNDİ

13.03.2025 / 13:31
Hikmət Hacıyev: "Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları hələ də davam edir"

13.03.2025 / 13:23
"Minsk qrupuna bu gün heç bir ehtiyac yoxdur, ola da bilməz" - Hikmət Hacıyev

13.03.2025 / 13:20
"Biz çoxqütblü dünyaya hərtərəfli dəstəyimizi göstərməliyik" - Şarl Mişel

13.03.2025 / 13:19
"Bəzi Aİ ölkələri böhranın öhdəsindən təkbaşına gələ biləcəklərini düşünürdülər, lakin..." - Şarl Mişel

13.03.2025 / 13:16
Şimali Makedoniya Prezidenti Prezident İlham Əliyevə təşəkkür etdi

13.03.2025 / 13:12
Fatih Birol: "Bakıdakı COP29 konfransı vacib nailiyyətlər gətirib"

13.03.2025 / 13:08
Трамп взял Путина за горло - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

13.03.2025 / 13:03
"Biz qlobal səylərlə daha effektiv, inklizüv və məsuliyyətli sistem qura bilərik" - Tatyana Valovaya

13.03.2025 / 12:57
Şimali Makedoniya Prezidenti: "Qlobal Bakı Forumunda ən mühüm regional və qlobal problemlər müzakirə edilir"

13.03.2025 / 12:50
"Coğrafi məsafəyə baxmayaraq, dost ölkələrimizi dərin köklü əlaqələr birləşdirir" - Şimali Makedoniya Prezidenti

13.03.2025 / 12:48
"Bərpaolunan enerjiyə çəkilən xərclər 80 %-ə çatdırılmasa, iqlim böhranı davam edəcək" – Kosta-Rikanın sabiq ikinci vitse-prezidenti

13.03.2025 / 12:38
"Problemləri müəyyənləşdirmək və həll etmək üçün addımlar ata bilərik" - Şarl Mişel

13.03.2025 / 12:37
"Biz bir-biri ilə bağlı olan qlobal böhranlar dünyasında yaşayırıq, bunlar birgə həllər tələb edir" - ÜST-nin Baş direktoru

13.03.2025 / 12:30
Əmək ...nazirinin müavini 3 hökumətlərarası komissiyanın tərkibinə daxil edildi

13.03.2025 / 12:16
Albaniya Prezidenti: "Qlobal Bakı Forumu sülh, təhlükəsizlik və inkişafa fokuslanmış dialoq üçün gözəl platformadır"

13.03.2025 / 12:16
"Antoni Blinkenin siyasəti ABŞ-Azərbaycan münasibətlərini heçə endirdi" - Prezident İlham Əliyev

13.03.2025 / 12:11
"Qlobal Bakı Forumu ümid mesajlarını çatdıran bir forumdur" - Albaniya Prezidenti

13.03.2025 / 12:08
Prezident Əliyev erməni diasporunu dəstəkləyən korrupsiyaya uğramış siyasətçilər barədə danışdı

13.03.2025 / 12:04
Turançı alim, Professor Əjdər İsmayılovun ANIM GÜNÜDÜR

13.03.2025 / 12:03
Ruslar ukraynalı hərbi əsirləri edam edirlər - DƏHŞƏT!

13.03.2025 / 12:02
“Onlar gecə-gündüz casus kimi bizim sərhədlərimizdə dayanırlar" - Prezidentdən SƏRT MÖVQE

13.03.2025 / 12:00
Azərbaycanla düşmənçilik edən Fransa Özbəkistana milyardlarla sərmayə qoyur

13.03.2025 / 11:44
"Görürük ki, bu gün Avropa İttifaqı daha güclü hərbi potensial qurmaq üçün siyasətini necə dəyişir" - Prezident

13.03.2025 / 11:40
İlham Əliyev: "Biz Cənubi Qafqazda sülh qurmalıyıq"

13.03.2025 / 11:34
"COVID dövründə 80-dən artıq ölkəyə kömək etdik"

13.03.2025 / 11:33
Prezident İlham Əliyev Roma Papası Fransiski təbrik etdi

13.03.2025 / 11:28
Tramp “atəşkəsə” görə Moskvanı hədələdi

13.03.2025 / 11:27
"Biz işğal illərini yaddan çıxara bilmərik və çıxarmayacağıq" - Prezident

13.03.2025 / 11:23
Prezident İlham Əliyev: "Əfsuslar olsun, COP29 bəzi Qərb medialarında kampaniyalarla müşayiət olundu"

13.03.2025 / 11:20
Sarkisyanın başı dərddədir - qanunsuz torpaq satışına görə cinayət işi açıldı...

13.03.2025 / 11:14
“Qədim insan məskənlərinin mühafizəsi: təhdidlər və müasir yanaşmalar” mövzusunda beynəlxalq konfrans keçiriləcək

13.03.2025 / 11:05
Avropa və Ermənistan Türkiyəyə yalvarır - CANLI

13.03.2025 / 11:05
“Fənərbağça” çətin “Reyncers” səfərində

13.03.2025 / 11:04
"Ölkəmiz Pan-Avropa enerji təchizatçısı kimi tanınır” - Azərbaycan Prezidenti

13.03.2025 / 11:03
"COP29-un Azərbaycanda keçirilməsi qərarı ölkəmizin enerji resurslarına məsuliyyətli yanaşmasından xəbər verdi" - Prezident

13.03.2025 / 11:00
"Qlobal Bakı Forumu hazırda aparıcı beynəlxalq platformalardan biridir" - İlham Əliyev

13.03.2025 / 10:53
Bakıda XII Qlobal Bakı Forumu işə başlayıb

13.03.2025 / 10:47
Putin ön cəbhəyə gəldi və təcili əmr verdi

13.03.2025 / 10:35
Türkiyəli məşhur kriminal avtoritet həbsxanada öldü

Azad rayonlarımızda geniş məktəb, bağça şəbəkəsi yaradılıb - az vaxtda 2 min şagird...

XƏBƏR ARXİVİ

Mart
B.eÇ.aÇC.aCŞB
242526272812345678910111213141516171819202122232425262728293031123456