Cümə axşamı günü, 13 mart 2025
     

Trampın gələn kimi İrana zərbə vuracağı təsdiqləndi...

Image

Zərdüşt Əlizadə: "ABŞ-in İrana hücumu molla rejiminin devrilməsinə gətirib çıxarmayacaq, əksinə, əhalini mollaların ətrafında birləşməyə vadar edəcək"

"The Wall Street Journal" xəbər verir ki, İran 2024-cü ildə daxildə ciddi iqtisadi böhran və Yaxın Şərqdə uğursuzluqlarla üzləşdiyi və çox zəif vəziyyətdə olduğu halda, yeni il İslam Respublikası üçün daha çətin olacaq, çünki Tehranı Donald Trampın yeni administrasiyası gözləyir.

Nəşrin məlumatına görə, Trampın komandası İrana qarşı yeni sanksiyalar tətbiq etməyi planlaşdırır. Eyni zamanda, Tramp prezident vəzifəsinə başlamazdan öncə İranın nüvə silahı istehsalının qarşısını almaq üçün, hava hücumları da daxil olmaqla, variantları nəzərdən keçirir.

Qeyd olunub ki, hazırda İran iqtisadiyyatı yanlış idarəçilik, korrupsiya və sanksiyalar səbəbindən iflic vəziyyətindədir.

Doğrudanmı regionda təhlükəsizliyini nəzərə almadan ABŞ Tramp dönəmində İranı vura bilər?

Baki-xeber.com saytına açıqlamasında politoloq Zərdüşt Əlizadə bildirdi ki, Trampın birinci prezidentliyi dönəmində - 2018-ci ildə heç bir ağlabatan əsas olmadan ABŞ Beynəlxalq Altılığın İranla nüvə proqrami ətrafında bağladığı sazişi birtərəfli qaydada tərk etdi: "Avropa ölkələrinin ciddi etirazlarına baxmayaraq, Amerika bu sazişi pozdu. Daha sonra Tramp İsrailin Suriyadakı Colan təpələrini ilhaq etməsini və bütün Qüdsü vahid paytaxtı elan etməsini tanıdı. Bu, beynəlxalq hüququ açıq-aşkar pozmaq idi. Yəhudilərə xüsusi hörməti var, bu onun öz işidir. İndi hakimiyyətə gəlir, tutaq ki, İsrail də Trampın İrana hücum layihəsini dəstəklədi və Amerika İrana hücum elədi. ABŞ-nin İrana hücumu molla rejiminin devrilməsinə gətirib çıxarmayacaq, əksinə, əhalini daha çox mollaların ətrafında birləşməyə vadar edəcək.

İkincisi, Amerikanın İranı işğal etmək imkanı yoxdur. O sadəcə havadakı üstünlüyündən istifadə edib, sənaye obyektlərinə, ölkənin infrastrukturuna böyük ziyan vura bilər, xeyli hərbiçini və mülki əhalini qıra bilər. Bundan artığını edə bilməz.

Tramp bir tərəfdən bəyan edir ki, məndən əvvəlkilər Amerikanı çoxsaylı müharibələrə sövq ediblər, amma mən muharibələrin əleyhinəyəm. Tutaq ki, onun "ipi ilə quyuya düsmək mümkün deyil" - bu gün bir söz deyir, sabah isə tamam başqa şeylərdən danışır. Bu minvalla, fərz edək ki, Amerika İrana hücum elədi. Bəs onda İran Amerikaya nə edə bilər? İndiyə qədər İran İsrailə zərbələr endirəndə çox ehtiyatlı davranırdı, hansısa bir çərçivəni qoruyurdu. İsrail də İrana zərbə endirəndə hansısa həddi qoruyurdu. Amma indi İsrail və Amerika İrana qarşı genişmiqyaslı hücuma başlasa, İran da adekvat cavab verəcək. İranın keçmiş mudafiə naziri Şamxani demişdi ki, vaxtılə bizim əlimiz Amerikaya çatmırdı, indi Amerika hərbi bazalarını İranın ətrafına düzüb və bizim əlimiz onlara asanlıqla çatır. Amerikanın İraqda, Suriyada, İsraildə (bu, Amerikanın 51-ci ştatıdır), Küveytdə, Qətərdə, Bəhreyndə və Səudiyyə Ərəbistanında hərbi bazaları var. "Suda batan saman çöpündən tutar" deyiblər - bu halda İran ağına-bozuna baxnadan bu bazalara hücum edəcək. Bu hücumdan nə qədər Amerika əsgəri öləcək, bunu onlar bizdən yaxşı bilirlər. Bu halda sual yaranır - Trampa prezidentliyinin ilk günlərində belə bir "siyasi hədiyyə" lazımdırmı?

