Bazar ertəsi günü, 17 mart 2025
     

Ukrayna Rusiyaya veriləcək - silah və əsgər üstünlüyü məsələni həll edir...

Image

Bütün gözləntilərə baxmayaraq, Rusiya-Ukrayna cəbhəsində şiddətli savaş davam edir. Elə bu fonda Ukrayna hərbçiləri yanvarın 5-də Kursk bölgəsində yeni hücuma başlayıb. Bu bilgini yayan Rusiya Müdafiə Nazirliyi əlavə edib ki, əks-hücum Kursk vilayətində Rusiya qoşunlarının irəliləyişinin önünü kəsmək məqsədi daşısa da, ukraynalılar "məğlub edilməkdədir".

Ukraynalıların məlumatına görə, əks-hücum Suca rayon mərkəzində başlanıb və Kursk şəhərindən 70 km uzaqda yerləşən Bolşoye Soldatskoye yaşayış məntəqəsi səmtində aparılır. Rusiya Müdafiə Nazirliyi isə sərhəddən 15 km məsafədəki Berdin qəsəbəsində əks-hücumun qarşısının alındığını bildirir. Yeni hücumun miqyası və cəbhə xəttində hər hansı bir dəyişiklikliyə yol aça biləcəyi bəlli deyil. Ukrayna prezident administrasiyasının başçısı Andrey Yermak deyib ki, Kursk vilayətindən "yaxşı" xəbərlər gəlib və Rusiya "layiq olduğunu almaqdadır". Ölkənin Milli Güvənlik Şurasının Dezinformasiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Andrey Kovalenko bildirib ki, Rusiya qoşunları bir neçə istiqamətdən gözlənilməz hücumlara məruz qalıb. Əks-hücumda zirehli texnikadan, minatəmizləyənlərdən və radiolokasiya sistemlərindən istifadə edildiyi deyilir. Digər iddialara görə, Ukrayna ordusunun hərbi maşınları Kursk vilayətində irəliləyir. Kremlyönlü "Telegram" kanalları baş verənləri xırda təxribat qruplarının hərəkətləri deyil, tammiqyaslı hücum cəhdi kimi qələmə verir.  Son həftələr minlərlə şimali koreyalı hərbçinin dəstəyi ilə irəliləməyi bacaran Rusiya ordusu ötən ilin avqustunda Kursk vilayətinə girən Ukrayna hərbçilərini hələ də tam sıxışdırıb çıxara bilməyib. Rəsmi Kiyev Suca daxil olmaqla 500 kvadratkilometrədək Rusiya ərazisinə nəzarəti əlində saxlayır. Ukrayna prezidenti Volodimir Zelenski  deyib ki, Kursk əməliyyatı Ukraynanın savaşda yenilməsi təəssüratlarının üstündən xətt çəkib: "Kursk əməliyyatı hər şeyi dəyişdi. Bu, önəmli addım idi". Zelenski onu da bildirib ki, gələcək sülh sazişinin uğuru yalnız ABŞ-nin verdiyi güvənlik zəmanətlərinə söykənməlidir. ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın Ukrayna və Rusiya üzrə xüsusi elçisi Kit Kelloqq deyib ki, savaş yaxın aylar ərzində öz həllini tapa bilər. Amma o da faktdır ki, haldan düşmüş Ukrayna qoşunları ölkənin şərqində, donmuş sahələrdə və palçıqlı səngərlərdə canlı qüvvə və silah üstünlüyü olan Rusiya ordusunun önünü kəsməkdə çətinlik çəkir. Xüsusən də Pokrovskda vəziyyət daha da çətinləşir.