Təbii ki, Amerikada yəhudi lobbisi, müharibə tərəfdarları, silah istehsalı maqnatları - bunlar hamısı yeni müharibələrin yaranmasını istəyirlər. Çünki müharibələr silah bazarını qızışdırır. Onlar istəyir ki, İsrail Yaxın Şərqi tam nəzarətə alsın. Amma mənə elə gəlir ki, Tramp buna getməz. Tramp təkbaşına deyil, onun ətrafında Respublikaçılar partiyasının siyasi rəhbərləri toplaşıb. Amerikada kifayət qədər müstəqil media var, hamısı satqın deyil. Amerikada Demokrat partiyası kimi müxalifət var - onlar Trampın hər bir siyasi addımını diqqətlə izləyir və səhvlərini kəskin tənqid edəcəklər. Trampın ətrafında bütün bunları bilən mütəxəssislər az deyil. Onlar vəziyyəti Trampa çılpaqlıği ilə izah edirlər. İran nə Suriya, nə İraq, nə də Livan deyil - İran daha güclü dövlətdir.

Bununla yanaşı, İranın beynəlxalq arenada tərəfdsrları var. Çin və Rusiya İranın yaxın tərəfdarıdır. Avropada İrana hücumun əleyhinə olan ölkələr var. İranın vitse-prezidenti Məhəmməd Cavad Zərif dedi ki, biz Avropa ölkələri ilə nüvə danışıqlarını davam etdiririk və uğurlarımız var, gözləyirik ki, buna ABŞ da qoşulsun. Burada barış, sülh imkanları mövcuddur. Avropa istəyir ki, İranla münasibətləri yaxşılaşdırsın. İranla Altılıq ölkələri arasında müqavilə bağlananda, sanksiyalar götürülən kimi Fransanın nüfuzlu mülki təyyarə istehsalçısı olan "Airbuss" şirkəti İranla 100 milyard dollar həcmində ilkin müqavilə imzalamışdı. Tramp məcbur etdi ki, muttəfiqləri İranla bütün münasıbətləri dayandırsın. Yəni Avropanın böyük şirkətləri İranla əməkdaşlığa hazırdır. Belə bir şəraitdə Amerikanın İrana hücumu ağılabatan deyil".

Dəniz NƏSİRLİ




DİGƏR XƏBƏRLƏR

VİDEO

SON XƏBƏRLƏR

13.03.2025 / 19:11
Azad rayonlarımızda geniş məktəb, bağça şəbəkəsi yaradılıb - az vaxtda 2 min şagird...

13.03.2025 / 18:57
"Dermovate" məlhəminin qiyməti bəzi apteklərdə birdən-birə 16 manata qaldırılıb...

13.03.2025 / 18:42
Baş nazirin uşaqlarla bağlı qərarında yeni hansı tələblər var?..

13.03.2025 / 18:28
Anarın məhkəməyə verdiyi yazıçı “sonadək mübarizə” deyir...

13.03.2025 / 18:16
Trampla Xamneyinin arasında məktub məsələsi əsl müəmmaya dönüb...