Müharibədən öncə əhalisi 60 min nəfər olan Pokrovsk şəhəri Ukraynanın hazırda itirə biləcəyi yerlərdən ən böyüyüdür. Düzdür, belə durumda başqa yerlər də var. Kiyevlə Moskvanı danışıqlara vadar edəcək basqılar güclənsə də, Kreml və Vladimir Putin zərbələrini dayandırmaqda, yaxud Ukrayna və onun Qərb dəstəkçilərinin qəbul edə biləcəyi atəşkəs şərtlərini gözdən keçirməkdə maraqlı görünmür. Vaşinqtonda yerləşən Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin Avropa, Rusiya və Avrasiya Proqramının direktoru Maks Berqmann  qeyd edir: "Müharibənin gedişi Rusiyanın xeyrinə çevrilib, Rusiya silah və canlı qüvvə üstünlüyündən amansızca yararlanır. İndi Rusiyanın danışıq aparmağa az səbəbi var. Putin böyük ehtimalla müharibədə qalib gələcəyinə inanır. Bu da onun gözündə Ukraynanın Rusiya nəzarətinə tabe etdirilməsi deməkdir". Daha sakit zamanlarda Donetsk vilayətinin qərbində yerləşən bu şəhər kömür mədənləri, koks və metallurgiya zavodları ilə ad çıxarmışdı. Bir dəmiryol qovşağı və bir neçə iri yol kəsişməsi də burada idi. Bu şəhər həm də ötən əsrin əvvəllərində, Qərbdə bu gün də çox məşhur olan "Şşedrik" Milad mahnısını bəstələyən Mikola Leontoviçin vətənidir. Rusiya qoşunları bu ilin əvvəllərində Avdeyevkanı ələ keçirəndən sonra Ukraynanın təchizat xətlərini kəsmək üçün qərb və şimal-qərb istiqamətində hərəkət edib. Qərbə aparan E50 magistral yolu Pokrovsku Ukraynanın dördüncü ən iri şəhəri olan Dnepr ilə birləşdirir. Şərq və şimal-şərqə doğru uzanan T0504 magistral yolu isə Pokrovsku Rusiyanın ələ keçirməyə çalışdığı daha bir dəmiryol qovşağı olan Konstantinovkaya bağlayır.  Ukraynanın "Xortitsya" qoşun qruplaşmasının sözçüsü Viktor Trequbov qeyd edir: "Hazırda düşmən Pokrovskda döyüş aparmağa ümid etmir, ancaq şəhərin yanından keçərək təchizat zəncirini qırmağa çalışır". ABŞ ordusunun Əlahiddə Qüvvələrinin istefada olan polkovniki Liam Kollinz deyib ki, Rusiya qoşunları sülh danışıqlarından öncə daha çox ərazi ələ keçirməkdən ötrü Pokrovskun yanından keçməyə çalışa bilər. Pokrovskun özü Donetsklə Dnepropetrovsk bölgələrinin inzibati sərhədindən 18 kilometr aralıdadır. Onun sözlərinə görə, onların, məsələn, Baxmut şəhərinin ələ keçirilməsi zamanı baş verən amansız şəhər döyüşlərindən yayınmaq ehtimalı daha böyükdür: "Ruslar da, istənilən başqa ordu kimi, şəhərin yanından keçməyə, içəridəki döyüşçülərin təchizat xətlərini kəsməyə, onların çıxmasını və son nəticədə çox ciddi döyüşsüz təslim olmasını gözləməyə üstünlük verəcəklər". Pokrovskdan təxminən 30 kilometr cənubdakı Ukrayna qüvvələri rusiyalıların irəliləməsini yavaşıtmaq üçün Vovça çayının üzərində tikilmiş Kuraxovo su anbarından yararlanmağa çalışıb. Rusiya qoşunları noyabrın sonu və dekabr ayında su anbarının şimal tərəfi boyunca irəliləyib. Su anbarının qərb səmtində yerləşən damba isə qismən dağıdılıb. Onun Ukrayna, yaxud Rusiya tərəfindən dağıdıldığı bilinmir. Su anbarının cənub sahillərindəki Ukrayna qoşunları şərq istiqamətindən irəliləyən Rusiya qoşunlarının hücumları nəticəsində Kuraxovo şəhərinə nəzarəti itiriblər. Yalnız şəhərin qərbində yerləşən sənaye rayonları Ukraynanın nəzarətində qalıb. Cənub-qərb istiqamətində Rusiya qoşunları H15 Donetsk-Zaporojye magistral yolunu da təhdid edib. Bu, Kuraxovodan qərb istiqamətinə gedən mühüm təchizat yoludur. Polşada yaşayan, Ukraynanı vaxtaşırı ziyarət edən hərbi təhlilçi Konrad Muzıka deyir ki, qoşunlarının gücünü artırmaqla bağlı Ukraynanın uzun zamandan bəri davam edən problemləri Kuraxovonun müdafiəsində özünü aydın göstərir: "Bölgənin landşaftı müdafiə əməliyyatları üçün əlverişli olsa da, Ukrayna ordusu mövcud canlı qüvvə çatışmazlığına görə bu təbii imkanlardan yararlanıb düşmənin irəliləyişini dayandıra bilmir. Canlı qüvvə çatışmazlığı onların Rusiyanın ərazidəki üstünlüyünü bitirə biləcək əkshücum həyata keçirmək imkanını da məhdudlaşdırır". Kiyevdə fəaliyyət göstərən hərbi təhlilçi Mixaylo Jiroxov deyir ki, Kuraxovonun müdafiəsi, əslində uğursuzluğa məhkumdur: "İndi onlar bu müdafiəni yalnız siyasi səbəblər üzündən saxlayırlar. Şəhərin itirilməsi prezident ofisinə çox pis hədiyyə olardı. Bu, ona güvən reytinqini çox aşağı salardı".