13.03.2025 / 18:11
Makron Rusiyanın dondurulmuş 230 milyardına göz dikdi – Trampın yanında başqa söz demişdi…

13.03.2025 / 18:08
XİN Ermənistanla saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığına dair bəyanat yaydı

13.03.2025 / 18:03
Qukasyan qondarma rejimin “büdcə”sinin Ermənistanın tərəfindən formalaşdırıldığını etiraf etdi

13.03.2025 / 17:58
Fransa 113 peykin casusluq imkanlarını Ermənistana açıb - Bakıya qarşı...

13.03.2025 / 17:45
ABŞ-ın “əvvəlki sərhədlər olmayacaq” şərtində ədalətli Moskva-Kiyev sülhü mümkündür?..

13.03.2025 / 17:39
Ermənistan XİN də təsdiqlədi - sülh sazişinin mətni üzrə danışıqlar yekunlaşıb

13.03.2025 / 17:32
“Azərbaycan qlobal miqyasda sivilizasiyalararası dialoq və əməkdaşlıq mərkəzinə çevrilib” - Vüqar Rəhimzadə

13.03.2025 / 17:29
Ermənilər Türkiyə jurnalistlərini Marqara keçidinə apardılar - “keçid tam hazırdır” mesajı...

13.03.2025 / 17:16
Xristian "liderlər" Bakıda erməni məhkəməsi ilə bağlı Trampı təxribata çəkirlər...

13.03.2025 / 17:10
Milli Məclis hərbi cinayətlər törətməkdə təqsirləndirilən şəxslərlə bağlı beynəlxalq parlament təşkilatlarına məktub göndərdi

13.03.2025 / 17:05
Ermənistan Azərbaycanın qalan iki təklifini də qəbul etdi - Sülh sazişinin mətni ilə bağlı danışıqlar prosesi yekunlaşdı...

13.03.2025 / 16:57
Prezident İlham Əliyev Fatih Birola “Dostluq” ordenini təqdim edib

13.03.2025 / 16:55
Prezident İlham Əliyev BMT-nin Ticarət və İnkişaf Konfransının baş katibini qəbul edib

13.03.2025 / 16:41
Neft Emalı Zavodundakı yanğınla bağlı DTX-də cinayət işi başlandı

13.03.2025 / 16:29
"Dünya mövcud münaqişələri dayandırmalı və danışıqlar masası arxasına əyləşməlidir" - ARTOC direktoru

13.03.2025 / 16:25
"Biz milli maraqlarımızı müdafiə edirik, eyni zamanda, digərlərinin maraqlarına hörmət bəsləyirik" - Ceyhun Bayramov

13.03.2025 / 16:18
Ağdamda insana aid olduğu ehtimal edilən sümüklər tapıldı

13.03.2025 / 16:17
Prezident İlham Əliyev Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunu qəbul edib

13.03.2025 / 15:48
Qlobal Bakı Forumunda “Geosiyasi dəyişmələr: Məsuliyyətli tərəfdaşlıq rəqabətə qarşı” adlı panel keçirilib

13.03.2025 / 15:42
“TÜRK” etnonimi və törələri - YUNUS Oğuz yazır

13.03.2025 / 15:35
Prezident İlham Əliyev Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru qəbul edib - FOTO

13.03.2025 / 15:25
Trampı fələstinli sözünə görə yıxıb sürüdülər...

13.03.2025 / 15:23
HƏMAS İsrailin işğalına müqavimət göstərəcəyini bəyan edib

13.03.2025 / 15:14
Prezident İlham Əliyev Bolqarıstanın xarici işlər nazirini qəbul edib - FOTO

13.03.2025 / 15:12
"Aİ-də bir çox məsələlərdə birlik yoxdur, Avropa ekzistensial böhrandadır" - Sabiq nazir

13.03.2025 / 15:05
Vidadinin ürəyi Vətənlə döyünürdü...

13.03.2025 / 14:57
Masallıda polis əməliyyat keçirdi, 10 kiloqram narkotik aşkarlandı

13.03.2025 / 14:43
“Vaşinqton İsrailin Azərbaycanla əməkdaşlığından dərs almalıdır” - ABŞ beyin mərkəzi

13.03.2025 / 14:37
"Qlobal səviyyədə idarəçilik dəyişməlidir" - Çinin xüsusi nümayəndəsi

13.03.2025 / 14:32
"Parçalanmış dünyada yeni güclər səhnəyə çıxmaqdadır" - Çavuşoğlu

13.03.2025 / 14:25
Jelka Tsviyanoviç: "Xll Bakı Qlobal Forumundakı çağırışlar fürsətə çevrilə bilər"

13.03.2025 / 14:12
"Onların mühakiməsi davam etdiriləcək" - Prezidentin köməkçisi

13.03.2025 / 14:06
Prezidentin köməkçisi: "Avropa İttifaqının bizim regionla bağlı yeni siyasətini görmək istəyirik"

13.03.2025 / 13:54
"Forum geniş fikir müxtəlifliyini təmsil edən insanları bir araya gətirib" - Latviyanın sabiq Prezidenti

13.03.2025 / 13:40
"Azərbaycana qarşı vuruşan "Daşnak" adlandırılan taborda Ermənistan vətəndaşları da var idi" - Ermənistan ordusunun generalı

13.03.2025 / 13:36
"Azərbaycan Cənubi Qafqazda ölkələrin ərazi bütövlüyünə və suverenliyinə əsaslanan yeni status-kvonun əsasını qoyub" - Hikmət Hacıyev

13.03.2025 / 13:32
Prezident İlham Əliyev Albaniya Prezidenti ilə görüşdü - YENİLƏNDİ

13.03.2025 / 13:31
Hikmət Hacıyev: "Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları hələ də davam edir"

13.03.2025 / 13:23
"Minsk qrupuna bu gün heç bir ehtiyac yoxdur, ola da bilməz" - Hikmət Hacıyev

13.03.2025 / 13:20
"Biz çoxqütblü dünyaya hərtərəfli dəstəyimizi göstərməliyik" - Şarl Mişel

13.03.2025 / 13:19
"Bəzi Aİ ölkələri böhranın öhdəsindən təkbaşına gələ biləcəklərini düşünürdülər, lakin..." - Şarl Mişel

13.03.2025 / 13:16
Şimali Makedoniya Prezidenti Prezident İlham Əliyevə təşəkkür etdi

13.03.2025 / 13:12
Fatih Birol: "Bakıdakı COP29 konfransı vacib nailiyyətlər gətirib"

13.03.2025 / 13:08
Трамп взял Путина за горло - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

13.03.2025 / 13:03
"Biz qlobal səylərlə daha effektiv, inklizüv və məsuliyyətli sistem qura bilərik" - Tatyana Valovaya

13.03.2025 / 12:57
Şimali Makedoniya Prezidenti: "Qlobal Bakı Forumunda ən mühüm regional və qlobal problemlər müzakirə edilir"

13.03.2025 / 12:50
"Coğrafi məsafəyə baxmayaraq, dost ölkələrimizi dərin köklü əlaqələr birləşdirir" - Şimali Makedoniya Prezidenti

13.03.2025 / 12:48
"Bərpaolunan enerjiyə çəkilən xərclər 80 %-ə çatdırılmasa, iqlim böhranı davam edəcək" – Kosta-Rikanın sabiq ikinci vitse-prezidenti

13.03.2025 / 12:38
"Problemləri müəyyənləşdirmək və həll etmək üçün addımlar ata bilərik" - Şarl Mişel

13.03.2025 / 12:37
"Biz bir-biri ilə bağlı olan qlobal böhranlar dünyasında yaşayırıq, bunlar birgə həllər tələb edir" - ÜST-nin Baş direktoru

13.03.2025 / 12:30
Əmək ...nazirinin müavini 3 hökumətlərarası komissiyanın tərkibinə daxil edildi