Samirə SƏFƏROVA



VİDEO

SON XƏBƏRLƏR

17.03.2025 / 22:36
Türkiyənin rəsmi orqanları Paşinyanın aparatının təxtibatına reaksiya verəcəkmi?...

17.03.2025 / 21:33
ABŞ-ın köhnə media-informasiya sistemi alt-üst edildi - "diktatorlar sevinəcək" şüarı başladı...

17.03.2025 / 21:18
Britaniyanın Bakıda ilk hərbi attaşe təyinatının arxasında məsələlər var...

17.03.2025 / 21:16
ABŞ Almaniyadan Ermənistana 151 hərbi texnika daşıyacaq - konkret tarix qoyuldu..

17.03.2025 / 21:05
Azərbaycan-Ermənistan sazişində Qərbi Azərbaycan məsələsi - mövzu hələ qapanmayıb...

17.03.2025 / 20:51
Qondarma "Arsax prezidentinin" məhkəmə ifadəsi Qasparyana cinayət işi açmağa yetər

17.03.2025 / 20:38
Putinlə Tramp "sövdələşib" - Moskva Qarabağ üçün Xovayevi göndərir, Tramp Bononu göndərəcək?

17.03.2025 / 20:35
Məleykə xanım, işinizlə məşğul olun!

17.03.2025 / 20:32
Mnatsakanyan: "Minalar Ermənistanda istehsal olunub Qarabağa gətirilirdi" – MƏHKƏMƏ + FOTO

17.03.2025 / 20:25
İlham Əliyev yeni mexanizm yaratmağı təklif etdi - azı 6 dövlətin sözü gedir...

17.03.2025 / 20:18
Tramp İranı "ağır" ifadələrlə təhdid etdi

17.03.2025 / 20:10
Bakı-İrəvan prosesi tezliklə bitəcək - Trampın müşaviri Hikmət Hacıyevlə danışdı...

17.03.2025 / 19:57
Əvvəl konstitusiya, ya parlament seçkisi - ölkə başçısı çətin seçimə düşüb...

17.03.2025 / 19:50
YAP-ın İdarə Heyətinin iclası keçirildi - FOTO

17.03.2025 / 19:43
Avropa bu şəxsləri Azərbaycana təslim edəcək(?) - beynəlxalq şərait dəyişib...

17.03.2025 / 19:38
Netanyahu rəqiblərini o cümlədən kəşfiyyat rəhbərini aradan götürür

17.03.2025 / 19:29
Keçiddə xaos dünyanı bürüyür - Əgər Bakı Forumunun ideyalarına ciddi baxılsa...

17.03.2025 / 19:16
Qlobal Bakı Forumu Azərbaycan ideologiyası üstündə daha təsirli rol oynadı...

17.03.2025 / 19:07
Sahibə Qafarovaya Rusiyanın “Dostluq” ordeni təqdim edildi - FOTO

17.03.2025 / 19:03
Beynəlxalq Avrasiya Mətbuat Fondu bəyanat yayıb

17.03.2025 / 18:50
Qlobal Bakı Forumu Trampa müraciət etdi - "təşəbbüsə qoşulun"...

17.03.2025 / 18:45
Tarixi Kipr problemi yenidən qabardı - BMT hərəkətə keçdi...

17.03.2025 / 18:39
Kreml susur, lakin Tramp Putinlə əsas 2 məsələdən danışacağını açıqladı...