13.03.2025 / 12:16
Albaniya Prezidenti: "Qlobal Bakı Forumu sülh, təhlükəsizlik və inkişafa fokuslanmış dialoq üçün gözəl platformadır"

13.03.2025 / 12:16
"Antoni Blinkenin siyasəti ABŞ-Azərbaycan münasibətlərini heçə endirdi" - Prezident İlham Əliyev

13.03.2025 / 12:11
"Qlobal Bakı Forumu ümid mesajlarını çatdıran bir forumdur" - Albaniya Prezidenti

13.03.2025 / 12:08
Prezident Əliyev erməni diasporunu dəstəkləyən korrupsiyaya uğramış siyasətçilər barədə danışdı

13.03.2025 / 12:04
Turançı alim, Professor Əjdər İsmayılovun ANIM GÜNÜDÜR

13.03.2025 / 12:03
Ruslar ukraynalı hərbi əsirləri edam edirlər - DƏHŞƏT!

13.03.2025 / 12:02
“Onlar gecə-gündüz casus kimi bizim sərhədlərimizdə dayanırlar" - Prezidentdən SƏRT MÖVQE

13.03.2025 / 12:00
Azərbaycanla düşmənçilik edən Fransa Özbəkistana milyardlarla sərmayə qoyur

13.03.2025 / 11:44
"Görürük ki, bu gün Avropa İttifaqı daha güclü hərbi potensial qurmaq üçün siyasətini necə dəyişir" - Prezident

13.03.2025 / 11:40
İlham Əliyev: "Biz Cənubi Qafqazda sülh qurmalıyıq"

13.03.2025 / 11:34
"COVID dövründə 80-dən artıq ölkəyə kömək etdik"

13.03.2025 / 11:33
Prezident İlham Əliyev Roma Papası Fransiski təbrik etdi

13.03.2025 / 11:28
Tramp “atəşkəsə” görə Moskvanı hədələdi

13.03.2025 / 11:27
"Biz işğal illərini yaddan çıxara bilmərik və çıxarmayacağıq" - Prezident

13.03.2025 / 11:23
Prezident İlham Əliyev: "Əfsuslar olsun, COP29 bəzi Qərb medialarında kampaniyalarla müşayiət olundu"

13.03.2025 / 11:20
Sarkisyanın başı dərddədir - qanunsuz torpaq satışına görə cinayət işi açıldı...

13.03.2025 / 11:14
“Qədim insan məskənlərinin mühafizəsi: təhdidlər və müasir yanaşmalar” mövzusunda beynəlxalq konfrans keçiriləcək

13.03.2025 / 11:05
Avropa və Ermənistan Türkiyəyə yalvarır - CANLI

13.03.2025 / 11:05
“Fənərbağça” çətin “Reyncers” səfərində

13.03.2025 / 11:04
"Ölkəmiz Pan-Avropa enerji təchizatçısı kimi tanınır” - Azərbaycan Prezidenti

13.03.2025 / 11:03
"COP29-un Azərbaycanda keçirilməsi qərarı ölkəmizin enerji resurslarına məsuliyyətli yanaşmasından xəbər verdi" - Prezident

13.03.2025 / 11:00
"Qlobal Bakı Forumu hazırda aparıcı beynəlxalq platformalardan biridir" - İlham Əliyev

13.03.2025 / 10:53
Bakıda XII Qlobal Bakı Forumu işə başlayıb

13.03.2025 / 10:47
Putin ön cəbhəyə gəldi və təcili əmr verdi

13.03.2025 / 10:35
Türkiyəli məşhur kriminal avtoritet həbsxanada öldü

Azad rayonlarımızda geniş məktəb, bağça şəbəkəsi yaradılıb - az vaxtda 2 min şagird...

XƏBƏR ARXİVİ

Mart
B.eÇ.aÇC.aCŞB
242526272812345678910111213141516171819202122232425262728293031123456