17.03.2025 / 18:37
İran üzərindən Zəngəzur dəhlizi? - Türkiyə nazirinin böyük yanlışı...

17.03.2025 / 18:23
Azərbaycanla düşmənçilik, Azərbaycanın dostu ilə milyardlıq layihələr - işdə bu Makrondur...

17.03.2025 / 18:14
"İşğal edilmiş ərazilərdə hərbi cinayətləri Ermənistanın hərbi polisi və hərbi prokurorluğu araşdırıb" - Mnatsakanyan

17.03.2025 / 18:09
İlham Əliyev Trampa mesaj verdi - Azərbaycan Sizdən bunları gözləyir...

17.03.2025 / 17:55
Keçmiş nazir: "Paşinyan Azərbaycanla saziş mətnini bu səbəbdən qəbul etdi"...

17.03.2025 / 17:42
Vardanyan Bakıdan İrəvana məktub yazdı - “Qarabağdan erməniləri özümüz çıxardıq”...

17.03.2025 / 17:37
Baş nazir DİN əməkdaşlarının maaşı ilə bağlı yeni qərar imzaladı

17.03.2025 / 17:33
“Babək o gün “Şuşanın dağları”nı oxuyurdu...”

17.03.2025 / 17:27
Əli Əsədov deputatların tənqidindən hansı nəticələri çıxarmalıdır...

17.03.2025 / 17:14
Rəsmi Bakı saziş barədə İrəvanla birgə bəyanat verməkdən imtina etdi...

17.03.2025 / 17:05
“Rafadan Tayfa: Kapadokya” macərası yalnız “CineMastercard”-da!

17.03.2025 / 16:43
Mnatsakanyan: "Azərbaycanın işğal edilmiş ərazilərində “İskəndər M”, “Toçka U” və “Smerç” silahları olmayıb" - FOTO

17.03.2025 / 16:35
Çexiya Trampın açığına “Azadlıq radiosu”nu satın almağı təklif edir

17.03.2025 / 16:34
Makron Amerikanın silahlarına baykot elan elədi

17.03.2025 / 16:32
“Fransızlar hərbi xidmətin bərpasını tələb edirlər” – Fransa müharibəyə hazırlaşır

17.03.2025 / 16:27
Macarıstanda “Ukraynanın Avropa Birliyinə daxil olma” sorğu bülletenləri yayıldı

17.03.2025 / 16:27
“Trampın Ukrayna barədə “A” planı və “B” planı” – Son xəbər

17.03.2025 / 16:24
Fransa Trampdan “Azadlıq heykəli”ni qaytarmağı tələb edir

17.03.2025 / 16:20
Zakir Həsənov Bosniya və Herseqovinanın müdafiə naziri ilə görüşdü

17.03.2025 / 16:09
Mnatsakanyan: "Hər il Ermənistandan 7-8 min hərbi çağırışçı Azərbaycanın işğal edilmiş ərazilərində müddətli hərbi xidmətə göndərilirdi" - FOTO

17.03.2025 / 15:47
“Bu beş şərt olmadan Ukraynada ədalətli sülh mümkün deyil” – Litva XİN bəyanat yaydı

17.03.2025 / 15:45
Ukraynanın torpaqlarını “təhlükəsizlik zəmanətinə” satırlar

17.03.2025 / 15:42
Vüqar Rəhimzadə: Azərbaycan öz gücünə güvənən dövlətdir

17.03.2025 / 15:33
"Azərbaycan və Rusiya parlamentləri arasında ikitərəfli görüşlər qarşılıqlı fəaliyyətin genişləndirilməsi üçün son dərəcə vacibdir" - Sahibə Qafarova

17.03.2025 / 15:25
Prezident İlham Əliyev Qordana Silyanovska-Davkovaya başsağlığı verib

17.03.2025 / 15:20
Qəhrəmanların ömrü əbədidir...

17.03.2025 / 15:12
Sərhəddə erməni təxribatı qızışır - mövqelərimiz yenidən atəşə tutuldu

17.03.2025 / 15:06
İran üzərindən Naxçıvana gedən yol Zəngəzur dəhlizi adlandırıla bilməz, cənab Uraloğlu... - VİDEO

17.03.2025 / 14:49
Yeniyetmə taekvondoçularımız Belçikada 6-sı qızıl olmaqla 11 medal qazanıb

17.03.2025 / 14:41
Mnatsakanyan: "Məni qondarma rejimin “müdafiə naziri” “vəzifəsi”nə Seyran Ohanyanın təqdimatı ilə Serj Sarkisyan təyin edib" - FOTO

17.03.2025 / 14:30
Qərbi Azərbaycan İcması beynəlxalq ictimaiyyəti Ermənistana təzyiq etməyə çağırdı

17.03.2025 / 14:25
Mnatsakanyan: "Qondarma rejimin silah-sursat təminatını Ermənistan Müdafiə Nazirliyi həyata keçirirdi" - FOTO

17.03.2025 / 14:25
Çağırışların fürsətə çevrilməsi

17.03.2025 / 14:07
"Ermənistanda revanşizm tendensiyası normallaşma prosesinin yekunlaşdırılmasında ən ciddi maneədir" – Ceyhun Bayramov

17.03.2025 / 14:06
Avropa Birliyinin Missiyası Ermənistanın aşkar atəşkəs pozuntusunu inkar etdi....

17.03.2025 / 13:47
Zərdabda narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlandı

17.03.2025 / 13:34
Xəzərdə süni torpaq sahəsinin icarə haqqı belə hesablanacaq

17.03.2025 / 13:28
Polis Xaçmazda əməliyyat keçirdi, külli miqdarda narkotik ələ keçirildi

17.03.2025 / 13:21
Xızı rayonunun prokuroru qəzaya düşdü

17.03.2025 / 13:10
Отношения России и Азербайджана налаживаются. Надолго ли? - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

17.03.2025 / 12:46
Xanlar Vəliyev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edildi - SƏRƏNCAM

17.03.2025 / 12:35
Bu il nə qədər fitrə zəkatı verilməlidir? - QMİ-dən açıqlama...

17.03.2025 / 12:23
“Global Terrorism Index 2025” açıqlandı - Azərbaycan dünyanın ən təhlükəsiz ölkələri sırasına yüksəldi...

17.03.2025 / 12:02
Həm sülhdən danışır, həm də Azərbaycanı atəşə tutur...

17.03.2025 / 11:41
ABŞ Putinin Ukraynadakı hərbi cinayətlərini araşdıran beynəlxalq qurumdan çıxır

17.03.2025 / 11:30
Trampla Putin Ukrayna torpaqlarını bölüşdürülməsini müzakirə edəcəklər

17.03.2025 / 11:23
Prezident İlham Əliyev Bosniya və Herseqovinanın Nazirlər Şurası sədrinin müavinini qəbul edib - FOTO/YENİLƏNDİ

17.03.2025 / 11:20
“Düşünməliyik”

17.03.2025 / 11:16
Qəzzada ərzaq böhranı yaşanır - BMT həyəcan təbili çalır

17.03.2025 / 11:11
“Kral Çarlzıın Zelenski ilə görüşünü Tramp “qısqanc uşaq” kimi qarşılayıb”

17.03.2025 / 11:06
Son 2 gündə itkin düşən 19 nəfər tapılıb - polisdən AÇIQLAMA

17.03.2025 / 11:03
Ermənistan yenə atəş açır. İrəvan nə istəyir? - CANLI

17.03.2025 / 11:01
Prezident İlham Əliyev Valentina Matviyenkonu qəbul etdi - FOTO/YENİLƏNDİ

17.03.2025 / 11:00
Prezident İlham Əliyev “Azərenerji” ilə bağlı Fərman imzaladı

17.03.2025 / 10:50
“Azərenerji” ASC-nin İdarə Heyəti yaradılır

17.03.2025 / 10:35
İranda milli assimilyasiyaya etiraz edən qaşqay qadınları polis zorakılığına məruz qalıb

17.03.2025 / 10:25
Pentaqon husilərə hücumların dayandırılması üçün şərtini açıqladı

17.03.2025 / 10:23
“Rusiyanı zəbt etdiyi Ukrayna ərazilərindən çıxarmaq ABŞ-ın milli maraqlarına uyğun deyil”

Qlobal Bakı Forumu Azərbaycan ideologiyası üstündə daha təsirli rol oynadı...

XƏBƏR ARXİVİ

Mart
B.eÇ.aÇC.aCŞB
242526272812345678910111213141516171819202122232425262728293031123456